Qafqaz Universiteti Təhlükəsizlik və Enerji Tədqiqatları Mərkəzinin müdiri
Milli dövlətlərin ortaya çıxması ilə həmin dövlətin əsasını təşkil edəcək millətin formalaşdırılması labüd hal almışdır. Azərbaycanlıların da bir millət olaraq formalaşması ilə Azərbaycan Respublikasının müstəqil, suveren dövlət kimi ortaya çıxması arasında birbaşa əlaqə vardır. Məsələyə müqayisəli baxdıqda bu təsirin qarşılıqlı olduğunu görmək mümkündür. İddia etmək olar ki, qarşılıqlı olaraq da, Azərbaycançılıq ideologiyasının Azərbaycan dövlətinin müstəqilliyinin gücləndirilməsi, cəmiyyətdə konsolidasiyanın möhkəmlənməsi üçün birbaşa təsiri vardır. Hərçənd ki, digər tədqiqatçılarla birlikdə bizim da bu mövzuda aparmış olduğumuz emprik tədqiqatlardan “Azərbaycançılıq” ideyasının cəmiyyətin müxtəlif qrupları arasında birmənalı olaraq anlaşılmadığını və qəbul edilmədiyini müşahidə edə bilərik. Azərbaycan cəmiyyətində Azərbaycanlıların mənşəyi ilə bağlı müxtəlif səviyyələrdə müzakirələrin aparılması hələdə öz aktuallığını qorumaqdadır. Bu məsələ ilə bağlı müxtəlif fikirliliyin ortaya çıxmasının əsas səbəblərindən biri həmin prosesə təsir edən tarixi, siyasi və ictimai amillərin mövcudluğu, ethnos və millət kimi terminlərin birmənalı olaraq qəbul edilmiş izahının olmamasıdır. Bu problemin həllinə işıq tutmaq üçün həmin anlayışların elmi ədəbiyyatdakı izahına nəzər salmaq və ardınca həmin nəzəri və konseptual çərçivəni Azərbaycançılıq prizmasından analiz etmək lazımdır.
Elmi ədəbiyyata nəzər salsaq, millətin formalaşması və onun tarixi mənşəyi ilə əlaqədar əsasən üç nəzəri məktəb: primordialistlər, modernistlər və etno simvolistlər arasında müzakirələrin getdiyinin şahidi ola bilərik. Bu məktəblər arasında ilk olaraq primordialistlər öz mövqelərini bildirərək iddia edirlər ki, millətin formalaşması uzun tarixi proseslərdən keçmiş, onun ortaya çıxması üçün əsas birləşdirici komponentlər olan, tarixi bağlılıq, ortaq dil, din, adət-ənənə və hətta qan bağlılığı əsas rol oynamışdır. Qısaca desək, millət ilə etnos arasında ciddi bir fərqlilik qoyulmadan onların eyni bir anlayış olduğunu iddia edirlər. Primordialistlərdən fərqli olaraq, Modernistlər millətin formalaşmasının yaxın tarixi proseslərin nəticəsində ortaya çıxmış modernizmin bir məhsulu olduğunu israr edirlər. Modernistlərə görə, fərd özünün hansı millətə aid olduğunu özü müəyyənləşdirir. Ernest Renenin dili ilə desək, özü ilə keçirmiş olduğu gündəlik plebisit əsasında qərar verir. Modernistlər üçün millət və onun özəyini təşkil edən identiklik ya ixtira olunur, ya inşa edilir, ya da ki siyasi alət olaraq kütləyə təlqin edilir. Etno-simvolistlərə gəlincə, onlar ən son olaraq ortaya çıxıb, özlərindən əvvəlki iki mövqeyin güclü tərəflərini birləşdirərək öz versiyalarını ortaya qoyublar. Onların fikrinə görə, millət bir konseptual baxış kimi modernizmin məhsulu olaraq ortaya çıxmışdır, onun əsası bir və ya bir neçə etnosun birləşməsi ilə təşkil olunmuşdur. Onlar hesab edirlər ki, tarixin bütün dövrlərində mövcud olan etnoslar bu dövrlər ərzində müxtəlif dəyərlər qazanmış və müasir dövrdə də onların özəyini təşkil etdiyi milli dövlətlər öz millətlərini formalaşdırdıqları zaman həmin dəyərlərə əsaslanan simvollardan istifadə edirlər.
Hərçənd ki, milliyyətçilik ictimai baxımdan neqativ analayış olaraq qavranılır, yuxarıda bəhs etdiymiz məsələləri öyrənən elmin adı da “Milliyyətçilik” (Nationalism) adlanır. Bu sahə ilə bağlı elmi ədəbiyyatda milliyyətçiliyin vətəndaş(civic) və ethnik olmaqla iki növü müəyyənləşdirilmişdir. Bəzi müəlliflər vətəndaş milliyyətçiliyini müsbət, etnik milliyyətçiliyi isə mənfi olaraq qiymətləndirilər. Vətəndaş milliyyətçiliyini milliyyətçiliyin “Qərb” və ya İngilis-Fransız modeli, etnik milliyətçiliyi isə milliyyətçiliyin “Şərq” vəya Alman modeli olaraq adlandırırlar. Müsbət bir anlayış kimi, vətəndaş milliyyətçiliyi demokratiya, insan hüqüqları, modernizm, sənayeləşmə, iqtisadi inkişafla əlaqələndirildiyi halda, etnik milliyyətçilik despotizm, ənənəçilik, və geri qalmışlıq ilə eyniləşdirilir. Bu sinifləndirmənin aparıldığı zaman dövlətlərin coğrafik olaraq yerləşməsi diqqətə alınır və iddia olunur ki, ABŞ, Kanada, Avstraliya və Qərbi Avropa ölkələri vətəndaş milliyyətçiliyinin, digərləri isə etnik milliyyətçiliyin nümunələrinə daxildir. Tarixin müəyyən dövrlərini nəzərə aldıqda, bu iddia ilə razılaşmaq olardı, amma son dövrlərdə “Şərq”də də vətəndaş milliyətçiliyinə əsasalnan millətlərin identikliyinin formalaşdırılması nümunələrinə rast gəlmək olur və onların sayı artmaqdadır. Bəziləri isə iddia edir ki, bu tam mənası ilə mümkün deyil, burada yalnız həmin fenomenlərin qarışıq inkişafını müşahidə etmək mümkündür.
Bundan başqa digər məsələlərdən biri millətin formalaşması və milli dövlətin mövcudluğunun bu prosesələ bir başa əlaqəsinin olmasıdır. Belə olduqda ortaya belə bir sual çıxır-Milli dövləti olmayan xalqlar millət kimi formalaşa bilərmi? Bu məsələ ilə bağlı da bir mənalı münasibət yoxdur. Ümumilikdə, belə hesab olunur ki, millətlə etnos anlayışları qarışdırılmamalıdır. Etnosun movcud olması üçün ona aid dövlətin olması vacib olmadığı halda, onun millət kimi formalaşması üçün milli dövlətinin olması şərtdir. Hərçənd ki, bəzi etnik qruplar var ki, onların milli dövlətləri hələ formalaşmadan onlar millət kimi özlərini təsdiq edə bilmişlər. Amma bu nümunələr say etibarı ilə kifayət qədər təkrarlanmır ki, onlar ictimai müntəzəmlilik kimi qəbul edilsin. Yuxarıda deyilənləri diqqətə alaraq, iddia etmək olar ki, Azərbaycanda millətin formalaşmasına nəzəri konseptual qiymət vermək üçün onun tarixi və siyasi-ictimai inkişaf proseslərinin təsiri perspektivindən analiz etmək lazımdır. İlk olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda millətin mənşəyi və onun identikliyini formalaşdıran dəyərlərin sistemləşdirilməsi prosesi hələ milli dövlətin mövcud olmadığı dövrdə yerli ziyalılar tərəfindən başlanılımışdır. Həmin dövrdə Azərbaycanda əhalinin əksəriyyətində dini identiklik daha geniş yayılmışıdır və yerli ziyalıların əsas məqsədi həmin identikliyə qarşı milli identikliyi formalaşdıraraq xalqa mənimsətmək idi. Bu işdə aktiv olaraq fəaliyyət göstərən, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə və digərlərini göstərmək olar. Həmin dövrdə əsasən üç istiqaməti müəyyənləşdirmək olar. Bir qrup ziyalı hesab edirdi ki, Azərbaycanlılar mənşə etibarı ilə Türkdür və onlar başda Osmanlı dövlətində yaşayan türklər olmaqla digər türk xalqları ilə inteqrasiya edib ümumi identiklik formalaşdırmalıdır, digər qrup Azərbaycanlıların Türk olmalarını qəbul etmələrilə yanaşı onların digər Türk xalqlarından fərqli xüsusiyyətlərə sahib olduğunu və beləliklə də özünə məxsus identiklik formalaşdırmasının vacibliyini vurğulayırdılar, üçüncü qrup isə say etibarı ilə azlıq təşkil edirdilər və onlar yerli xalqın Azərbaycanlı olduğunu iddia edirdilər. Daha sonrakı proseslərdə ikinci qrupa daxil olan ziyalıların tədricən üçüncü qrupun mövqeyinə yaxınlaşması müşahidə olunurdu.
Azərbaycanlıların ilk milli dövləti olan Azərbaycan Xalq Cumhuriyyəti qurulduqdan sonra Azərbaycanda millətin və milli identikliyin formalaşdırılması yeni mərhələyə qədəm qoymuş, əlaqədar məsələlərlə bağlı çox saylı insitusional tədbirlər həyata keçirilmişdir. Bu zaman qarşıya qoyulan ən əsas məsələ millətin və onun dilinin adını müəyyənləşdirmək idi. Bu istiqamətdə yekun qərar verilərək, millətin adı “Türk”, dilin adı isə “Türk dili” olaraq müəyyənləşdirildi və bu istiqamətdə çox saylı tədbirlərin görülməsinə başlanıldı. Nəzəri baxımdan AXC-nin bu siyasətini milliyyətçiliyinn “Şərq” növünə, yəni etnik milliyyətçiliyə aid etmək olar. Həmin dövrdəki, tarixi şəraiti nəzərə aldıqda bunun təbi olduğunu qəbul etmək lazımdır. Ümumilikdə, əlaqədar sahə ilə bağlı elmi ədəbiyyatda qeyd olunur ki, çox etnoslu imperiyalar dağıldığı zaman onun əhalisini təşkil edən müxtəlif etnoslar arasında təhlükəsizliklə bağlı qeyri müəyyənliklər ortaya çıxdığı üçün onlar özlərinin qoruma instinktini ortaya ataraq, qrup daxili konsolidasiya ya üstünlük verirlər və belə olduqda da həmin qrup arasında etnik milliyyətçilik popularlıq və etibar qazanır və onlar öz milli dövlətlərini yaratdıqları zaman milli identikliyin formalaşdırılmasında etnik əsaslara üstünlük verirlər.
Azərbaycanın Bolşeviklər tərəfindən işğal edilməsi ilə etnik və milli məsələlərlə bağlı yeni siyasətlər tətbiq olunmağa başlanıldı. Burada aparılan siyasəti iki dövrə bölmək olar. Birinci dövrdə AXC-nin başlatmış olduğu “Türkçülük” siyasəti olduğu yerdən davam etdirildi. Bu siyasətin müxtəlif səbəbləri olsa da, ən başlıca səbəb olaraq həmin dövrdə Azərbaycanın həm müsəlman, həm də türk xalqları üçün nümunə göstərilərək hədəfdə olan xalqlara sosialist inqilabının ixrac edilməsi dururdu. Bu siyasət öz bəhrəsini vermədikdə, 1936-cı ildə Sovet İttifaqının digər bölgələrində olduğu kimi Azərbaycanda da Stalinin yeni “millətlər siyasəti” tətbiq olunmağa başlanılıd. Bu siyasət nəticəsində, Azərbaycanda millətin və onun dilinin adı dəyişdirilərək, ərazinin adı ilə əlaqələndirildi. İlk baxışdan Stalinin bu siyasəti vətəndaş zəminində yerlərdə titullu millətlərin formalaşdırılması kimi görünsə də, praktikada bu baş vermədi. Əslində Azərbaycanlı adı altında vətəndaş identikliyinə əsasalanan milliyyət yox, adı dəyişdirilmiş bir etnos formalaşdırıldı.
Sovet İttifaqının dağılması ilə Azərbaycanda millətin və onun identikliyinin formalaşdırılması yeni müstəqil olmuş dövlətin qarşısında ən əsas məsələlərdən idi. Çünkü müstəqilliyin qorunub saxlanılması üçün onun cəmiyyətini təşkil edən bütün qrupların bir “mərkəzdə” birləşdirilməsi və həmin dövlətə sədaqətinin artırılması çox vacib məsələlərdən biri idi. Bu dövrü də, şərti olaraq Əbülfəz Elçibəy və Heydər Aliyev olaraq ikiyə bölmək olar. Elçibəyin dövrü Azərbaycanda etnik milliyətçiliyin yenidən bərpa olunması kimi xarakterizə etmək olar. Yuxarıda da qeyd edildiyi kimi, imperiaların dağılması zamanı milliyyətçiliyin bu formasının cəmiyyətdə emosiaların ən üst həddə olduğu zaman popular olması qanuna uyğunluq kimi qəbul edilə bilər. Nəticədə, bu siyasət özünü doğrultmadı və digər etnik qruplar tərəfindən narazılıqla qarşılandı. Ədalət naminə vurğulanmalıdır ki, Elçibəyin siyasəti digər etnik qruplara qarşı ayrı seçkiliyi nəzərdə tutmurdu. Qeyd etmək yerinə düşər ki,hazırda Azərbaycanda qüvvədə olan etnik azlıqlarla əlaqədar qanun məhz onun dövründə qəbul edilmişdir.
Heydər Əliyevin “milliyyətçilik” siyasəti məzmun və keyfiyyət baxımından bu dövrə qədər həyatə keçirilən siyasətlərdən fərqlənir. İlk növbədə onu demək lazımdır ki, O, bu siyasəti ideologiya səviyyəsinə qaldırmışdır. Düzdür bu məsələ ilə bağlı müxtəlif tənqidlər mövcuddur və iddia edilir ki, ideologiyalar artıq dəbdə deyil və müstəqil Azərbaycanın ideologiyasız da öz inkişafını təmin edə bilər. Bu müzakirəni açıq buraxmaqla yanaşı qeyd etmək istərdim ki, milli dövlətlər üçün “milliyyətçilik” əsaslı ideologiyaların tətbiq edilməsi labüd və təbii haldır. Inkişa etmiş bir çox dövlətlərin vətəndaşlıq əsaslı ideologiyalarında onu əks etdirən bir çox simvollara rast gəlmək mümkündür. Məsələn, ABŞ-da “E Pluribus Unum”, Fransada “Liberté, égalité, fraternité” və.s. nümunə göstərmək olar. İkicisi, heydər Əliyevin Azərbaycançılıq ideyası məzmunu və məqsədi etibarı iləSovet dövründəkində fərqlidir. Əgər Sovet dövründə formalaşdırılan “Azərbaycançılıq” Türk adlandırılan bir qrupun adının dəyişdirilməsi idisə, Heydər Əliyevin “Neo-Azərbaycançılıq” (şərti olaraq) ideyası titullu xalqın türklüyünü inkar etməməklə yanaşı, digər qruplarıda özündə birləşdirən və bu istiqamətdə hərkəsi əhatə edən, hüquqi və iqtisadi imkanları təklif edən, vətəndaşlığa əsaslanan bir milliyyətçilik ideologiyasıdır. Bu deyilənləri diqqətə alaraq Azərbaycançılığa aşağıdakı tərifi vermək olar: “Dilindən, dinidən, etnik mənsubiyyətindən irqindən və cinsindən aslı olmayaraq Azərbaycan respublikasında yaşayan və onun vətəndaşı olan şəxslərə qanun qarşısında suveren və bərabər hüquqlar tanıyan, vətəndaş mənsubiyyətinin formalaşdırmalaşdırmasını nəzərdə tutan demokratik milli ideologiyadır”.
Konsept olaraq Azərbaycançılıq vətəndaş əsaslı milliyyətçilik olsa da, onun tətbiqini analiz etdiyimiz zaman burada etnik milliyyətçiliyin də təsirindən qarışıq modelin mövcud olduğunu müşahidə edə bilərik. İlk olaraq qeyd etmək yerinə düşər ki, İslam dinini birləşdirici xüsusiyyətindən irəli gələrək Azərbaycanda müsəlman olan etnik qruplar müsəlman olmayanlarla müqayisə də özlərini daha çox Azərbaycanlı hesab edirlər. Azərbaycan hökuməti bütün dinlərə qarşı tollerantlıq siyasəti həyata keçirsə də, təbii olaraq İslama qarşı pozitiv ayrı seçkilik edir və onun cəmiyyətdə rolunu inkar etməməklə yanaşı, əğlaqi dəyərlərin formalaşmasında müsbət olduğunu ifadə edir. Digər bir məsələ tarixə bağlılıqdır. Azərbaycan hökuməti Azərbaycanlıların tarixinin qədimliyi istiqamətində görülən işləri dəstəkləyir və lazım gəldiyində onlara istinad edir. Başqa bir məsələ də ümumi Azərbaycan mədəniyyətinin olmasıdır. Aparılan tədqiqatlar onu göstərir ki, Azərbaycan çox etnoslu bir cəmiyyətə sahib olsada, ən-ənəvi olaraq bu etnosların əksəriyyətini birləşdirən bir Azərbaycan mədəniyyəti vardır ki, onaların hər biri özünü ona aid etməkdən çəkinmir. Azərbaycan mədəniyyəti deyiləndə onun müsiqisi, mətbəxi, adət ən-ənələri, davranış normaları yada düşür və hesab etmək olar ki, kiçik lokal fərqləri diqqətə almasaq, bu mədəniyyət bu ərazidə yaşayan əksər qruplara aiddir. Azərbaycan hökumətidə bu mədəniyyətin inkişaf etdirilməsini dəstəkləyir və bu istiqamətdə dövlət siyasəti həyata keçirir.
Sonda belə bir nəticəyə gəlmək olar ki, hazırda Azərbaycançılıq konseptual və nəzəri baxımdan vətəndaş milliyətçiliyinə əsaslanan siyasi ideologiyadır, əsas məqsədi Azərbaycanda yaşayan müxtəlif xalqları bir araya gətirərək onlar arasında konsolidasiya yaratmaqla, onların Azərbaycan dövlətinə sədaqətini artırmaqdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM