“Yarışda ikici yerin sahibi olmaq üçüncü yeri tutmaqdan çox ağırdır. Bilirsiniz niyə? Çünki sən qələbənin bir addımlığındasan və qələbə sevincini isə birinci yeri qazanan idmançı yaşayır. Bax, bu ağrı səni uzun illər tərk etmir və heyfslənirsən”...
Çoxları kimi mən də Ayxan Mamoyevi ölkəmizdə keçirilən Birinci Avropa Oyunlarından sonra tanıdım. Yuxarıda oxuduğunuz fikir də Ayxana məxsusdur. İxtisasca riyaziyyatçı olan çempionumuzun bu fikri, doğurdan da, riyazi dəqiqliklə ölçülüb-biçilib.
Soyadını televiziyadan eşidərkən ilk beynimdən keçən uzun illər daxili işlər orqanlarında çalışmış və bu gün də DİO-nun maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi fondunun direktoru, polis veteranı Bakir Mamoyev oldu. Bu soyad oxşarlığının əvvəlcə fərqinə varmamışdım və bir neçə gün öncə həmsöhbət olarkən stolunun üstündəki şəkillər diqqətimi çəkdi. Ayxanın şəkilləri idi. Düzü, mənə elə gəldi ki, bu yaşında da patriot olan, doğulduğu torpaqları bir an belə unutmayan və həmişə biz gəncləri görəndə “Qarabağa getməliyik” deyən Bəkir müəllim bayrağımızı ucaldan oğulların şəklini stolunun üstünə qoymaqla sanki onların qazandığı qələbələrlə təskinlik tapır.
“Bəkir müəllim, stolunuzun üstündəki şəkillərdən gördüm ki, siz də idmançılarımıza böyük ürək yanğısı ilə azarkeşlik edib onların qələbəsinə sevindiniz” sualıma cavab verməyə tələsməyən qocaman həmkarımın üzündə sanki sevinc qığılcımları oynadı. Şəkillərdən birini əlinə götürüb ürəyinin üstünə qoydu və axısqa türkünün şirin ləhcəsi ilə: “Ayxan bənim bircəcik nəvəm, gözümün nurudur, o alın təri və zəhməti ilə böylə bir idman yarışında qalib olmaqla həpimizi sevinc göz yaşlarına boğdu, Azərbaycan xalqına və dövlətinə başucalığı gətirdi”,- oğul,- dedi.
Ağsaqqal pərtliyimi hiss edib “Bu gün çoxu bilmir ki, Ayxan mənim nəvəmdir, sən hardan biləsən,- deyib məni vəziyyətdən çıxardı.
“O, bir azdan gəlib məni əvə (evə) aparacaq. İstərsən bir tanış olun, biri-birinizi tanıyın” deməklə Bəkir müəllim ürəyimdən xəbər verdi.
Babasının qarşısına gəlib, əvvəlcə onun əlini öpüb, sonra görüşməyi diqqətimdən yayınmadı. Axısqa türklərində böyüyə hörmətin, rəğbətin göstəricisi olan bu ənənənin bugünümzə qədər gəlib çatması ondan xəbər verir ki, türk
kimliyində ailə nizamı, böyük-kiçik münasibətləri hələ pozulmayıb, gənələklərimiz saflığını qoruyub saxlayır.
Və beləcə dəfələrlə dünya və avropa çempionu olmuş, Birinci Avropa Oyunlarında qızıl medal qazanaraq bayrağımızı ucaltmış, himnimizi səsləndirmiş Ayxan Mamoyevi yaxından tanımaq şərəfinə nail oldum.
Gənc yaşlarından böyük titullara sahib olan, 23 yaşında möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilən Ayxanın, sadəliyi, səmimiyyəti həm də ailədə gördüyü və götürdüyü tərbiyənin bariz nümunəsi idi.
Sadə bir ailədən boy verən bir vətən oğlunun gələcək hədəflərini bəlli edən arzularını eşitmək yəqin ki, hər birimiz üçün xoş olar və mən o arzularda gələcək Olimpiya oyunlarının mükafatçısını, qalibini gördüm. Qələbəyə gedən ağ yolun üfüqlərini Ayxan özü isə belə görüb və görür:
“Bu gün karate qeyri-olipiya idman növüdür. Ancaq fikir var ki, o, 2020-ci ildə Olimpiya idman növü kimi təsdiq olunsun. İnanıram ki, ölkə Prezidenti cənab İlham Əliyevin ali diqqət və qayğısı ilə əhatə olunan biz idmançılar hər bir yarışdan qalib kimi ayrılıb adımızı təkcə Azərbaycanımızın deyil, həm də dünyanın idman tarixinə qızıl hərflərlə yazacağıq.”
“Birinci Avropa Oyunlarında yüksək nəticə əldə etməyinin əsas səbəbi nə oldu” sualıma isə o, belə cavab verdi:
“Mən inanclı bir insanam, hər zaman uca Yaradandan özümə səbr, inam, güc-qüvvət və zehin aydınlığı istəmişəm. Və bir də bir nüansı xatırlatmaq istəyirəm. Hər məşqdən sonra məşqçimiz Rəhman Həsənovun üzümüzü Azərbaycan bayrağına tərəf çevirib, əlimizi ürəyimizn başına qoyub dövlət himnimizi oxutdurması mənim kimi hər bir gəncə qələbə sevincini yaşamaq üçün stimul verib. Himni oxuyarkən elə hiss etmişik ki, fəxri kürsünün ən yüksək pilləsindəyik”...
O, Vətənimizdə keçirilən heç bir yarışda məğlub olmayıb...
Oktyabr ayında hərbi xidmətə yollanacaq çempionumuzu gələn il dünya və Avropa, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları gözləyir. İnanırıq ki, o, yenə də ümidləri doğruldacaq, yurdlarına dönmək arzusu ilə yaşayan Axısqa elini, Qarabağ deyəndə həsrətdən dodaqları çatlayan həmvətənlərimizi qazandığı qələbələrlə hər an, hər gün gözlədiyimiz Böyük Qələbəyə ruhlandıracaq...
İlk Avropa oyunlarına ev sahibliyi edən ölkəmizi bu gün bütün dünya tanıyır. Həmrəyliyimizin təntənəsi olan və bizi hər sınaqdan üzü ağ çıxaran “Mən həmişə fəxr etmişəm ki, Azərbaycanlıyam” nidasına sadiqliyimizin nəticəsidir ki, 20 idman növünün 12-də mükafatçılar sırasında olduq. 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazandıq. Mübarizə olsa da, tarixən sülhün, barışığın sədaqət rəmzi sayılan idmanda əldə etdiyimiz qələbələr hər birimizə Vətən daşı olmağın sevincini yaşadacaqdır-karate üzrə Birinci Avropa Oyunlarının qalibi, qızıl medalçısı Ayxan Mamoyev kimi...
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM