Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Tarixi
İlməzli İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənddir. Rayon mərkəzindən 7-8 km şimal-qərbdə yerləşir. Kalinino rayonu yaradılanadək Cəliloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur.
Toponim türk dilində tayfa mənasında işlənən il//el sözü ilə qədim türk dilində "təpə" mənasında işlənən mar sözünün fonetik forması olan maz sözündən əmələ gəlmişdir. Azərbaycan dilində r~z səs əvəzlənməsinin (yor~ yoz, yar~yaz, gör~göz) qanunauyğun fonetik hadisə olduğunu nəzərə alıb qeyd etmək olar ki, maz, mar sözünün fonetik formasıdır. Mürəkkəb quruluşlu toponimdir.
Mədəniyyəti
İlməzl kəndi Dağ Borçalının elmə, təsilə ən çox maraq göstərən kəndlərindən biri idi. Belə ki, İlməzli orta məktəbi o dövr üçün demək olar ki, Kalinino və Dmanisi rayonlarında yeganə orta məktəb idi. Bundan başqa İlməzli orta məktəbinin nəzdində internat da fəaliyyət göstərirdi ki, bu da kənar kəndlərdən gələn şagirdlər üçün nəzərdə tutulurdu.İlməzli orta məktəbində dövrünün çox savadlı müəllim kollektivi var idi.
Əhalisi
Kənddə 1831-ci ildə 75 nəfər, 1886-cı ildə 212 nəfər, 1897-ci ildə 301 nəfər, 1908-ci ildə 195 nəfər, 1914-cü ildə 188 nəfər, 1916-cı ildə 479 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yerlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 431 nəfər, 1926-cı ildə 462 nəfər, 1931-ci ildə 565 nəfər, 1987-ci ildə 3126 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə ilməzlilər Ermənistan dövləti tərəfindən siyasi genosidə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya edilmişlər. İndi burada ermənilər yaşayır.
Qeydlər Vikipediyadan götürülüb.
Bəlkə də çox gecdi, daha doğrusu, itirdiklərimizi yazıya almaqda hər birimiz gecikmişik. Hələ dünyanın düz vaxtında doğulduğumuz torpaqların tarixi, toponimi, folkloru haqqında heç nə bilmədik. Nə demədilər, nə də ki, öyrənmək istəmədik. Bir də ayıldıq ki, sonuncu deportasiya dalğasının qurbanına çevrilmişik. Dərdə baxın ki, dogma yurddan didərgin salınan qardaşın birinə qaçqın, digərinə məcburi köçkün dedilər..
Sapı özümüzdən olan balataların köntöy baxışları, tənəli sözləri ilə də üzbəüz gəldik. İtirdiklərimizin ağrısı, acısı illər sonra içimizi elə göynətdi ki, heç doğma yurd yerlərində soyuq sularından içdiyimiz bulaqların suyu dişimizi elə göynətməmişdi. Alnımıza Vətənsizlik damğası vuruldu. Ürəyimizdən paslı qıfıllar asıldı. 1813-dən bəri pələsəng olanların sırasına qatıldıq. Bir az da ağrılı desəm, diriykən : “Yüz ilin, min ilin ölüsünə qarışdıq”. Əbəs yerə deməyiblər: “Vətənsiz insan cansız bədən kimidir”.
Belə notlarla başlamağıma görə yəqin ki, məni qınamazsınız. Məqsədim heç də böyüklərimizi, ağsaqqallarımızı, ağbirçəklərimizi qınamaq deyil. Qınamıram ki, niyə dəmiri isti-isti döyməyiblər, niyə səslərini çıxarıb dünyaya hay salmayıblar.
Bilirəm, yaxşı bilirəm ki, dünyanın gözünü kor ediblər. O haqqı görənləri və deyənləri eşitmək istəmir. Dilinə, dininə görə ayrıseçkilik bizi fəlakətə sürükləyir. Təəssüflər ki, hələ də nüvə silahları ilə öyünürük. Görəsn dünyanı məhv etməyin fərqindəyikmi?
Bütün bunlar öz yerində. İllər öncəyə qayıtmağıma, keçənləri xatırlamağıma, mənə bunları yazıya almağa vadar edənlərə “çox sağ olun” demək istəyirəm.
Onlar Bakıda doğuldular. Canım Azərbaycanımın Baş Kəndində. Mən isə indi Ermənistan adlanan qədim Azərbaycan torpaqlarında, adına Dağ İlməzli deyilən, böyük ürəkli insanların doğulduğu bir kənddə.
Tarixi türk yurdu, qədim Dağ İlməzli.
İnanıram ki, illər öncə zor gücünə ayrıldığımız yurd yerləri uca Allaha üz tutub dönməyimizi Ondan diləyəcəklər. Və biz o torpaqlara qayıdacağıq.
Əziz oxucum, mən sənə Dağ İlməzli kəndinin yaranması haqqında geniş məlumat verə bilməsəm də 1988-ci ilə qədər həmin kənddə fəaliyyət göstərmiş azərbaycanlıların oxuduğu təhsil ocağının yaranma tarixindən bəhs edəcək, Azərbaycanın ictimai, siyasi və iqtisadi həyatında, elmi tərəqqisində böyük xidmətləri olan məzunlarından söhbət açacağam.
Bu sətirlərin müəllifinə sözü gedən məktəbin məzunu olmaq qismət olmasa da (sonuncu deportasiya imkan vermədi) məktəbə ilk qədəmlərimi qoyduğum günü yaxşı xatırlayıram. Uşaq yaddaşında hər şey diri qalsa da, təəssüflər olsun ki, mənimlə birlikdə ilk dəfə parta arxasına əyləşən, sevinə-sevinə əlifbanın ilk hərflərini öyrənməyə can atan sinif yoldaşlarımı xatırlaya bilmirəm.
Bəlkə də anam Təmirova Güləbatın məktəbin müəllimi olduğu üçün İlməzli məktəbi mənə buna görə daha doğma, daha əziz idi…
Bu ideyamı gerçəkləşdirmək üçün xeyirdə-şərdə görüşdüyüm ilməzlilərlə bu barədə söhbət etdim, məlumat topladım. Bilirdim ki, məsuliyyətli və ağır bir işin qulpundan yapışmışam. İşlərimin çoxluğuna baxmayaraq, bu da vətənə xidmət, itirdiklərimizə sayğıdır deyib araşdırmağa, axtarmağa başladım.
İlk üz tutduğum ilməzlilərin daha sıx məskunlaşdığı Şamaxının Günəşli (Saqiyan) kəndi oldu. Bir az da obrazlı desəm, bu yaxınlarda qarlı bir qış günündə uzun illər İlməzli məktəbində müəllim, direktor işləmiş Şəmistan Şəmilovun qapısını döydüm.
Qışın soyuğuna baxmayaraq, əli bu gün də işdən-gücdən soyumayan müəllimin ömür-gün yoldaşı Simnaz nənəyə: “Şəmistan müəllim evdədimi”,- deyəndə hiss etdim ki, xəyal onu çox uzaqlara apardı. “Deyəsən, tanımadınız”,-dedim. Gülümsədi. “Yox, oxşatdım. Bizim kənddə Ağbaba mahalından Güləbatın adlı bir müəllim vardı, Xoca kişinin gəlini, səni ona oxşatdım.”. “Bəli, mən Xoca kişinin nəvəsiyəm. Atamın adı da Ziyadxandır”. Simnaz nənə boynumu qucaqlayıb dərin bir ah çəkdi.
…Şəmistan müəllim məni tanımadı. 80-nin belini qıran müəllim üzümə baxa-baxa yaddaşını alt-üst edib məni tanımağa çalışırdı. Tanışlıq verdim…
“Ayə, Təmirov, sən məni necə tapdıın”,- deyib gözlərinin yaşını sildi. Süfrəyə çay gələnə qədər dinib-danışmadı. Kövrəlmişdi…
Handan-hana dillənib valideynlərimi, qardaşlarımı, nə işlə məşğul olduğumu xəbər aldı.
Gəlişimin məqsədi onu çox sevindirmişdi. Yarı zarafat, yarı ciddi: “Bilirdim ki, Təmirovlardan kimsə Dağ İlməzlinin, onun sözün əsl mənasında, elm ocağı olmuş məktəbinin haqqında yazacaq. Və nə yaxşı ki, sən axtardın, sən aradın, sən yazacaqsan”,- dedi…
Beləcə, illərdən-illərə körpü salıb Dağ İlməzliyə qayıtdıq, toylu-düyünlü, xınalı-xonçalı, şirinli-acılı xatirələri çözələdik.
Şəmistan müəllim deyir ki, Dağ İlməzli məktəbinin əsası 1927-ci (1929) ildə qoyulub. Məktəb əvvəllər bir mərtəbədən ibarət olub. 1961-ci ildən sonra şagirdlərin sayı çoxaldıqca ikinci mərtəbənin tikintisinə başlanılıb. Məktəb tam hazır olandan sonra ilməzlilərlə yanaşı, ətrafdakı kəndlərdən-Soyuqbulaqdan, Çüçəkənddən, Qızıldaşdan, Mollaevlidən, Qaraisadan, Qalağalıdan bura 10 illik təhsil almağa gəliblər. Hətta onların burada dərsdən sonra qalmaları üçün internat da tikilibmiş. Yerli kadrlar olmadığı üçün əvvəllər məktəbdə İrəvandan gələn müəllimlər dərs deyirlərmiş. Sonradan kadr çatışmazlığı yerli kontingentin hesabına aradan qaldırılır və beləcə, İlməzli məktəbi güclü təhsil ocağı kimi ad-san qazanır. İrəvandan gələn yoxlamaları heyrətə gətirən səbəblərdən biri də məktəbin məzunlarının əksəriyyətinin İrəvanda, Bakıda, Gəncədə ali məktəblərə qəbul olunmasıydı.
Əlbəttə, bütün bunlar İlməzli məktəbinin savadlı, öyrətməyi bacaran müəllimlərinin uğurundan, fədakar əməyindən xəbər verirdi.
İlməzli məktəbində 1980-ci ildən sonra erməni dili də tədris olunmağa başlayıb. Yaxşı xatırlayıram. Anam kimya-biologiya fənni ilə yanaşı, erməni dilini də tədris edirdi. Yəni biz düşmənin dilini onlardan qat-qat yaxşı bilirdik…
Məlumat üçün bildirim ki, Azərbaycan dilçiliyində öz dəst-xətti olan akademik Afat Qurbanov, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı Mövlud Süleymanlı və bir çox tanınmış elm xadimləri İlməzli məktəbinin məzunlarıdır.
Və bu ziyalıları yetişdirən Sədi müəllimin, İlyas müəllimin, Mədəd müəllimin, Xalid müəllimin, Müsəllim müəllimin, İmdad müəllimin, Vəliyəddin müəllimin, Hacı müəllimin, Rüstəm müəllimin, Mustafa müəllimin adını hörmətlə anırıq.
Xüsusi qeyd etmək istəyirəm ki, Dağ İlməzlidə “Dəlimözdülər” və “Kazımovlar” kimi tanınan nəsillərin nümayəndələri elm sahəsində çox böyük uğurlara imza atıblar.
Onu da diqqətinizə çatdırım ki, məktəbin məzunları sonradan kəndə qayıdıb müəllimləri ilə çiyin-çiyinə müxtəlif fənləri tədris ediblər.
Oxucuların marağına səbəb olacaq daha bir faktı xatırlatmaq istəyirəm. Kalinino rayonunda (İndi Taşir adlanır) azərbaycanlıların təhsil alması üçün 10 illik tam orta məktəb rayonda və ətraf kəndlərdə yaşayan azərbaycanlıların təkidi və şübhəsiz ki, Moskvanın icazəsi ilə 1975-ci ildə açılıb.
Bu kiçik yazımda Dağ İlməzli məktəbi və onun məzunları ilə sizləri tanış edə bildimsə, nə mutlu mənə.
İnşallah, yaxın gələcəkdə, “Dağ İlməzli məktəbinin müəllimləri və məzunları” adlı toplu ilə görüşünüzə gələcəyik. Bax, onda bir-birimizi daha yaxından tanıyacağıq.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM