Prezident İlham Əliyevin UNESCO forumunda proqram xarakterli çıxışı multikulturalizm və tolerantliq ideyalarının təntənəsidir

10:48 / 24.12.2015

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu və balanslı xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq cevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təbirincə desək, Prezident İlham Əliyev dünya siyasətinə təsir gücünə malik beynəlxalq aktor statusunda dövlət başçısıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcı olan Prezient İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin-Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu sırf zaman məsələsidir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Noyabr ayının 17-də Prezident İlham Əliyevin Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda möhtəşəm çıxışı da bu həqiqətin növbəti dəfə təsdiqi kimi dəyərləndirilə bilər.

Cənab İlham Əliyevin proqram xarakterli həmin çıxışı əslində natiqlik elminin sirlərinə mükəmməl yiyələnmək istəyən istənilən kateqoriyalı siyasətçilər

üçün stolüstü əyani vəsait rolunu oynaya bilər. Çıxışı zamanı problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, auditoriya ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə dövlət başçısı ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə və onları “siyasi hipnoz” vəziyyətinə salmağa müyəssər ola bildi.

Prezident İlham Əliyevin Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda möhtəşəm nitqində səslənən fikir, mühakimə və tezislərin böyük siyasi aktuallıq və əhəmiyyət kəsb etdiyinin fərqinə vararaq, onların təhlil və təbliğ edilməsini, geniş ictimaiyyətin nəzərinə çatdırılmasını vacib hesab edirik.

Əslində Azərbaycanın dövlət başçısının nitqini dinləyən auditoriya dünyada multikultural dəyərlərin erroziyaya uğradığı, süni şəkildə dinlərarası və mədəniyyətlərarası etimadsızlıq mühitinin formalaşdırıldığı bir reallıqda Azərbaycanın sivilizasiyalararası alyans ideyasına sadiqliyi və onun təminatı naminə atmış olduğu mühüm addımlar haqqında məlumatları ilkin və ən etibarlı mənbədən aldıqlarının fərqində idilər. Bu faktın özü prezidentin çıxışına olan marağı şərtləndirən olduqca ciddi amil idi.

Prezident İlham Əliyevin məntiqi ardıcıllığa və siyasi analitikaya söykənən çıxışında qaldırdığı məsələləri öz forma və məzmun mündəricəsi baxımından şərti olaraq 3 qrupa bölmək olar.

Birinci qrup məsələlər Azərbaycan-UNESCO əməkdaşlığının ayrı-ayrı tərəflərinə dair məsələlərin təhlil və analizini özündə ehtiva edirdi.

İkinci qrup məsələlər isə Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi böyük uğurların, apardığı siyasi islahatların, regionda sabitləşdirici amilə çevrilməsi ilə bağlı reallıqların, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və dünyada etibarlı tərəfadaşa çevrilməsi ilə əlaqədar həqiqətlərin və xüsusilə də həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin dərin analizini inikas etdirirdi.

Üçüncü qrup məsələlər isə Azərbaycanın dini azadlıq, mədəniyyətlərarası dialoq, tolerantlıq və multikulturalizm sahəsində ciddi uğurlara imza atdığı və bununla da əslində dünyada sivil birgəyaşayış qaydalarının bərqərar olmasına mühüm töhfələr verməsi ilə əlaqədar məsələlərin təhlilini əks etdirirdi.

Birinci istiqamət üzrə məsələlərin təhlilinə keçməzdən əvvəl Prezident İlham Əliyev 13 noyabr tarixində Parisdə baş vermiş dəhşətli terror aktları ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına dərin hüznlə başsağlığı verdi və qeyd etdi ki, bu dəhşətli bəlaya qarşı səmərəli mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyət səylərini birləşdirməlidir. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, Ermənistan tərəfindən törədilmiş çoxsaylı terror aktlarının qurbanı olmuş bir ölkə kimi Azərbaycan terrorizmə qarşı mübarizədə öz rolunu oynayır və bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir.

Prezident İlham Əliyev Azərbaycanın UNESCO-nun 23 ildən artıqdır ki, fəal üzvü oldugunu və keçən müddət ərzində ölkəmizin bu beynəlxalq qurumun bütün konvensiyalarını və digər hüquqi aktlarını imzaladığını və ratifikasiya etdiyini qeyd etmişdir. İkitərəfli münasibətlərin mühüm hüquqi-normativ bazasını təşkil edən sənədlər sırasında 2003-cü ildə imzalanmış və Azərbaycan ilə UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq münasibətlərinin inkişafı mənafeyinə xidmət göstərən Çərçivə Sazişi xüsusi olaraq vurğulanmışdır. Bu isə öz növbəsində Azərbaycana UNESCO-nun donorlarından birinə çevrilmək imkanı vermişdir. Cənab Prezident fikirlərinin davamı olaraq qeyd etmişdir ki, müstəqillik dövrünün əvvəlində Azərbaycan da yoxsulluq, siyasi böhran, işğal və iqtisadi tənəzzüllə üzləşmişdi və o zaman biz beynəlxalq yardım alırdıq. İndi isə bu yaxşılığın əvəzini ödəmək və dünyanın inkişafı naminə töhfə vermək növbəsi bizimdir.

Prezident İlham Əliyev qeyd etdi ki, həmin töhfəni vermək üçün Azərbaycanın geniş imkan və potensialı vardır. İqtisadi sahədə qazanılar uğurlar heyrətamizdir. Ötən onillikdə ölkəmizdə əldə edilmiş iqtisadi inkişaf dünya miqyasında ən sürətlilər sırasındadır-300%dən çox. Yoxsulluğun səviyəsi həmin dövrdə təxminən 50%-dən 5%-ədək enmişdir. Xarici borc ÜDM-nin cəmisi 12%-

ni təşkil edir. Davos İqtisadi Forumunun son hesabatına görə, Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyətinə görə, 40-cı yerdədir. Ölkəmizdə məktəblərin sayı 5 minə qədərdir. Bunlardan 3 mindən çoxu ötən 10 il ərzində inşa edilmişdir. Həmin dövr ərzində 500-dən artıq xəstəxana və digər səhiyyə müəssisəsi istifadəyə verilmişdir.

Prezident İlham Əliyev ölkəmizdə siyasi islahatlar kontekstində funadamental azadlıqların qorunması sahəsindəki vəziyyətə diqqəti cəlb edərək qeyd etdi ki, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Siyasi fəaliyyət azadlığı vardır. Yüzlərlə siyasi təşkilat, partiya mövcuddur. İfadə azadlığı, mətbuat azadlığı vardır. Qırxdan artıq gündəlik və təxminən iki yüz həftəlik və aylıq qəzet çıxır. Respublika səviyyəsində doqquz televiziya kanalı vardır. On dörd bölgə və on dörd kabel televiziya kanalı fəaliyyət göstərir. Bizdə azad internet vardır. Dünya Bankının qiymətləndirməsinə əsasən, 2008-ci ildə Azərbaycanda 17% internet istifadəçisi var idisə, 2015-ci ildə bu göstərici artıq 75% təşkil edir. Bu reallıq mətbuat azadlığının, informasiya azadlığının ölkəmiz üçün prioritet məsələlər sırasına daxil edildiyini aydın nümayiş etdirir. Hazırda hökumətimiz böyük sərmayələri tələb edən layihəni həyata keçirməkdədir: genişzolaqlı internet hər bir şəhər və kənd üçün təmin edilməlidir. Başqa sözlə, azad internetin mövcudluğu, senzuranın olmaması şəraitində mətbuat azadlığı məhdudlaşdırıla bilməz. Əksinə, biz mətbuat azadlığının tərəfdarıyıq, çünki media azadlığı demokratiya deməkdir. O, hökumətə çatışmazlıqlara diqqət yönəltməyə yardım edir. O, hökumət ilə cəmiyyət arasında zəruri əlaqələrin qurulmasına zəmin yaradır.

Prezident İlham Əliyevin çıxışının şərti olaraq ikinci qrup üzrə məsələlərin təhlilinə həsr olunmuş hissəsində Azərbaycanın malik olduğu böyük iqtisadi imkan və potensilalın təqdimatı və təbliği ilə paralel olaraq üzləşdiyi ən mürəkkəb problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərı əsasında ədalətli həlli məsələsi prioritet istiqamət kimi irəli sürülmüşdür. Azərbaycan dövlətinin rəhbəri UNESCO tribunasından Ermənistanın işğalçılıq siyasətinin bütün “anatomiyası”nı açıb göstərən, onu ifşa edən, eyni zamanda münaqişənin həlli

prosesində beynəlxalq birliyin selektiv yanaşma tərzini tənqid edən nitqində bir sıra mühüm əhəmiyyətli tezislər irəli sürmüşdür:

* Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Qarabağ sözünün özü Azərbaycan mənşəlidir. Bu sahədə bütün coğrafi toponimlər Azərbaycana məxsusdur.

* Etnik təmizləmə siyasəti nəticəsində 250 min nəfər azərbaycanlı Ermənistandan deportasiya olunmuş, 750 min nəfər soydaşımız isə məcburi köçkün vəziyyətinə düşmüşdür. Nəticədə ölkəmiz humanitar fəlakətlə üzləşmişdir. O vaxtlar Azərbaycan əhalisi təxminən 8 milyon nəfərdən bir az artıq idi. Deməli, Azərbaycanda dünya miqyasında adambaşına düşən qaçqın və məcburi köçkünlərin ən yüksək göstəricisi qeydə alınmışdı.

* Beynəlxalq hüquq normaları baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəssidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın hissəsi kimi tanıyır. Heç bir ölkə, o cümlədən Ermənistan qeyri-qanuni Dağlıq Qarabağ rejimini müstəqil qurum kimi tanimamışdır.

* ATƏT-in Minsk qrupu və həmsədrləri, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri – Birləşmiş Ştatlar, Rusiya və Fransa – onların prezidentləri dəfələrlə aydın bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, Ermənistan işğal edilmiş ərazilərdən öz işğalçı qüvvələrini çıxarmağa başlamalıdır. Lakin onlar beynəlxalq hüquqa sadəcə məhəl qoymur. Onlar dünyanın aparıcı dövlətlərinin bəyanatına məhəl qoymurlar.

* Rusiya imperiyasının dağılması nəticəsində 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının ən birinci fərmanlarından biri İrəvanın paytaxt kimi Ermənistan dövlətinə verilməsi idi. Çar Rusiyasının XX əsrin əvvəllərinə təsadüf edən xəritələrinə baxsanız görərsiniz ki, Ermənistanın bugünkü ərazisinin, bütün şəhərlərinin və kəndlərinin, bütün toponimlərinin mütləq əksəriyyətinin adları öz mənşəyini Azərbaycan dilindən götürübdür. XX əsrin əvvəlində İrəvanın əhalisinin 80%-i azərbaycanlı idi.

* İslamın terrorizmlə əlaqələndirilməsi tamamilə qəbuledilməzdir.

Prezident İlham Əliyev “ikili standartlar” kontekstində aktuallaşan digər mühüm prioritet məsələyə də diqqəti cəlb etmişdir. Bu, beynəlxalq təşkilatların qətnamə və qərarlarının yerinə yetirilməsinin vacibliyi ilə bağlı məsələdir. Bu sahədəki ikili yanaşmalara toxunan dövlət başçısı bildirmişdir ki, konkret olaraq Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrdən heç biri icra olunmamışdır. Nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizmlərinin yaradılmasının vacibliyinə diqqəti cəlb edən Prezident İlham Əliyev xəbərdarlıq etmişdir ki, belə mexanizmlər olmadığı təqdirdə qəbul edilmiş qətnamələr öz mahiyyətini itirir. Bəzən görürük ki, BMT-nin qətnamələri bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə bu, iyirmi ildən çox çəkir. Mexanizm isə yoxdur.

“Mən müsəlman ölkəsini, erməni terrorizmindən, işğalından, tarixi abidələrinin məhv edilməsindən əziyyət çəkən bir ölkəni təmsil edirəm,”- deyən Prezident İlham Əliyev YUNESCO tribunasından Ermənistanın mədəni isrə qarşı vandalizm siyasətini ifşa etdi və işğalçı dövlətə sərt xəbərdarlığını çatdırdı: ” İşğal nəticəsində ölkəmizin 600-dən çox tarixi və memarlıq abidəsi, 40 min eksponatı olan 22 muzey, 10 məscid məhv edilmişdir. Buna baxmayaraq, siz bu gün Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən bərpa edilmiş erməni kilsəsini görə bilərsiniz. Əlbəttə ki, biz torpaqlarımıza qayıdacağıq, şəhərlərimizi bərpa edəcəyik, orada yeni məktəblər və xəstəxanalar inşa edəcəyik, lakin tarixi abidələrimiz bərpa edə bilməyəcəyik. Ermənilər bizim tarixi irsimizi məhv ediblər, lakin onlar bizim iradəmizi məhv edə bilməzlər, evlərinə geri qayıtmaq istəyən qaçqın və məcburi köçkünlərin, Bakıda və Azərbaycanın digər şəhərlərində dünyaya gələn, öz tarixi torpaqlarını heç vaxt görməyən, lakin doğma torpaqlarına qayıtmaq üçün qəlbində böyük iradə ilə yaşayan insanların nəvə və nəticələrinin iradəsini məhv edə bilməzlər. Onlar geri qayıdacaqlar! Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər şeyi edəcəyik ”

Heç şübhəsiz, Azərbaycanın dünyada analoqu olmayan iqtisadi inkişaf sürəti, güclü ordusu, demoqrafik üstünlükləri, demokratik islahatlara sadiqliyi, Ermənistandan fərqli olaraq ölkəmizdə siyasi sabitliyin hökm sürməsi və ən başlıcası isə xalqın öz prezidentinə intəhasız məhəbbbəti işğalçı dövlətin mövqelərini sarsıdan amillərdir. Bu reallıqları nəzərə alaraq Ermənistan rəhbərliyi praqmatik siyasət yeridərsə, bu halda baş verməsi istisna olmayan müharibədən və onun fəlakətli nəticələrindən sığortalana bilər, əksi isə bu işğalçı dövlətin labüd iflası prosesinin katalizatoru ola bilər.

Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafoboya kimi təhlükəli meyllərin bir sira dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər. Təsadüfi deyildir ki, bu məntiqdən çıxış edərək Prezident İlham Əliyev nitqinin üçüncü istiqaməti üzrə məsələlərin dərin təhlilinə həsr edilmiş hissəsində Azərbaycanın dini azadlıq, mədəniyyətlərarası dialoq, tolerantlıq və multikulturalizm sahəsində ciddi uğurlara imza atdığını təkzibedilməz faktlar və arqumentlərlə əsaslandırdı. Dövlət başçısı qeyd etdi ki, bizdə dini azadlıq vardır. Bu da ölkəmizin ən böyük varlığıdır. Biz çoxmillətli və çoxsaylı dinlərin olduğu cəmiyyətik. Əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində layiqli həyat sürüblər. Cənab prezident sivilizasiyalararası dialoq sahəsinə ölkəmizin böyük töhfələr verdiyinə və bu sferada geniş təcrübəyə malik olduğuna diqqəti cəlb edərək Azərbaycanın 2008-ci ildə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısında başlamış “Bakı prosesi”nin təşəbbüskarı olduğunu da forum təmsilçilərinin nəzərinə çatdırmışdır. Fikrini davam etdirən Azərbaycanın dövlət başçısı xüsusi olaraq vurğulamışdır ki, biz həmin tədbirə İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini dəvət etdik. Bu, tarixdə ilk dəfə idi ki, iki mühüm beynəlxalq təşkilatın nümayəndələri Bakıya toplaşmışdılar. Növbəti il, 2009-cu ildə əksinə etdik: biz Avropa Şurasının

mədəniyyət nazirlərini İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən tədbirinə dəvət etdik. Bir sözlə, multikulturalizm üstünlüklərdən, böyük varlıqlardan biridir. Əfsuslar ki, dünyanın müxtəlif yerlərində, qonşu bölgələrdə, Orta Şərqdə və Avropada müəyyən narahatlıq yaradan meyllərin şahidi oluruq. Təcridolunma, ayırma və bəzən ədavət meyllərini görürük. Biz bu məsələləri həll etməliyik. Çünki dünyaya töhfə vermək, daha yaxşı dünyanı, hamı üçün müvafiq olan dünyanı qurmaq üçün yaşayırıq. İstəyirik ki, bütün xalqların, dinlərin nümayəndələri yaşayış tərzindən asılı olmayaraq, layiqli şəraitdə dinc həyat sürsünlər. Dini hisslərə əsaslanan gərginlik halları bütün ölkələr, o cümlədən çoxmillətli cəmiyyəti olan ölkələr üçün çox təhlükəlidir.

Prezident İlham Əliyev sadalanan reallıqlar kontekstində bu gün mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər ehtiyac olduğunu vurğulayaraq bildirdi ki, dövlətimiz nəinki məscidlərin, həmçinin pravoslav və katolik kilsələrinin, sinaqoqların yenidən qurulmasına və inşasına sərmayə yatırır.

“Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm-dövlət siyasəti və ictimai sifarişdir. Multikulturalizm bizim həyat tərzimizdir”,-deyən Prezident İlham Əliyev Qafqazda ən qədim kilsələrdən birinin Azərbaycanda, qədim Şəki şəhərinin yaxınlığında yerləşməsindən, o cümlədən 743-cü ildə tikilmiş ən qədim məscidlərdən birinin Azərbaycanda, qədim Şamaxı şəhərində olmasından xalqımızın qürur və fərəh hissi keçirdiyini Forum iştirakçılarının nəzərinə çatdırdı.

Dövlət başçısı UNESCO-nun məlum forumunda çıxışında onu da xüsusi olaraq vurğuladı ki, carı ildə Birinci Avropa Oyunlarına ev sahibliyi etməyimiz də multikulturalizmin bir nümunəsidir. Müsəlman ölkəsində ilk Avropa oyunlarının keçirilməsi multikulturalizm və tolerantlıq ideyalarının təntənəsidir. Cənab Prezident fikirlərini davam etdirərək bildirdi ki, 2017-ci ildə İslam Həmrəylik Oyunlarını keçirəcəyik və nəticədə ola bilsin ki, uzun illər ərzində Azərbaycan, Bakı şəhəri bu iki yarışın bir məkanda keçiriləcəyi yeganə yaşayış yeri olaraq qalacaqdır. Bundan savayı, Azərbaycan 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının qlobal Forumuna ev sahibliyi edəcəkdir.

Beləliklə, sonda onu da xüsusi olaraq qeyd edək ki, ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, multikulturalizm siyasətinin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, ugurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı olan Prezident İlham Əliyevin Parisdə UNESCO Baş Konfransının 38 ci sessiyasının Liderlər Forumunda tarixi və proqram xarakterli çıxışı dünyanın üzləşdiyi potensial və real risqlərin, o cümlədən ksenofobiya, irqçilik, islamofobiya və multikulturalizmin alternativi olan digər təhdidlərin aradan qaldırılması mənafeyinə xidmət göstərən orijinal həll yollarının irəli sürülməsi baxımından da unikaldır: “Siz qonşunuzdan milliyyətini, kilsədə, sinaqoqda və ya məsciddə ibadət etməsini soruşmadan onunla yanaşı yaşamalısınız. Yalnız bu halda potensial risqləri azalda bilərik.”

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM