AMEA-nın elmi işçisi
Klassik fars ədəbiyyatının son ən böyük nümayəndəsi sayılan Əbdürrəhman Cami hicri tarixlə 23 şaban 817-ci ildə, miladi tarixlə isə 7 noyabr 1414-cü ildə Xorasanın Cam şəhərinin Xərcird kəndində anadan olmuşdur. O, özünün birinci divanının müqəddiməsində verdiyi məlumata görə, Cami təxəllüsünü Cam şəhərinə və Əhməd Nəməki Caminin xatirəsinə hörmət əlaməti olaraq qəbul etmişdir. Onun babası İsfahandan Xorasana köçmüş və burada İmam Məhəmməd bin Həsən əş-Şeybaninin nəslindən gələn bir qızla evlənmişdir. Bu izdivacdan Caminin atası Nizaməddin Əhməd dünyaya gəlmişdir. Cami ilk təhsilini atasının yanında almış, sonra atası Herata gedib Nizamiyyə mədrəsəsində müəllim işləyərkən, təhsilini orada davam etdirmişdir. Sonralar Cami dövrünün məşhur alimlərindən sayılan Mövlana Cüneydi Üsulidən ərəb dili və ədəbiyyatını öyrənmiş, Seyyid Şərif əl-Cürcaninin tələbələrindən olan Əli əs-Səmərqəndi və Təftəzaninin şagirdlərindən olan Şahabəddin Məhəmməd əl-Cərminin yanında tədrisini davam etmişdir. Daha sonra o, Uluğbəy zamanında böyük elmi mərkəzə çevrilən Səmərqəndə gedərək, 9 il orada yaşamışdır. Burada Cami, Bursalı Qazızadə Rumidən riyaziyyat dərsləri almış, Fətullah Təbrizinin elmlərindən faydalanmışdır. Ümumiyyətlə, Cami hələ ilk gəncliyindən elmlərə olan həvəsi, istedadı, zəkası ilə seçilmişdir. Məşhur alim Hüseyn Vaiz Kaşifi öz əsərlərində Caminin təhsili ilə bağlı olduqca maraqlı faktlar qeyd etməkdədir. Dövrünün görkəmli astonomu və riyaziyyatçısı sayılan Əli Quşçu da Heratda olduğu zaman Cami ilə görüşmüş, astronomiya ilə bağlı Camiyə bir neçə sual vermişdir. Caminin cavabları bu böyük alimi heyrətləndirmiş və o, Caminin astoromiya sahəsində olan biliklərini yüksək qiymətləndirmişdir. Lakin gənc yaşlarından bütün dünyəvi elmləri gözəl bilən Cami bu elmlərlə kifayətlənməmiş, başqa sözlə desək, bu elmlər Caminin mənəvi aləmini tam təmin etməmişdir. Buna görə də o, Səmərqəndə dönən zaman nəqşibəndi şeyxlərindən Sədəddin Kaşğari və onun tələbəsi Xacə Ubeydullah Əhrarla yaxınlaşmış, mənəvi ruhi tellərlə onlarla bağlanmışdır.
Cami 1472-ci ildə Həcc ziyarətinə getmişdir. Həcc səfərindən dönən zaman Təbrizdə olarkən Ağqoyunlu hökmdarı Uzun Həsən onun Təbrizdə qalmasını xahiş etsə də, Cami 1474-cü ildə Herata qayıtmışdır. O, burada ömrünün sonuna qədər Sultan Hüseyn Bayqaranın onun üçün tikdirdiyi mədrəsədə ərəb dili və ədəbiyyatı, hədis və təfsirdən dərs demişdir. Cami 9 noyabr, 1492-ci ildə Heratda vəfat etmişdir. O, Hüseyn Bayqara və Əlişir Nəvai tərəfindən yüksək təmtəraqla, şeyx Sədəddin Kaşğarinin yanında dəfn edilmişdir.
Əlişir Nəvai Caminin vəfatından sonra ona bir mərsiyyə, həyatına dair isə “Xəmsətül-mütəhəyyirin” adlı bir əsər qələmə almışdır. Caminin tələbələrindən Süheyli də onun vəfatına böyük bir mərsiyyə yazmış, öz əsərində bu böyük itgidən kədərləndiyini bildirmişdir.
Alimin yaşayıb-yaratdığı dövr bir neçə hökmdarın hakimiyyət illərinə təsadüf edir. Belə ki, o, gənclik illərində Şahruxun (1404-1446), sonralar Baburun (1448-1457), Sultan Əbu Səidin (1451-1468) və ömrünün son illərində Sultan Hüseyn Bayqaranın (1470-1505) hakimiyyəti illərində yaşamışdır. Dövrünün hakimlərinin Camiyə münasibəti həmişə müsbət olmuş, onlar Camini həmişə böyük bir alim kimi hörmətlə qəbul etmişlər. Belə ki, mənbələrin verdiyi məlumata görə, Fateh Sultan Məhəmməd, Cami həcc ziyarətindən qayıdarkən, onu İstanbula dəvət etmək üçün Xoca Ataullah Kirmanini beş min qızıl hədiyyə ilə Hələbə göndərmiş, lakin Kirmani orada Camini görə bilmədiyindən bu dəvət baş tutmamışdır. Sonralar, Sultan Məhəmməd Fateh bir dəfə də Camiyə müraciət edərək, ondan bir əsər yazmasını xahiş etmişdir. Ümumiyyətlə, Cami Sultan Məhəmməd Fatehin oğlu II Bəyazit, Qaraqoyunlu hökmdarı Cahan şah, Ağqoyunlu hökmdarı Uzun Həsən və Yaqubla da həmişə yaxşı münasibətlərdə olmuş, onlara müxtəlif əsərlər ithaf etmişdir. Lakin bütün bunlara baxmayaraq, heç bir hökmdarı şişirdilmiş şəkildə məth etməmiş və saraylarda yaşamamışdır.
Azərbaycan fars-tacik xalqlarının əlaqələri tarixində Caminin xidmətləri misilsizdir. Şairin dəyərli məzmunları ilə seçilən əsərləri hələ onun öz dövründən Azərbaycanda geniş yayılmış və azərbaycanlıların hüsn - rəğbətini qazanmışdır. Əbdürrəhman Cami ölməz əsərlərini yazarkən Xaqani Şirvani, Nizami Gəncəvi, eləcə də Əmir Xosrov Dəhləvi, Sədi, Hafiz və başqa dahi sənətkarların poeziya xəzinəsindən bəhrələnmişdir. Bütün bununla bərabər, o, ilk növbədə “Xəmsə” yaratmaqda ilk ixtiraçı olan Nizami ədəbi məktəbinin fars - tacik nümayəndəsi hesab edilir. Belə ki, öncə Nizami “Xəmsə”sinə cavab olaraq “Xəmsə” yaratmış, sonradan oraya iki poemasını - “Silsilətüz - zəhəb” və “Səlaman və Əbsal”əsərlərini əlavə edərək, onları “Həft ovrəng” adı altında tərtib etmişdir.
Məhəmməd Füzulinin lirizimdə uca zirvələr fəth etməsində və “könüllər fatehi” adı qazanmasında da Caminin və başqa bu kimi dahilərin əsərlərinin müstəsna rolu olmuşdur.
Cami istifadə etdiyi hər bir mənbəyə çox dəqiq, yaradıcı şəkildə yanaşaraq, əsərlərini eyni mövzuda yazan müəlliflərə nisbətən daha dəyərli etməyə çalışmış və bir çoxunda buna nail ola bilmişdir. Elə yalnız mövzusu Tövrat və “Qurani - Kərim” dən gələn “Yusif və Züleyxa” poeması deyilənlərə ən tutarlı misal ola bilər.
Məlumdur ki, “Yusif və Züleyxa” ilk dəfə Rudəkinin müasiri Əbülmüəyyəd Bəlxi tərəfindən seirlə qələmə alınmışdır. İlk “Şahnamə” əsəri də ona məxsusdur. Sonralar onlarla şairlər, o cümlədən Durbək, Xətai, Sulu Fəqih, Səyyad Həmzə, Şəms, Haziq, Nazim Hərəvi və başqaları bu mövzuda qələmlərini sınamışlar.
Caminin Azəbaycanda Azərbaycan ədəbiyyatı ilə yaradıcılıq əlaqəsi təsadüfü olmamışdı. Qeyd edildiyi kimi o, Xaqani Şirvani, Nizami Gəncəvi əsərlərini dərindən mənimsəmiş və bu şairlərdən təsirlənmişdir.
Əlişir Nəvai “Xəmsə”sinin axırıncı əsəri olan “Səddi İskəndəri”nin son fəslində böyük şairlərdən söhbət açır. Ən əvvəl “Xəmsə” yaratmağın çətinliklərindən, əsərin tamamlanmasından bəhs edir və yazır ki, mən bu müşkül işin qarşısında ümüdsizliyə düşdükdə, səadət müjdəçisi gəldi və mənə dedi ki, get öz pirinin (yəni Caminin) qapısına, onun qüdrəti biliyinə müraciət et, qoy o sənə kömək etsin. Sonra yazır ki, Cami “Xəmsə”ni oxuyur, əlini onun çiyninə qoyur, əsəri yüksək qiymətləndirir. Bu zaman Nəvai həyacandan huşunu itirir, yuxu görür. Bir bağa düşür, bağı tərif edə- edə gedir, birdən dairə düzəldib söhbət edən kişiləri görür. Bu kişilərdən biri Həsən Dəhləvi ona yaxınlaşır və onu öz sıralarına qəbul etmək üçün bu bağa gəldiklərini deyir. Məclisdə ən əvvəl, padşaha oxşar üç nəfər - düşüncələri pak olan Nizami, söz ordusunun sərvəri Əmir Xosrov və Nəvainin piri Cami oturmuşlar. Məclisdə Firdovsi, Sədi, Sənai, Ünsüri, Xaqani, Ənvəri də oturmuşlar. Cami Nəvaini heç kimin yox, məhz Nizaminin yanına gətirir. İşıq kimi qarşıda duran Nizami Nəvai “Xəmsə”sini tərifləyir, ona xeyir-dua verir və tapşırır ki heç vaxt müəllimlərini unutmasın. Nizami dua oxuyur, məclisdəkilər “amin” deyərkən Nəvai oynayır və dostu Cami əlini onun çiynindən götürür, Caminin qarşısında baş əyərək evə qayıdır. [2,29]
Bu epizodla əlaqədar bir miniatür Nəvai “Xəmsə”sinin 1485-ci ildə Heratda Bədiüzzaman üçün hazırlanan əlyazmasına çəkilmişdir. Əlyazma hazırda Oksford Universitetinin Bodlean kitabxanasında saxlanılır. Miniatür “Nəvai böyük şairlər arasında” adlanır. Miniatürdən bəlli olur ki, Nəvai “Xəmsə”sini yazıb qurtarandan sonra Şərqin dahi sənətkarlarının topladığı bir məclisdə Nizamidən xeyir - dua almaq üçün onu Nizaminin yanına məhz Cami aparmışdır(7,23). Bütün bunlar, yuxarıda qeyd edildiyi kimi, təsadüfi olmamış, Nizami və Nizami kimi dahi şairlərin Camiyə sıx münasibətindən irəli gəlmişdir.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda orta əsr Şərq klassiklərinin, alimlərin küllü miqdarda əlyazmaları mövcuddur. Bunların içərisində Cami əsərlərinin əlyazmaları xüsusi yer tutur. Onların bir çoxları XIX əsrdə məktəb - mədrəsələrdə köçürülən nüsxələrdir. Məsələn, Mirzə Şəfi mədrəsəsində Caminin “Yusif və Züleyxa” əsərinin tələbələr tərəfindən üzünün köçürülməsi və tədrisi şübhəsizdir. Caminin həmin əsərinin Mirzə Şəfi tərəfindən gözəl xətlə köçürülən əlyazma nüsxəsi də hazırda Bakıda, Əlyazmalar İnstitutunda nadir bir abidə kimi xəzinədə mühafizə edilir.
XII əsrin sonlarından başlayaraq XIII, XIX əsrlərdə və XX əsrin ilk illərinə qədər fəaliyyət göstərən məktəb-mədrəsələrdə istifadə olunan əlyazma məcmuələrinin əksətiyyətində Caminin öz dəyərli məzmunları ilə seçilən “Gilaür - ruh”, “Lüccətül-əsrar”, “Şərhu bismillah”, “Şəfid-şod”, “Çu peyvənd” qəsidələrinin daxil edildiyi aşkarlanmışdır. Şairin əsərlərinin üzünün köçürürülüb Azərbaycanda geniş yayılmasında Şirvan mədrəsələrinin rolu da xüsusilə böyük olmuşdur.
Azərbaycan xalqı, onun dahi söz ustadları fars - tacik, türkdilli və ərəbdilli ədəbiyyatdan, poeziyadan eyni səviyyədə istifadə edərək ədəbi - mədəni inkişafa nail olmuşlar. Füzulinin “leyli və Məcnun” əsəri buna tutarlı misal ola bilər.
Cami, dövrünün əmirlərindən Əlişir Nəvai ilə də yaxın dost olmuşdur. Nəvai və dövrünün görkəmli şairi olan Süheyli də onun müridlərindən sayılır. Cami həmişə öyrənməyi və dərs deməyi həyatın mənası saymış və ömrü boyu bu sənətlə məşğul olmuşdur. Cami Heratda, Əlişir Nəvai ilə birlikdə ədəbi məclislərin təşkilində də əhəmiyyətli işlər görmüşlər. Heratın alimlərinin, ədib, musiqiçi, xəttatlarının və başqalarının iştirak etdiyi həmin məclislərdə Xaqani, Nizami, Ənvəri, Əmir Xosrov, Sədi, Hafiz və başqa sənətkarların əsərlərinin oxunuşu, təhlili, onlara cavablar yazılması əsas işlərdən olmuşdur ki, bunlar da öz növbəsində şairlərin sənətkarlıq cəhətdən inkişafına təkan verən cəhətlər idi. Bu iki dahi sənətkarın - Cami və Nəvainin ədəbi əməkdaşlığı, səyləri nəticəsində fars - tacik və türkdilli poeziyanın tərəqqisində xüsusi əhəmiyyəti olan Herat ədəbi məktəbi yaranmağa başlamışdı.
Cami həm də mənən azərbaycanlılarladır. Cami Azərbaycanı çox sevmiş, beş dəfə Azərbaycana səyahət etmişdir. Onun Heratda ən yaxın dostlarından biri, əslən azərbaycanlı olan Şahhüseyn Ordubadi idi.
Dövründən beş əsrdən artıq keçməsinə və bu dövrlərdə dünyanın siyasi xəritəsində bir neçə dəfə dəyişiklik yaranmasına baxmayaraq, bugün də yeni nəsil Cami yaradıcılığını müasir dövrün bədii hadisəsi kimi qəbul etmiş, əsərlərini sevə - sevə oxumuşdur. Alimin əsərləri tərcümə və tədqiq edilir. Onun zəngin yaradıcılığının Azərbaycanla əlaqələrinə aid bir sıra əsərlər yazılmışsa da, bütün bunlar şairin yaradıcılığının ancaq müəyyən cəhətlərini əhatə edir. Əbdürrəhman Cami əlyazmalarının tədqiqi onun əsərlərinin Azərbaycanda şöhrətini, şairin ədəbi əlaqələrimizdə mövqeyini müəyyənləşdirmək üçün zəngin material verir.
Ədəbiyyat:
Эльнура Бабаева
Творчество Абдуррахмана Джами и тюркские литературы
(Резюме)
В статье отмечается, что А.Джами был последним представителем персидско-таджикской поэзии. Его связь с тюркскими литераторами была очень тесной. Он был хорошо знаком с произведениями Хагани Ширвани и Низами Гянджеви, которые оказали определенное влияние на его творчество. Изучение рукописей А.Джами способствует популяризации его произведений в Азербайджане и даёт материал для изучения литературных взаимоотношений.
Elnura Babayeva
Creation of A.Jami and Turkish literature
(Summary)
Jami was the last representative of persian - tajik poetry. His link with turkish literateure was very close. He studied Khani Shirvani and Nizami Qandjevi works. They are influenced to Jami work. The study of A. Jami works is very important for Azerbaijan literature and geve the material for study the literary relations.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM