Həmrəyliyə gedən yollar

12:58 / 27.12.2015

Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bizim hamımızın bir Vətəni var - Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək.

Azərbaycanlılar daha da möhkəm təşkilatlanacaq, yaşadıqları ölkələrdə daha da möhkəm mövqelərə sahib olacaqlar və beləliklə, dünyadakı 50 milyonluq Azərbaycan xalqı daha da yaxşı yaşayacaq, öz məqsədlərinə nail olacaqlar.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bizə nə lazımdır, ağız birliyi,

Ağ bəxtə yol açan ağ üz birliyi.

Qıpçaq qıvraqlığı, Oğuz birliyi,

Olsaydı Xətai, Yavuz birliyi,

Axmazdı ildırım, çaxmazdı şimşək,

Əgər yumruq kimi birləşə bilsək…

 

Zəlimxan Yaqub

 

Ömür adlı nərdivanın pillərini qalxdıqca çevrəmdə baş verənlərə münasibətimin dəyişməsində, özümə uzaqdan baxmaq istəyimdə, qarşıya çıxan problemə, çətinliyə ölçülü-biçili yanaşmağımda, hərdən səbirli, hərdən də ütələk hərəkətlərimdə, əslində, qəribə heç nə yoxdur. Bəzən insanın öz qəlibinə sığmaması onun yaşantılarından qaynaqlanır. Bir az obrazlı desək, sevincin də, dərdin də çəkisi yoxdur, ancaq bu da həiqətdir ki, onlar ürəkdə elə bir iz qoyur ki, onu hardan baxsan görmək olar.

Bir fərdin xoşbəxt və ya bədbəxt olması insan cəmiyyətinin, toplumun diqqətini cəlb etməyə bilər. Bu başadüşüləndir, çünki çayın axınında boy vermək elə də asan deyil.

Ancaq məni düşündürən bir məsələ var. Həm də çox qəribədir. Bəlkə də çoxları deyir bunu: Həmişə dərd bizi birləşdirir. Dərd başımızın üstünü alanda biri-birimizi elə qucaqlayırıq ki, sanki o taydakı Vətən torpaqları bu taya qovuşmaq üçün Arazı bir damla su kimi içində əridib yox edəcək. Başqa vaxt özümüzü eşitməzliyə vurub biri-birimizin səsini eşitmərik, ancaq dərd gələndə qulağımıza tıxadığımız pambıqları çıxarıb bir tərəfə atırıq.

Dərddən deyingən olanlara dodaq büzmürük, dərdini dinləyirik, dərmanı varsa, tapıb veririk. Ölüm-itim olanda illərlə danışmayan qardaşdan tutmuş uzaq qohumadək hamı əl-ayağa düşür, çarə axtarır. Niyə beləyik, bilmirəm. Və həmişə bunu düşünürəm: Gərək bizi dərdmi birləşdirsin? Niyə sağa-sola çəkirik, niyə gücümüzü parçalayırıq, niyə düşmən dəyirmanına su tökmək üçün Vətənimizin adına qara yaxmağa qolumuzu çırmayırıq. Niyə?

Qəribə gələn həm də budur ki, biz sevinəndə öz içimizə çəkilirik. Öz içimizə çəkildikcə də daralırıq, sıxılırıq. Bizi sevinc, şadlıq niyə birləşdirmir, görəsən? Məgər sevinməyə, şadlanmağa haqqımız yoxdumu?

Uşaq vaxtı “Güc birlikdədir” fikri ilə bizi dostluğa, həmrəyliyə çağıran məsəllərə, atalar sözlərinə qulaq asıb qarğı atlarımızı da az qala birlikdə çapardıq ki, daha sürətli olaq. Yaşa dolduqca isə “Güc məndədir”, “Mən güclüyəm” eqosu içimizi didib-parçalayır.

Bu gün tarixi torpaqlarının səksən faizini itirən bir Vətənin oğullarının birliyə, həmrəyliyə ehtiyacı var. Axı müharibə adlı dərd hələ bitməyib. Demək, yumruq kimi birləşə, külüngü bir yerə vura bilərik.

Tarixə nəzər saldıqca bizi birliyə, həmrəyliyə aparan kişilərin işıqlı əməlləri qarşısında sayğı duruşu ilə dayanmağın həm də məsuliyyətini dərk etməliyik. Özümüzün deyil, millətimizin gəldiyi yola baxmalıyıq. Keçmişdən ibrət götürməliyik. Qanımız bahasına qazandığımız müstəqilliyi, özgürlüyü qanımız bahasına qorumalıyıq.

Sərhədlərimizdə və sərhədlərimizdən kənarda qalanmış odlardan və qaldığımız odlar arasından sıyrılmağı bacarmalıyıq. Çünki əlinə girəvə düşən kimi bu böyük yurdu məhv etməyə hazır olan güclərə qarşı millət olaraq gücümüzü də, böyüklüyümüzü də, ən əsası, birliyimizi göstərməliyik.

Siyasətdə, iqtisadiyyatda baş verənlər, daha doğrusu, bu dəyişikliklərə rəvac verənlərin məqsədi, məramı gün işığı kimi bəllidir. Dünyanın sərhədlərini bölmək istəyənlərin arzusunu gözündə qoymaq naminə torpaqlarımız uğrunda şəhid olan oğul və qızlarımızın qisasını almalı, babalarımızın arzusunda olduğu böyük Azərbaycanı qurmaq və qorumaq üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Ali Baş Komandanın ətrafında daha sıx birləşib, qarşıya çıxan bütün çətinliklərə birlikdə sinə gərib, elə bu birliyimizlə, həmrəyliyimizlə də dünyaya meydan oxumalıyıq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM