Xatirələrə sayğı ilə
Bakı Dövlət Universitetinin həyatında bir ilkə imza atmışdım. Bir mən bunun fərqindəydim, bir də diplom müdafiəsində iştirak edən müəllimlər. Əslində, elmimizə, ədəbiyyatımıza töhfə verən yeniliyin müəllifi deyildim. Sadəcə, saz çiynimdə universitetə daxil olanda tələbələrin, elə bəzi müəllimlərin də üzündəki ifadədən hiss etdim ki, onlar belə qəribəlik görməyiblər. Bəlkə də çoxu ürəyində: “İncəsənət universiteti ilə buranı səhv salıb”,- deyirdi...
Mən isə qərarımda israrlıydım. Diplomumu sazla müdafiə edəcəkdim. Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri Cəlal Abdullayevə (ruhu şad olsun) bu barədə deyəndə gülümsədi. Çünki götürdüyüm mövzu və haqqında yazacağım şairin ömür yolu, yaradıcılığı, ən azından, bunu tələb edirdi. Sözün düzü, müəllimlərə növbəti sürprizi etmək fikrim vardı. Yaradıcılığından sevə-sevə bəhs etdiyim şari də müdafiəmə dəvət edəcəkdim. Ancaq bəzi səbəblərdən alınmadı...
Müdafiə komissiyasının üzvü olan müəllimlrin bir neçəsi hələ gəlməmişdi. Bunu nəzərə alan Cəlal Abdullayev dedi ki, belə olan halda, beş-on dəqiqə gözləməli olacağıq. Elə bil kimsə mənə “Sazı köynəyindən çıxart və zilini-zil, bəmini-bəm elə”,- dedi. Sazın səsini eşidənlər kafedranın qapısını kəsdirmişdilər.
Maraqlı mənzərəydi. “Baş sarıtel”dən “Dilqəmi”yə keçəndə kiminsə içini çəkdiyini duydum. Gülhüseyn Hüseynoğlu (ruhu şad olsun) idi. Onu bu yaşda kövrəltdiyimçün, düzü, peşimançılıq hissi keçirdim. Ətrafa boylananda Cəlal Abdullayevin, Tofiq Hacıyevin (ruhu şad olsun), Cəlil Nağıyevin, Pənah Xəlilovun və Firuzə Əhmədovanın yaşarmış gözlərini görəndə, sanki ürəyimin başında ocaq qaladılar...
Yarım saatdan sonra komissiyanın digər üzvləri də gəldi.
Tələbələr onlara verilən mövzunu həvəslə danışır, istifadə etdikləri ədəbi mənbələrdən sitatlar gətirir, sanki hakim qarşısında dayanmış müttəhim kimi günahsız olduğunu sübut etmək istəyirdilər.
Növbə mənə çatdı. Sazı götürdüm və çıxışıma yaradıcılığına müraciət etdiyim şairin “Ustadnamə”si ilə başlayanda zala ani bir sükut çökdü. Sonra saz susdu. Danışdıqca hiss edirdim ki, müəllimlərin də, tələbələrin də diqqəti sazda qalıb. Yenə saz dilləndi. Elə bil otağa haradansa təmiz dağ havası üfürdülər...
Dəyərli alimimiz Pənah Xəlilovun yaşarmış gözlərini silə-silə: “Aşıq bala, bir “Kərəmi” çal deməsi, sözün düzü, məni də kövrəltdi.
“Baş üstə, müəllim”,- deyib “Kərəmi” odlara qaladım...
Mənə diplom “müdafiəsi”ndən əla yazdılar. Sonra universitetdə kim məni görürdü: “Bu oğlanın diplomunu saz müdafiə etdi”,- deyirdilər, zarafatla.
Əziz oxucular, diplom işimin mövzusu dünən dünyasını dəyişmiş xalq şairi, ömrü boyu bir əli torpaqda, bir əli haqda olan Borçalı dünyalı, Borçalı nisgilli, Borçalı laylalı Zəlimxan Yaqubun yaradıcılığıydı.
Zəlimxan Yaqubu Azərbaycanda hamı tanıyır. Onunla şəxsən 9-cu sinifdə oxuyanda tanış oldum. Məktəbimizə gəlmişdi. Elə danışırdı ki, elə bil danışdıqları yerə-göyə, daşa-divara yazılmışdı. Şeirlərini vərəqdən deyil, ürəkdən oxuyurdu.
Birdən şairin “Mənə kimin sözü var”,- deyib sual ünvanlaması bizə çox qəribə gəldi. Onun yanında nə danışacaqdıq ki???
Əlimi qaldırıb “Mən şeir demək istəyirəm”,- dedim. Gülümsədi. “Kimin şeirini deyəcəksən”,-dedi. “Sizin şeirinizi”,- dedim. Onun “Gəldim” şeirini deyəndə hiss etdim ki, şair gəldiyi ilkinliyə, yol elədiyi ilk çığıra qayıdıb xəyalən. Şeir bitəndən sonra öz yazdığım şeiri demək istədiyimi bildirdim. “Buyur”,-dedi. Şeirlərimi yazdığım dəftərçəmə “Xoşbəxt şair olasan”,-yazdı.
Aradan illər keçdi. Zəlimxan Yaqubu daha yaxından tanıdım, şeirlərini əzbərlədim.
Zəlimxan Yaqubun şeirləri, açığını desəm, aşıqların çörək ağacıydı. Elə bir məclis olmazdı ki, ondan oxunmasın, onun yaradıcılığına müraciət edilməsin.
Yenə yazımın əvvəlinə qayıtmaq istəyirəm. Diplom işimlə bağlı 2009-cu ildə şairlə görüşmək üçün dostları, tanışları soraqladım. Axır ki, telefon nömrəsini tapıb zəng etdim. Dəstəyi özü götürdü. Özümü təqdim etdikdən sonra məqsədimi, onunla görüşmək istədiyimi bildirdim. Dedi ki, sabah gəl, səni gözləyirəm. Soruşa-soruşa şairin evini tapdım. Qapını qardaşı açdı. İçəri dəvət etdi və dedi ki, şair indi gəlir.
Zəlimxan Yaqub məni doğması kimi qucaqlayıb bağrına basdı. Sözün düzü, gözləmirdim. Süfrəyə çay-çörək gəldi. Şairlə çörək kəsdim. Sonra kitabxanasına, səfərlərini, gənclik illərini əks etdirən şəkillərinə baxdım. “Bir az yorğunluğumuzu çıxardaq”,-deyib sazı sinəsinə basdı. Utancaqlıq hissi məni tərk eləmişdi. Şairlə baş-başa verib şeir deyib, saz çalıb, aşıq mahnısı oxudum.
Yenə də aradan illər keçdi. Şeirlərinin sorağı gələn Şairdən xəstəlik xəbərləri gəldi. Dedilər ki, böyrəkləri şairə vəfasızlıq edir.
Tədbirlərin birində onu görəndə gözlərimə inanmadım. Dağ Zəlimxan qəlpə-qəlpə ərimişdi elə bil. Göz yaşlarımı saxlaya bilmədim. Dağ çayı kimi kükrəyən şair sanki danışmırdı, pıçıldayırdı.
Və dünənki qara xəbər. Zəlimxan Yaqub həyatdan köçdü dedilər. Qulaqlarıma inanmadım.
Bilrəm ki, hər bir azərbaycanlı bu böyük itkiyə heyfslənəcək, bu acını-ağrını hamı yaşayacaq və biri-biri ilə bölüşəcək. Onun səsi, avazı, şirin danışığı üçün çox darıxacağıq. Ancaq onunçün ən çox darıxan şirinli-acılı günlərinin şahidi qara sapılca, bir də sağlığında ruhuna layla dediyi imran dilli, gümüş telli qara saz olacaq.
Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun.
Şairə, onun əziz xatirəsinə böyük sevgi və sayğıyla Hafiz Hacxalıl.
10.01.2016.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM