Vətən üçün...

22:30 / 28.11.2015

Tənhalıq hardan başlayır, harada bitir, ayrılıq niyə ölümdən də betər olur sualının cavabının çox çətin olduğunu sanmışdım.

Sən demə, cavab tapmaq üçün dəridən-qabıqdan çıxmağa, filosofluq eləməyə gərək yoxmuş. Ölüm nədir, rəngi necədir sulının da cavabını tapmışam. İndi “ölüm nədir, əcəl hansı şəkildə olur” deyəndə gözlərimin önünə insan gəlir. Ölümün bir adı da insandır, insan həm də əcəlin şəklini dəyişmiş formasıdır. Yəni İlahidən gələn ölüm və əcəl ucalığını insanlar çox adiləşdiriblər, adamlaşdırıblar, daha doğrusu.

Anladım ki, bu dünyada bir insan üçün ən böyük tənhalıq əzizini, doğmasını itirəndən sonra başlayır. Bəs görəsən, dünyasını dəyişən birinin tənhalığı bu dünyanı tərk etməklə bitirmi? Yox, əsla, yox...

Bəlkə elə qəbir əzabı deyilən məfhum tənhalığın özüdür. Torpağa tapşırılan cansız cəsəd əl-ayaq çəkiləndən sonra əbədi, uzun sürən, ta qiyamətə qədər davam edən tənhalıqla üzbəüz qalmırmı?

Elə dörd divar arasında sıxılmaq da tənhalıqdır...

Dünən onları Vətən torpağına əmanət edəndə bu fikirlər beynimi sarmaşıq kimi sarmışdı. Əcəl zənginin onlar üçün belə tez çalınmağı içi mənqarışıq orda olan hər kəsdə ölümə az da olsa seziləcək qədər nifrət oyatmışdı. Axı əzizlərimizi, doğmalarımızı itirmişdik. Bəs bu vaxtsız ayrılığın baiskarı kimlər idi?!

O güllələri, o qumbaranı onlara düşmənmi atmışdı?

“Nər” sözü ilə adı başlayan yurdun övladlarının belə münasibətini sinirmək asan deyil, mənim əzizlərim. Amma onlar da fitvaya getdilər. Məlum kimlərinsə əlini öpüb onların ideyalarına sadiqliyini nümayiş etdirmək üçün talehkimilərin sözü ilə tapındıqları Haqdan gərək əllərini üzməyəydi nardaranlılar. Axı Vətənin varlığı dindən də, inancdan da üstündür, hər şeydən vacibdir. Min illər boyu suyunu içib, çörəyini yediyimiz, havasını udduğumuz Vətəni, torpağı qızıl sinidə kiməsə verməklə öz bədbəxtliyimizə yol açmış, imza atmış oluruq. Bir az da açıq desəm, dəyişən dünya düzəni, rus-fars qardaşlaşması bizlərə “Gülüstan”ı, “Türkmənçay”ı xatırlatmırmı? Bu torpağın taleyini satılmış talehlərə həvalə etmək keçmişi topa tutmaq, gələcəyi güllələmək deyilmi?

Həlak olan polis əməkdaşları Vüqar Nəsibovun, İsmayıl Tağıyevin günahı nə idi? Axı onlar islam, din pərdəsi altında maskalanmış birilərinin əməllərini ifşa

etmək üçün görəvləndirilmişdilər. Bu görəv, əslində, xalqı və dövləti gələcək bəlalardan qorumaq üçün çox vacib idi.

Hadisələrlə bağlı izlədiyim nüanslardan biri daha çox diqqətimi çəkdi. Deyirdilər ki, guya polislər namaz zamanı nardaranlılara hücum ediblər. Mən hər iki həmkarımızı yaxşı tanıyırdım. Onlar “namaz qıla-qıla” güllə, qumbara atıb namazı batil edənlərdən qat-qat inanclı, imanlı və vətənpərvər idilər.

Bir məqamın üstündə xüsusilə dayanmaq istəyirəm. Namaz qılarkən insan bu dünyanı unudur. Çünki sən Allahın, səni Yaradının qarşısında durub Ondan bağışlanmanı diləyirsən. Yəni namazda olduğun vaxt çevrəndə baş verənlər səni mömün olaraq bu rabitədən heç bir vəchlə ayıra bilməz. Əlbəttə ki, söhbət əsl mömündən və müsəlmandan gedir.

Və Azərbaycan Polisi “Allahsız” deyil ki, namaz üstə, dilində “Allahu-əkbər” deyən, “əli yalın mömünlərə” güllə atsın.

Demək hadisə “mömünlər” namazda olarkən baş verməyib, onların ölkəmizi, dövlətimizi parçalamaq, asayişi pozmaq üçün hazırladığı planlardan duyuq düşüb ifşa etməyə gələn həmkarlarımıza silahla dirəniş göstəriblər, cinayət əməli törədiblər. Sadəcə orada din, iman, Allah xofu və sevgisi insanları qandırmaq üçün bir vasitə idi.

Qardaş da qardaşa güllə atarmı? Özü də kimə?

Qarabağ döyüşlərində sıralarından yüzlərlə əməkdaşı şəhid olan, ölkəmizin bütövlüyü uğrunda gecə-gündüz yorulmadan xidmət edən, asayişi qoruyan, sabitliyi təmin edən Azərbaycan Polisinə. Odlar, əjdahalar, canavarlar arasında qalan Vətəni, torpağı, xalqı qorumaq üçün beynini xurafat gəmirən, sülh, qardaşlıq rəmiz olan əsl islamın mahiyyətini bilməyən, Azərbaycanı sevməyənlərin əl quzusuna çevrilənlərin hər cür təxribatının qarşısını almaq naminə ölümün gözünə dik baxan Vətən oğullarına güllə sıxanlara, sıxdıranlara nə ad vermək olar?

O açılan güllələr nardaranlılara, bakılılara, qarabağlılara, irəvanlılara, dərbəndlilərə, təbrizlilərə, borçalılara deyil, xəyalımızda hər zaman varlığını arzuladığımız, sərhədlərini çizdiyimiz Vətənimizə-Azərbaycanımıza dəydi.

 

 

Necə ki, Məmməd Araz deyirdi:

 

Səndən, məndən ötən zərbə,

Vətən, Vətən, sənə dəydi!!!

 

Dost itirmək ağır dərddi. Vüqar da mənim dostum idi. O, 1975-ci ildə qədim oğuz-türk yurdu indiki Ermənistan Respublikasının Kalinino rayonunun Mixaylovka (rayonun və kəndin adı haylar tərəfindən dəyişdirilib) kəndində keçmiş milis ailəsində doğulmuşdu. Atası Eyyub kişi beş övladını halal zəhməti, alın təri ilə dolandırırdı. O, haramdan uzaq durmağı, halalı sevməyi, halal yeməyi və qazanmağı öyrətmişdi, daha doğrusu, sevdirmişdi övladlarına.

Vüqar kiçik yaşlarından idmana həvəsliydi, güləşlə məşğul olurdu. Hətta rayonda erməni “dığaları”nın kürəyini yerə vuranda “türk, türk” deyib qəzəblərini gizlədə bilmirdi düşmənlərimiz.

1988-ci il hadisələrindən sonra düzəni dəyişdi, mizanı pozuldu dünyanın. Xaricdəki və imperiyadakı havadarlarından dəstək görən haylar bizləri yurdumuzdan-yuvamızdan pərən-pərən saldı. Ellər, obalar viranə qaldı. Yer-yurd adlarımız haylaşdırıldı.

Polis mayoru Vüqar Nəsibovun ailəsi də həmin hadisələrdən sonra qaçqınlıq, köçkünlük həyatını yaşamağa məhkum oldu. Yurd ağrısı, torpaq itkisi ürəkdə dağa, alında şırıma dönsə də soydaşlarımız o yurda dönmək həsrətinə boy verib toparlana bildilər. O torpaqlara dönmək arzusu gözündə qalan və dünyasını dəyişən böyüklərin həsrəti, nisgili sanki dünənin uşaqlarını bir boy böyütdü, onları vaxtsız yaşlandırdı.

Vüqar atasının yolunu davam etdirmək, böyük qardaşı İmran kimi polis olmaq arzusu ilə çalışdı, çabaladı. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirdi. Həqiqi hərbi xidmət keçdi. Peşəkar idmançı kimi özünü təsdiq etdi. Daxili işlər orqanlarına qəbul olundu. DİN-in Polis Akademiyasında təhsil aldı. Xidmətdə bişdi, püxtələşdi. İdmançı kimi həm bayrağımızı qaldırdı, həm də xidmətdə uğurlar əldə etdi. Çox sınaqlardan keçdi həmkarımız. Fədakarlığı DİN və ölkə rəhbərliyinin diqqətindən yayınmadı. “İgidliyə görə” medallla təltif olundu.

Və məlum Nardaran hadisələri. O, daha doğrusu, onlar düşmən gülləsindən deyil, soydaşlarımızın atdığı güllələrdən həyata ömürlük əlvida dedilər. Vüqar 40-dan o yana keçə bilmədi...

Ömrünün qürub çağını yaşayan dərdli babaya “Atam hanı, nə vaxt gələcək” deyən Fəridə və Fidana onun necə cavab verməsini düşünəndə göz yaşına hakim ola bilmirsən.

Bir dostu, həmkarı, yurddaşı kimi Vüqardan çox yaza, çox danışa bilərəm. Yeri gəlmişkən, il yarım bundan öncə onunla bir dostumuzun xeyir işində görüşəndə: “Hafiz, bizim yerlərdən çox yaz, qoy bizdən sonra gələnlər o torpağı unutmasınlar, o yurda qayıtmaq, böyük Azərbaycanı qurmaq üçün çalışsınlar”,- deyib boynumu qucaqlamışdı.

O şaqraq gülüşü, təmkini gözlərimin önündədir. Dərdə bax ki, onun yoxluğu barədə indi bu misraları yazıram. Dərd ölçüyə, çəkiyə gəlməz ki...

Ayaqlarını qucaqlayıb oturan Fərid Yoxluğun və Dərdin böyüklüyünü hələ dərk etmir. Amma üzündə qəribə bir kədər, üzüntü var həmkarımızın oğul balasının.

Onun ölüm xəbərini eşidib ata evinə gələnlərin, onu xatırlayanların üzünə sanki payızın sonuncu nəfəsinin sarılığı çöküb. Gözlər, baxışlar, sözlər qəmlidi, kədərlidi.

Ruhunuz şad olsun, əziz qardaşlarım və paqondaşlarım. Bu Vətən, bu torpaq əsla sizi unutmayacaq, işıqlı xatirəniz hər zaman qəlbimizdə əbədi yaşayacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin sizləri təltif etdiyi “Azərbaycan bayrağı” ordeni isə bundan sonra cinayətkarlıqla, ölkəmizi, Vətənimizi bölmək, təxribat yaratmaq istəyənlərlə ciddi mübarizədə, haqq işimizdə həmişəyanar mayak olacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM