“Küçə uşaqları”nın gələcəyi...

11:10 / 09.11.2015

Avtobusun arxa oturacaqlarında yerlərini rahatlamışdılar. Arıq, sısqa uşaqların kədərli gözlərinin rəngi də çox qəribəydi. Baxışlarındakı dibsiz dərinliklərdə həyat görünmürdü.

Gecənin bu vaxtı avtobusda nə işləri vardı, haradan gəlib, haraya gedirdilər. Gözüm üzlərində qalmışdı. “Detdom uşaqlarının atası olmur”, bəs “küçə uşaqları”nın fikri gəldi birdən ağlıma.

Başlarını aşağı salıb gizlincə kleyə oxşar maddəni iylədiklərini görəndən sonra hər şeyi anladım.

Bilirəm ki, yazıya seçdiyim başlıq birmənalı qarşılamayacaq. Muraciət etdiyim mövzu çoxumuzun ürəkağrısı ilə yanından ötüb keçdiyimiz “küçə uşaqları”dır.

“Küçə uşağı”. Bu termin leksikonumuza necə gəldi, onu kim gətirdi? Bunu dartışmaq istəmirəm. Məsələnin görünən tərəfi odur ki, o, uşaqlara kömək etməliyik. Onların küçələrdə səfil-səfil gəzməsi, məcburi əməyə cəlb edilməsi və yaxud da qara əməl sahiblərinin “əl quzusuna” çevrilməsi yaxşı bir şey vəd etmir...

Bəslənib-süslənmiş, atalı-analı uşaqlara “küçə uşaqları”nın həsədlə baxmasının dəfələrlə şahidi olmuşam. Onlar heç də bizə yad deyillər, çünki onlar da bizim birimizdir, daha doğrusu, bizim kimi olmalıdırlar.

İlk növbədə o tifilləri küçələrə salan səbəbləri tapmalı, “niyə”, “nə üçün”, “nədən” suallarına birlikdə cavab axtarmalıyıq. Səbəblərdən biri valdeynlərdir. Buna heç şübhəniz olmasın. Valideyn məsuliyyəti bir az yumuşaq, obrazlı yanaşma olsa da, hüquq çərçivəsində bu həm də birbaşa vətəndaş məsuliyyəti yaradır. Min bir əzab-əziyyətlə dünyaya uşaq gətirib onu küçələrə atmağa, ana nəvazişindən, ata qayğısından məhrum etməyə nə ad vermək olar. Heç kim heç bir vəchlə bu məsələdə özünə haqq qazandıra bilməz.

Bəli, bu gün ölkəmizdə valideyn nəvazişindən məhrum olan uşaqlara, körpələrə dövlətimiz sahib çıxır, onların qayğısına qalır. “Heydər Əliyev Fondunun” dəstəyi ilə təkcə paytaxtımızda deyil, yerlərdə də yeni-yeni körpələr evləri, internat məktəbləri, uşaq baxçaları tikilir, əsaslı təmir olunur. Aztəminatlı ailələrə dövlət yardımı ilbəil artır. Bircə faktı demək kifayətdir ki, bu gün 500 minə yaxın insan, 114 min ailə ünvanlı sosial yardım alır və dövlət hər ailəyə orta hesabla hər ay 153 manat yardım göstərir.

Demək valideyn məsuliyyəti çatışmır. Təəsüflər olsun ki, ictimai nəzarət mexanzimi işləmir. “Nəyimə lazım”ların unutqanlığımıza yol açdığını anlasaq da keçmişi unutmamaq üçün gələcəyi qorumaq və qurmaq naminə həmrəylik nümayiş etdirməkdə acizlik göstəririk. Əksər qeyri-hökumət təşkilatları xaricdən dəstək, qrantalmaq naminə ən müxtəlif cinayətlərə görə həbs olunmuş şəxsləri guya “vicdan məhbusu” kimi qələmə veri, özlərini insan hüquqıarının müdafiəçisi libasına soxurlar. Amma bəs bu “küşə uşaqları” insan deyillərmi, bəlkə onların hüququ-filanı yoxdur. Hər işimizi hökumətin, polisin üstünə atmaq lazımdır?

Hanı bir girəvə düşən kimi yaxasını-başını cıran, haqdan-ədalətdən dəm vuran üzdəniraq din adamları? Bu günahsız körpələri Allah yaratmayıbmı? Niyə bircəciyinə yiyə durmur, onları küçələrdən. Keçidlərdən yığmağa heç olmasa təşəbbüs belə göstərmirsiniz.

Azyaşlıların və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayət əməlləri də statistikada yer alır. Təəssüflər olsun ki, onların arasında narkomaniya qurbanları da var. Bu vacib məsələ ilə əlaqədar DİN rəhbərliyinin göstərişi ilə paytaxtımızda və yerlərdə mütəmadi olaraq polis tərəfindən maarifləndirici tədbirlər keçirilir, profilaktiki iş aparılır. Valideyn, məktəb və polis həmrəyliyi bəzən yaşanacaq faciənin qarşısını vaxtında alır. Hətta valideyn nəvazişindən məhrum olan uşaqların sığındığı uşaq evlərinin rəhbərliyi ilə söhbət edərkən onlar paqondaşlarımızdan çox razılıq edirlər.

Məsələn, “Ümid yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin rəhbəri Nigar Mənsimli azyaşlılar və yeniyetmələr üzrə məsul olan əməkdaşları tərəfindən valideyn nəvazişindən məhrum olan, kimsəsiz, baxımsız qalan, küçələrə atılan uşaqların cəmiyyətə gətirildiyini bildirir.

Könül istərdi ki, bu işə hamımız birlikdə və daha çox vicdanla, daha artıq təəssübkeşliklə yanaşaq. Onlar gələcəyimiz, vətənimizin bir parçası, həm də taleyimizdirlər.

Uşaqlarımız şən, firavan həyat yaşasın. Adlarının qarşısında “küçə” sözü olmasın.

Gəlin, onların taleyinə, gələcəyinə biganə qalmayaq. Qaranlığı lənətləməkdənsə, hərəyə bir şam yandıraq, uşaqlarımızın gələcəyi üçün.

P.S: Küçələrin işıqlarını söndürməyin, uşaqlar qorxar...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM