O qәdәr azadlıq ki, biz müsәlmanların arvad almaq vә arvad boşamağında var,--heç bir özgә millәtdә yoxdur; mәsәlәn, bir övrәt ki, bu gün mәn onu aldım,--sabah da ixtiyarım var boşayam. Kefim istәr saxlaram, kefim istәr boşaram.
Dәxi bu aşkar bir işdir.
Elә belә dә gәrәk olsun vә azadlıq da mәhz buna deyiblәr. Kefim istәyir saxlayıram, kefim istәmir boşayıram vә heç bir kәsin haqqı yoxdur mәnә desin: "Niyә arvadını boşamırsan?", yainki "niyә arvadını boşayırsan?".
Vә azadlıq da elә budur. Kefim istәyir saxlayıram, istәmir boşayıram.
Amma nә cürsә, bizim içimizdә az ittifaq düşür ki, bir kişi övrәtini boşamaq istәyәndә mәrd-mәrdanә desin ki, "mәn sәni boşayıram". Çox vaxt görürsәn ki, bir bәhanә ortalığa gәlir vә axırda kişi övrәti o qәdәr incidir ki, övrәt tәngә gәlib, özü durub çarşovunu salır başına, gedir atası evinә. Әri dә "şükr allaha"--deyib, gedir molla yanına vә övrәti boşayır.
Bu da bәzi yerdә cürbәcür olur. Mәsәlәn, Gәncәdә bir kişi övrәtindәn doyanda belә bәhanә elәyir ki, mәsәlәn, "mәluna övrәt mәnim anamı söyür vә mәndәn izn almamış hәyәtә çıxır" vә bu bәhanәni әldәtutacaq edib övrәti beş-on gün salır kötәyin altına; axırda da övrәt cana doyandan sonra çıxıb qaçır.
Bakının Sabunçu kәndindә dә bir özgә cür rәftar olunur; burada kişi övrәt boşamaq fikrinә düşәndә iki dәst rәxtixabı [1] verir arvadın dalına ki, "filan filanın qızı, bunlar köhnәlib, apar atan evinә, tәzәsini al gәtir!". Xülasә, axırda övrәt tәşrif aparır.
[1] Yorğan-döşәk.
Vladiqafqazda da lap özgә sayaq olur: burada bir müsәlman övrәtindәn zәhlәsi qaçanda gecә-gündüz sәy elәyir ki, övrәt ölsün, yәni vәfat etsin. Söz yox, ölәndәn sonra kişinin canı bilmәrrә qurtarır.
İrәvanda, Naxçıvanda vә İran mәmlәkәtindә övrәt almaq adәt deyil; çünki buralarda hәmişә vә hәr cür övrәt siğә etmәk mümkündür, müddәti dә bir saatdan üç ilә kimi. Nә cür meylin olsa, düzәlәr.
Bәli, bizlәrdә övrәti boşamaq lazım olanda hәmişә meydana bir bәhanә gәlir vә halonki kişi övrәti boşamaqda muxtardır [2] vә o qәdәr azadlıq ki, biz müsәlmanlara verilib, millәtlәrin heç birinә verilmәyib: Bu gün damağım çәkdi aldım, sabah kefim istәdi boşadım--vәssәlam! Burada nә kötәk lazımdır, nә bihörmәtçilik, nә dә qeyri bir bәhanә.
[2] Sәrbәstdir, müstәqildir.
Allah bәrәkәt versin: nә çoxdur molla! Boşa qoysun getsin!
Bizim mәslәhәtimiz.
Ancaq bu mәsәlәdә biz belә mәslәhәt görürük: söz yox, dünyada nә qәdәr gözәl övrәt olmuş olsa, onun lәzzәti çoxu-çoxu bir aydır. Elә ki, ikinci aya ayaq qoydu, dinmәz-söylәmәz övrәti çağır yanına, dur bir dәfә dә onun alnından öp vә mehribanlıqnan ona de: Ay arvad, dәxi bundan sonra sәn mәnim anam-bacımsan, vәssәlam!". Dәxi bundan savayı heç bir dava-mәrәkә lazım deyil.
Qәrәz, bizim mәslәhәtimiz budur.
Molla Nәsrәddin.
Molla Nәsrәddin", 19 may, 1908. № 20.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM