Vəhabilik 18-ci əsrdə Ərəbistanda yaranıb, onlar ancaq Quranın mətninə, sünnəyə əsaslanaraq heç bir təfsirə, peyğəmbərlərə sitaiş edilməsini, peyğəmbərin qəbrinə sitaiş və ya qəbrin ətrafına (başına) dolanmağa , onun ailə üzvlərinə and içməyi Allaha şirk (şərik) görür, bunu islam dininə zid hesab edirlər. Vəhabilik hərəkatı onun banisi Məhəmməd Əbdülvahabın (1787-ci il də ölüb) adından götürülmüşdür. Onlar sərabı, tütünü, çalğını, rəqsi, oyunları və bədənə əziyyət verməyi (döymə və s) qadağan edirlər.
Təxminən 1740-cı il də İbin Əbdülvahab və İbin Səud öz təlimlərini yaymağa başlamışlar (Vəhabizmi). Özləri-özlərini sələfilər yəni Peyğəmbərin davamçıları adlandırırlar, amma daha çox Xəlifə Osmanı, Öməri təqlid edirlər. Onlar Nəcddə kiçik bir dövlət yaratdılar, bununla da müsəlmanların bu günkü müsübətləri, faciələri başladı. Onların ilk işi şiələrin müqəddəs yerlərini 1801-ci il də yağmalamaq oldu və xeyli qənimət ələ keçirtdilər. Bundan bir az sonra 1806-cı il də isə onlar Məkkə şəhərini ələ keçirdib, məsçidləri və minbərləri dağıtdılar, yalnız Kəbə evinə dəymədilər. Sonra peygəmbərin Mədinədəki qəbrini işğal edib, hətta bəzi mənbələrə görə, onlar peyğəmbərin qəbrini murdarlamaqdan belə çəkinmədilər. Özlərini həqiqi dindar, müsəlman kimi qələmə versələr də əsil həqiqətdə bu adamlar Ərəb milliyətçiləridirlər, uzaq məqsədləri dövlət dili Ərəbcə olan vahid islam dövləti yaratmaqdan ibarətdir. Hər işdə bir nöqsan, günah, şirk axtaran və tapan bu adamlar Quranın ayələrini tamamıilə başqa mənada izzah edir, insan öldürməyə, özüdə başını kəsməklə, haqq qazandırırlar. Sual olunur, necə olur ki, bizim dinimiz insanın özünü öldürməsini ən böyük günah hesab edir, bunu qəti qadağan etdiyi halda başqasının qoyun kimi başını kəsməyi vacib bilir. (bu gün Suruyada İraqda olduğu kimi) Heç bir Qurana, sünnəyə söykənməyən əsaslarla kişilərə uzun saqqal saxlamağı, şalvarın ətəyini gödəltməyi, guya təmizliyə və başqa dinlərdən seçilməyə görə, onda elədirsə əgər qoy, müsəlman qadınlar dadonlarının ətəyini təmizliyə görə sələfilərin şalvarları səviyyəsinə qaldırsınlar. Özləri də nə iş görsələr guya allah adına “görurlər” imkan düşən kimi özlərinnən olmayanları uşaqlı böyüklü qarət edir, kişiləri öldürür, qadınları əvvəl zorluyur, sonra da qul kimi satır və deyirlər ki, bütün bunlar Allahın əmridi. Bəs harda qaldı, bütün ayələri “Bağışlayan və mehriban Allahın adı ilə” başlayan Allah kəlamı.
Quran ayəsi var , “Onun (Allahın) izni olmadan bir ağac yarpağı belə tərpənə bilməz.” Bunlar fkirləşmirlər ki, demək şiələridə, yezdiləridə (kürd), bütpərəstləridə Allah məsləhət bilib yaradıb, onlarında yaşamaq haqqı var.
Amma sələfilər (onları vəhabi adlandıranda xoşlamırlar) yuxarıda sadalanan naqis, insanlıqdan və islamdan kənar olan əməllərinə Allah əmiri kimi don geyindirməyə çalışırlar. Şiələri ya Əli dediklərinə görə dindən çıxmış, Allaha şərik qoşan, özlərini əsil müsəlman bilən bu adamlar xristianları, (erməniləri belə), hətta yevreyləri şiələrdən üstün tütürlar, onları kitab əhli hesab edir, əvəzində şiələri öldürməklə cənnətə gedəcəklərini təbliğ edirlər. Şiələrin və ya dindən çıxmışların, Allaha şərik qoşanların canını, malını, arvad uşağını belə halal bilib, onların malları və canları ilə necə istəsən davrana bilərsən. Ey sələfi, bir əl saxla, Allahın adından məhkəmə qurmağı sizlərə kim icazə verib? Bəs onda harda qaldı, İslamda halal- haram məsələsi, əsl müsəlman olan şəxs başqasının malına necə göz dikə bilər, hansı dinnən olur-olsun, Allahı tanıyıb-tanımamasından asılı olmayaraq, necə zina edə bilər?
Əsil həqiqətdə Vəhabilik yarandığı gündən ərəblərin milliyətçilik hislərini qızışdırdı, ərəblərdə özündən razılıq, başqa xalqlara yuxarıdan aşağı baxmaq meyləri baş qaldırdı və avropalılara qoşulub, nəhəng Osmanlı imperiyasını dağıtdılar. Bu gün müsəlmanların başına gələn faciələrin, bəlaların 80-90%-nin əsl səbəbkarları, Səud ailəsi və birdə sələfilərdir. Müsəlmanlar yaşayan ölkələrə nəzər salaq, Əfqanıstanda dövlət qurmaq mümkün deyil, ölkə daş dövründə yaşayır, Pakistan hər gün terror , qan-qada, Somali bir neçə yerə parçalanıb, uzun illərdi ki, dövlət qurmaq mümkün deyil, insanlar, əsasən də uşaqlar, kütləvi şəkildə acından qırılırlar. Çadda, Nigeriyada sələfilərin bir qolu olan “Boko haram” qruplaşmasının nələr törətdiyi bütün dünyaya məlumdur, onu da qeyd edim ki, adını sadaladığım dövlətlərdə şiələr çox azlıq təşkil edir, demək olar ki, yox dərəcəsindədir.
Ən pisi odur ki, xristian dünyasını bəyənməyən, onları “Allahsız, dinsiz, əxlaqsız, pozğun, əyyaş” heç bir mənəvi dəyəri olmayan toplum adlandırırlar, sonrada Liviyada, Suriyada, İraqda müsəlmanları yaşamağa qoymur, onları ev-eşiklərindən eliyir. Nəticədə milyonlarla insan “müsəlmanların dostları“ tərəfindən qaçqına düşür və sonda avropalıların qapısında arzu olunmaz şəxslərə çevrilirlər, avropalılar nə qədər də qapı-bacalarını bağlamağa çalışsalarda bizim müsəlman bacı qardaşlarımız hansı yolla olur olsun ora getməyə can atırlar. Hansı ki, yuxarıda adları çəkilən dövlətlər Ərəb dünyasının ən sakit, ən inkişaf etmiş olkələri idi.
Məzhəblər, təriqətlər arası dözümsüzlük bir-birinə amansız, kəskin münasibətlər başqa dinlərdə də olub, o cümlədən xristianlıqda belə hallar olub. Xüsusən də bu gün sələfilərin hərəkətlərinə görə biz müsəlmanları “Vəşhi” ,”terroris”adlandıran Avropadan da yan keçməyib. İlk növbədə İspaniyada müsəlmanları qovub ölkədən çıxardıqdan sonra kilsə məhkəmələri (inkvizisiya) yaradıb bidətçiləri (autodofe) tonqalda yandırmağa başladılar. Daha sonra Almaniyada Lüteranları (Protestantlar) təqib etməyə başladılar, amma almanlar daha mədəni davranıb 30-40 ilin içində Protestantların etiqat azadlığını (1555-ci il) tanıdılar. İsveçrədə də Kalvinistlər onların əlehinə olan insanları amansız təqib edir, onları yəni dindən çıxmışları tonqalda yandırırdılar.
İtaliyada isə Roma Papası özü səxsən belə bir məhkəmə yaradıb, nəzarət edirdi və bidətçiləri cəzalandırmaq üçün onları ağıla sığmaz işgəncələrlə, tonqalda yandırmaqla edam edirdilər. Dindən çıxmışlara ən amansız münasibət isə Fransada olmuşdur, belə ki, 1572-ci ilin avqust ayında cəmi iki həftəyə 30 mindən çox Protestant xüsusi qəddarlıqla öldürülmüşdür.
Amma avropalılardan fərqli olaraq sələfilərin və bir də İranın ucbatından məzhəb ayrı-seçkiliyi, bir-birinə qarşı nifrət müsəlmanlar arasında, daha kəskin xarakter alıb. Bu gun elə bir müsəlman ölkəsi yoxdur ki, orada sələfilər (vəhabilər) müsəlmanların qanını axıtmasın, ev-eşiyindən didərgin etməsinlər.
Son olaraq onu bildirmək istəyirəm ki, kimin hansı dinə, məzhəbə inanmasını özü bilər, Allahı bilər, Allahla bəndəsi arasında kiminsə vəkillik etməsinə heç kəsin ixtiyarı yoxdur.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM