Sevda yolçusu ...

10:02 / 21.11.2013

Səməd Vəkilov

Hüquqşünas, Hüquq mədəniyyəti jurnalının baş redaktoru

(Professor Yusif Seyidovun portret cizgiləri)

Söz müqəddəsdir, Allah dünyanı sözdən yaratdı. Dahi Füzuli "Artıran söz qədrini sidqilə qədrin artırar" söyləyib. Bu gün sözün qədrini artıran Azərbaycan dilçilik elminin son klassiki (sitat professor Tofiq Hacıyevə məxsusdur) professor Yusif Seyidovun portret cizgilərindən söhbət açacağıq. Sözün həqiqi mənasında sadəlik mücəssəməsi olan Y.Seyidov saysız-hesabsız elmi əsərlərin müəllifidir. O, Azərbaycan dilçiliyində özünəməxsus məktəbi olan klassik alimlərdən sayılır. Bütün ömrünü sözə həsr etmişdi. Sözü qiymətə mindirmişdi Yusif müəllim, əsərlərinin adına diqqət etsək bunun bir daha şahidi olarıq."Sözün şöhrəti", "Sözün qüdrəti", "Nəsiminin dili", ədəbi mühiti silkələyən "Ədəbi tənqid və bədii dil üslübü". Sadaladıqlarımız onun yaradıcılığının kiçik bir hissəsidir. Elmi fəaliyyəti yüksək tədqiqat obyekti olacaq illərlə araşdırılacaq bir elmi, intellektual mülkiyyət və məktəb qoyub gedib Yusif müəllim. 
Amma bu gün onun elmi fəaliyyətindən deyil şəxsiyyətindən, portret cizgilərindən söz açacağıq. 
Psixoloji tip kimi qapalı insan olan Yusif müəllim şəxsi duyğularını paylaşmağı sevməyən bir insan idi. Amma yeganə olaraq 1996-cı ildə nəşr edilmiş "Şairin dərdi" əsərində gözlənilməz şəkildə professor öz şəxsi duyğularını oxucu ilə bölüşdü. Kiçik həcmli bu kitabda professor böyük mətləblərə toxundu. Bu professorun yeganə istisnası idi. Onun şəxsi duyğularını paylaşması qüdrətli bir rəssam özünü dolğun şəkildə ehtiva etdi. 
Y.Seyidov sözügedən əsərdə deyir: "Mənim həyatım keşməkeşlərlə dolu olub. Uşaqlığım, ilk gəncliyim iqtisadi çətinliklər içərisində keçibdir. Otuzuncu illərin yoxsulluğu, dumanlı da olsa, yadıma gəlir, 40-cı illərin əzabları yadımdan çıxmır. Atam cəbhəyə getmişdi 1946-cı ildə qayıtdı. 1953-cü ildə 53 yaşında dünyanı tərk etdi. Otuzuncu illərin axırlarında 40-cı illərin əvvəllərində kiçik-kiçik üç qardaşım, bir bacım həyatdan getdi. Yadımdadır, atam darvazadan içəri girib qardaşımın öldüyünü biləndə onu titrətmə tutdu, yeriyə bilməyib qapının ağzında yerə çökdü.
Bunlar, çoxlu başqa əhvalatlar mənim sıxıb, əzib, ürəyimdə düyün bağlayıb, lakin təbiətimdəki indi artıq tükənməkdə olan şənlik ruhunu tam yox edə bilməyib, indi artıq sönməkdə olan həyat eşqimi öldürə bilməyib. Mən yaşamışam "Tələbəlik illərim (1947-1952) atam ölənə qədər bir qədər şən keçmişdir. Elə bil ki, dərddən-qəmdən azad olmuşdum. Sonralar, müstəqil həyata atılmaq anlarımdan, əlim çörəyə çatan andan daha böyük mənəvi əzablarım başladı və heç vaxt məni tərk etmədi. İqtisadi çətinliklər yox oldu, həyatın ictimai pillələri ilə yuxarıya doğru adımladım. Lakin bunlar mənə sevinc gətirmədi və mən öz şəxsimdə insanın necə dözümlü, möhkəm varlıq olmasına bir daha inandım. Neçə on illər ərzində bir-iki dəfə ürəkdən gülə bilmişəm, ancaq ürəkdən ağladığım vaxtlar çox olub.

Məni kam almağa qoymadı zaman,

Gücü çatan qədər eylədi divan.

Deyəsən əhd etmiş dolandıqca hey,

Məni də özü ilə hərlətsin dövran. (Məhsəti) 

Ən ağır sarsıntılar içində də üzümdə təbəssüm gəzdirmişəm, başqalarına xoş əhval-ruhiyyə bağışlayım, ürəyimdə isə daimi bir daş asılıbdır. (Taleyin bəsdələdiyi musiqinin hələ notlara salan olmayıb). Yaxşılıq etdiyim insanlardan pislik görməyəndə sevinmişəm.
Psixoloji sıxıntılar zaman-zaman zehnimin kəsərini, yaddaşımı zəiflədibdir. İşləyə bilmədiyim vaxtlarda çox olub. Ancaq oxumaq yazmaq həvəsindən düşməmişəm, nə isə bir iş görmək, cəmiyyətdə, ya kiməsə bir xeyir vermək arzusu məni heç vaxt tərk etməyib və bunlar məni həyata səsləyibdir. Bir də ürəyim mənə həyan olub. Allah məndən çox şeyi əsirgəyibdir. Hər mənzilə daşlı-kəssəkli yollarla getmişəm. Ancaq bunların əvəzində Allah mənə sevməyidə nifrət etməyidə bacaran bir ürək veribdir. Hər cür hiylədən məkirdən uzaq bir ürək. İnsanlara xidmət eşqi ilə döyünən bir ürək. Nadan sözünü vecinə almayan, dostun adi laqeydliyindən sınan bir ürək. Hər kəsə inanan onun üçün də tez-tez aldanan bir ürək" 
Professor Y.Seyidovun qəlbindən ürəyindən gələn bu sözlərlə 67 yaşlı müdrik bir alim mahir bir rəssam kimi öz portretini göz önündə canlandırıb. Ürəyində bu qədər nisgil gəzdirən və özünün dediyi kimi ürəkdən gülməyən insan ətrafa həmişə müsbət aura bəxş edərək, heç bir situasiyada öz təmkinini pozmamışdır. Özü yaşadığı nisgilləri övladlarına yaşamağa qoymamışdır. Oğlu Əhmədi və qızları Məhbubə və Vəfanı ərköyün saxlamışdı. Qızları Məhbubə və Vəfanın simasında Yusif müəllimin xarakterik cizgilərini görmək mümkündür. Vəfa işgüzarlıq, Məhbubə isə əsl təmkin və yüksək zəka nümunəsində bütövləşən bir obraza çevrilir. Ancaq Vəfa ömrünün yetkin yaşlarını yaşamasına baxmayaraq özünü hələdə atasının ərköyün balası hesab etməsi ata qayğısının dərin qatlara işləyən simptomlarından soraq verir. 
Onun təvəzökarlığını xarakterizə edən maraqlı bir nümünə. Çox gənc yaşlarında elmlər doktoru olan Yusif Seyidov (professor olduğu vaxtlarda) qatarla Naxçıvana gedərkən gənc həmyerliləri ondan soruşurlar ki, Bakıda nə işə baxırsan? O, da deyir ki, Universitetdə işləyirəm. Deyirlər ki adımızı batırma müdafiə edib alimlik dərəcəsi al heç olmasa. Yusif müəllim həmyerlilərinə professor olduğunu demir. Sadəcə deyir: "Çalışaram".
Peyğəmbər şəcərəsindən olan Yusif Mirəhməd ağa oğlu Seyidov sözün həqiqi mənasında işıqlı bir şəxsiyyət idi. Sadəlik təvəzökarlıq mücəssəməsi olan alimin örnək dolu həyat hekayəsinin kiçik bir parçası olan bu yazı onun parlaq xatirəsinə itihaf olunur.

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM