Çəkdim ki, izim qala...

13:23 / 20.10.2015

 Ədəbiyyatçılar dünyaya gəlişimizlə gedişimiz arasında bir sözlük, riyaziyyatçılar bir rəqəmlik, bəstəkarlar bir notluq, rəssamlar da bir fırçalıq məsafənin olduğunu deyirlər. Olmaq-ölmək fəlsəfəsi yaranışdan bu günə kimi düşündürüb insanı. AN məsələsi bütün zamanların cavabı tapılmaz sualı olub.

AN-ı ölçmək istəyimiz ilk baxışdan alın yazımıza qarşı çıxdığımızı sərgiləsə də insan olaraq anlayırıq ki, salındığımız İlahi çərçivədən kənara çıxa bilmərik. Yəni bütün yaradılmışların qəlibi, çərçivəsi var...

         Təkcə qurub-yaratdıqlarımızla deyil, həm də dağılmasını tezləşdirən əməllərimizlə təngə gətirdiyimiz yer üzü, yer kürrəsi mənə çərçivəyə sığmayan şəkli xatırladır. Elə bir şəkil ki, əvvəllər ağ-qara idi. İndi isə rəngi çox dəyişib, qırmızısı çoxalıb. Bilirsiniz niyə? Ona görə ki, hər yerdə qan tökülür, insan ölür, uşaqlar yetim qalır. Bəzən bir insan ömrü bir şəklin ömründən də qısa olur...

         Əvvəllər tez-tez eşidərdik: “Şəkil yandı”...

         İndi insan, yer-göy, bütün dünya yanır...

         Bax, bu yazdıqlarımdan sonra sizi onun şəkilli dünyası ilə tanış etmək istəyirəm. Şəkil çəkmək Azərbaycanın qocaman fotoqrafı, DİN-in mətbu orqanı olan “Mübariz keşikdə” qəzetinin fotomüxbiriÜzeyir Muradovun hobbisi deyil, sənətidir. Az qala, 60 il, zarafat deyil....

         80 yaşın yoxuşuna qalxdıqca nəfəsi təngisə də çəkmək həvəsi hələ sönməyib. Yenə də əlində fotoaparatı gördüyü, sevdiyi və seçdiyi anı  çəkir Üzeyir dayı. Xidmətimizin əməkdaşları, hamımız ona dayı deyirik.

         Üzeyir Muradov 1937-ci ildə Bakının ən böyük kəndlərindən olan Buzovnada Həsən kişinin ailəsində dünyaya göz açıb. O da 1941-1945-ci illər müharibəsinin ağrısını-acısını, aclığını görüb. Bütün çətinliklərə sinə gərib, oxuyub, öyrənib. Azərbaycan Dövlət Universitetinin Geologiya fakultəsində təhsil alıb.

         Üzeyir müəllim, sözün əsl mənasında,maraqlı müsahibdir. Onunla söhbətləşəndə, dərdləşəndə insan vaxtın necə gəlib-getdiyinin fərqinə varmır. Şahidi olduğu hər hansı bir hadisəni elə şövqlə danışır ki, yaddaşına və söz ehtiyatına valeh olursan. Vallah, elə “söz adamları” görümüşəm ki, sözü-sözə calayıb cümlə şəklinə sala bilmir.

         O, dərdini heç kimə danışmır, bilənlər onsuz da bilir...

          Deyirlər ki, “Eyfel qülləsi”nin tikintisində işləyən fəhlələrdən nə etdiklərini soruşanda biri cavab verir ki, daşı-daş üstə qoyub işimi görürəm, digəri isə: “Mən “Eyfel qülləsi”ni tikirəm, tarixdə izim qalsın”,-deyə cavab verir.

         Üzeyir Muradov çəkdiyi fotolarla həm də bir tarix yazır. Onun arxivində bu gün düşmən tapdağında olan torpaqlarımızdan çəkilmiş elə kadrlar var ki, baxanda göz yaşlarını saxlaya bilmirsən. Bəli, şəkil yaddaşa çevriləndə, bir millətin keçmişini, gələcəyini özündə ehtiva edəndə o, əbədiyaşarlıq statusu qazanır.

         Yaşının bu vədəsində də vaxtsız itirdiyi iki oğul övladının yadigarlarına, nəvələrinə, nəticələrinə yaxşı baxmaq, onların nədənsə korluq çəkməmələri üçün işləyir, çalışır, qaçır-qovur. Bax, elə məncə, ona görədir ki, “çörək ağacı” olan fotoaparatı həmişə gözünün üstündədir. Elimizin adəti var: “Çörəyi öpüb göz üstünə qoyarlar”...

         Dərdin yelləncəyi  çiynindən asılsa da yaşının bu vədəsində qaməti şaxdır, gümrahdır. Dostluqda da sadiqdir, O. Amma dostu da hərdən ona xəyanət edir. Bığları “sarılıq” xəstəliyinə tutulub. Nə qədər desək də, siqaretdən əl çəkmir, bu Kişi. Hərdən də zarafata salıb deyir ki, siz yanımda olmayanda mən onunla söhbətləşirəm, dərdləşirəm.

         Arxivində milyondan çox neqativ var. Azərbaycanın sayılıb-seçilən, adı tarixə düşən şəxsiyyətlərin, sənət adamlarının şəkillərini çox çəkib vaxtilə. Aşıq Şəmşirin, Mircəlal Paşayevin, maestro Niyazinin, Səttar Bəhlulzadənin, Əfrasiyab Bədəlbəylinin, Aydın Qaradağlının şəkillərini çəkərkən yadında qalan xatirələri danışdıqca kövrəlir foto sənətimizin ağsaqqalı...

         Bu gün doğma torpaqlarda, yad əllərdə qalan Dədə Ələsgərin qəbrini  dünyanın düz vaxtında, 1968-ci ildə çəkib. Eh, kim bilir indi Dədəmizin qəbri nə vəziyyətdədir, uçulubmu, dağılıbmı? Yaxşı ki, şəkillər var...

         Və nə yaxşı ki, bu gün  bizimlə bir sırada addımlayan, yoruldum, usandım deməyən, hörmətli qələm adamı, əməkdar jurnalist Cavid Xaspoladovun təbirincə desək: “Ağlar-güləyən” Üzeyirimiz, Üzeyir dayımız var.

         Doğum günün mübarək, əziz dost, gözəl insan. Allah 100-ü haqlamağı da nəsib eləsin.  Hələ çəkiləsi, hələ şəkilbəşəkil deyiləsi çox sözün var.

 

      


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM