Mərhəmət yeganə həqiqətdir

10:13 / 04.12.2015

 Əsəd Cahangir

Tanınmış yazıçı Zöhrə Əsgərovanın “Tarixi yaddaş və qondarma əhvalatlar” (Bakı, Yazıçı, 2015) kitabını oxu prosesində bir neçə fikir məni tərk etmədi: müəllifin  bəzən insanı heyrətləndirəcək qədər geniş mütaliə dairəsi, qoyulan problemin aktuallığı, məsələyə münasibətdə fikirlərimizin paralelliyi. İlk ikisi obyektiv, sonuncusu subyektiv olmaqla bu üç amil oxumaqda olduğunuz yazının meydana gəlməsinə səbəb oldu.

Dünya təbii-coğrafi, milli, dini, irqi və sair baxımdan son dərəcə zəngindir. Bu, Yaradanın yaradıcılıq imkanlarının  sonsuzluğunun əlamətidir. Lakin bütün bu zahiri rəngarəngliyin  altında vahid yaradıcı başlanğıcdan  doğan birlik, vəhdət dayanır. Fərqlilik atributiv-zahiri, birlik isə substansiv-daxili xarakter daşıyır. Yaradan bizə ağlı bu zahiri fərqin altındakı  vəhdəti görmək üçün verib. Bəlkə, yer üzünə gəlişimizin başlıca anlamı da budur-mahiyyətə varmaq və “həpimizin bir günəşin zərrəsi olduğumuzu” dərk etmək.

Tarixən də, bu gün də dünyada baş verən hər cür dini və milli qarşıdurmaların  fundamental əsasında da məhz bu sadə və ali həqiqəti  dərk etməmək durur. Lakin bu gün sözügedən problem daha kəskindir. Çünki çağdaş dünya qlobal dünyadır və milli, dini, irqi və sair yöndən qarşılıqlı anlaşma və hörmət, tolerantlıq olmadan mövcudluq sadəcə mümkün deyil.

Zöhrə Əsgərova da əsas diqqəti məhz bu suala yönəldir. Əgər dünya vahid Allah tərəfindən yaradılıbsa, müxtəlif dini-etnik mənsubiyyətə malik xalqlar arasındakı qarşıdurmalar nə üçündür?

İki hissədən ibarət  kitab çağdaş dünya insanını dərindən narahat edən bu məsələyə-dini dözümlülük, çağdaş terminoloji dillə desək, tolerantlıq probleminə həsr olunub. Bu, təsadüfi deyil. Dini, irqi dözümlülük ideyası istənilən bir dövrdə tərəqqipərvər şəxslərin, işıqlı zəkaların əsas devizlərindən biri olub və Zöhrə xanım da bu kitabı nə yuxarı, nə də aşağıdan heç göstəriş almadan, rəsmi və sosial  sifariş yerinə yetirmədən yazıb. O, bu kitabı yazanda şəxsi mənfəətpərəstlikdən doğan heç bir təmənna da güdməyib.

Lakin məsələ sadəcə bununla bitmir. Bu kitab həm də Zöhrə xanımın vətəndaşlıq hissi, dövlətçilik  düşüncəsini ifadə edir. Çünki tolerantlıq Azərbaycanın dövlət siyasətinin təməl prinsiplərindən  biridir və bu, sadəcə söz olmayıb, özünü bilavasitə parktikada təsdiq edən faktdır. “Tarixi yaddaş və qondrama əhvalatlar” kitabı belə real faktlarla zəngindir: “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Konstitutsiyasının 25-ci maddəsinə əsasən irqi, milli, dini mənsubiyyətə görə insanın hüquqlarının məhdudlaşdırılmasının qadağan olunması, müstəqilliyin ilk illərində  respublika ərazisində  qeyri-qanuni işlərlə məşğul olan  ayrı-ayrı sektaların fəaliyyətinin  dayandırılması, 2012-ci ildə H.Əliyev Fondunun sədri Mehriban xanım Əliyeva ilə kardinal Canfranko Ravazi arasında Roma katakombalarının təmir olunması haqqında ikitərəfli müqavilə imzalanması, 2014-cü ildə Vatikan Apostol kitabxanasının  H.Əliyev Fondunun dəstəyi ilə bərpa olunması, Avropa Oyunlarının  Bakıda keçirilməsi, respublika Prezidentinin Fərmanı ilə respublikamızın paytaxtında Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması...Dini tolerantlıq baxımından qəbul edilən qanunlar, görülən işlərin tam olmayan siyahısı belədir.

Və bütün bunlar özünün ən yüksək ifadəsini 2011-ci ildə  Bakıda keçirilən “Ümumdünya mədəniyyətlərarası Dialoq Forumu”nda Prezident İlham Əliyevin sözlərində tapır: “...necə edək ki, xalqlar bir-birinə daha da yaxın olsunlar. Necə edək ki, dünyada dini zəmində qarşıdurma olmasın, xalqlar, sivilizasiyalararası məsələlər müsbət istiqamətdə inkişaf etsin...Başqa xalqın dini və tarixi abidələrinə hörmət ilk növbədə öz dininə, öz tarixinə olan hörmətin əlamətidir. Bizim gücümüz milli və dini müxtəlifliyimizdədir.”

Kitabın müəllifi  çağdaş dünyanı bürüyən  milli və dini dözümsüzlüyün  kökünü  bəşərin vahid yaradıcı başlanğıcdan –Allah ideyasından uzaq düşməsində, ateizm bataqlığına  yuvarlanmasında görür. Bəs, bu ateizm hardan qaynaqlanır? Bu suala  müəllif “Ateizm  sosializmin dinidir” adlı birinci hissədə  cavab verməyə çalışır. Dünyadakı milli, dini qarşıdurmaların köklərinə gedən müəllif bir sıra  dünya xalqları tarixinə üz tutmaqla  yanaşı ilk öncə Rusiya tarixi münasibətləri üzərində durur və bunun bir neçə səbəbini vurğulamaq olar. 

Birincisi, əgər belə mümkünsə, dünya ateizmi özünün ən qabarıq ifadəsini məhz bu ölkədə bəşər tarixində ilk və bəlkə də son dəfə olaraq allahsızlıq-ateizm rəsmi dövlət ideologiyası səviyyəsinə qalxıb. Bu məsələnin ümumən insanlıqla  bağlı ən ümumi tərəfidir.

Lakin onun konkret olaraq Azərbaycanla bağlı tərəfi də var. Biz Rusiya ilə bir neçə əsrlik tarixlə  bağlıyıq. Rusiya digər  dünya ölkələri ilə müqayisədə ümummilli  taleyimizdə daha böyük rol oynayıb. Bunlar hər ikisi problemin retrospektiv tərəfidir.

Neçə ildən bəri davam edən Qarabağ sindromunun gələcək həllində Rusiyanın rolu şəksizdir. Bu isə məsələnin perspektiv tərəfidir.

Və nəhayət, nəzərə alsaq ki, Amerika-Azərbaycan  münasibətləri getdikcə  daha çox Rusiya-Azərbaycan münasibətləri ilə əvəzlənir, onda Zöhrə xanımın məsələyə məhz bu aspektdən yanaşmasının səbəbi daha da aydın olar.

Zöhrə Əsgərova kitabda maraqlı bir üsul seçir və bu, onu təhkiyəni sərbəst şəkildə aparmağa imkan verir. Bütün elmiliyi, informativliyi ilə birgə sadə, səmimi söhbəti xatırladan bu üsulu mən şərti olaraq “bal arısı üsulu” adlandırardım. Çünki istədiyi məqamda zaman və məkan çərçivələrini aşan müəllif oxucuya güldən-gülə qonub şirə toplayan bal arısını xatırladır. Platondan tutmuş müasirlərimizə qədər  dünyanın yüzlərlə alim, şair, yazıçı, filosof və siyasətçisinə ( B.Şou, Svedenborq, Konfutsi, Mark Avreliy, Nil Sorski, Dostoyevski, Martin Lüter, Bakunin, Russo, Fanni Kaplan, Tolstoy, Marks, Lenin, Mahatma Qandi, Stalin, Berdyayev, Rəsulzadə, Sabir, Seneka, Pasternak, Nərimanov, Trotski, Dante, Nyuton, Eynşteyn, Füzuli, Daniil Andreyev, Bunin...) çoxsaylı istinadlar  kitabı maraqlı faktlar, aforistik fikirlərlə zənginləşdirdiyi kimi, həm də bir həqiqəti  sətiraltı və sətirüstü olaraq təsdiq edir. Hətta ən dahi şəxsin fikri belə mübahisəli ola bilər və qarşıdurma  törədə bilər. Yalnız ilahi məntiqə- Quran, İncil və digər ilahi kitablara istinad etməklə bu qarşıdurmadan xilas olmaq olar. Məsələyə belə teosentrik münasibət Zöhrə Əsgərovanı müasir dövrdə getdikcə daha ucadan eşidilməyə başlayan bir qənaətə gətirir-elmlə dinin bir araya, ortaq nöqtəyə gəlməsi qənaətinə. Bu, ilahi məntiqlə bəşəri məntiqin, Allahla insanın birləşməsi, neçə əsrdən bəri insanın içində ölmüş Allahın dirilməsi və dini-milli qarşıdurmadan, ümumən hər nifaqdan, parçalanmadan  qurtuluşun yeganə yoludur.

Təəccüblü deyil ki, müəllif sonuncu və ən kamil səmavi kitab, ilahi sözün son redaktəsi kimi  Quranın üzərində özəl olaraq dayanır və onun əsrlər boyu təəssübkeş xristian dünyasının qərəzli münasibətinə tuş gəlməsinə geniş diqqət yetirir. Qurana belə yanaşma  müqəddəs kitaba  münasibətlə qalmayıb, həm də islam dünyasına qarşı münasibətə çevrilir. Səlib müharibələri  dövründə  də belə olub, bu gün də belədir. “Ərəb baharı” olayları da, İŞİD problemi də bu münasibətin nəticəsində meydana çıxıb. İyirmi beş ildən bəri davam edən Qarabağ  sindromu da bu yöndən istisna deyil.

Qlobal tarixi-bəşəri problemləri milli müstəviyə gətirən Z.Əsgərova qondarma erməni tarixçiliyi, mifik erməni əzabkeşliyi, qərb dünyasının erməni terroru və azğınlığına münasibətdə tərəfgir münasibəti, bir sözlə, məlum-məşhur erməni məsələsinə də kitabda xeyli yer ayırır. Özünü demokratiya  və ədalətin beşiyi elan edən, lakin Qarabağ məsələsinə açıq-aşkar ikili standartlarla  yanaşan islamofob Qərb dünyasının tənqidi kitabın bu hissəsinin əsas ideya məzmununu təşkil edir. Özünəməxsus  polemika  mədəniyyəti ilə seçilən Z.Əsgərova istər ermənilər, istərsə də onların qərbli havadarlarının riyakarlığını  üzə çıxartmaq üçün rəqibi onun öz silahı ilə vurmaq metodundan –Sokrat üsulundan məharətlə istifadə edir.

Kitabın ikinci hissəsinə daxil olan “Nalın tarixi möhürləri”, “Biz olduğumuz kimi yaşamadıq”, “Bəlkə mənə bir ismarıcın var, ana?” esselərində  birinci hissədə qoyulan ideoloji fundamentdən  çıxış edən müəllif daha konkret mövzulardan  və daha yığcam danışır. Müəllifin  bütün kitab boyu dünyanın ən fərqli bəstəkar və rəssamlarının yaradıcılığına istinadlar etməsi onun fəlsəfi-siyasi-ideoloji məzmununa həm də kulturoloji ahəng verir, müxtəlif dünya xalqlarının  eyni zamanda baş verən tarixi-kulturoloji  olaylarının paralelləşdirilməsi isə kitabın məzmununa bir sinxronluq gətirir.

Kitabın üslubunda diqqəti çəkən və onu oxunaqlı edən cəhətlər sırasında Zöhrə Əsgərovanın əndazə ölçüsünü aşmayan zərif yumor hissini xüsusi qeyd edərdim.

Kitabdakı çoxlu sayda aforistik fikirlər, sitatlar arasında biri diqqəti xüsusi çəkir və düşündürür. “Bir gün mələk Allaha deyir: “Ateistlər səninlə görüşmək istəyir.” Allah deyir: “Deyin ki, mən yoxam.”

Necə fikirləşirsiniz, artıq bir əsrdən artıqdır ki, Allah öz allahsız bəndələrinə “mən yoxam” demirmi? Və  Allahın mərhəmətindən məhrum olmuş insanların bir-birinə qarşı mərhəmətli olmaqdan başqa nə əlacı var ki?

Elə Zöhrə xanım da kitabının mühüm bir hissəsini mərhəmətə, xoşgörüyə, sülhə, barışa həsr edir: “Silah dili insan dili deyil...Bəşəriyyətin adından, ancaq Məhəbbət və Sülh danışa bilər. Son söz onundur!”


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM