On manatlıq qadın

08:28 / 29.03.2016

Fazilə Qafarqızı

(Felyoton)

8 mart günü idi. Sirdaş dediyim bir gözəl xanımla 25 yaşını ötmüş oğluma qız bəyəndirmək üçün bir yerdə görüşməli idik. Qızla anası, bir də bibisi binanın qarşısında dayanıb bizi gözləyəcəkdilər. Mənim sirdaşım məndən qabaq gəlib onlarla görüşüb, öpüşüb məni və oğlumun yolunu gözləməkdə olsunlar. Sizə kimdən deyim bax, elə özümdən. Mən də bir ana kimi – oğul deyəndə qəlbimin tutulan damarları açılan, fərəhdən könlüm gülən, arzularımın tacı olan oğluma qız bəyəndirməkdən ötəri özümə bir səliqə-səhman vermişəm ki, gəl görəsən. Nağıllardakı kimi 72 qələmlə-qaşa vəsmə, gözə sürmə, ənlik-kirşan da ki, öz yerində. Qonşunun gəlnindən xahiş edib dedim ki, bu gün bir yerə getməyəcəksənsə, əyninə geydiyin 3000 min manatlıq şubanı ver, geyinib gedim qız bəyənməyə. Sağ olsun gəlini, şubasını gətirdi, geyindim. Elə qəşəng yaraşdı ki, gəl görəsən. Üstündən bir fransız ətri də vurdu ki, elə bildim cənnətdəyəm. Geyinəndən sonra yadıma düşdü ki, gəlinin “8 mart” bayramını təbrik etməmişəm. Təzədən qucaqlayıb o üzündən, bu üzündən öpüb, dil-ağız edib, sumkamı, telefonumu, bir də o biri qonşudan aldığım bu şubaya düşən norka papağı da götürüb, evdəkilərlə sağollaşıb getməyə tələsdim. Metrodan çıxmamışdan qabaq metronun içindəki mağazalara əlüstü baş çəkdim. Endirimlə bağlı yazılan qiymətlərə baxıb, yönümü ora saldım. Adamlar çox idi. Qiymətləri iri rəqəmlə kağıza yazıb paltoların üstünə vurmuşdular.

Mənim geydiyim kirayə paltodan yox ha…”prastoy”. Yaxınlaşıb soruşdum: “Ay oğul, bunların qiyməti niyə belə ucuzdur”. Satıcı oğlan mənə cavabında: “Bibican sizin bayramınıza görə endirimlər etmişik. ” Mən də -bağışla oğlum”,- deyib, paltoları bir- bir nəzərdən keçirməyə başladım. Mənə deyən gərək ki, əynində o bahalığında palto ola-ola, sənin bu ucuzlaşmış paltoların arasında nə işin var axı. Yox, ey, əynimdəki palto mənimki deyildi axı. Həqiqətdə isə elə yaşadığımız hayat da özümüzə bənzəyir. Necə deyərlər, “üstü bəzək, altı təzək”. Paltoların arasında itib batmışdım. Amma almaq üçün seçimdə acizlik çəkirdim. Çünki paltolar hamısı biri-birindən gözəl idi. Çox təəccüblənmişdim. “10 manat” qiymətə bax, paltolara bax. Nə isə…

Baxa-baxa az qala satıcı oğlanın ağzına girmişdim. Satıcı oğlanın mənə acığı tutdu: “Ay bibi gözümə girməyəcəksən ki, hara girirsən tay”. “Bağışla, oğlum”- deyib metrodan çıxdım…Görüşün vaxtına az qalırdı. Gedə-gedə zəng etdim, məni gözləyirdilər. Mən çox fərəhlə bir-birinin əlindən tutub gedən qızla oğlana, əlində gül dəstəsi tutmuş orta yaşlı kişilərə, cavan oğlanlara, sevgilisi üçün aldığı ətri sınəsinə sıxan tələbələrə baxıb sevinirdim. Mənim kimi hamının üzündə təbəssüm vardi. Qəribə idi ki, mən hamıya heyranlıqla baxdığım kimi, hamı da mənə baxırdı. Sanki hər kəsin nəzəri mənə dikilmişdi. Mən yəqin etdim ki, bu baxışlar yəqin nə gözəlliyimə, nə də əynimə geydiyim bahalı şubaya dikilb. Elə bu vaxt tanımadığım bir kişinin mənə yaxınlaşdığını gördüm.

- Bayramınız mübarək. Bağışlayın siz Nərgiz xanımsınız?
- Xeyir, mən Qərənfil xanımam. Sizə nə lazımdır?
- Siz mənə çox tanış gəlirsiniz. Sizi haradasa görnüşəm. Amma xatırlaya bilmirəm ki…
- Ola bilər qardaş- deyib, getmək istədim. O, yenə qabağıma keçdi. Elə qorxdum ki..
- Axı, niyə qaçırsınız Nərgiz xanım. Mən pis insan deyiləm.

Dedim aha. Bu köpəkoğlu mənə “padxod” eləyir.

Mən isə ona: - Mən sizə dedim axı, mən Qərənfiləm, Nərgiz yox, -deyib acıqlı şəkildə ondan tələsik uzaqlaşmağa başladım. O, isə arxadan - Axı, sizzz…

Elə bir az getmişdim ki, bir oğlanın sakit şəkildə mənə yaxınlşıb:

- Salam, xanım. Bayramınız mübarək. Deyəsən bu bayramda kişilərə əsl sürpirizi siz etmək istəyirsiniz, hə…

Mən oğlanın fikrindən heç nə anlamayıb öz növbəmdə nəzakətlə ona cavab verdim:

- Salam oğlum. Çox sağ ol.

- Bağışlayın xanım, bayaqkı kişiyə yaman acıqlı cavab verdiniz. Bəs mən necə xoşunuza gəlirəmmi? Zəhmət olmasa, deyin görək, nə vaxt və harda görüşürük?

Mən oğlanın sifətinə tərs bir şillə ilişdirdim. Ona deyəcəyim sözləri dilimin ucuna heç gətirməmiş, oğlan bir əli sifətində, bir əlini isə yaxama uzadıb:-bəs bu nədir?.

O, yaxamdan “10 man” yazılmış kağızı çıxarıb, az qala gözümə soxacaqdı.

Mən oğlanın əlindən “10 man”atlıq kağızı alıb, ona baxa-baxa fikrim paltoların yanına getdi. Sən demə bayaqdan mənə dikilən baxışlar bu qiymətə görə imiş. Vaxseyyy, deyib, kağıza dönə-dönə diqqət elədim. Sanki kağız yox, pul tapmışdım. Əsəbimdən kağızı cırıq-cırıq edib, təmkinimi pozmadan, özümü itirmədən:

- Oğlum bu mənim yox, bayaq metroda baxdığım paltoların qiymətidir. Əynində 3000 mantalıq şuba, başında 200 manatlıq norka qoyan qadının qiyməti bu ola bilməz axı. Görün nə qədər düşüncəsizdi bizim bu kişilər…

Bir yandan onlara yazığım gəldi, bir yandan özümə. Fikirləşdim ki, qonşuların bahalı şeylərini əyninə geyib, üstümə qoyduğum qiymətə bax. Şoğəribə bax ha… Heç olmasa bahalı qiymət yapışsaydı nə dərdim vardi…

Elə belə öz-özümə gülə-gülə görüş yerinə yaxınlaşdım. Dostlar məni görüb sevincək qucaqlaşdıq. Bayramımızı təbrik edib, içəri təşrif buyurduq. Oğluma bəyənəsi qıza diqqət elədim. Pis deyildi. Sən demə, oğlum məndən qabaq gəlib qıraqda dayanıb qıza tamaşa edibmiş. Daha xəbəri yoxdu ki, mən də qonşunun bahalı şubasıyla özümə əməlli-başlı müştəri yığmışdım.

Başıma gələnləri dostlara danışıb, xeyli gülüşdük. Bu mənim onlara bayramda gülüş payım idi. Amma, öz aramızdı ha, oğlumu deyə bilmərəm, mənim bəxtim yaman açılmışdı, ha…


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM