Hüquqşünas, Hüquq mədəniyyəti jurnalının baş redaktoru
İnsan hüquqları kateqoriyasına aid olan milli məsələ hər zaman dünyanın diqqətini cəlb edib. Beynəlxalq təşkilatlar tərəfindən müxtəlif illərdə qəbul edilən Konvensiya və onlara Əlavələrdə milli məsələ hər zaman öndə olmuş və üzv dövlətlərə onların tətbiqi ilə bağlı tövsiyələr təqdim olunmuşdur. Azərbaycan da dünyanın bir parçası olduğundan bu prosesdən kənarda qalmamışdır.
Ötən illərdə Azərbaycan multikulturalizminin öyrənilməsi ilə bağlı təşşəbüslər olsa da sistemli şəkildə bu fenomenin öyrənliməsi hələ bir neçə il əvvəldən tədqiqatçı jurnalist Niyaz Niftiyev tərəfindən başlanmış və uğurla başa çatdırılmışdır. Odur ki bu yazıda milli məsələlər üzrə ixtisaslaşan uzun illərdir mətbuatda oxucuları bu sahədə maarifləndirən Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabından bəhs edəcəyəm.
Ədalət naminə qeyd edim ki, tədqiqatçı-jurnalist Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” adlı kitabı Azərbaycanın etnosiyasi mənzərəsini qanunvericilik təminatlarını geniş şəkildə tədqiq edən bitkin bir əsərdir.
Monoqrafiya müstəqil Azərbaycanın multikulturalizm siyasətinin bütün sahələrini özündə ehtiva edir. Biz bu kitabın 12 bölümünün hər birində birgəyaşayışın Azərbaycan modelinin çox məharətlə qələm alındığını müşahidə edirik.
Elə məhz bu məntiqdən çıxış edərək, kitabın "Milli azlıqların xarakteristikası və multikultralizm", "Azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi", "Azərbaycanda milli azlıqlar", "Azərbaycan dövlətçiliyinə qəsdlər və onların qarşısının alınması", "Azərbaycanda birgəyaşayış naminə həyata keçirilən milli siyasət" sərlövhəli yazılarında müəllif konkret faktlar və arqumentlərə istinad etməklə ilk növbədə tədqiqat predmeti ilə bağlı ayrı-ayrı anlayışların mahiyyətini açmış, bu məsələlərlə bağlı təkcə yerli və xarici tədqiqatçıların elmi yanaşmalarını təhlil etməmiş, həm də problemə münasibətdə öz subyektiv baxışını da ortaya qoya bilmişdir.
Görünür ki, araşdırmanın əsas məqsədi milli azlıqların tədqiq edilməyən, yaxud da araşdrımaya az cəlb olunan tərəflərinin öyrənilməsi və daha dolğun şəkildə geniş oxucu kütləsinə catdırılması olmuşdur.
Təqdim olunan araşdrımada “milli azlıq” anlayışının xarakteristikası və multikulturalizm istər dünya, istərsə də Azərbaycan alimlərinin baxış bucağından öyrənilmiş, həmçinin, birgəyaşayışda azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi göstərilmiş, bu sahədə Azərbaycan da həyata keçirilən dövlət siyasəti diqqətə çatdırılmışdır.
Əsərdə ilk növbədə Azərbaycanda yaşayan əksər azsaylı xalqlar haqqında dəyərli məlumatlar var. Niyaz Niftiyev tarixçi kimi ölkəmizdə məskunlaşmış avarlar, axaxlar, Axsıxa türkləri, almanlar, buduqlar, gürcülər, xınalıqlar, inqiloylar, kürdlər, qrızlar, ləzgilər, malakanlar, ruslar, rutullar, saxurlar, talışlar, tatarlar, tatlar, udilər, yəhudilər haqqında ümumiləşdirilmiş məlumatlar verməklə, həmin xalqların Azərbaycanda məskunlaşmasının mənşəyi, Azərbaycan xalqı ilə birgəyaşayışı haqqında kifayət qədər zəngin məlumatlar vermişdir.
Müəllif əsəri Azərbaycanın etnosiyasi palitrasını məharətlə canlandırmaqla bərabər, elmi informasiya baxımından da zənginləşdirir. O cümlədən müəllif uzun illər bu əsər üzərində işlədiyindən çoxsaylı mənbələrə istinad etmişdir.
Əsərdə Azərbaycan dövlətçiliyinə qəsdlər və onların qarşısını alınması bölməsində separatçılıq fəaliyyəti ilə bağlı istintaq materiallarından istifadə etməklə həmin bölməni daha da zənginləşdirmişdir. Separatşılıq fəaliyyətinin milli birlik üçün nə dərəcədə dağıdıcı bir xəstəlik olduğunu vurğulayan müəllif o virusun daşıyıcılarını ifşa etməyi bacarmışdır.
Bütün bunlarla yanaşı, Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” əsərində iki fəsil diqqətimi xüsusi ilə cəlb etdi .
1. Beynəlxalq Konvensiyalar və onların milli qanunvericlikdə təsbit olunması.
2. Milli Azlaqıların dini etiqad azadlığının təmin edilməsi.
Yuxardıda qeyd olunan birinci fəsildə multikulturalizm Beynəlxalq Konvensiyalarda təsbit olunması Konvensiyaların ayrı-ayrı müddəalarında əks olunmuş milli azlıqların mədəni müxtəlifliyini din, dil və digər atributlarının qorunması ilə bağlı sitatlar bu sahədə vacib bir mənbə rolunu oyanayır.
Müəllif dünyanın böyük bir coğrafiyasını öz yuridiksiyası altına alan BMT-nin qəbul etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki Siyasi Hüquqlar Haqqında Pakt, Millli Azlıqların Çərçivə Konvensiyası və digər vacib beynəlxalq sənədlərə istinadən azsaylı xalqların milli özünü ifadə formalarının qorunmasında beynəlxalq hüququn prinsiplərini önə çəkmişdir.
Yuxarıda qeyd edilən ikinici bölmədə isə milli azlaqıların dini etiqad azadlığının təmin olunmasında milli qanunvercilikdən və həmin qanunverciliyin pozulmasına dair cəza sanksiyalarını nəzərdə tutan normalar geniş şərh edilmişdir.
Müəllif milli birlik və birgəyaşayış nümunələrini önə çəkərək milli azlıq nümayəndəsi olan milli qəhrəmanların Azərbaycanın milli azadlığı uğrunda canlarından keçmələrini önə çəkərək dövlətçiliyimizin qorunmasının həyati əhəmiyyətini aşılamağa çalışmışdır.
Ümumiyyətlə əsər Azərbaycanın etnosiyasi mənzərəsi ilə yanaşı, ölkəmizdə birgəyaşayış modelinin öyrənilməsi baxımından ciddi mənbədir.
Strategiya.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM