Sevinc Elsevər yazır...
2004-cü il idi... Biz sevgiliydik Elsevərlə. Evlənmək istəyirdik. Amma onun özündən böyük qardaşı vardı. Subay idi. Qaydalara görə qardaşını gözləməliydi. Bizim evdə qan su yerinə axırdı hər gün. Atamın zülmü bitib-tükənmək bilmirdi. Tək dərdi vardı: məni ərə verib başından rədd eləmək. Bunu içkili olanda üzümə də deyirdi. Yaxın dostlarının qızlarından misal çəkərək. Filankəsin qızı ərdədi, bəhmənkəs də qızını verdi. Bu isə oxuyur. Harda? İncəsənətdə. Atam məni ələ salırdı. Əməkdaşlıq elədiyim "Kino+" qəzetində qonorar az idi. Mən evə pul verə bilmirdim. Bəlkə də versəydim, atam mənimlə mülayim davranardı. İşləməyim də lağ obyekti idi. Kinoşünaslığın nə olduğunu atama başa sala bilmirdim. Gəlir gətirən sahə deyildi. Olsaydı, atam kinoşünaslığın nə olduğunu bilərdi, təqdir edərdi. Yoxsa ki, əlbəttə, oxumağımı həmişə arzulamışdı. BDU-nun qarşısından nə vaxt ailəvi keçsək, barmağını uzadar, "Qızım orda oxuyub hüquqşünas olacaq – deyirdi – vəkil işləyəcək. Oğlumsa, prokuror olacaq"... Mən atamın arzusunu gözündə qoymuş, hüquqşünas olmaq yerinə, kinoşünas olmuşdum. Allah üzümə baxmışdı ödənişsiz əsaslarla oxuyurdum. Yoxsa, atam bir qəpik verməzdi təhsilim üçün. Zatən yoxu idi, amma axtarmazdı da.
Atam gecələri məni yerimdən oyadar, durduğum yerdə mənimlə savaşardı ki, bu nə sənətdi tapmışam özümə? Belə vaxtlarda susar, dinləyərdim. Nə vaxt ki, dinləməzdim, döyülərdim.
Universiteti bitirdim.
"Universiteti qurtardın, qəzeti də at!" - şərt belə idi. Ona görə yox ki, atam işləməyimi istəmirdi. Yox, o qədər də ürəyi qara adam deyildi. Çörək sexində işləsəydim qəzetdən sərfəli idi deyə. Mən gününü "yubadan" avara bir adamdım onun gözündə. Ərə getmir, oxuduğundan, işlədiyindən də bir şey çıxmır, üstəlik hər gün evdən yolpulu alır.
Vəziyyəti Elsevər gözəl bilirdi. Kimə gedəcək, dərdimi kimə deyəcəkdim ki?
Bir gün bulvarda gəzişirdik. Evimizi yeni sökmüşdülər. Atam başını itirmişdi. Daha acıqlı, daha qəddar olmuşdu, acığını bizdən çıxırdı. Bir skamyaya yaxınlaşdıq. Qoca bir qadın oturmuşdu o biri skamyada. Bu vaxt Elsevər əlimi tutdu, gözlərimə baxdı, dedi: "Az qalıb, qaçıracağam səni. Qurtaracağam bütün bu zülmlərdən". Bir-birimizə ağlaya-ağlaya necə sarılmışdıq, dünyanı necə unutmuşduq, bilmirəm, duzlu dodaqlarımız toqquşanda, qonşu skamyadakı bayaqkı qoca qadın alıcı quş kimi aldı başımızın üstünü: "Utanmazlar, abırsızlar!" Çaşıb-qalmışdıq. Axı biz neyləmişdik? Kimisə söymür, təhqir eləmirdik. Sadəcə bir-birimizi sevirdik.
Sevdiyi qızı öpdüyünə görə qətl olunan Elçin Dəmirovu düşünürəm indi.
Onun qatili kimi birisi qarşımıza çıxmayıbsa, çocuqlarımızın qismətində bu dünyaya doğulmaq varmış demək. Öpüşmək cinsəlliklə bağlı bir şey deyil, ruhla, qəlblə, sevgiylə bağlıdır. Sevməkdən-sevişməkdən qorxursunuzsa, hürkürsünüzsə, içinizi kin, nifrət bağlamış.
Şəhərdə sevgililər parklarda görüşməsin, qucaqlaşıb öpüşməsin, əl-ələ gəzişməsin, bunu başqa harda etsinlər? Şəhərin də kənd kimi ot tayaları, tövlələri, sıx ağaclıqları, gizli yerləri, ucsuz-bucaqsız açıq çölləri yoxdu ki, Beyrəklə Banuçiçək kimi görüşüb, üç öpüb bir dişləsinlər. Siz heç ömrünüzdə sevgi şeirləri oxumadınızmı? Sevgidən bəhs edən romanlar almadınızmı əlinizə? Filmlərə necə, baxmadınızmı? Cəhənnəm, hind filmlərini belə izləmədinizmi? Və sevgililər üçün ürəyiniz atmadımı? Dolmadımı ürəyiniz sevgiylə - onlar xoşbəxt olanda? Üç öpüb bir dişləyəndə. Film qəhrəmanlarını, kitablardakı obrazları sevdiyiniz qədər olmadımı gerçək həyatdakı insanlar? Niyə qınaq hədəfinə çevirirsiniz? Axı siz hər axşam bütün vacib işlərinizi kənara qoyub serial qəhrəmanlarınızın qovuşması arzusuyla ekran başında yanıb-qovrulursunuz. Niyə onları həyatda, parkda, qonşuluqda, küçədə görəndə diksinirsiniz? Filmdəkilər qədər, kitabdakılar qədər insan deyilmi onlar?/kulis.az/
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM