Düz 26 il bundan öncə Bakıda qırğın oldu. Elə bir qırğın ki, ondan qan yox, “Azadlıq ətri” gəlirdi.
Bakı həm də qəhrəman şəhərdir. Bunu Bakını yağmalamağa, odlara qalamağa gələnlər də yaxşı bilirdilər. Ancaq unutmuşdular. Unutmuşdular ki, öyündükləri imperiyanı çökməkdən, parçalanmaqdan və məhv olmaqdan, sözün əsl mənasında, Bakı qorudu. Qanımızla, canımızla döyüşlərdə adımızı qəhrəmanlar sırasına yazdırmaqla kifayətlənmədik, qızmar günəşin altında, şaxta qılınc kimi kəsəndə böyük sovetlər ölkəsi üçün neft çıxardıq. Analarımızın titrək əlləri, ürəklərinin odu ilə toxuduqları isti əlcəklərlə, yun corablarla sovet əsgəri Berlinə kimi döyüş yolu keçdi.
Yaxşılığı başa qalxmaq, dilə gətirmək bizlərə yaraşmaz, ancaq tarix-tarixdir və fakt-faktlığında qalır.
O gün qəhrəman şəhərin və onun övladlarının üstünə topla-tankla, üstəlik, haylardan ibarət hərbi birləşmələrlə gəldi qırmızı ulduzluların nəvə-nəticələri. Bakının hər küçəsindən, tinindən dəmir donlu maşınların tırtılının səsi eşidildi. Günü, zamanı belə “Komendant saatı”na tabe etmək üçün az qala saatın hər saniyəsinin yanına bir əsgəri gözətçi qoymuşdu “çağırılmamış qonaqlar”.
Bəlkə də indi hər kəsin təəccübünə səbəb olar yazdıqlarım. O illəri xatırlayanlar deyir ki, sanki möcüzə idi. Bakı kəndlərində gülçülüklə məşğul olanların istixanalarında qərənfillər baş-başa verib biri-biri ilə yarışırmış kimi elə açmışdılar ki, elə bil qışla yay yerini səhv salıb.
Bu həqiqətdir ki, baş verəcək bədbəxt hadisədən təbiət daha tez duyuq düşür. İnsandan başqa yerin altında və üstündə nəki canlı varsa onu duyur, hiss edir. Sadəcə, qəlpə-qəlpə təbiətdən qopan, bir zaman təbiətin bir parçası olan insan onu duymaqda aciz qalır.
Kim bilir, bu da ilahi bir qanunauyğunluqdur bəlkə də...
20 Yanvar şahidlərinin biri deyir ki, bizi gülləyə tutanlardan biri yarı rus, yarı ermənicə: “Biz buraya, Bakıya Azərbaycan xalqını ovlamağa gəlmişik”,- deyəndə bildim ki, qara buludlar xalqımızın üstünü almaqla kifayətlənməyəcək, bu qara buludlar özləri ilə ölüm də gətirəcək. Necə ki, 19-dan 20-nə keçən gecə məlum faciə baş verdi...
O gecə təkcə Bakı qanımıza bələnmədi. Azərbaycanın bir çox rayonunda, şəhərində, Neftçalada, Lənkaranda insanlar güllə-baran edildi...
Xalqımızın qəhrəman oğul və qızları dəmir donlu maşınlarla, o maşınları idarə eyləyən daş ürəkli silahlı qatillərlə üz-üzə gəldilər. Olum və ölüm mücadiləsində qalib çıxmaq üçün alın yazımıza belə üsyan etməyə hazır idik. Bıçaq sümüyə dirənsə də, ölüm qapını kəsdirsə də, öldü var, döndü yoxdu...
Biz haqqımızı istəyirdik. Qolumuzdakı zəncirləri qırmaq üçün azadlıq adlı yola ölümü belə gözümüzə alıb çıxmışdıq. Bizə layiq olan “Azadlıq haqqı”mıza qovuşmağa, hürr olmağa, “Bir gün azad yaşamaq qırx il kölə kimi yaşamaqdan daha üstündür”,-deyən babalarımızın müqəddəs ruhunu sevindirməkdən ötrü o qanlı gündən bugünümüzə yol açmaqda israrlıydıq.
Və o gündən-bugünə biz ölümə qalib gəlməyi bacardıq.
Bəs, onlar bizdən nə istəyirdilər???
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM