Ölüm ömrün sonu deyil… Foto

09:20 / 05.07.2015

Bəzən əcəl ovunu-insanı ölüm dilində danışdırır ki, ətrafındakılar anlaya bilməsin. Acizliyimizi biruzə verməmək naminə bu ilahi qanunauyğunluğa və nizama tabe olmaq üçün alın yazımızla barışıb “nə etməli, qədərdir” deyirik. Səhər salamını alıb axşam bəd xəbərini eşitdiyin birinin taleyini düşündükcə anlayırsan ki, sən demə, olumdan-ölümə doğru bircə addımlıq yol varmış.

Həyat pəncərəsi, kiçik bir nəfəsliyi olmayan otaq kimi içini sıxanda insan bəzən kölgəsi üçün də darıxır. Yəni yaşamağın elə həm də kölgənin var olmağı deməkdir…

Əslində yazımı belə bədbin notlarla başlamaq istəmirdim. Axı bir neçə gün öncə Azərbaycan Polisinin yaranmasının 97-ci ildönümünü-Peşə bayramımızı sevə-sevə qeyd etmişdik. Həmin gün sanki Azərbaycanın hər yerində böyük bir bayram əhvali-ruhuyyəsi vardı.

Rastıma çıxan hər kəsdə o sevincin işartılarını görmüşdüm. Bir daha əmin olmuşdum ki, xalqımız sabitliyin keşiyində ayıq-sayıq durub asayişi qoruyan polisini, onun mərd övladlarını sevir və dəyər verir. Hətta məlum yanan bina hadisəsindən sonra özünü ölümün qucağına atıb insanların həyatını xilas edən polislərimizin bu qəhrəmanlığını eşidən, bilən soydaşlarımız küçədə, bayırda gördüyü hər bir polis əməkdaşına qəhrəman kimi baxırdı…

Polisə sevgi bəsləyib, inam və etibar edənlər yaxşı bilirlər ki, hər hansı təhlükənin qarşısında Azərbaycan Polisi öz həyatını risqə atıb vətəndaşın köməyinə çatacaq, onu xilas edəcəkdir…

Bu gün saytlarda gedən xəbərdə də bu fikirlər öz əksini tapmışdı. Bu dəfə də acı, ölüm xəbəri gələn, lakin qəhrəmanlığı ilə tarix yazan Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Zaur Nurəliyev Şüvəlan çimərliyində xidmətdən sonra ailəsi ilə istirahət edərkən iki nəfərin suda boğulduğunu görüb kömək üçün özünü suya atır. O, boğulmaqda olanlardan birini ölümün pəncəsindən qurtarıb sahilə çıxarır və digər boğulana kömək etmək üçün yenidən geri qayıdır. Lakin qayasındıran dalğaların gücünə tab gətirməyib yorulan və taqətdən düşən Zaur onunla birlikdə suda boğularaq öz həyatını da itirir...

Polis serjantı Zaur Nurəliyev 2011-ci ildən daxili işlər orqanlarında xidmət edirdi…

Suraxanı Rayon Mühafizə Şöbəsində olarkən hər bir əməkdaşın üzündə ən əziz adamını itirməyin ifadəsini gördüm. 27 yaşlı bir gəncin, qəhrəman polisin bu

fədakarlığı onun yoxluğunu unutdurmasa da, az da olsa təsəlli idi. O, öz ölümü ilə tarixdə həmişə xatırlanacaq adın və iz qoymağın ölüm bahasına olsa da şərəfli olduğunu təsdiq etmiş oldu…

Bölük komandiri, polis mayoru Telman Rəhimova “Komandir, görəsən bizim də adımız Vətən tarixinə düşəcəkmi, görəsən biz də özümüzdən sonra hər zaman hörmətlə anılacaq bir ad qoyub gedə biləcəyikmi” fikrini bəlkə də heç özü də bilmədən əcəlin dili ilə demişdi ki, onu anlamaqda çətinlik çəksinlər, dediklərinin elə də fərqinə varmasınlar.

O, tarix yazdı…

Üzünü görüb doyunca sevələyə bilmədiyi övladına illər sonra yaşanacaq dərdlə, nisgillə bərabər, həm də qısa ömrünün qəhrəmanlıq tarixini əbədi miras qoydu.

Ruhun şad olsun, əziz həmkarım. Sən içdiyin anda sadiq oldun və uğurunda canını verdiyin bu xalq, bu dövlət səni heç vaxt unutmayacaq.

Sən fədakarlığınla bir daha sübut etdin ki, Azərbaycan Polisi vətəndaşa təhlükədən daha yaxındır.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM