ŞEYTAN BAZARDA

12:37 / 05.02.2016

 

Bilmәyirәm, qeyri müsәlman mәmlәkәtlәrindә varmı-yoxmu, fәqәt Qafqazda müsәlman şәhәrlәrinin hamısında "Şeytan bazarı" namında bir uram  vә ya bir mәhәllә olmağını bilirәm. Tәәccüb burasıdır ki, Tiflis müsәlman şәhәri olmaya-olmaya müsәlmanlar olan mәhәllәdә dә Şeytan bazarı mәlum mәşhur bir bazardır. Qeyri yerlәrdә bu bazarlara nә üçün Şeytan bazarı deyirlәr isә bilmәyirәm, fәqәt Tiflisdә Şeytan bazarının tarixi vardır. Qәdimdәn hәmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürәrdilәr, harada? Şeytan bazarında. Cib kәsәrdilәr, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirә göndәrilәn, sonra qaçıb gәlәn adamı harada tapardılar? Şeytan bazarında. Biçarә kәndçilәri  (...) soyardılar, harada? Şeytan bazarında. Böylә bir tarixi olan bazara Şeytan bazarı demәyib nә deyәcәksiniz?

 

Qәdimdә, yadıma gәlir, bu bazarda bir adәt dә var idi: qәribә, adәtdәn dişqarı bir paltarda adam görsәydilәr, Şeytan bazarının cavanları ona sataşardılar. Mәsәlәn: allah elәmәsin bir adam kürkünü tәrsinә geyinә idi o saat görәrdin bazardan keçәndә hay-huy sәsi bazarı götürәrdi. Hay-huy sәsi cәhәnnәm! Nә olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, allah göstәrmәsin, qarpız qabığından. Bir dә gördün hәr tәrәfdәn qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsә, genә xoşbәxtlikdir, fәqәt yaxşı nişana vuranların әllәrindәn (çıxan) qarpız qabığı vız etmәyib lap peysәrә yapışıb qalır. Bu yamandır!

 

Bir gün bir kәndçi şәhәrә odun satmağa gәlib Şeytan bazarından keçirdi. Ağlına nә gәlibsә papağını tәrsinә geyinmişdi. Bazar lotularından bunu görәn oldu. Hay-huydan sonra qarpız qabıqları töküldü. Hamı da papağının başını nişana qoyurdu. Nә isә bu biçarә gah başını aşağı әyirdi, gah otururdu, gah qalxırdı, hәr növlә özünü müdafiә etmәk istәyirdi. Fәqәt hәrdәnbir dә gülürdü, bilirdi ki, bununla zarafat edirlәr. Bazar adamı da gülürdü. Bu hay-huyda Dәrdmәndin başına bir ağac endi. Papağı olmağına görә başı yaralanmadısa da, gözlәri bir neçә dәqiqә qaralıb az qaldı yıxılsın. Yanında olan adamlar bunu tutub oturtdular. Ayılandan sonra Dәrdmәnd qabağında bir zorba kişini hirslәnmiş gördü. Sinni keçmiş, ucaboy, saqqalı qırxıq, başında böyük silindr bir kişi idi. Bunun Ortaçala deyilәn yerdә fabrikası var idi, hәmişә öz faytonu ilә gedib gәlirdi. Bu gün dә fabrikadan qayıdarkәn şullay papaq kәndçiyә göndәrilәn qarpız qabıqlarının biri dә ittifaqәn bunun şәfәqli silindrinә dәyir. Qabıq gәlәn tәrәfә dәrhal baxar, görәr ki, Dәrdmәnd buna baxıb gülür. Fikir edir ki, yәqin qabığı atan bu imiş, tәlәsik hirslәnmiş faytondan düşüb Dәrdmәndin tәpәsindәn bir ağac çırpar.

 

Dәrdmәnd özünә gәlәndәn sonra qorodovoy çağırır. Xalq kәndçini buraxıb bunun sәsinә yığılırlar. Silindrli qorodovoya vurmağının sәbәbini söylәyir. Ancaq Dәrdmәndin yanında olanlar şәhadәtlik verirlәr ki, Dәrdmәnd hәqiqәt müqәssir deyil. Doğrudur, qeyri qabıq atırdı, fәqәt Dәrdmәnd durub tamaşa edirdi vә gülürdü. Doğrudan da Dәrdmәnd nәinki bu sәfәr, hәtta qeyri vaxta da böylә şeylәr ömründә etmәzdi. Nә isә şahidlәr bazarın mötәbәr adamları olmağa görә qorodovoy da inandı. Silindrli ağadan adresini alıb Dәrdmәndә verdi ki, şikayәt etsin. Silindrli ağa kartoçkasını çıxarıb qorodovoya verdi vә sonra genә hirsli vә artıq dәrәcәdә tәkәbbür ilә faytonuna minib getdi....

 

Dәrdmәnd sabahı gün işә başlamaq üçün mәhәllә vәkilinә bu әhvalatı söylәdi. Vәkil dedi, bu işin qalası var. Bir әrizә dә yazıb verdi. Ertәsi gün Dәrdmәnd әrizәni lazım olan yerә verdi vә gözlәyirdi işin aqibәtini.

 

Silindrli ağa bu işdәn xәbәr tutub öz vәklinә müraciәt etdi. Vәkili "bu yaxşı deyil" deyib cavab verdi....

 

Bir gün Dәrdmәnd dükanında oturarkәn bir adam girdi vә bunu soruşdu. Dәrdmәnd, mәnәm deyib cavab verdi. Bu adam ortaboy, arıq, hiylәgöz, saqqalı qırxıq, yәni taclanmış, şübhәli bir sәsdә cavan oğlan idi. Bu adam Dәrdmәnddәn tәvәqqe etdi ki, yarım saat vaxtını alsın. Dәrdmәnd dükanının dalındakı balaca otağa gedib bu adamı dәvәt etdi. İş böylә mәlum oldu ki, bu adam vәkil imiş, silindrli ağanın yanından gәlibmiş. Cәnab vәkil şirin dililә başlayıb dedi: cәnab Dәrdmәnd, mәn filankәsin tәrәfindәn gәlmişәm. Doğrusu, böyük bir xatadır edibdir, fәqәt siz gәrәk razı olmayasınız, öylә bir mütәşәxxis zәngin adam suda düşsün.

 

Nә etmәk, cәnab vәkil? deyib Dәrdmәnd vәkilin gözlәrinә baxıb söz gәzәn kimi bir az müqәddimәdәn sonra başladı: mәn mәslәhәt görürәm barışasınız, insan sәhvdәn kәnar deyil. Hamının başına gәlәn işdir. Onun qazamata düşmәyi ilә sizin yaranız sağalmayacaqdır. Fәqәt onun üçün iki yüz-üç yüz manat vermәk heç bir şey deyil. Siz dә fәqir adamsınız.... "Bu sözlәri vәkil deyib fikrә getdi".

 

Dәrdmәnd dedi: xeyr, cәnab vәkil, bu işi böylә buraxmaq olmaz. Mәnim tәqsirim olmaya-olmaya başıma nә üçün ağac dәysin?

 

"Cәnab Dәrdmәnd, siz yaxşı fikir ediniz, ayağınıza gәlәn bәxtә daş atmayınız. Mәn bir-iki gündәn sonra gәlәcәyәm. Axır cavab verәrsiniz". Bu sözlәri deyib vәkil qızarmış çıxdı.

 

Dәrdmәndi fikir aldı. Bu әhvalatı dost-tanışlarına söylәdi. Hamı bir ağızdan Dәrdmәndә dedi: a kişi, işin-gücün qurtarıbdırmı ki, suda getmәk istәyirsәn. Ağac dәymәyinә dәyibdir, indi onu qalaya tutdurma, lap Sibirә göndәrt, sәnin әlinә nә gәlәcәkdir. 30-40 manat da puldur, asan deyil. Get, pulunu al, qoy başının altına ye ki, yeyәsәn. Dәrdmәnd böylә sözlәrdәn sonra özü dә fikrini dәyişdi....

Nəriman Nərimanov


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM