AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR
Obyektivlik naminə qeyd edək ki, böyük insan tələfatlarına gətirib çıxaran terror aksiyalarında özünü müsəlman kimi təqdim edənlərin xüsusi çəkisi artmaqdadır. Şübhəsiz ki, bu tendensiya səbəbsiz deyildir. Araşdırmağa çalışaq.
Müasir dövrdə psevdoislam “örtüyü”nə bürünmüş beynəlxalq terrorçuları fəal terrorçuluq əməllərinə sövq edən motivləri üç istiqamətdə nəzərdən keçirmək olar:
a) Antiqərb yönümü- bu, antimüstəmləkə ruhunun birbaşa nəticəsi və yeni formada onun saxlanılması kimi qavranılmalıdır. Antimüstəmləkə hərəkatı ilk növbədə birinci dünya müharibəsindən, xüsusilə də ikinci dünya müharibəsindən sonra Asiya və Afrika xalqlarını bürümüşdü. Kütləvi milli-azadlıq hərəkatı siyasi, milli hökumətlərin fəaliyyəti isə iqtisadi azadlığın hərəkətverici qüvvəsi qismində çıxış etsə də, bu ərazilərdə müstəmləkəçiliyin tamamilə qeybə çəkildiyini düşünmək səhv olardı. O, praktik səviyyədə, işgüzar və məişət münasibətlərində özünü bildirməsə də, mentalitetdə, psixikada və ideologiyada hələ də yaşamaqdadır. Asiya və Afrika sakinləri hələ lap keçmişdən avropalılarla və şimali amerikalılarla ünsiyyətdə olarkən özlərində «natamamlıq kompleksi»ni hiss edir, «ikinci növ» insanlar statusunun faktiki daşıyıcıları kimi davranırlar. Bu kompleks indi də qalmaqdadır. Bu kompleks bütün sıxışdırılan xalqlarda özünü göstərir. Məsələn, antisemitizmin az və ya çox olduğu ölkədə hətta varlı və tanınmış yəhudi də belə özünə münasibətdə «yuxarıdan aşağıya» baxışın olduğu hissindən azad deyildir. Həmin yəhudidə qazandığı müvəffəqiyyətlərdən «yerli əhalinin» nəinki sevinmədiyi, əksinə nifrətinin daha da artdığı haqqında düşüncələrin yaranması labüddür və bu artıq «natamamlıq kompleksinin» aşkar əlamətidir.
İsraildə yaşayan zəngin ərəb də analoji hissləri yaşayır. Yeri gəlmişkən, onu da qeyd edək ki, belə «natamamlıq kompleksi» təkcə üçüncü dünya sakinlərinə xas deyildir. ABŞ-da yaşayan asiyalı və afrikalılar da (qismən latın Amerikası sakinləri də) oxşar hisslərin daşıyıcılarıdırlar. Fikrimizi ABŞ-ın yaxın tarixindən bir hadisə ilə əsaslandıraq. Bir neçə il əvvəl ABŞ məhkəməsi tanınmış qaradərili idmançı O.S.Simpsona bəraət verilməsi haqqında hökm çıxarmışdı. O, ağ dərili arvadını
qətlə yetirməkdə ittiham olunurdu. Simpsonun bəraət qazanmasını ABŞ-ın bütün zənci əhalisi toy-bayram içində qeyd etmişdi. Onların şadyanalığının səbəbi onda idi ki, ağların əksəriyyət təşkil etdikləri bir cəmiyyətdə məhkəmə ağdərili arvadını öldürən qaradərili insana bəraət vermişdi. Deməli, bu hadisə göstərir ki, ilk dəfə 1619-cu ildə Yeni Dünyaya gətirilən və uzun bir tarixi dövrdə olmazın həqarətlərlə üzləşən qaradərili insanlarda «natamamlıq kompleksi» hələ də yaşamaqdadır. Bu, qan yaddaşı və genlərlə ötürülür.
Bütün bu sadalanan faktlar əsasında belə bir qənaətə gəlmək olar ki, müsəlmanların etirazı çoxsaylı və çoxtərəfli etirazların təzahürlərindən biridir, həm də ən ciddisidir, çünki müsəlman dünyası, xüsusilə də ərəb cəmiyyəti müasir geosiyasi şəraitdə ən çox narazı qalan tərəfdir. Fikrimizi konkret misallarla əsaslandırmağa çalışaq.
Məsələn, Türkiyəli alim Ozlem Kavli Əlcəzairdə vəziyyəti belə şərh edir: «Şəhərin kasıb gəncləri daimi iş yerləri tapa bilmədiklərindən günlərini tinlərdə və çayxanalarda keçirir, zaman keçdikcə məyus və aqressiv bir qüvvəyə çevrilirlər. Onları «divar oğlanları» (wall boys) adlandırırlar, çünki işsiz olduqlarından veyillənir və divarlara söykənirlər»
Terrorçu təşkilat olan «İslam Nicat Cəbhəsi»ni (İNC) müdafiə etməsini sıravi əlcəzairli belə izah edir: «Bu ölkədə sən gəncsənsə, qarşında 4 seçim duracaqdır: a) iş və mənzilin olmadığından işsiz və subay qalacaqsan; b) həbsxanaya düşmək təhlükəsinin real olduğu «qara bazar»da işləyəcəksən; c) Parisdə və ya Marseldə süpürgəçi işləyəcəksən; d) İNC-yə daxil olub, məlum fəaliyyətlə məşğul olacaqsan»
Düzdür, birləşmiş böyük ərəb dünyasının yaradılması ilə bağlı Ə.Nasirin arzuları həyata keçməsə də, bu faktı da danmaq olmaz ki, bir çox ərəb dövlətləri zəngin neft ehtiyatlarının sayəsində xeyli dərəcədə inkişaf etmişlər. Buna baxmayaraq, bütövlükdə ərəb dünyası postmüstəmləkə dövrünün inkişaf prosesində xeyli dərəcədə qayğılıdırlar. Bütün dünyanın alimləri içərisində müsəlmanların cəmisi 1% təşkil etməsi acınacaqlı faktdır. Ərəb ölkələrində ildə 330-a qədər xarici kitab tərcümə olunur ki, bu da Yunanıstandakı eyni proseslə müqayisədə beş dəfə aşağı göstəricidir. Bütün ərəb ölkələrinin 1999-cu ildə istehsal etdikləri Ümumi daxili məhsul 531,2 mlrd. dollar təşkil etmişdir ki, bu da müqayisə üçün İspaniyanın müvafiq göstəricisindən (595,5 mlrd. dollar) azdır. Müsəlman dünyasını, xüsusilə də ərəb cəmiyyətini son dərəcə sıxan və dözümsüzlük həddinə çatdıran belə acınacaqlı şəraitdə aşağıdakı fikirlər daha çox səslənir: ərəblərin bütün uğursuzluqlarının kökündə əsl islamdan uzaqlaşmaq, peyğəmbərin vəsiyyətləri ilə bağlı unutqanlıq, yad qeyri-müsəlman sivilizasiyaların «nailiyyətləri» qarşısında kölə pərəstişi və s. dayanır, nəticədə isə mənəviyyat erroziyaya uğrayır, milli dəyərlər itirilir və cəmiyyət öz içində dağılmağa başlayır. Qərbpərəstlik, Qərb həyat tərzinə kor-koranə səcdə ən qorxulu təhlükə kimi qavranılır və çıxış kimi «Əl islam hua əl hal»-»islam-nicat yolu budur» şüarı irəli sürülür.
Narazı və məyus ərəb dünyası iqtisadi tənəzzülün, yoxsulluğun, mənəviyyatsızlığın, narkomaniyanın, əyyaşlığın və s. eybəcərliklərin «ilhamçısı» olan bir «günahkar-cavabdeh» qüvvənin axtarışındadır. Belə vəziyyətdə obyektiv, lakin üzücü axtarışlardansa, subyektiv, lakin daha çevik qan yaddaşını işə salmaq az «məsrəfli» görünür. Axtarışların tapıntısı isə bəllidir.-Bu, Qərbdir.
Qərb isə özünə qarşı belə bir münasibətin formalaşması üçün kifayət qədər bəhanələr verir.
Bu, hər şeydən əvvəl, Qərb mənəviyyatı, əxlaqı, mədəniyyəti, həyat tərzi, dəyərləri və ideyalarının ixracında özünü göstərir.
Qədim və zəngin sivilizasiyası ilə fəxr edən müsəlman dünyası müasir dünyanın iyerarxiya strukturunda Qərblə müqayisədə aşağı pillədə dayandığının fərqindədir. Bu reallıqla barışa bilməyən müsəlman dünyası yuxarıda qeyd etdiyimiz «natamamlıq kompleksi»ndən qurtulmaq, daimi emosional və psixoloji gərginlikdən boşalmaq istəyir. Bu istək isə çox zaman ekstremist baxışları formalaşdırır. Nəticədə eyni zəncirin müxtəlif həlqələri olan dini təməlçilik-siyasi radikalizm-ekstrimizm terrorizm müstəvisində özünün ifrat təzahürünü tapa bilir.
Bu şəraitdə üçüncü dünya ölkələrindəki antiqərb əhval-ruhiyyəsi güclənməkdə olan antiqlobalist hərəkatı ilə çulğalaşır, onun mühüm komponentlərindən birinə
çevrilir. Burada söhbət güclülər tərəfindən hakimiyyətin və təsirin inhisarlaşmasından, transmilli qüvvələr tərəfindən xalqlara vahid Qərb mənəvi dəyərləri və standartların təlqin olunmasından, habelə suveren dövlətlərin iqtisadiyyatının transmilli korporasiyaların maraqlarına tabe edilməsindən və buna qarşı etirazdan gedir.
(Ardı var...)
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM