Dünyanı cənginə alan bəlaya və onunla mübarizəyə qarşı şagirdlərin çəkdikləri rəsm əsərlərindən ibarət sərgini izlədikcə beynimizdən keçən ilk fikir bu oldu: hər bir çətinliyi aradan qaldırmaq, asanlaşdırmaq olar, ancaq gələcəyimiz olan uşaqların taleyinə və gələcəyinə biganəlik bizi bir çox bəlalarla üzbəüz qoya bilər.
Gündən-günə kürəsəlləşən dünyamızda uşaqlara diqqət və qayğının artırılması valideynlərlə yanaşı, bu gün dövlətimizn də nəzarətindədir. Məhz buna görə də aidiyyatı qurumların cəmiyyəti narahat problemlərə diqqət çəkib həyacan təbili çalmaları, əlbəttə ki, başadüşüləndir.
Sərgidə nümayiş olunan rəsm əsərlərində həm də məktəb rəhbərliyinin apardığı təbliğatın verdiyi effekti gördük. Demək, Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227-nömrəli məktəbdə aydınlarımız onlara yaxşı oxumaq, layiqli vətəndaş olmaqla bərabər, həm də pis vərdişlərdən uzaq olmağı aşılayıblar.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra başladı. Məktəbin direktoru Nazilə Əliyeva qonaqları salamladı və onları təqdim etdi.
O, çıxışında bildirdi ki, narkomaniya ölümə aparan ən qısa yol kimi ən ağrılı problemlər sırasında qalmaqdadır. Bu bəla dünyanın bütün dövlətlərində mövcuddur və Azərbaycandan da yan keçməyib. Məktəb direktoru şagirdlərə sağlam həyat tərzinin aşılanmasında, onlar arasında zərərli vərdişlərə, xüsusilə narkotikaya qarşı meylin qarşısının alınmasında ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin, xüsusilə psixoloqların qarşısında mühüm və məsul vəzifələrin durduğunu qeyd etdi.
Tədbirin keçirilməsinin təşəbbüskarı kimi Nizami RPİ-nin rəhbərliyinin əməyi xüsusi qeyd olundu, DİN-in bu istiqamətdə həyata keçirdiyi tədbirlər, narkomaniya və cinayətkarlıqla ciddi mübarizəsi diqqətə çatdırıldı.
İdarə rəisi, polis polkovniki Nöfəl Məhərrəmov çıxışına şagirdlərin narkomaniya ilə mübarizə mövzusunda təşkil etdikləri sərgi barədə təəssüratlarını dilə gətirməklə başladı. O, qeyd etdi ki, narkomaniya adlı bəladan qurtulmaq, onunla mübarizə aparmaq üçün hər birimiz əl-ələ verməli, səylərimizi birləşdirməliyik. Məktəb, valideyn və polis həmrəyliyi övladlarımızı bu bəlanın girdabına düşməkdən qoruyar. Rəis problemin həlli üçün ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərmanın, 1996-cı ildən bu günə qədər isə narkomanlıqla mübarizədə 4 Dövlət Proqramının qəbul edildiyini və müvafiq sərəncamların imzalandığını vurğuladı.
Qeyd olundu ki, ölkə başçısı cənab İlham Əliyevin “Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramının (2013-2018-ci illər) təsdiq edilməsi barədə” Sərəncamı bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıb.
N.Məhərrəmov narkotiklərlə və onların prekursorları ilə mübarizədə İdarəin hər bir əməkdaşının səfərbər olduğunu, məhz onların gərgin zəhməti nəticəsində bu il 30 kiloqramdan çox narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasına diqqət çəkdi, narkomaniya ilə mübarizədə növbəti belə tədbirlərdə millət vəkillərinin də iştirakının vacibliyini bildirdi.
Sonra söz mərasimin aparıcıları olan şagirdlərə verildi. Mövzu ilə bağlı şagirdlər tərəfindən göstərilən müxtəlif oyunlar və səhnəciklər, nümayiş etdirilən “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı video-çarx iştirakçıların marağına səbəb oldu.
Tədbirdə Nizami Rayon İcra hakimiyyətinin nümayəndəsi Bəhman Hüseynov, RPİ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovniki Sadiq Mədədov, rəis müavinləri, polis polkovniki Ədalət Əliyev, polis polkovnik-leytenantı Muşfiq Aslanov və 23-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Nəsib Məmmədov iştirak edirdi.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM