İndi fikri qorxusuz-ürküsüz sözə, cümləyə çevirməyə, yazdığını çap eləməyə nə var ki… Tənqid də et, tərif də. Lap istəsən qəzet, jurnal çıxar. Qarşını kəsib kimsə “dur”, “olmaz”, deməyəcək, hissini, duyğunu senzura qayçılamayacaq. Ən əsası, qadağalar məngənəsində sıxılmayacaqsan.
Bütün bu sadaladıqlarım bu gün Azərbaycan mətbuatının inkişafına dəstək verən, onu irəliyə aparan şərtlərdən biridir. Bilirsiniz niyə? Çünki dövlət özü maraqlıdır ki, maarifləndirmə işi heç bir əngəl tanımasın, insanlar məlumatlansın, daha doğrusu, qəzetçilik bir yaşam tərzinə çevrilsin. Axı, danılmaz faktdır ki, oxu vərdişlərinin formalaşmasında qəzetlərin rolu əvəzsizdir. Maraqlı olan həm də odur ki, siyasi baxışlarına, əqidəsinə fərq qoyulmadan əli qələm tutan, sözün məsuliyyətini hiss edən, yazmağı özünə peşə seçən peşəkarlara meydanın dövlət tərəfindən verilməsidir. Yəni demokratiyanı Amerikada, Avrpada axtarmaq üçün uzun yol qət etmək, kimlərinsə moizələrinə qulaq asmaq lazım deyil, elə yaxınlaşdığın və ürəyin istəyən qəzetin satıldığı qəzet köşkündə də tapa bilərsən. Əgər görməyi bacarırsansa?!...
Söz dilin çuvalıdır və o heç vaxt boş olmur. Ürəyin istəyən vaxt, ehtiyacın olanda onu xırıd eləyə bilirsən. Söz həm də dilin sütunudur. Bünövrəsi möhkəm olanda uçmur, dağılmır. Bir də bilirsiniz ən böyük xoşbəxtlik nədir? Sözü zamanında demək…
Bax, bu sarıdan biz hamımız-bütün əli qələm tutanlar xoşbəxtik. Amma…
…Onlar xoşbəxt olmaq istəyirdilər. Elə bilirdilər ki, qaranlığa qərq olan, cahillərin içində özünün və övladının gələcəyini görməyən, kül içində köz axtaran soydaşlarını ağ günə çıxarda biləcəklər.
“Səs salma yatanlar qoy hələ yatsın,
Yatmışları istəmirəm kimsə oyatsın”
-bunu Mirzə Ələkbər Sabir söz xətrinə, keyfindən deməmişdi. Millətin böyük bir bəlaya-savadsızlığa, cahilliyə düçar olduğunu görəndən sonra ürək yanğısı ilə yazmışdı. Çünki anlamazlıq dərdinin çarəsizliyini, bu dərdə mübtəla olanların gələcəkdə tapdaq altında qalmağını, keçmişindən, tarixindən, kimliyindən uzaq düşəcəyini, bir sözlə, manqurta dönəcəyini görə bilirdi, bütün Azərbaycana “Mən də müsəlmanam, a şirvanlılar”,- deyib müraciət edən böyük ədibimiz…
140 il bundan öncəyə səyahət etmək, o dövrün, zamanın tələbini, baş verən prosesləri incələmək indi bizə sevinc hissi bəxş etməsə də, tarixdir,- deyib üstündən keçməyin özü keçmişə sayğısızlıq olardı. “Əkinçi”dən söhbət açmaq istəyirəm. O, “Əkinçi” ki, dəni Söz idi…
Əkindən, biçindən bəhs edəcəyinə izn alınandan sonra çapına icazə verilmişdi. Həsən bəy və davamçıları çiyinlərini böyük bir məsuliyətin altına vermişdilər. Millətin tarixində bir ilkə imza atmaq xoşbəxtliyi onların adına yazılsa da nə vaxtsa onları izləyəcək qara kölgələrin, təqiblərin qarşısına sinələrini irəli vermək üçün hazır olmalıydılar.
1875-ci ildə iyul ayının 22-də "Əkinçi"nin ilk sayı işıq üzü gördü. Və cəmisi 56 nömrəsinin nəşrindən sonra 1877-ci ildə qəzet bağlandı…
“Əkinçi” dən səpmədi, yer şumlamadı, xirmanda göyə buğda sovurmadı. O, xeyiri-şəri, pisi-yaxşını ələdi ələyində. Günəş gözlü səhərlərin qanadında işığa doğru yol gedənlərə uğur dilədi Həsən bəyin yarımçıq qalan arzuları…
Bizim müstəqilliyiə gedən yollarımız da Sözdən başladı. İnsanlar söz-söz toplanıb, cərgəbəcərgə zülümün, zalımın üzərinə getdilər. Öncə Sözümüzə azadlıq istədik, sonra hisslərimizə. Əlimiz qandaldan, dilimiz möhürdən xilas olandan sonra sözümüzə sahib çıxmağın vaxtının yetişdiyini görə bildik. Söz ayıltdı bizi qəflət yuxusundan.
Parçalanmaq adlı yarğanın bir addımlığında qalan bir ölkəni xilas etmək üçün ağsaqqal sözünə, öndər fikrinə olan ehtiyac bizi ona doğru sözün yel qanadlı atında apardı. “Heydər baba, xalqı bu bəladan qurtar” dedik. Sözümüz yerə düşmədi. O, sözünə əməl edib gəldi və…
Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanunun qəbulu “dördüncü hakimiyyətə” ən böyük töhfə oldu. 2000-ci ilin mart ayında "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olundu, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. Azərbaycan jurnalistlərinin qurultayında, 2003-cü ilin mart ayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı.
Bu gün onun Söz adlı bayrağını uğurla gələcəyə daşıyan möhtərəm Prezidentimiz cənab İlham Əliyev də “Əkinçi”nin varislərini diqqətdən kənarda qoymur. Peşəsini canı-qanı qədər sevən, haqqı-nahaqqa verməyən peşəkarların, əsl söz-sənət adamlarının rifahını yüksəltmək üçün bir sıra tarixi sənədlərə imza atır. Möhtərəm Prezidentimizin 3 aprel 2009-cu il tarixli sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində bir ilk idi.
Və əsl həqiqəti görməyi bacaran, vicdanının səsinə qulaq asaraq onlar üçün yaradılan maneəsiz mühiti görməzlikdən gəlməyən mətbuat nümayəndələrinin mütləq əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu ildə "Jurnalistlərin dostu" seçilməsinə səs verdi…
Bu gün Azərbaycan dövləti və Azərbaycan Prezidenti “Əkinçi”nin ölməz ideyalarını davam etdirmək üçün müstəqil ölkənin azad jurnalisti olan bizləri, Sözə könül verənləri, söz adlı haqqın mücadiləsinə qalxanları himayə edirsə, qoruyursa, hüquqlarımıza, haqlarımıza hörmətlə yanaşırsa, elə bu millətə xidmətin ən böyük nümunəsidir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM