İstanbulda “Hüseyn Cavid. Əsərləri” kitabının təqdimatı keçirilib
İstanbul Universitetinin Avrasiya İnstitutunda görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü və "Kaspi" qəzeti - Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında nəşr olunan "Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013)" kitabının təqdimatı İstanbul Universitetinin tələbə-müəllim kollektivinin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, türkiyəli cavidsevərlərin və Azərbaycandan gəlmiş geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə yadda qalıb.
Hüseyn Cavidin zəngin həyat və yaradıcılığına həsr olunan filmin nümayişindən sonra mərasimi giriş sözü ilə açan Avrasiya İnstitutunun prorektoru, professor Sedat Murad və Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrinin mahiyyətindən və elmi konfransın əhəmiyyətindən danışıblar. AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev, “Kaspi” Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, İstanbul Universitetinin Avrasiya İnstitutunun Asiya işləri üzrə mərkəzinin rəhbəri, professor Xəlil Bal, Avrasiya İnstitutunun ədəbiyyat fakültəsinin dekanı, professor Mustafa Özkan, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi Azər Turan, professor İbrahim Yıldırım, Xalq şairi Sabir Rüstəmxanlı, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru Akkan Suverin məruzələri dinlənilib.
PA ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında təqdim olunan kitabı dünya ədəbiyyat xəzinəsini zənginləşdirən inci kimi dəyərləndirərək Cavid yaradıcılığının bu gün də öz aktuallığını saxladığını qeyd edib. PA rəsmisi Azərbaycan hökumətinin elmə və mədəniyyətə göstərdiyi qayğıdan danışaraq görkəmli şəxsiyyətlərimizin, o cümlədən ədəbi simalarımızın dünyada tanıtdırılması ilə bağlı həyata keçirdiyi çoxsaylı tədbirlərdən bəhs edib və bu siyasətin nəticələri haqqında söhbət açıb: “Hüseyn Cavidin əsərlərinin İstanbulda ilk dəfə nəşr edilməsi də bu siyasətin göstəricisidir”.
Professor Kamran Əliyev konfransla bağlı təəssüratlarını “Kaspi”yə bölüşərək Azərbaycan ədəbiyyatının hər hansı bir nümayəndəsinin əsərinin xarici ölkələrdə çapına böyük ehtiyac olduğunu qeyd edib. Belə ki, ədəbiyyatımızın və nümayəndələrinin tanınması, ideyalarının yayılması baxımından bu, böyük əhəmiyyət daşıyır: «Bizim ədəbiyyatımız, yazıçı və şairlərimizin ideyaları o qədər zəngindir ki, bu ideyalar təkcə bizim üçün deyil, həm də bəşəriyyət üçündür. Digər tərəfdən, Hüseyn Cavid həmin əsərləri yazmamışdan əvvəl İstanbulda təhsil alıb. İstanbul ədəbi mühiti onun dünyagörüşünü formalaşdırıb. Bu baxımdan, «Hüseyn Cavid. Əsərləri» kitabının İstanbulda nəşr olunması böyük şairin o torpaqdan bəhrələndiyi məqamları yenidən canlandırmaq deməkdir. Hüseyn Cavid 100 il bundan əvvəl İstanbulda oxuyub, təhsil alıb, Bakıya gəlib, yazıb, yaradıb və böyük şair olub. Elə bil Hüseyn Cavid bu əsərləri ilə yenidən İstanbula qayıtdı. Hesab edirəm ki, Hüseyn Cavid təzədən Türkiyəyə döndü. Axı, 20-ci əsrin əvvəlləri ilə 21-ci əsrin əvvəlləri arasında xeyli fərq var. Türkiyədə oxucular Azərbaycanda belə bir şairin olmasından xəbərdar olmalı və bilməlidirlər ki, o, türk dünyası üçün çalışıb”. Tədqiqatçı hesab edir ki, əsərin Türkiyə türkcəsində çapı onun digər dillərə tərcüməsində böyük rol oynayacaq. “Bu nəşrdən sonra əsərlə tanış olan mütəxəssislər nəşrin digər dillərə tərcüməsinə böyük əhəmiyyət verəcəklər». K.Əliyev konfransı keçirməkdə əsas məqsədin Hüseyn Cavid yaradıcılığının İstanbulda və bütün Türkiyədə daha yaxşı tanınması ilə bağlı olduğunu bildirib: “Mənə elə gəlir ki, tədbir bu istiqamətdə atılan ən mühüm addımlardan biri olacaq. Artıq orda insanların əlində Hüseyn Cavid yaradıcılığı tam külliyyatı ilə var. Konfransın keçirildiyi təhsil ocağında professor-müəllim heyəti tərəfindən artıq Hüseyn Cavidin kifayət qədər tanındığının şahidi olduq. Universitetin ədəbiyyat fakültəsinin dekanı Mustafa bəy Ozkan Hüseyn Cavidin yaradıcılığını öyrədən müəllim kimi yox, həm də tədqiq edən alim kimi çıxış etdi. Həmçinin universitetin prorektorunun çıxışı da Hüseyn Cavidi yaxşı tanıdıqlarından xəbər verdi. O, öz çıxışında Hüseyn Cavidin bəşəri bir sənətkar olduğunu, yüksək ideyalar daşıdığını bir daha izah etdi. Konfransda universitetin müəllim və tələbə heyəti ilə bərabər ziyalılar da iştirak etdi. Onlar həmin tədbirə Hüseyn Cavid adına, Azərbaycan adına gəlmişdilər. Həmin adamlarda Hüseyn Cavidə böyük bir sevgi vardı. Onları konfransa gətirən də bu sevgi idi”. Tədqiqatçı hesab edir ki, bütün dünyada mədəniyyətlərarası yaxınlaşma prosesinin getdiyi bir vaxtda hər bir millət öz mədəni muxtariyyatını da qoruyub saxlamağı bacarmalıdır: “Hüseyn Cavidin əsərlərini hara aparırsan apar, harada tamaşaya qoyursan qoy o, öz milləti, mentaliteti ilə birlikdə bəşəriyyətə qovuşur. Bu, nadir hadisələrdən biridir. Əgər türkdilli xalqlar arasında mədəniyyətlərin yaxınlaşmasından, millətlər arasında bədii yanaşmadan danışsaq, onun simvolu yalnız Hüseyn Cavid ola bilər».
“Hüseyn Cavid. Əsərləri”nin tərtibçisi Azər Turan qəzetimizə açıqlamasında nəşrin İstanbuldakı təqdimatını Hüseyn Cavidin təkcə türk ədəbiyyatına deyil, eyni zamanda, dünya ədəbiyyatına yenidən daxil olması kimi möhtəşəm hadisə adlandırıb: «Hüseyn Cavid indiyədək Türkiyədə dərindən araşdırılmayıb, kitabları çap olunmayıb. Əslində Hüseyn Cavidin Türkiyə türkcəsində bu günə qədər çap olunmaması Türkiyə ədəbi ictimaiyyətinin böyük bir kəsiridir”. Azərbaycanın böyük mütəfəkkirlərinin təkcə türk dünyasında deyil, bütün dünyada tanıdılmasının ölkəmizin əsas siyasətlərindən olduğunu bildirən tədqiqatçı Hüseyn Cavidi Türkiyə türkcəsinin və Azərbaycan türkcəsinin ortaq böyük şairi adlandırıb: “Hüseyn Cavidin yazdıqları nə sırf Azərbaycan türkcəsindədir, nə də sırf Osmanlı türkcəsində. Hüseyn Cavid bu iki türkcə arasındakı məsafələri qısaltmış və özünəməxsus bir dil – ortaq türk ədəbi dili yaratmışdır. Bu baxımdan o, təkdir. Konfransdan sonrakı Türkiyə mətbuatında yazılan yazılarda da böyük ədibi «Türkiyə türkcəsinin və Azərbaycan türkcəsinin tək ortaq şairi» deyə vurğuladılar”. Tədqiqatçı Hüseyn Cavid irsinin indiyədək Türkiyədə dərindən araşdırılmamasını, kitablarının çap olunmamasını Türkiyə ədəbi ictimaiyyətinin böyük kəsiri kimi dəyərləndirib: “Bu nəşrlə Hüseyn Cavid ilk dəfədir ki, Türkiyədə çap olunur. Bu baxımdan, kitabın əhəmiyyəti çox böyükdür”. /kaspi.az/
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM