Qızıl zəncirlər ən ağır zəncirlərdir.
Onore de Balzak, "Qorio ata" əsərindən
Gözəllik bəşəri fəlakətlər içərisində müharibə qədər qorxunc və dağıdıcı bir qüvvədir. Yelenanın Paris tərəfindən qaçırılması on illik Troya müharibəsinə səbəb olmuşdu. Gözəllik olduğu yerə həmişə bədbəxtlik gətirib. Söhbət birbaşa qadın gözəlliyindən gedir. Gözəl qadın üstündə tökülən qanlar hətta bir müharibədə tökülən qanlardan çox olub. Bu gözəllik təkcə kişilərin yox, elə onun daşıyıcısı olan qadınların da bədbəxtliyinin əsas mənbəyidir. Qadın gözəlliyi nə qədər intiharlara səbəb olub. Bu gözəlliyi əldə etmək üçün hər cür çirkin vasitələrə əl atan kişilər olub, kimisə qarət edib, soyğunçuluq edib pul əldə edərək bu pul vasitəsilə gözəl bir qadını ələ keçirmək istəyənlər olub. Bəşər tarixi bu kimi faktlarla zəngindir.
Son zamanlar yeniyetməlik və gənclik dövründə oxuduğum əsərlərin bəzilərini yenidən oxuyuram. Bu günlərdə XIX əsr fransız ədəbiyyatının nəhəng simalarından olan Onore de Balzakın "Qorio ata" əsərini yenidən oxudum. Elə əsərlər var ki, onları mütləq müəyyən həyat təcrübəsi qazanandan sonra oxumaq lazımdır, əks halda bu əsərlərin mahiyyətini, özündə ehtiva etdiyi dərin mətləbləri anlamaqda çətinlik çəkəcəksən. "Qorio ata" sovet dönəmində Mikayıl Rəfilinin tərcüməsində dəfələrlə çap olunub. Çox az adam tapılar ki, bu əsəri oxumasın. Əlbəttə, söhbət əhalinin kitab oxuyan kəsimindən gedir. Buna görə əsərin mövzüsu haqda uzun-uzadı yazmağa ehtiyac görmürəm. Balzak bu əsərdə mürəkkəb və dolğun tiplər yaradıb. Cəmiyyətin ayrı-ayrı sinifləri arasındakı ziddiyyətlər bir burjua ailəsinin timsalında təsvir edilir.
Vaxtilə vermeşil fabrikinin sahibi olmuş Qorio atanın qızları kübar həyat naminə atalarının bütün var-dövlətini əlindən alırlar, özünü isə pansionata atırlar. Ata isə müticəsinə qızlarının onu istismar etməsinə dözür, o, qızlarının dizi üstündə tula kimi oturmağa da razıdır. O, qızlarını xoşbəxt edən kişilərin ayaqqabısını da silməyə razı olan miskin bir adamdır. Qızların isə gözü doymaq bilmir, madam Vokenin evində səfil bir həyat yaşayan qocanın qanını son damlasınadək sormağa hazırdırlar. Bədbəxt ata qızlarının gözəlliyi ilə öyünür. Halbuki o, qızlarının şöhrətpərəstliyinin qurbanıdır. O dövr fransız cəmiyyətində qadın şöhrətpərəstliyi kifayət qədər geniş yayılmış bir azar idi.
Yeri gəlmişkən, digər böyük fransız yazıçısı Floberin Madam Bovarisi də bu şöhrətpərəstliyin qurbanı olmuşdu. Həmin şöhrətpərəstliyin də arxasında gözəllik dayanırdı. Qadınların yeganə silahı gözəllikləridir, onların yaraladığı kişilər bu gözəlliyə sahib olmaq üçün istənilən yola əl ata bilərlər. Vokenin evində qalan Rastinyak hüquq təhsili alır, gələcəkdə vəkil olacaq. O, vicdanlı adamdır, amma qadınlar şöhrətpərəst, varlı kişiləri sevirlər. Şöhrətpərəstliklə vicdan isə bir araya sığmır, Rastinyak yüksək mövqe qazanmaq, gözəl qadınların diqqət mərkəzində olmaq üçün mütləq varlanmalıdır. Onun isə pulu yoxdur, o, anasına, bacılarına məktub yazır ki, mənə pul yollayın.
Rastinyakın valideynləri varlı deyillər, amma bu pulu ona tapıb yollayırlar. O, istəsə, əlindəki pulla böyük sərvət qazana bilər, amma bal maskaradları, zənginlik onun ağlını dumanlandırır. Öz tələbə dostuyla görüşərkən dostuna sual verir: "Sən bir qadına aşiq olmusan, bütün varlığını onun yolunda verməyə hazırsan, onun bər-bəzəyi, karetası, arzu etdiyi şeylər üçün ona çoxlu pul lazımdır, onda nə edərdin?"
Dostu isə ona belə cavab verir: "Sən əvvəlcə mənim ağlımı əlimdən alırsan, sonra da təklif edirsən ki, fikirləşim".
Paris qadınları dəbdə olan paltardan ötrü öz balalarını acından öldürməyə qadir idilər. Zənginlik və varlı məşuq onların yeganə sevinc mənbəyidir. Balzak yazır ki, Paris məhəbbətində özünü öymək, dəbdəbə, bədxərclik, həyasızlıq və gurultu-parıltı mühüm yer tutur.
Balzakla bir dövrdə yaşamış Stendal özünün "Qırmızı və qara" əsərində xanım Renalın timsalında fransız qadınının məşuq sindromuna tamam fərqli rakursdan yanaşır. Ərli bir qadın evdə uşaqlarına dərs keçən cavan oğlana, Jülyenə vurulur. Jülyen də Rastinyak kimi mənsəb qazanmaq ehtirasıyla alışıb yanan bir gəncdir. Bu iki obraz cüzi fərqlərlə eyni kateqoriyaya mənsub insanlardır. Rastinyak varlanmaq üçün təsadüflərə inanır, gözəllik və zənginlik bütün cazibəsi ilə onu özünə doğru çəkir. Ov tora düşəndən sonra qadın diplomatiyası işə düşür. Ümumiyyətlə, qadınlar özlərini kişilərə təslim etməzdən əvvəl onların həyatını cəhənnəmə çevirməkdən sonsuz həzz alırlar. Birmənalı olaraq həmişə belə olub. Bu, qadının təbiətinə xas bir xüsusiyyətdir. Delfinanın əri onu sevmir, pullarını opera rəqqasəsinə xərcləyir, Rastinyak isə sevgidən başını itirmiş durumdadır. Qadın saxta məhəbbətin intiqamını həqiqi məhəbbətdən alır.
Balzak təhkiyə boyu dahiyanə gedişlər edərək obrazların xarakterini açır. Başqa bir kişi tərəfindən atılmış qadın həmişə öz intiqamını növbəti kişidən alacaq. Qadının kişiyə əzab verməsinin, onun hissləriylə oynamasının kökündə məhz bu amil dayanır. Bəli, onun gözəllik kimi silahı var və onun qəlbini əzib keçmiş bir kişiyə görə o, qarşısına çıxmış bütün kişilərin qəlbini ayaqlayıb keçməyə qadirdir.
Amma Qorio atanın qızı Delfina bankir xanımı olsa da ləyaqət hissini tam itirməmiş, ərinə satılmayan bir qadındır. Delfina onun məhəbbətini qazanmaq istəyən Rastinyaka qəlbinin sirlərini açır, çünki onu sevir. Lakin kübar dünyasının tələbləri bütün insani hisslərin üstündən tank kimi keçib onları məhv edir. Qorio ata yataqda can verərkən qızları, bu kübar ata qatilləri bala tələsirlər. Qorio atanın yeganə günahı onun şiddətli məhəbbətidir. O, bütün var-dövlətini qızlarına verməsəydi, qızları onun qulluğunda durar, ölüm ayağında yanında olardılar. Ata bu həqiqəti son nəfəsində dərk edir. Onun ölüm yatağındakı monoloqu çox dəhşətlidir, qızlarını tələb edən ata gah onların dalınca jandarm göndərilməsini tələb edir, gah yol pullarını özü verəcəyini bildirib yalvarır, gah da onların atalarından üz döndərməsinin əsas səbəbkarı kimi özünü ittiham edir.
Kübarlar cəmiyyəti haqqında Balzak belə yazır: "Qızıl, daş-qaş altında gizlənən bu rəzaləti təsvir etmək üçün Yuvenalın belə qələmi acizdir". (Yuvenal - Antik dövrün böyük satirik şairi - K.H) Rastinyak vicdan hissini tamamilə itirməsə də xirtdəyədək bu bataqlığın içindədir. Balzak Paris qadınlarını dərindən tanıyırdı, sərvət dünyasının xəsis cəngavərlərini isə onlardan da yaxşı tanıyırdı. Ailə nikahı hər iki tərəf üçün sərvət əldə etmə vasitəsinə çevrilirdi. Bu mübarizədə uduzan tərəf müflis olurdu, belə şəraitdə məhəbbətdən, ülvi hisslərdən söhbət belə gedə bilməzdi. Balzak bütün əsərlərində ("Qobsek", "Polkovnik Şaber", "İtirilmiş xəyallar" və digər əsərlərində) burjua əxlaqının qurbanlarının acı taleyini qələmə alıb və bu cəmiyyətin çürüklüyünü dahiyanə şəkildə təsvir edir. Stefan Sveyq Balzak haqqında məşhur essesində yazır ki, onun qəhrəmanları bir-birinin ətini yeməyə hazır olan adamlardır, onlar birdən-birə varlanmaq istəyirlər və bunun üçün hər cür rəzalətə əl atmağa hazırdırlar.
Balzakın tərcümeyi-halını bilən adamlar bu əsərdə hansı cümlələrdən onun şəxsi münasibətinin boylandığını asanlıqla müəyyən edə bilərlər. Balzak unudulmuş qəhrəmanların yazıçısıdır. Cəmi 51 il ömür sürmüş yazıçı 90 roman yazıb və ümumi adı "Bəşəri komediya" olan bu əsərlər XIX əsr Fransasının salnaməsidir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM