AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR
Almaniya tarixən olduğu kimi, indi də Avropada baş verən bütün proseslərin mərkəzində yer tutmaqdadır. Bu da təsadüfi deyildir. XX əsrdə Avropanın və eləcə də, bütün dünyanın tarixində dəhşətli iz qoyan I və II dünya müharibələri, habelə “soyuq müharibə” dövrü birbaşa Almaniya ilə bağlıdır. Xüsusən 1990-cı ildə II dünya müharibəsində qalib gəlmiş dörd dövlətin-SSRİ, ABŞ, Böyük Britaniya və Fransanın “xeyir-duası” ilə Almaniya Demokratik Respublikasının (ADR) Almaniya Federativ Respublikasına (AFR) birləşdirilməsi “qoca qitə”də “cavan” güclü dövlətin yaranmasını şərtləndirsə də, eyni zamanda gələcəkdə məlum arealda yeni təhlükəli tendensiyaların yaranması üçün münbit şəraiti formalaşdırmışdır. Fikrimizi məntiqi ardıcıllıqla izah etməyə çalışaq.
1990-cı il sentyabrın 12-də Almaniyaya münasibətdə yekun tənzimlənmə müqaviləsi (“2+4” müqaviləsi və ya Moskva müqaviləsi”) AFR-in işğal statusunun qalıqlarını və ilk növbədə qalib dövlətlərin bu ərazidə hüquqlarını ləğv etsə də, hər halda bir sıra məhdudiyyətləri də qoruyub saxlamışdır.
Birincisi, Bundesver (AFR-in silahlı qüvvələri) ilə bağlı məhdudiyyətlər tətbiq olunmuşdur. AFR-in silahlı qüvvələri 4 il ərzində 370 min nəfərə qədər ixtisar edilməli idi. 1954-cü il Paris protokollarında əks olunmuş kütləvi qırğın silahlarının istehslı, saxlanılması və yayılmasından imtina etmək siyasətinə sadiqliyini təsdiqləyirdi. Müqavilədə göstərilirdi ki, Almaniya torpağından yalnız sülh təşəbbüsləri gəlməlidir. Almaniya silahlı qüvvələrindən yalnız BMT-nin razılığı əsasında istifadə oluna bilər.
İkincisi, Almaniyaya hərbi-siyasi məsələlər üzrə referendum keçirilməsi qadağan edən öhdəliklər bir daha təsdiqlənirdi.
Üçüncüsü, Moskva müaviləsi birbaşa da olmasa, hər halda 1952-ci il Bonn müqaviləsi ilə müəyyən edilmiş mexanizmi qüvvədə saxladı. Başqa sözlə, Almaniya xarici siyasət məsələləri ilə bağlı qalib dövlətlərlə müntəzəm məsləhətləşmələr aparmalıdır. Düzdür, Moskva müqaviləsinin imzalanması ilə əslində Bonn müqaviləsi öz fəaliyyətini dayandırırsa da, məlum məhdudiyyət öz qüvvəsini saxlayırdı. Razılaşmaya görə, yalnız Almaniya ilə sülh müqaviləsi imzalanacağı təqdirdə həmin məhdudiyyət aradan qalxa bilərdi. Lakin Moskva müqaviləsi hüquqi baxımdan sülh müqaviləsi statusuna malik deyildi.
Nəhayəət, AFR sülh müqaviləsi imzalanana qədər ərazisindən xarici silahlı qüvvələrin çıxarılmasını tələb edə bilməzdi. Bu öhdəlik 1952-ci il Bonn müqaviləsində də əks olunmuşdu. Moskva müqaviləsi Almaniya ərazisindən qalib dövlətlərin qoşunlarının çıxarılmasının müddətini, habelə bu məsələ ilə bağlı Almaniya tərəfindən qalib dövlətlərə müvafiq müraciətin ünvanlanması mexanizmini özündə ehtiva etmirdi. Yeri gəlmişkən, Sovet İttifaqı yalnız könüllü olaraq 1994-cü ilin avqust ayında qoşununu AFR-dən çıxarmışdır. Bu sahədə məhdudiyyət yalnız NATO qüvvələrinin keçmiş Almaniya Demokratik Respublikası ərazisində yerləşdirilməısinə qarşı tətbiq olunurdu. Sonradan bu məhdudiyyətin yalnız kağız üzərində qaldığı da bəlldir. \
Vahid alman dövlətinin yaranmasına “soyuq müharibə”nin başa çatmasının indikatorlarından biri kimi yanaşanlarla yanaşı, bu hadisənin Avropa üçün qaranlıq perspektivlər vəd etdiyini bildirən məşhur düşuncə sahibləri də vardır.
1990-cı ilin may ayında məşhur ABŞ sosioloqu Daniel Bell “Dissent” jurnalında çap etdirdiyi “Almaniya-fasiləsiz qorxu” başlıqlı məqaləsini Osvald Şpenqlerdən gətirdiyi bir sitatla başlayır: “ Tarix-bu taledir”. Sonra fikrini davam etdirən ekspert ilk baxışdan təəcüblü görünə, lakin olduqca ibrətamiz bir tezis irəli sürür: “Əlbəttə, Almaniyanın birləşməsinə sevinmək lazımdır. Ancaq bu hadisənin nəticəsi olaraq meyadan gələcək yeni və köhnə təhdidlər, çağırışlar tez bir zamanda əvvəlki pozitiv emosiyaların üstündən xətt çəkə bilər.”
Elə həmin ilin avqustunda digər tanınmış amerikalı alim Con Mirşaymer “Biz niyə tezliklə “soyuq müharibə” üçün darıxacağıq” adlı kifayət qədər ciddi siyasi rezonansa səbəb olan bir məqalə nəşr etdirdi. Bu müəllif də eyni narahatlığını ifadə etdi. Amerikalı mütəxəssisin mövqeyinə görə, Almaniyanın birləşdirilməsi Avropanın II dünya müharibəsinə qədərki dövr siyasətə qayıdışı risqini artırır. Həmin dövr siyasətinin mərkəzi elementi isə, heç kəsə sirr deyildir ki, faşist Almaniyası olmuşdur. Mirşaymerin 25 il əvvəl gəldiyi qənaətə görə, Almaniya millətçiliyin artması yoluna yuvarlana bilər. Bu gün Avropanın lokomotivi hesab olunan Almaniyada baş verən və əslində bütün qitə üçün təhlükə mənbəyi olan prosesləri izlədikdə yuxarıda fikirlərinə istinad etdiyimiz hər iki müəllifin siyasi erudisiyasına və öncəgörmə qabiliyyətinə heyran olamaya bilmirsən.
2014-cü ilin oktaybr ayında Almaniyanın Drezden şəhərində qatı irqçi B. Lults tərəfindən yaradılmış PEGİDA-Qərbin İslamlaşdırılması Əleyhinə Avropalı Vətənpərvərlər Hərəkatı “qoca qitə”də şovinist qüvvələrin antiislam mübarizəsinin bayraqdarı roluna iddialıdır. Artıq hərəkat Almaniyanın bir sıra şəhərlərində öz şəbəkəsini və “brend”ini yaratmışdır: Dyüsseldorfda-DÜDİGA, Leypsiqdə-LEGİDA, Vyurtsburqda –WÜGIDA, Kölndə-KÖGİDA. Almaniya kansleri Angela Merkel bir müddət öncə Berlində Türkiyənin Baş naziri Əhməd Davıdoğlu ilə birlikdə keçirdikləri mətbuat konfransında “İslam alman həyatının tərkib hissəsidir. PEGİDA-nın tərəfdarları ürəklərində nifrət bəsləyən insanlardır,”-fikrini səsləndirsə də, antiislam hərəkatın 2015-ci ilin yanvarın 12-də Drezdendə keçirdikləri yürüşdə 25 min nəfərdən artıq insanın iştirak etməsi artıq sivil dünya üçün həyəcan siqnalı kimi qəbul edilməlidir. Unutmaq olmaz ki, nasional-sosialistlər də XX əsrin 20-ci illərində Münhendə şovinist hərəkat formalaşdıranda almanların mütləq əksəriyyət onları ciddi bir qüvvə kimi qəbul etməmişdi. Bu məsuliyyətsiz yanaşmanın bəşəriyyəti hansı fəlakətə sürüklədiyini isbat etməyə lüzum yoxdur. Sübuta ehtiyac olmayan digər həqiqət də ondan ibarətdir ki, Almaniyanın məlum tarixi və bugünkü təhlükəli reallıqları fonunda Azərbaycana qarşı qarayaxma və şər kampaniyasında yer alması gülünc görünür. Almaniya Bundestaqında hakim və müxalifət partiyalarının ümumalman xarakterli məsələlərində göstərdikləri barışmaz mövqe fonunda regionun lider dövləti olan, regionda sabitlik adası statusunu daşıyan Azərbaycana münasibətdə nümayiş etdirdikləri “unikal həmrəylik”yalnız ilk baxışdan təəcüblü görünür. Əslində ölkəmizə münasibətdə nəyin baş verdiyi sualına Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun cavabı kifayət qədər dolğun və ibrətamizdir: “belə anda biz beynəlxalq islamafob qüvvələrlə üz-üzə gəlirik. Yəni anti-Azərbaycan kampaniyasının arxasında duran birinci amil, səbəb beynəlxalq islamafob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər bir dövlət kimi öz sıralarında görmək istəməməsidir. Yəni müsəlman dünyasında onların təqdim etdiyi kimi həmişə xaos, anarxiya olmalıdır. Eyni zamanda insanlar bir-birini öldürməlidir. Gecə-gündüz partlayışlar olmalıdır – İraqda, Suriyada. Yəməndə, Misirdə, Liviyada baş verən proseslər bütün müsəlman dünyasına aid olunmalıdır. Nümunəvi modern müsəlman dünyası dünyada təqdir olunmamalıdır”.
Yuxarıda apardığımız təhlillərdən sonra gəldiyimiz nəticə sadə və məntiqidir. Azərbaycana qarşı qarayaxma kampaniyası keçirən müxtəlif qüvvələrin arzularına çatmaq imkanları sıfra bərabərdir. Səbəbi isə aydındır. Azərbaycanda belə ekpserimentlər üçün münbit şərait yoxdur. Çünki ölkəmiz sürətlə inkişaf edir, siyasi və iqtisadi sabitlik hökm sürür. Multikulturalizm həyat tərzinə çevrilmişdir. Ən başlıcası, xalq-hakimiyyət vəhdəti vardır. Xalq Prezidentini sevir, Prezident də xalqının bu etimadını yalnız milli maraqlara söykənən müstəqil siyasəti ilə döğruldur. Bizi həm güclü edən, həm də təzyiq tərəfinə çevirən əsas amil bununla bağlıdır. Bu, təkzibedilməz reallıqdır. Digər reallıq isə ondan ibarətdir ki, öz çirkin siyasətləri ilə demokratiya və insan haqları kimi bəşəriyyətin uzun mübarizə nəticəsində əldə etdiyi tarixi dəyərləri cılız korporativ maraqlar naminə ucuzlaşdıran həmin qüvvələr tarixdə bütöv, tam yox, bir epizod, bir fraqment, bir ləkə kimi qalacaqlar.
“Ziyanın yarısından qayıtmağın özü bir xeyirdir” kəlamından çıxış edərək, Prezizent İlham Əliyevin həmin antiazərbaycan qüvvələrə ünvanladığı olduqca ibrətamiz və xəbərdaredici fikirləri ilə yazıya yekun vururam: ”Əlbəttə, antiazərbaycan qüvvələri bizə qarşı durmadan fəaliyyət göstərir. Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə bilməz. Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik.”
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM