Üzündәn-gözündәn qәdimlik yağan qoca bir kәndli şәhәrә gәlibdir, deyir: "Sudda işim var". Oğlunun üstünә böhtan atıb, qazamata salıbdılar....
Soruşuram: "Әmi, oğluna nә üstә böhtan atıbdırlar? Deyir: "A başına dönüm, beynim xarab olub, sağ baş saxlamaq çәtindir.... Lap nahaq yerә bir gәdәmizi öldürübdülәr.
-- Nә üstә?
-- Heç nә! Mәnim oğlumu işә salmaq üçün.
-- Axı, nә tövr?
-- Belә, a başına dönüm, qoy әvvәlcә sәnә bir mәsәl çәkim. Bir qoca quzğun qayanın başında oturmuşdu. Bu yandan bir qaraquş şığıyıb gәldi bunun yanına. Dedi: "Ey quzğun baba, siz neçә il yaşayırsız? Dedi: "Yüz il!" Qaraquş tәәccüb elәdi. Dedi: "Amma, bizim ömrümüz bir il, iki il çәkir...." Bunlar bu söhbәtdә idilәr ki, göydә bir qırqovul göründü. Bunu görәn kimi, qaraquş birdәn güllә kimi qopdu, o saat qırqovulu aldı vә elә bir hücumla yerә şığıdı ki, qaratikan koluna düşüb, bütün tikanlar әtinә pәrçim oldu. Quzğun başını uzadıb baxdı, gördü ki, qaraquş can verir. Yavaşca qayadan enib yanına gәldi vә qırqovulu onun caynağından alıb, oturdu yemәyә vә qaraquşa dedi: "Bu zәrbi-zәng ki, sizdә var, bir ilә dә yaşamağınız çoxdur".
İndi, başuva dönüm, bizim cavanlarımızda dinclik yoxdur. Ora soxulurlar, bura soxulurlar, min işә qarışırlar. Axırda da görürsәn ki, tәlәyә düşüblәr. Di gәl, bunları bu tәlәdәn qurtar. Mal qalmır, çul qalmır, hamıcığaz gedib, yurdun yox olur. İndi budur, iki dәfәdir ki, oğlum qazamata düşür.... Ora-bura çapmaqdan daha hәlak olmuşam.... Olub qalanım da tәrk olubdur.
--Yaxşı, genә bilmәdim ki, oğlunu nә üstә qazamata salıblar.
-- A başuva dönüm, bizim oğlan ilә allah evini yıxmış bәyin arasında söz olmuşdu. Dedim: "Oğlum, o bәy, sәn rәiyyәt! Bax, nәçәrnikdәn tutmuş yasavula kimi hamısı onunla iznakom, amma, sәn tәk gedәsәn. Qoy camaat bilәr, divan bilәr, bәy bilәr, sәn qatışma! Nә borcun! (....) Atılıb düşmәyimiz nahaqdır. Otur yerindә, bir parça çörәyin var, ye! Bax, mәni görürsәnmi? Altmışdan çox yaşım var.Başın haqqı, bir kәrә dә divan әlinә düşmәmişәm. Tәk bircә kәrә, onda da elә sәn kimi cavan oğlan idim, pristav mәni döydürüb, onda da tәqsir mәndә deyildi. Çәr dәymiş qara yabım var idi, tәqsir onda oldu.... Pristav mahala çıxmışdı, mәn dә bazardan qayıdırdım. Daldan yasavullar çığırdılar ki, yoldan çıx! Ha tәkan vurdum, ha elәdim, qara yabı tәrpәnmәdi ki, tәrpәnmәdi. Daldan yetişdilәr, bir qamçı mәnә, bir qamçı yabıya! O qәdәr vurdular ki, kötük kimi oldum.
-- Yaxşı, bәs oğlunu nә üstә qazamata salıblar?
-- Hә, budur deyirәm, dayna(....) Bәy mәnim oğluma söydü. Bu da belә oldu; әrkәsöyün böyümüş oğlandır, söz götürmәdi, qayıtdı bәyә cavab verdi. Bәy pristava dedi, pristav da onu tutub döydürdü vә dama saldı.... Getdim bәyә yalvardım, mәni qovdurdu, getdim pristavın yanına, yalvardım-yaxardım, xanı gördüm, xәrc qoydum, oğlumu çıxartdırdım. Danladım--dansadım, dedim: "Oğul, farağat otur, oğlum, farağat otur!", olmadı. Günlәrin bir günü Mәhәmmәd evdәn çıx, get arxın üstünә. O yandan da bәyin nökәri at suvarsın. Birdәn bәyin nökәri o yandan qayıt ki, hә, gördün adamın başına nә oyun gәtirәrlәr! Mәhәmmәd dә bu yandan qayıdasan ki, sәnin bәyin dә belә-belә olsun, özün dә! Hәlә, deyәsәn, buna bir ağac! Başına, gözünә.... Qәrәz, o ki var, döyür. Mәnә dә bir söz demir.... Başuva dönüm, axşam Mәhәmmәd bizim gәdә ilә malı rahatlayırlar. Birdәn eşitdik "part" bir güllә açıldı. Dedim Mәhәmmәdi öldürdülәr. Özümü çölә tәpdim. Gördüm gәdәmiz yıxılıb, Mәhәmmәd dә çәpәrdәn atılıb yüyürür. Başuva dönüm, qırğı kimi özümü atdım Mәhәmmәdin dalınca. Yapışdım әtәyindәn sürdüm evә sarı. Arvad-uşaq da bir-birinә qarışıb, gәdә dә can verir.... Allah rәhmәt elәsin!...
-- Gәdәni kim vurdu?
-- Belә, bәyin nökәri. O, zahirәn gәlir ki, Mәhәmmәdi vursun, allahdan olan kimi, Mәhәmmәdә dәymәz, yazıq gәdәyә dәyәr. Görünür, әcәli tamam imiş.... Sәhәr divan gәldi. Tutdular ki, gәdәni öldürәn Mәhәmmәddi. Bәyin nökәrlәri gәldilәr, üzә durdular ki, Mәhәmmәd gәdәni öldürdü.... Tutdular Mәhәmmәdi saldılar dama....
-- Yaxşı, nökәrlәrә and içdirmәdilәrmi?
-- Elә onu deyirәm, dayna! Başına dönüm.... Sudda on beş şahid hamısı yalandan Qurana and içdilәr ki, gәlәni öldürәn Mәhәmmәd idi.
--Yaxşı, bәs onlar qorxmadılar ki, yalandan Qurana and içirlәr?
-- Mındar-mındar and içmişdilәr.
-- Neçә yәni mındar-mındar?
-- Mındar-mındar Qurana and içәn, Quran adama qәnim olmaz!... İndi budur, sud hәlә qurtarmayıbdır. Vәkil tutmuşam, görәk işi nә tövr qurtaracaqdır....
-- Bura bax, a kişi, vәkil tutduğun adama söylә ki, o, şahidlәrә sudun içindә cinayәt qüslü verdirsin! Mәnim sәnә mәslәhәtim budur--deyib getdim.
Üzeyir Hacıbəyli
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM