Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...

15:23 / 12.10.2015

Hər gün mənzil oğurluqları ilə bağlı xəbərlər eşidirik. Onlarla mənzil oğruların hədəfinə çevrilir, vətəndaşa külli miqdarda ziyan dəyir. Müşahidələr göstərir ki, üstü açılan oğurluq faktlarını törədənlərin əksəriyyətini əvvəllər məhkum olunmuş şəxslər, narkomanlar, müəyyən qismini isə xarici ölkə vətəndaşları təşkil edir.

Mövzu bu gün çox aktualdır və bir çox məqamlara aydınlıq gətirmək üçün daha dərindən düşünməyə, təhlil etməyə ehtiyac var.

Gəlin etiraf edək ki, bir çox mənzil oğurluqları mənzil sahiblərinin məsuliyyətsizliyindən, biganəliyindən, və etinasızlığından baş verir. Yəni illərlə yığdıqları var-dövlət əldən çıxdıqdan, oğurlandıqdan sonra aidiyyatı qurumlara müraciət edir, tədbir görməyə çalışırlar.

Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız hələ də mənzillərinin açarını qapının kəndarındakı palazın, zibil vedrəsinin altında və s. ənənəvi yerlərdə “gizlədirlər”. Nəticə acınacaqlı olduqda isə ilk yada düşən polis olur.

Sözün düzü, bu mövzu həmişə məni çox narahat edib. Vətəndaş nə üçün dara düşəndə polisə müraciət edib, ondan kömək istəyir? Axı niyə vaxtında tədbir görə bilmirik?

Yeri gəlmişkən, bir dəfə rayonların birində obyektdən oğurluq olmuşdu və polislərimizin gərgin əməyi nəticəsində oğrular tutulmuşdu. Hadisə ilə bağlı Rayon Mühafizə İdarəsinin səlahiyyətli nümayəndəsindən faktla bağlı münasibət bildirməyini xahiş etdikdə dedi ki “Əvvəllər bu obyektdən oğurluq olub, təəssüflər olsun ki, zərərçəkmiş şəxs obyektinin qorunması, mühafizəyə qəbul olunması üçün polisə üz tutmayıb, polisin xidmətindən yararlanmayıb. Hadisə baş verdikdən sonra isə üstümüzə qaçıb kömək istəyir”...

Bəli, düz sözə nə deyəsən. Danılmaz bir həqiqət də var ki, bəzən var-dövlət, obyekt sahibləri elə bir simiclik nümayiş etdirirlər ki, onu yazmaqda belə adam çətinlik çəkir. Sadə bir həqiqət var: Gəlir dövriyyəsi ay da müəyyən qədər məbləğ edən bir obyekt, mağaza sahibinin polisin xidmətindən yararlanmaması, əslində, insanın öz-özünə, malına-puluna, çəkdiyi zəhmətə biganəliyidir.

Fikrimiz heç də polisin fəaliyyətini reklam etmək deyil, birdə ki, “Görünən dağa nə bələdçi”...

Diqqətinizə çatdırmaq istəyirəm ki, mövzu ilə bağlı vətəndaşların da münasibətini bilmək üçün paytaxtın bir çox rayonlarında sorğu keçirdim.

Respondentlərin cavablarından məlum oldu ki, onlar evlərinin, obyektlərinin polis xidməti ilə qorunmasına müsbət yanaşırlar, lakin əksəriyyəti hələ bu xidmətdən yararlanmırlar. Bax, elə məsələnin əsl mahiyyəti də bundan ibarətdir: Deyirik, amma əməl eləmirik.

Əlbəttə, hər hansı bir işi, fəliyyəti publikanın, cəmiyyətin diqqətinə çatdırmaq üçün təbliğata ehtiyac var. Və sevindirici haldır ki, mühafizə polisi ilə bağlı təkcə paytaxtımızda deyil, yerlərdə də yüksək səviyyədə təbliğat işi gedir. Araşdırmamız zamanı o da bəlli oldu ki, mühafizə olunan obyektlərdə, mənzillərdə oğurluğa cəhd halları qeydə alınsa da, vətəndaşa ziyan dəyməyib, yəni oğrular əliboş qayıdıblar, ya da tutularaq məsuliyyətə cəlb olunublar.

Mövzunu daha da dolğunlaşdırmaq üçün paytaxtımızın bir çox Rayon Polis İdarələri və Rayon Mühafizə İdarələrinin yetkililərinə mənzil oğurluqlarının, ümumiyyətlə, oğurluq hallarının qarşısını almaq üçün ilk növbədə hansı tədbirin görülməsinin vacibliyi barədə sual ünvanladım. Fərqli cavablar alsam da, yenə də əsas məsuliyyətin birbaşa vətəndaşın üzərinə düşdüyü vurğulandı. Bəli, qurumlar arasında müəyyən qınaqlar da oldu. Hətta bəzi Rayon Polis Bölmələri oldu ki, onlar maraqlı təkiliflərlə də çıxış etdilər.

O təkliflərdən birini də diqqətinizə çatdırmaq istərdim. Müsahiblərimdən biri dedi ki, Mühafizə Polisi rayon ərazisində mühafizəyə qəbul etdiyi mənzillərin, obyeklərin ünvanını həmin əraziyə xidmət edən polis bölməsinə bildirərsə, bu da qarşıya çıxan bəzi problemlərin aradan qaldırılmasına, yəni qarşılıqlı koordinasiya nəticəsində baş vermiş hər hansı bir cinayət hadisəsinin qarşısı vaxtında alınmasına kömək olar.

Əlbəttə, verilən bəzi təkliflərlə müəyyən rayonların mühafizə polisi əməkdaşlarının yetkililəri razılaşmadı.

Ancaq bütün deyilənlərdən, gördüklərimdən və bu kiçik araşdırmadan belə qənaətə gəldim ki, terrorun, insanları vahiməyə salan hadisələrin baş alıb getdiyi bir dövrdə digər hüquq-mühafizə orqanları ilə birgə daxili işlər orqanlarının qurumları arasında koordinasiyanın qurulması bizi qarşılaşacağımız neqativ hallardan qoruyar, nə canımız, nə də malımız-mülkümüz ziyan görər.

Bütün bunlara rəğmən, vətəndaşlar da öz məsuliyyətini dərindən dərk etməlidirlər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM