BEYNƏLXALQ TERRORÇULUQ VƏ İSLAM: ƏKS QÜTBLƏR

09:27 / 12.03.2014

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

                                                                           (II məqalə)

 Müasir beynəlxalq terrorçuları fəal terrorçuluq fəaliyyətinə sövq edən növbəti motiv antiamerika vektoru ilə bağlıdır. Bu hal özündən əvvəlki yönümdən qaynaqlanır, onun davamı və mühüm tərkib hissəsi kimi qavranılır.

Müsəlman radikalları və ekstremistləri üçün Qərbə nifrətin canlı nümunəsi məhz Amerikadır. İranın ruhani lideri A.Xomeyni vaxtilə ABŞ-ı «Böyük şeytan» andandırmaqdan belə çəkinməmişdir. Bu anlamda dəhşətli 11 sentyabr terror aktlarının həyata keçirilməsi üçün hədəf qismində məhz ABŞ-ın seçilməsi islam təməlçilərin  I məqalədə  bəhs etdiyimiz antiqərb dünyagörüşünün təzahürüdür.

Nəhayət, antiisrail yönümü. Burada dar mənada Fələstin ərəblərinin faciəsi ön plana çəkilir. İsrail dövlətinin yaranması fəlakət kimi qiymətləndirilir və dövlətlə aparılan çoxsaylı müharibələr və elə o qədər də məğlubiyyətlər fonunda fələstinlilərdə «natamamlıq kompleksi»nin yaranması üçün münbit şərait formalaşır. Həmin kompleksin «bic övladı» isə yuxarıda qeyd etdiyimiz kimi, əksər hallarda məhz terrorizm olur.

Geniş mənada isə antisrail baxışların formalaşması Yerusəlimlə bağlıdır. Burada söhbət artıq yalnız ərəblərdən deyil, bütövlükdə müsəlman dünyasından gedir, çünki Yerusəlim (ərəbcə «Əl-Qüds»- «Müqəddəs») öz müqəddəsliyi baxımından Məkkə və Mədinədən sonra üçüncü şəhərdir.

Şəhərə sahibliyin ərəblərin əlindən alınmasını da onlar islama zərbə kimi qiymətləndirirlər. Ərəb dünyası İsrailin altı müharibə gedişində qazandığı uğurları Vaşinqtonun Təl-Əvivə göstərdiyi hərtərəfli himayə və yardımlarla bağlayırlar. Həmin məntiqə görə, düşmənə (İsrailə) qalib gəlmək üçün onun güc mənbəyinə (ABŞ-a) zərbələr zəruridir. Bu baxımdan dəhşətli terror aksiyasını həyata keçirmək üçün ABŞ-ın hədəf seçilməsi təsadüfi sayılmamalıdır.

Sağlam düşüncəyə əsaslanaraq qeyd etmək lazımdır ki, 11 sentyabr aksiyası heç də fələstinlilərin vəziyyətin yaxşılaşdırılmasına və onların əsas probleminin həlli üçün hesablanmamışdır. Əgər İsrail fələstinlilərə Yerusəlimin şərq hissəsini belə güzəştə gedərdisə, onda bu əslində terrorçuları bəhanəsiz vəziyyətə salardı, lakin bu özü də ona görə mümkün deyildir ki, Yerusəlim məsələsi ərəb-israil münaqişəsinin əsasında dayanan digər iki problemdən kənarda tənzimlənə bilməz. Bunlardan biri Fələstin qaçqınlarının geri qaytarılması, digəri isə işğal olunmuş ərazilərdəki yəhudi məskənlərinin taleyi ilə bağlıdır. Elə məhz bu iki məsələ üzrə 2001-ci ildə keçirilən Kemp-Devid danışıqları nəticəsiz qaldıqdan və yeni intifad başladıqdan sonra bu məsələlərlə bağlı nikbin proqnozlar vermək olduqca çətin idi. Şübhəsiz ki, 11 sentyabr aksiyasının təşkilatçıları bunu yaxşı dərk edirdilər. Onlar elə sadəlövh deyildilər ki, güman etsinlər ki, Nyu-Yorkda Beynəlxalq Ticarət Mərkəzinin dağıdılması prezident C.Buşu məcbur edəcəkdir ki, İsrailin baş naziri A.Şarona təzyiqləri gücləndirsin və o da öz növbəsində Fələstin muxtariyyətinin başçısı Y.Ərəfat qarşısında təslim olsun. Əksinə, onlar dərk etməyə bilməzdilər ki, belə bir addım fələstinlilərin mövqeyini nəinki İsrail qarşısında, həm də dünya ictimaiyyəti qarşısında zəiflədir. Deməli, terrorçular «mövqe zəifliyi» itkisinin yerini digər daha böyük «qazancla» doldurmaq niyyətində idilər. Daha dəqiq desək, terrorçuların «fövqəlvəzifəsi» ABŞ-ı bütün islam dünyası əleyhinə nəinki adekvat addımlar atmağa təhrik etmək, eləcə də müsəlman ölkələrində, o cümlədən bütün üçüncü dünya ölkələrində hüdudsuz antivaşinqton dalğasının yaranmasına nail olmaq idi. Terrorçular öz hesablamalarında, heç şübhəsiz, aşağıdakı statistik göstəricilərin fərqində idilər. Əvvəla, ABŞ-ın özündə 6 mln-dan çox müsəlman yaşayır, 1250 məscid və 1200-ə qədər digər islam dini mərkəzləri fəaliyyət göstərir.

İkincisi, müsəlmanlar 1980-ci ildə təqribən 780 milyon nəfər təşkil edirdisə, son 25 il ərzində onların sayı kəskin şəkildə artaraq 1 mlrd. 300 milyon nəfər ötmüşdür ki, bu da 6,1 mlrd-lıq yer kürəsi əhalisinin təqribən 22%-i deməkdir. Müqayisə üçün qeyd edək ki, hər birində əhalinin sayı artıq çoxdan 1 mlrd-ı ötən Çin və Hindistan demoqrafik baxımdan birlikdə dünya əhalisinin təqribən 20%-ni təşkil edirlər.

Üçüncüsü, müsəlmanların miqrasiyasından xeyli vaxtdır ki, üzüntüdə olan Avropada onların sayının 20 milyon nəfəri ötdüyü təsdiqlənmiş faktdır. Hətta bəzi ekspertlər qeyd edirlər ki, 2050-ci ilədək müsəlmanlar Avropa əhalisinin yarısını təşkil edəcəklər . Təkcə Rusiyada müsəlmanların sayı artıq 20 milyon nəfəri ötmüşdür.

Nəhayət, araşdırdığımız problemin mahiyyətinin açılmasına xidmət edən digər faktlar İsraillə bağlıdır. Belə ki, 2004-cü ildə İsraildə 1 mln. 70 mindən artıq müsəlman (əhalinin 16%-i) yaşayırdı və yeri gəlmişkən, onların 450 min nəfərdən çoxunun yaşı 15-dən aşağı idi. Müqayisə üçün onu da qeyd edək ki, doğum səviyyəsi müsəlmanlar arasında 3,4% təşkil edirdisə, bu göstərici yəhudilərdə cəmisi 1,4%-ə bərabər idi.

Bir sözlə, özünü müsəlman kimi təqdim edən terrorçular antiqərb, antiamerika və antiisrail müstəvisində bütün narazı qüvvələrin «cəfakeşi» statusuna iddia edir və bunu təkcə sözdə deyil, həm də əməli «işdə»- dəhşətli terror aktlarının törədilməsi ilə təsdiqləməyə çalışırlar. Elə 11 sentyabr hadisələrinə də bu kontekstdə yanaşılmalıdır.

 

         (Ardı var...)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM