Vaqif Səmədoğlunun gündəliyindən səhifələr

12:25 / 04.02.2016

Şair bu yazıları “Əlaltı yazılar” adlandırıb 
Nə ürəkdə, nə üzdə barışa bilər şair oğlu dünənlə, bu günlə, sabahla. Ömür dərddi, dərd gələndə batmanla gəlir. Harda, nə vaxt, kim doğulduğunun bu işdə fərqi yoxdur. Sən şair deyilsən. Sənə kimsə şeir yazdırır, səni öldürə-öldürə, özünü, yəni həyatı yaşada-yaşada. Ömrün uzun olsun, həyat!..

***

Özgə yolundan keçmək olmaz. Özgə yolundan keçmək üçün gərək öz yolundan çıxasan. Keçirsənsə, deməli, öz yolun yoxdur bu dünyada. 

***

Ən pis yorğunluq işdən-gücdən, daş daşımaqdan yorulmaq deyil, bir yerdə oturub, əli ağdan-qaraya vurmamaqdan yorulmaqdır. Deyilməmiş, yazılmamış fikirlər də adamın belini əyir.

***

Rənglənmiş yuxular. Uşaq rəsmləri kimi. Oyanmaq da istəmirsən, o yuxuda qalmaq da. Qəribə bir əlacsızlıq.

***

İnsan ayrılıqdan ancaq cismən nədənsə, kimdənsə uzaq düşəndə başlayır fikirləşməyə. Ancaq insan daima ayrılıq içindədir. Saniyə-saniyə, anbaan keçmişdən ayrılır, uzaq düşür. Qürbətdən vətənə qayıtmaq olar, illərlə üzünə həsrət qaldığın övladlarınla görüşə bilərsən. Ancaq uşaqlığa insan ömründən nə yol var, nə körpü. Əsl ayrılıq da budur. Övlad, vətən həsrəti yox.

***

Mən ancaq sözlərdən palaz toxuyub, salıram öz altıma. Uzanıb, elə bilirəm ki, şairəm. Bəzən özüm haqda insan kimi düşünən vaxtlarım da olur. Ancaq bu hala çox içəndən sonra düşürəm xoşbəxtlikdən.

***

Bakının iqlimi insan üçün yaranmayıb. Bu şəhərdə gərək qurumuş ağac olasan.

***

Əsrlərdən bəri Azərbaycan kəndlərində qapı ağzında oturub, yollara baxa-baxa quruyub qalmış adamların fikirləşdiklərini yazıb, iki-üç iri kitab bağlamaq kaş mümkün olaydı.

***

İnsan 40 yaşı tamam olandan sonra rast gəldiyi adamlara salam yox, sağ ol deməlidir. Vidalaşmağa başlamalıdır...
***

Yuxudan indicə qalxmışam. Baş da ürək də bomboş. Oğurlanıb, viran edilmiş, sonra da çölə atılmış avtomobil kimiyəm. Ümid, arzu yerləri hava, yağış altda qalıb paslanan bir metal yığını. Ara bir içimdən dünyaya bir kərtənkələ baxır. Canı isinə bilməyən məxluq.

***

Mən o dünyada bu dünyadan şikayət etməyəcəyəm. Yalnız yaxşılıqlardan danışacağam.

***
Getmişdim doğma ağaclardan yaxınlıq, mehribanlıq almağa. Gəlib gördüm baltalanıblar. Oduna, manqala gedib doğmalıq.

***

Lombarda şeirlərimi qoymaq olarmı?

***

Gələcəyə yönəlmiş dünyada köhnə yerləri saxlamaq çox vacibdir. Gələcək və balalar üçün.

***

Qarmaqdan yapışıb intihar edən balıq.

***

Yaman təmizlik həsrəti doğulub içimdə. Lap vasvası olmuşam. Görəsən, nədəndir? Yəqin ki, təzə şeirlər başlayacağam yazmağa. Görünür, şeir yazmaqdan qabaq içəridə nə isə təmizlənir, ətrafı da pak görmək istəyirsən. İosif Qofmanın sözləri yadıma düşdü: “Qoy incəsənətə xidmət sizdə həmişə təmizlikdən başlasın. Çalmaqdan qabaq royalın klaviaturasını spirtlə silin”.

***

Pozanı spirt yaxşı təmizləyir. Amma qorxuram öz əlimlə öz pozanımı alkoqolik eləyim.
*** 

İndi (1.VIII.86.) Amerika radiosundan Uillis Konoverin apardığı “Caz vaxtı”verilişinə qulaq asıram. Rəhmətlik Vaqif Mustafazadə düşdü yadıma. Fağırın qulağı onun-bunun maqnitofonunda qalmışdı. Gözünə öz evində içindən caz çıxara biləcək bir şey dəymirdi. Əlbəttə ki, öz barmaqlarından, öz royalından savayı... Sten Hats indi elə bil saksofonda caz yox, mərsiyə çalır yazıq Vaqifə...

***

SSRİ-də nə üçün dadlı qəlyan tütünü satılmır? Bəlkə Qorbaçova ya “Literaturnaya qazeta”ya məktub yazım?... 
Görəsən, Jorj Simenon yaxşı tütün tapa bilirmi İsveçrədə? Tapar, orda tapar.

***

Bu gün (VII.86.) TV ilə “Azərbaycan dili” verilişində şifahi nitq mədəniyyəti haqda bir filologiya elmləri doktoru “danışırdı” kağızdan yazdıqlarını oxuya-oxuya. Allah, bu mədəniyyətsizlik, qanacaqsızlıqdır axı.


***

Nəsrdə nağıl elementləri olmalıdır. Bizdə həqiqətən artıq publisistikaya sarı üz tuturlar yazıçılar.

***

Ölümün gözlərinə baxa-baxa gərək yazasan həyatdan.

*** 

Sabah bu yolun qırağında olmasa da, axırında bir ağac tapacağam. Sabah ağac kölgəsində oturub çoxdan bəri itirdiyim bir şeirin bütün misraları olmasa da, beş-on sözünü tapacağam. Sabah bu sözləri bir-birinin yanına düzüb, bir yol təsviri tapacağam. Sabah bu yolun qırağında olmasa da, axırında bir ağac tapacağam. 

***

Radioda İv Montan oxuyur. Köhnə repertuarından. “Xəzan yarpaqları”... Cavanlığım düşür yadıma. Onun kitabı da çıxmışdı bizdə. İndi adını da çəkmirlər Fransa musiqisindən söhbət düşəndə. İnsanın iki üzü var, dünyanın min, milyon.
İv Montan bir zaman fəhlə Parisinin Moskvadakı simvolu idi. İndi az qala antisovetizmin simvoluna döndəriblər onu. Nə var, nə var Əfqanıstan haqqında, Polşadakı əhvalatlar haqqında öz fikri, öz sözü var.(1985)

*** 

Yadıma Dubultıda Varşava radiosuna qulaq asmağım düşdü. Həyatımda elə istedadlı, zövqlə, tapıntıyla, orijinal və məntiqli tərtib edilmiş radio verilişləri eşitməmişdim. Dili bilməyə-bilməyə, slavyan sözlərindən az-maz mətləbi duya-duya elə zənn eləyirdim ki, diktorlar efirlə yox, sözləri birbaşa mənə deyirlər, əvvəlcədən Latviyada olduğumu öyrənib. Mən bəlkə də o gündən sonra Şopenin, doğrudan da, polyak olduğuna inandım. Və indi onun musiqisinə tamam başqa cür qulaq asıram. İndi gör, o xalq tamam müstəqil, azad olsaydı bu dünyada nə işlər görər, ədəbiyyatda, incəsənətdə, musiqidə nələr yaradardı.

*** 

Gecələrin səhərə yaxın dili tutulanda, günəş doğmaqdan qabaq çökən bu sükutda, barış, bacım, barış səhrayla, köçəri ol bu səhərdən sonra. Dəvə can, uşaq əmizdir açıqlıqda. Göydə ulduzları, yerdə qoyunları say, bacım, gecələr dam altına, gündüzlər bulud kölgəsinə sevinə-sevinə. Sonbeşiyini belinə bağladığın al şaldan savayı. Heç bir şeylə seçilmə, bacım, bu səhranın, bu qumların rəngindən. Yer üzündə olmuş və olacaq nəğmələrdən ən aramını başla oxumağa, bacım, o başda gün batanda. Elə aram, elə sakit oxu ki, yadından çıxsın nə vaxt dünyaya gəldiyin. Qum həmişə olub, dəvələr, qoyunlar, ulduzlar həmişə olub bu səhrada. Həmişə günəş doğub gecənin səsini batıran sükut çökəndən sonra. Sən də həmişə olmusan burda, bacım, səni doğan insan gözünə görünməyib bu səhrada...

***

O dünyanın şeir məclislərində mənim yazılarımı sevə-sevə neçə köhnə, təzə məzar yiyəsi oxuyur. Aşıqlar da nəğmə üstə demək istərdilər şeirlərimi, ancaq sazları bu dünyada qalıb. Ora gəlib çıxanda özümə xeyli dost, pərəstişkar tapacağam. Ölüb gedən əzizlərimi də görəcəyəm yəqin. Sümüklərindən tanıya bilsəm.

***

Avropa ölkələrinin hansında yaşaya bilərdim mən? Heç birində. Amerikada yurd salmaq olardı, Bakı orada tikilmiş olsaydı. Dilləri də bizim dil olsaydı. İngilis dili yox. //Kaspi.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM