ƏDƏBİYYAT VƏ ANA-BACI SÖHBƏTİ

12:25 / 27.03.2014

Əslində biz, yəni nə mən, nə də yazar dostlarım heç vaxt söyüş söymürük.
 
Heç kimi, heç nəyi nalayiq ifadələrlə təhqir etmirik.
 
Biz, sadəcə, lazım olanda açıq ifadələrlə yazırıq, hər şeyi öz adı ilə çağırırıq.
 
Yazının adına gəldikdə isə, bu, barəmizdə tez-tez ittiham, qınaq kimi işlənən «onlar niyə söyüş söyürlər», «niyə mentalitetimizə yaraşmayan sözlər işlədirlər», «anamız-bacımız var, bu nə yazıdı?» kimi suallara aydınlıq gətirmək cəhdidi.
 
Yəni biz, sadəcə, açıq ifadələrdən istifadə elədiyimizə, hər şeyi öz adı ilə çağırdığımıza görə bizə «söyüş söyənlər» yarlığı yapışdırırsınızsa, o yarlığa bir izah verək.
 
Sizin gördüyünüz
 
Mən belə başa düşürəm ki, açıq ifadələrdən istifadə edərək yazan yazarlar barədə təsəvvür təxminən belədir. Elə bilirlər ki, minlərlə kitab oxumuş, yüzlərlə yazı yazmış, filosofların, mütəfəkkirlərin yazdıqlarından xəbəri olan, bəşəri dəyərləri bölüşən adamların tək dərdi budur ki, əlinə qələm alıb, «penis» və ya «vagina» sözünü yazsın və bununla xoşbəxt olsun. İlahi, bunu düşünmək üçün, adam nə qədər dünyadan xəbərsiz olmalıdır?!  Axı, vərəqə və ya kompyuter səhifəsinə söyüş, təhqir, vulqar ifadə yazmaq dünyanın ən asan işidir. Bunun üçün kitablar oxumağa, özünü inkişaf etdirməyə heç bir ehtiyac yoxdur. 
 
İkincisi, dünyanın qəbul elədiyi kifayət qədər yazar var ki, onların üslubları məhz belədir. Açıq, söyüşlü, vulqarizmlərlə dolu, bəzənsə lap qəddar… 
 
«Söyüşcül» yazarlar
 
Şəxsən mənim sevimli yazıçılar iyirmiliyimdə dörd-beş yazıçı var ki, onlar kifayət qədər açıq-saçıq ifadələrdən istifadə edirlər. Bəzilərinin mətni söyüşlərlə doludur. Adlarını məmnüniyyətlə çəkə və sizə də oxumağı məsləhət görə bilərəm. Vladimir Sorokin, Eduard Limonov, Çarlz Bukovski, Pyer Giyota, Henri Miller… hələ ki, bəsdir, bunları həzm edə bilsəniz, bu artıq, inkişafdan xəbər verəcək. 
Eduard Limonov
Eduard Limonov
 
 
Dünyanın var-yoxunu söyən yazıçı
 
Eduard Limonov Amerikada yaşadığı mühacir həyatından bəhs edən romanlarında dünyanın, Amerikanın, Sovetlərin, onu əzab çəkməyə vadar edən insanların barəsində ən vulqar təhqirlərlə, söyüşlərlə yazır. Bədii dillə təsvir etsək, bu romanların mətnini geniş bir «penis qamışlığı»na bənzətmək olar.
 
Amma ədəbiyyatdan az-çox başı çıxan, mütaliəsi və ən əsası, əxlaqı olan oxucu bu söyüşləri normal qəbul edir, bəzən heç fikir də vermir, çünki mətnin əsas qayəsinin yanında bu söyüşlər nəinki əsəbiləşdirmir, iyrəndirmir. Hətta heç görünmür, hiss olunmur da. Mühacirət, sovet insanlarının yanğı və ehtirasla can atdığı Amerikada üzləşdikləri məyusluqlar, yaşadıqları şokdan sonra düşdükləri faciəvi vəziyyət barədə təsvirlər, məlumatlar o qədər təsirli, o qədər ağrılıdı ki, bu söhbətləri qoyub, mətndəki söyüş və vulqarizmlərə, türklər demiş, kafayı takmak, oxucunun mütaliə səviyyəsinin də, insan kimi əxlaqının da olduqca aşağılığından xəbər verir.
 
Əsl yazıçı əxlaqsızlığı nədir?
 
Yaxud, götürək Sorokini. «Daxauda bir ay» povestində, başqa şeyləri demirəm, Sorokin yüz dəfələrlə «sperma» sözü işlədir. Orta statistik azərbaycanlı oxucu povestin bütün qayəsini bir qırağa qoyub, mütləq buna ilişəcək. Sorokinə xatırladacaq ki, onun anası-bacısı var. Bunların fikrincə, Sorokin bir-bir bütün oxuculara izah eləməlidi ki, nasistlərin əsir qadınlardan ibarət fahişəxana açdıqları, təhqiramiz işgəncələrdən tutmuş ən qəddar qətllərə, qeyri-insani tibbi təcrübələrə qədər hər şeyi sınaqdan keçirdikləri bir toplama düşərgəsi barədə güllü-çiçəkli, nazlı-qəmzəli yazı yazmağın özü əxlaqsızlıqdır. Daxau barədə elə Daxaunun ovqatında yazmaq lazımdır. Yazıçının vəzifəsi budur. 
Vladimir Sorokin
Vladimir Sorokin
 
Bizim oxucu isə anasının-bacısının qeyrətini çəkməyin daşını bir az buraxıb, vaxtında Daxau barədə bir-iki məlumat oxusaydı, Sorokinə də belə yanaşmayacaqdı.  
 
Romanına 20 il qadağa qoyulan Pyer Bukovskidən danışmıram, onu demək olar, ictimai sektorun bütün gəncləri azdan-çoxdan oxuyublar. Buna görə keçək birbaşa Pyer Giyotaya.
 
Ümumiyyətlə, bu yazıçını oxumağı çox adama məsləhət görmürəm. Əsəbləri zəif olanlar heç oxumasınlar. Giyota oxuduğum ən qəddar, ən manyakal təxəyyülə sahib, insan təxəyyülünün sərhədlərini ən çox zorlayan yazıçıdır. Azərbaycanı boş verin, yazıçının öz vətənində, Fransa kimi bir ölkədə, düz iyirmi il ( 1961-1981) onun «Edem, Edem, Edem» romanına qadağa qoyulub. «Büş yüz min əsgər üçün qəbir» və «Fahişəlik» romanları da ağırlıq və qəddarlıq sarıdan geri qalmır.
 
Seksuallığın ən qeyri-adi, ən ekstremal ifadələri, ekskrementlər, zorakılığın ən qəddar təsvirləri Giyotanın romanlarına xas cəhətlərdir. Bu mətnlərə hazırlıqlı olmayan oxucu, ən azından Pazolininin filmlərinə baxmayan, mətnlərdəki açıq ifadələri həzm etməyə öyrəşməyən oxucunun bu əsərləri oxuması məsləhət deyil. Özünüzə yazığınız gəlsin, məhv olarsınız.
 
Məhv olarsınız və Giyotanın mətnlərindəki əxlaqi nəticələri anlamazsınız. Mesajı:  seksin, cinsi münasibətlərin güclü ilə zəifin, varlı ilə kasıbın, ağa ilə kölənin, cəlladla qurbanın arasındakı sərhədləri götürməyə, hətta yerlərini dəyişdirməyə qadir tək şey olduğunu başa düşməzsiniz.   
 
"Camahatın anası-bacısı var!”
 
Kifayət qədər mütaliəsi olmayan, seksual və digər komplekslərə sahib, ən əsası əxlaqi göstəriciləri aşağı olan oxucu heç vaxt əsərlərdəki açıq-saçıq ifadələri, söyüşləri, vulqarizmləri qəbul edə bilməz.
 
Əxlaqi göstəriciləri aşağı olan oxucu heç vaxt mətnə ədəbiyyat, cərəyanlar, üslublar kontekstindən baxa bilməz. Əxlaqi göstəriciləri aşağı olan oxucu üçün, xüsusilə də onun apellyasiya elədiyi «ana-bacı» üçün «penis», «vagina», «sperma» ədəbi təsvir, mesajı ötürmək üçün vasitə hesab oluna bilməz. Onun görməmiş, çirkli, iyrənc, bayağı dünyası üçün «penis» elə «penis»dir. Bu sözlərin, ifadələrin heç bir ədəbi yükü, bədii çəkisi ola bilməz.
 
O ki qaldı, bütün bunlara yazıçının münasibətinə, mən bircə şey deyə bilərəm.
 
Ədəbiyyata «camahatın anası-bacısı var» məntiqi ilə yanaşan insan, toplum, xalq  əxlaqlı ola bilməz…

Günel Mövlud /kult.az/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM