Gələcəyimizin sağlamlığı üçün...

13:57 / 09.10.2015

 

 

         Gəncdirlər, peşəkardırlar, müasir texnologiyalardan istifadə etməyi bacarırlar, bilik və bacarıqlarını təkmilləşdirmək üçün dünyanın bir çox nüfuzlu tibb ocaqlarında təlim keçiblər.

Adətən körpə uşaqların ağ xalat görəndə ağlamasını, qorxmasını hər birimiz müşahidə etmişik. Əslində, onların qorxmasının baiskarı biz böyüklərik. Sözümüzə baxmayanda, nadinclik edəndə onları həkimlə, iynə ilə qorxutmuşuq.

Ancaq bu dəfə hər şey tərsinə oldu. Müşahidə etdiklərimdən sonra bir daha qəti qərara gəldim ki, ünsiyyət zamanı psixoloji təsirin önəmi çox böyükdür.

Və diqqətimi çəkən əsas məqamlardan biri onların gələcəyimiz olan uşaqlarla həkim kimi deyil, həm də bir ana kimi ünsiyyət qurmaları oldu.

Əbəs yerə deməyiblər, həkimin, təbibin məlhəmindən, həbindən çox onun xoş sözü, səmimiyyəti xəstəni sağaldıb ayağa qaldırır.

Bəli, stressin, həyacanın artdığı, kürəsəlləşmə deyilən ağır prosessin böyükdən-kiçiyə hər birimizin həyatına nüfuz etdiyi bir dövrdə gələcəyimiz olan uşaqlarımıza diqqət və qayğı göstərmək, onları sağlam canlı, sağlam ruhlu böyüdüb boya-başa çatdırmaq üçün üzərimizə düşən məsuliyyəti hiss etməliyik.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin əsas prioritet istiqamətlərindən biri də məhz gələcəyimiz olan körpələrin qayğı ilə əhatə olunmasıdır ki, bu istiqamətdə də aidiyyatı qurumlar üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Bağçalarda, məktəblərdə, bütün təhsil müəssisələrində yaradılmış yüksək şərait, müasir standartlara cavab verən idman kompleksləri uşaqların, gənclərin ixtiyarına verilib.

Sevindirici haldır ki, sabahımızı etibar etdiyimiz körpələrin, uşaqların qayğısı ilə savadlı, yüksək ünsiyyətqurma bacarığına malik, karyera qurmaq üçün, sözün əsl mənasında, sınaqlardan keçən gənclərimiz-həkimlər, müəllimlər və digər peşə sahibləri məşğul olurlar.  Bütün bunlar isə şəffaflığın, inkişafın, biliyə və bacarığa verilən qiymətin, ali dəyərin bariz nümunəsidir...

Onlar da sınaqdan keçirdilər, daha doğrusu, sınaqdan keçmişdilər, bu dəfə öz məharətlərini göstərmək, DİN-in Təchizat İdarəsinin tabeçiliyində olan bağçalardakı körpə fidan balalarımızla daha yaxından tanış olmaq, onların sağlıq durumunu yoxlamaq üçün DİN-in Tibb İdarəsi tərəfindən  səfərbər olunmuşdular.

“Tədbiri keçirməkdə məqsədimiz daxili işlər orqanları əməkdaşlarının övladlarının sağlıq durumunu diqqətdə saxlamaqdır. Pediatrik xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün DİN rəhbərliyi tərəfindən müsabiqə yolu ilə DİO-ya qəbul edilən, DİN-in 1 və 2 nömrəli poliklinikalarında işlə təmin olunan gənc əməkdaşlarımızla birgə keçirilən bu tədbir həm də maarifləndirici xarakter daşıyır”,- deyən DİN-in Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Mahmud Yusifov daxili işlər orqanları əməkdaşlarının, onların ailə üzvlərinin müayinəsinin və müalicəsinin aparılması üçün DİN-in Arif Heydərov adına respublika Hospitalında, poliklinikalarda müasir standartlara cavab verən yüksək şəraitin yaradıldığını və bu imkanlardan əməkdaşların yararlanmasının vacibliyini bildirdi.

O da qeyd olundu ki, yerlərə də məktublar göndərilmiş, əməkdaşların yaradılmış şəraitdən, xüsusən də övladlarının sağlamlığı üçüm pediatrik xidmətdən istifadə etmələri diqqətə çatdırıllmışdır...

DİN-in Təchizat İdarəsinin tabeçiliyində olan bağçaların həkim-pediatrı Ayişə Dadaşova ilə birlikdə DİN-in 1 nömrəli poliklinikasının pediatrları Ülviyyə Həziyevanın, Könül Mirzəyevanın və DİN-in 2 nömrəli poliklinikasının pediartları Elnarə İbrahimovanın, Natavan Hüseynovanın DİN-in 1, 2, 3 və 4 saylı bağçalarında uşaqları müayinə edərkən bir daha şahidi oldum ki, gələcəyimiz olan körpələrimizin taleyi etibarlı əllərdədir.

Gəlin, övladlarımızın taleyinə biganə yanaşmayaq, onlarda müşahidə etdiyimiz kiçik bir problemin gələcəkdə qarşısı alınmaz xəstəliyə çevrilməmsi üçün savadlı mütəxəssislərə, həkim-pediatrlara müraciət edək.

DİN-in Tibb İdarəsinin general-leytenant Arif Heydərov adına Hospitalın, DİN-in 1 və 2 nömrəli poliklinikalarının tibb personalı təkcə polis əməkdaşlarının deyil, həmçinin xalqımızın sağlamlığının keşiyində durmağa hazırdırlar və buna da hər cür şərait var.

Yetər ki, biganə olmayaq, çünki can bizə İlahi tərəfindən verilən əmanətdir. Əmanətə isə xəyanət olmaz.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM