Sona Vəliyeva: “Onun yaradıcılığının əsas ideyası məhəbbət və həqiqətin dərki idi”
Hüseyn Cavid yaradıcılığının müstəsnalığındandır ki, vaxt ötdükcə, illər o nümunələrin yaradıldığı zamandan duyulası dərəcədə uzaqlaşdıqca, həmin xəzinnin sirrinə yaxınlaşmaq, ecazını anlamaq oxucuların, tədqiqatçıların nəsibi olur.
Yapon ədəbiyyatının araşdırmaçılarından biri vaxtilə yazırdı ki, hayku şeirlərinin sadəliyini anlamaq üçün 300-400 il yaşamaq lazımdır. Hələlik İlahi heç kəsə bu qədər ömür verməyib. Ona görə də o qədər ömrü bir insan yox, gərək bir nəslin (hər 30-40 ildən bir təzələnən) nümayəndələri başa düşə. Hüseyn Cavidin də yazıb-yaratdığı dövrdən bizi artıq bir insanın deyil, bir nəslin ömrü ayırır... Şairə, filologiya üzrə fəlsəfə doktoru, Hüseyn Cavid yaradıcılığının araşdırmaçısı Sona Vəliyeva ilə Cavidyaradıcılığından, daha çox dərəcədə isə onun "Hübuti-Adəm” şeirə barədə ətraflı danışdıq, o şeirdən ki, tam dərki üçün onillikləri (əsri, bir nəslin ömrünü!) geridə qoymaq lazımdı...
- Siz Hüseyn Cavid haqqında danışarkən hər zaman deyirsiniz ki, o, məhəbbət və həqiqət aşiqi olduğu üçün bəşəriyyət mövcud olduqca yaşayacaq. Həm də deyirsiniz ki, Hüseyn Cavidin içində bu qədər mütləq gözəllik axtarışının olması onu göylərə yüksəltdi, "Mən fəqət hüsnü-xuda şairiyəm, Yerə enməm də səma şairiyəm…” deyərək sübut etməyə çalışdığı ideyalarının fövqündə ucala bildi.
- Mən bu fikri "Keçmiş günlərdə” adlanan birinci kitabından dərk etdiklərimə əsasən söyləmişəm. İlk yaradıcılıq nümunəsi olmasına baxmayaraq, min illərin bədii söz sınağından üzü ağ çıxmaq gücündə olan "Hübuti-Adəm” şeiri haqqında sizinlə fikir mübadiləsi apararaq Hüseyn Cavidin sözün həqiqi aşiqi, həqiqətin isə sözçüsü olduğunu oxuculara da çatdırmaq istədim.
Deyirlər bir zaman Adəmlə Həvva
Yaşarmış rövzeyi-cənnətdə tənha.
O bir məva ki, biganəyiz biz,
Bu torpaqdan uzaq, qəmsiz, kədərsiz.
– Sizcə, Cavidin birinci olaraq Adəm peyğəmbər, Həvva haqqında yazmasının səbəbi nə ola bilər?
- Cavid yaradıcılığı haqqında danışarkən mən onun ilk yaradıcılıq nümunələrində, eləcə də ən böyük dram əsərlərinin məğzində bir ideyanın olduğunu dərk etdim; külli-kainat haqqında həqiqətl axtarışı. Özü də böyük eşqlə bu yola çıxan Cavid yolu öz içindən başlayaraq kainatın sonsuzluğuna qədər vara bildi...
Əvvəla onun Adəm və Həvva haqqında yazmasının səbəbi, insanın yaranışı və bir də onun iman məsələsi ilə bağlıdır. Onun Tanrıya olan sevgisi, tərbiyə aldığı mühit, bu şeirin yaranmasında əhəmiyyətli rol oynayır. Məncə, bu, çox vacib məsələdir. Həm onun Allaha olan sevgisi və bu sevgini canına-qanına hopduran böyüdüyü mühit, ailə tərbiyəsi və bir də İslam ənənələrinə, dini dəyərlərə sadiq Naxçıvan mühiti... Gözəl mənəviyyat və yüksək əxlaqi keyfiyyət vəhdət təşkil etməsəydi, belə dərin təhlilə malik yaradıcılıq nümunəsi yarana bilməzdi. Bütün bunlar gənc ikən kamilliyə doğru getməyi qarşısına məqsəd qoyan Hüseyn Cavidi anlamağa imkan yaradır. 13-14 yaşında M.T.Sidqinin məktəbində oxuyarkən "Gülçini biçarəyəm, mürşidi-eşq olmuşam, Yandırmışam atəşi-hicranə könlümü” – deyirdi. Artıq bu yaşdan gələcək düşünülmüş addımlarının müəllifi kimi özünü təsdiq edir. Yaradıcılığında bəşəri ideyaları əks etdirən dahilər xüsusi missiyanın daşıyıcısıdır. Cavid əyalətdə doğuldu, dünyanı dəyişə biləcək ideyaları ilə bəşərilik qazandı.
- Necə düşünürsüznüz, sizcə, Cavidin İslam ənənələrinə bağlılığı nədən qayanqlanıb?
- Düşünürəm ki, onun İsalam ənənələrinə bağlılığı əsas ailə, yaşadığı mühit və mədrəsə təhsilindən irəli gəlir. Nəzərə alsaq ki, Cavidin atası Molla Abdulla ağa Rövzəxan idi, onda dini bir ailədə real mühit və külli-kainatın dərki haqqında eşitdiyi həqiqi söhbətlərin şahidi kimi Cavidin daxili aləminin zənginliyinin necə formalaşması bizə aydın olur.
Həqiqət və məhəbbətin dərki üçün yola çıxıb onu dərk edən şair, beləliklə, özü də səma şairi olduğunu anladı. "Mən fəqət hüsnü-xuda şairiyəm, Yerə enməm də səma şairiyəm” – dedi. Bu fikirdən onu dövrün heç bir qovğası çəkindirə bilmədi. Təzyiqlər çoxaldıqca Cavid yüksəklərə ucalaraq öz böyüklüyünü təsdiq edə bildi. Yəni onun ailə tərbiyəsilə, ailə mühiti, böyüdüyü ictimai mühit öz fikrini diktə edə bilmişdi. Cavid Naxçıvanın Şahtaxtı kəndindən idi, ikincisi, Tanrıya bağlılığı o mühitdən gəlirdi. İki qoldan ibarət olan Şahtaxtı kəndinin əksəriyyəti övliya nəsilli insanlar olub. Mən də düşünürəm ki, onun dinə bağlılığı həm də ora ilə, o məkanla bağlıdır. Bu kəndin hər bir şəxsinin sözünün əvvəli-axırı Tanrıya şükür eləməkdir. Mənəviyyatın irfani çəkisi Şahtaxtı mühiti üçün çox dəyərlidir. Bütün milli dəyərlərə həm də Tanrı töhfəsi kimi baxılır.
- Dediklərinizin davamı kimi belə bir sual meydana çıxa bilər ki, birinci yazılan "Hübuti-Adəm” şeiri ilə sonradan qələmə alınan Peyğəmbər haqqında pyes arasında əlaqə varmı?
- Bu şeir gələcək böyük əsərlərin ideyalarının rüşeymi kimi də dəyərləndirilə bilər. Mən düşünürəm ki, Cavidin bütün şeirlərində belə İlahiyə bağlılığın bünövrəsin qoyulduğu görünür. Bu şeir yaradıcılığı böyük ehtimalla onun gələcək dram yaradıcılığına keçid rolu oynadı. Bu şeir Cavid yaradıcılığının inkişafında ilkin mənbə və ilkin mərhələdir. Böyük dramlar yazmağa başlanan yolda bu şeirləri ilk cığır kimi də dəyərləndirmək olar. Əsas izləniləcək böyük ideyanın – "həqiqət və məhəbbət”in dərki addım-addım irəliləyərək "Şeyx Sənan”a, "İblis"ə, "Peyğəmbər”ə doğru yol almaqdaydı. Ona görə də, əlbəttə ki, ideya başlanğıcı ordadır. "Peyğəmbər”i yazmağa ilkin ideya elə "Hübuti-Adəm”dən gəlməli idi.
- O bir məva ki, ruhani, münəvvər,
Uçarmış orda zərrinpər mələklər.
O bir məva ki, nəşr eylər sərasər
Əməllər, nəşələr, güllər, çiçəklər.
Gözəl, asudə bir məvayi-sevda;
Geniş, azadə bir səhrayi-xülya.
Xəzansız bir baharistani-xülya.
Ki solmaz orda əsla bərgi-ümmid.
- Dediyiniz "Hübuti-Adəm” şeirində o, cənnəti təsvir etməklə özünü elə romantizm cərəyanının nümayəndəsi kimi təsdiqləyir. Çox romantikcəsinə, gözəl bir təsvirdir. Artıq Cavidin yaradıcılığında romantizmin rüşeymlərindən savayı, həm də poetik təsvirin ən gözəl xarakterik nümunəsi oxucuya təqdim olunur. Hansı ki, bu ədəbi keyfiyyətlər hər yaradıcı adama məxsus deyil. İnandırıcı, yaradıcı, təbii bir təsvir... Sanki gedib görüb gəlmiş kimi təsvir olunur cənnət... Fikrimcə, bu, çox mühüm məsələdir, həm də cənnəti İlahi sevgi ilə təsvir etmək - bu da zəngin mənəviyyatdan, yüksək imandan, dərin əxlaqi kamillikdən xəbər verir.
- Belə başa düşdüm ki, romantizm Cavidin ilk şeirində belə formalaşır. Bu, yəqin ki, onun başqa əsərlərində də davam edir.
Fərəhdən ağlar insan, bəlkə, bilməm!
Bulunmaz orda lakin hüznü matəm.
Əvət, bir öylə xoş məvadə tənha,
Yaşarmış qayğısız Adəmlə Həvva.
Maraqlı düşüncələrə yol görünür... Adəmlə Həvvanın cənnətdən çıxması və s. o tənha qalmaqları buna səbəb ola bilərdi? Tənhalıq onları darıxdıra bilərdimi ki, belə bir şey başa gəlsin?
- Allah taxtında təkdir, amma O, darıxmır. O, Allahdır. Mütləqi-kamildir, qüsursuz, nöqsansızdır. Ehtiyacsızdır. Yerin, göyün sahibidir, idarə edəndir. O, darıxmır! Amma insan onun yaratdığıdır, darıxa bilər, kamil deyil, kamilliyə ehtiyacı var. Bu vəziyyət insan övladının həm xarakterinin, həm düşüncəsinin, həm də arzularının sonsuzluğudur... Şeirin bu hissəsində aldığımız təəssürat yerləşdiyi bir çevrədən kənarı görmək, nəyəsə maraq etmək, düşüncə, axtarış sonsuzluğu və s. kimi də dəyərləndirilir. İnsan təfəkkürünün hüdudsuz yeniliklərə münasibəti - bu da çox vacib məsələdir. Həm də burada ideya şaxələnir. Adəmlə Həvvanın cənnətdə yerləşməsinə İlahi münasibət və bu münasibətə qısqanclıqla yanaşan bir şeytan məsələsi də var. Ziddiyyətlərin, konfliktlərin səbəbkarı olan Şeytanı İlahi niyə yaratdı? Olmasaydı nə baş verərdi və ya verməzdi? Şeytan elə o vaxtdan Yer üzündə xaosun müəllifi kimi insanlığa fəlakət gətirməklə məşğuldur. Şeytan öz xislətini qiyamətəcən sübut etməyə çalışacaq. İnsan tamahı və sadəlövhlüyü ucbatından daim aldanacaq, əziyyət çəkəcək. Günahın ilkin nümunəsinə Şeytan səbəb oldu. Günahkar isə insan oldu. Deməli, ziddiyyətlər, mübarizə İlahidən insana göndərilən keyfiyyətlərdir. Bu proseslər insanı imtahan verməyə, inkişaf etdirməyə sövq edir.
- İndiyə kimi bizim tədqiqatçılar belə deyiblər, bu nəfsin fəlakətidir. Amma burdan belə çıxır ki, tənhalıq məsələsi də ideyaya çevrilə bilərdi.
- Təhlildə hər iki tərəfdən yanaşmaq olar.
- Degilmiş süs geyim onlarca adət;
Fəqət geydikləri bir tül ki, iffət.
İki dildadei-zövqü şətarət,
Olub vüslətgüzini-bəzmi-ismət;
Gülümsər daimi bir sur içində,
Yaşarkən öylə nuranur içində,
Hücum etmiş də süfli ehtirasat,
Qabarmış adəmiyyət hissi... heyhat!
O ülviyyət, o ülvi sərmədiyyət
Zəbuni-ehtiras olmuş nihayət.
Nəhayət, incə bir vəhşi təmayil,
O ülvi eşqi etmiş məhvü zail.
Birər heykəl kimi məbhutü heyran,
Hicab altında qalmışlar hərasan.
Sararmış bət-bəniz, uçmuş təravət;
Hücum etmiş haman rəngi-səfalət.
O dəm ənvarə müstəğrəq, sərazad;
Fikir vermisinizmi, burada həm mənəviyyat və həm də zahiri gözəlliyin təsviri meydana çıxır....
- Görürsünüz, bununla yanaşı, ismət məsələsinə münasibətin ilkin təzahürü də görünür. Nədir ismət? Hələ ismətin nədən ibarət olması cənnətin təsvirində onun paltarsız olması demək deyil. İsmətə, bəlkə, daxili, paklıq ölçüsü kimi yanaşılmalı idi. Mənən saf, təmiz, yalan və tamahdan uzaq, elə cənnətə layiq sakin olmaları ilə əsil ilahi ismət və ləyaqəti təsdiq etməli idilər. Onlar cənnətdə geyim ismətindən daha çox yuxarılardadırlar. İlahi saflıq bədənlərinə elə gözəl libas geydirib ki, Adəm və Həvva Şeytana aldanana qədər özlərini zahiri ismətdən daha həyalı, ismətli və ləyaqətli olduqlarını dərk edirlər. Burada digər bir məsələ var: insani düşüncədən irəli gələn cismani gözəllik dərin əxlaqi dəyərlərə söykənməsə, əsl gözəllik kimi dərk oluna bilməz. Mənəvi gözəllik və o gözəlliyin ülviliyi əsasdır. Hər hansı fiziki görünüşə verilən dəyər mənəvi gözəlliyin kamilliyi ilə qovuşmasa, əhəmiyyətli sayıla bilməz! Kamillik üçün insani iradəyə, düşüncəyə və zəhmətə ehtiyac var. Bu da vacib bir məsələdir, çünki kamilliyə ucalmaqla həqiqəti dərk etmək mümkündür. Həqiqətin dərki insanı Allahla qovuşdurur.
- Dediklərinizdən başqa məqamlara doğru da yol almaq olur: deməli, burda tək nəfis fəlakətləri deyil, həm tənhalıq problemi, həm də ülvi eşq problemi var...
- Bəli. Bu şeirin bir neçə yerində tənhalıq, ülvi eşq məsələsinə toxunulur. Cənnətdə onlar çılpaqdır, amma bu çılpaqlıq saflığın, həqiqətin özüdür. Ülviliyin, İlahi eşqin maddi görünüşü kimi bu səhnə kamilliyin özüdür, mükəmməlliyin görüntüsüdür. Ətrafda çoxlu mələklər var, insan kimi də yaradılan Adəm var, Həvva var. Adəm və Həvva tamahın qurbanı olana qədər mələkdən seçilmirlər. Şeytana uymayınca, hər şey gözəl və safdır. Çiçək və ağac kimi tər-təmiz, günahsız idilər. Amma onların çılpaqlığı Yaradanın bir kamil gözəlliyi kimi, bir çiçək gözəlliyi kimi qarşılanıb, bir çılpaq bədən kimi yox. İnsanın düşüncə və əməl məsələsi ilə İlahi sevgi məsələsinin qovuşması fikri ortada durur. Fikir, düşüncə və ondan yaranan əmələ təhrik əsas ideya olmalıdır. İlahinin yaratdığına düşüncə kamilliyi və ya düşüncə bəsitliyi necə dəyər verəcəksə, təhlilləri də ətrafa elə anlatmağa çalışacaq. Cavid Cənnət sakinlərinin macərasında Tanrı həqiqətlərini axtarmağa çalışır. Onlar sonacan ülviyyəti və ilahi eşqə sədaqəti qoruya bilmədilərsə, bu, nədən baş verdi? "Çıx ey qafil bəşər” – deyir. Qafillik insanı hara sürükləyir. İnsan nə zamana qədər qafil olacaq, qafilliyin səbəbi nədir? – bu məsələdə həqiqətlərə dərk yolu açılır...
- Demiş: çıq, ey səfalətpərvər insan!
Çıx, ey qafil bəşər! Dəf ol, çəkil, get!
Bu lahuti təfərrücgahı tərk et!
Deyil layiq sana gülzari-cənnət...
O süfliyyətlə hissi-adəmiyyət
Bu ülviyyatı heç eylərmi idrak?
"Çe nesbət xakra ba aləm-e pak?!”
Düşün, baq nerdəsin, bir kərrə anla!
Bu məva öylə bir firdovsi-əla
Ki, hər bir lövsdən, hər məfsədətdən,
Bütün vəhşətdən ari bir nişimən
Bəs xeyir-şər məsələsi barədə nə deyərdiz?
- Şeirin bu yerində xeyir-şər məsələsi də ortaya çıxdı, elə deyilmi? İnsan Tanrıdan uzaqlaşdıqca şeytan onu tora asanlıqla salacaq. İnsan nə qədər ki, uşaqdır, onun etdiyi günah sayılmır. Bir evi yandırsa da, o, haqq qarşısında da günah sayılmır. Uşaq onu qəsdən etmədiyi üçün bu, günah deyil. Saflıq, günahsızlıq uşağa məxsusdur. Yəni qəsdən, bilərəkdən edilməyən hərəkətin mənası günaha yozulmaz. Adəmin, Həvvanın aldanmasına zərurət var idi. Şeytan Tanrıdan qisas almağa, ondan üstün tutulanı rəzil etməyə daim fürsət axtarmaqdadır. Şər törətmək, qisas almaq, paxıllıq kimi mənfiliklər insanlığa Şeytandan aşılanan xüsusiyyətlərə çevrildi. Bu aldanışda həm də bir uşaq saflığı yox oldu. Yerində günahla dolu insan həyatı başladı. Qadağalara maraq insan halının vərdişinə çevrildi. Qadağa varsa, can atılacaq... Aldanış artıq gözü açdı. Artıq bundan sonra etdikləri böyük günah olacaq. İnsan oradan günaha başladı. İlahi kamillik, qayğısızlıq, maddiyyatdan uzaq mənəvi ömür, əbədi saflıq itdi. Hər şey təzədən zərrə-zərrə zəhmət və əzabla əldə olunacaq, hətta o kamilliyin yaxınlığına çatmaq üçün insan ömrünü mənalı və dərkli şəkildə yaşayaraq ora dönməyə çalışacaq. O əbədi itən Vətənə hey can atılacaq... Amma Şeytan insanla hər yerdə olaraq buna mane olacaq. İnsan ilk Vətəni üçün hey çalışacaq. Cənnətə dönmək üçün kamil olmağa səy göstərəcək. O da qismət olsa...
- Sən əvvəl xeyrü şərdən bixəbərdin,
Çocuq ruhilə bipərva gəzərdin – deyir Cavid...
- Bəli. Uşaq kimi saf idin, uşaq vaxtı bixəbər gəzə bilərdin, gülü ayaqlasaydın sən bağışlana bilərdin. Amma bundan sonra günahın içindən çıxmağa özün çalışmalısan, öz bəlana özün yol açdın. Artıq insanlıq xilqəti, insana məxsus olan günahı edə bilmək, tamahdan, sadəlövhlükdən bəlaya yuvarlanmaq kimi hadisələrə insan özü yol açdı.
- Əmin ol, nerdə nəfs olmuşsa hakim:
Həqiqi eşqi məhv etmiş məzalim,
Kimin ülviysə ruhu, söz onundur,
Əsiri-nəfs olan daim zəbundur – Burda Cavid əsas ideyanın üstünə gəlir...
- Burdan da ortaya çıxan ideya budur: bir insanın düşüncə dərinliyi, mənəviyyat yükü nədirsə, insan oğlu ondan ibarətdir. Bu dünyada etdiyi əməl nədirsə, xisləti də odur. Bir söz var, deyirik ki, Allah-taala insanın qəlbinə görə verir. Burdan başlayıb, nəyə layiqdirsə, onu qazanıb, bəli, məhz qazanıb... Tam ülviyyətin içində qala bilməyən insan üçün mütləq nələrsə baş verəcəkdi ki, insan gil, çamur xislətini göstərsin. Amma tək nəfsin məsələsi deyil. Adəm tək günah etmədi, həm də gözəlliyə qane olmadı. O, Tanrının verdiyinə qane olmadı. O, ətrafda, kənarda daha nə var onlara can atdı. Burda tamah da var. Amma bütövlükdə insanlığın xisləti budur. İnsan İlahinin ruhundan bir nəfəsin daşıyıcısı olsa belə, Allah deyil. İlahi dərk üçün rahatlıq vasitə ola bilməz. Əziyyət, iradə, kamilliyə doğru olan saflaşma prosesinin baş verməsi gərək idi. Ondan sonra o, nəyə layiqdirsə, onu yaşayacaqdır. Yer üzünə qayıdacaq, əzab-əziyyətlə öz ruzisini qazanacaq, çətinliklərdən keçəcək, aldanacaq, tamahkarlıq edəcək. Yenə böyük qovğalara, əzablı hallara düşəcək... Yaşadıqlarının, etdiklərinin qiyməti İlahi məhkəmədə bəlli olacaq. Cənnət təzədən qazanılmalıdır. Əvvəl sonun, son əvvəlin mövcudluğunu təsdiq etməlidi.
- Cənnət hədsiz dərəcədə gözəl təsvir edilir, bu dünya isə əzab, dərd, kədər dolu... Bu ziddiyyət barədə nə deyərdiz?
- Cavidin ədəbiyyata işıqlı yolu burdan başladı. Həqiqətə və məhəbbətə doğru yol başlayan Cavid bu şeirləri ilə əsil yolçuluğa başladı. "Peyğəmbər”ə, "Şeyx Sənan”a, elə "Xəyyam”a, "Səyavuş”a çatmaq üçün o, mütləq "Hübuti-Adəm”dən keçməli idi. Yeri gəlmişkən, sizə deyim ki, sonradan gələn gözəlliyin vəsfi, gözəllikdə bir ülviyyət axtarmaq, tamahının insanı məhvə doğru aparması, şeytana uymaq kimi məsələlərin əksəriyyətində ideyalar Cavidi dram əsərlərinə doğru aparır. Rüşeym halında olan ideyalar dramalarda daha da böyüyüb, inkişaf edib. Xüsusilə, gözəlliyin özündə faciəviliyin olması məsələsini də Cavid ustalıqla ərsəyə gətirə bilib.
Cənnət həddən artıq gözəl, rahat idi, orada hər şey də vardı. Amma o gözəllik, o rahatlıq bunlara bədbəxtlik gətirdi. Rahat həyat vardı. İnsan ona qane olmadı. Rahatlıqda narahatlıq insanın axtarış dərkinə yol açmalı idi. Açdı da...
- Beynimiz belə öyrəşib, vərdiş yaradıb ki, müasir poeziyada şeirin ideyası axırıncı misralarda verilir. Amma Cavidi oxuyanda belə deyil. Cavidin sonuncu misralarında nəfsin fəlakətli olduğu deyildi. Amma bu o demək deyil ki, tək ideya sonda veriləndir... Dediyiniz kimi, orada bir çox məsələlər qoyulub, onlardan biri də budur....
- Şeirdə gözəl bir məqam var:
Təəssüf biəsər... Pək çox yanıldım,
Nədamət bisəmər... Pək gec ayıldın.
Son peşmançılıq fayda vermədiyi üçün insanın daha çox ağıl və ehtiyatdan istifadə etməsi ideyası da bizə maraqlı tövsiyədir. Amma ağıl o vaxt mükəmməl, kamil vəziyyətdə ola bilməzdi, deməli, təkamül və inkişaf, tərəqqi Tanrının insanlığa tövsiyəsidir. Çünki o qədər gözəlliyin içində olduğundan saf idi ki, o gözəllik ona ağılla hərəkət etməyə yol vermirdi. Buna da əl atsam, görəsən, nə olar? Bu "nələrə” can atmaq sualları onların arxasında böyük bir fəlakətin durması, uşağın odu qırmızı görüb əl atıb yanması kimi bir hadisədir. Yəni o, gözəl cənnət mühitində aldığı kiçik bir ehtiyatsızlıqdan faciəyə yuvarlandı. Yaranışdan sona qədər kamilliyə yol başlamaq, qovulduğu ilk vətənə qayıdışı özünüdərk və özünü tərbiyə üsulundan bəhrələnməlidir. Yol ağır, zəhmətli və şərəfli yaşam tələb edir. Hər insana qismət olacaqmı kamilləşərək itirdiyi ilk yurda qovuşmaq! Bu, insanlığa Tanrının tale yazısıdır. Ya qismət. Kamil olan Tanrısına şərəflə qovuşacaq...
Müsahibəni apardı: Fərid Hüseyn
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM