Fəlsəfə doktoru, millət vəkili
Azərbaycanın sovet dövrünə qədərki fəlsəfə tarixinə nəzər salanda çox ünlü isimlər gözlərimiz önünə gəlir: Əbülhəsən Bəhmənyar Azərbaycani, Nəsirəddin Tusi, Mahmud Şəbüstari Təbrizi, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Məhəmməd Əmin Şirvani, Yusif Qarabaği, Nizami Gəncəvi, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Şəhabəddin Şührəvərdi.
Sovet dövründə filosoflarımızın sayı rəsmən dəfələrlə artsa da fəlsəfə tariximizdə qoyduğu izlə öyünə biləcəyimiz mütəxəssislər o qədər də şox deyil. Müasirimiz olan professor Fərman İsmayılovu dövrümüzün çoxsaylı filosoflarından fərqləndirən başlıca cəhət onun müasir fəlsəfəmizə gətirdyi yeniliklər, müasir fəlsəfə tariximizdə açdığı yeni səhifələrdir. Fərman İsmayılov bizim dövrümüzün və gələcəyimizin filosofudur.
Sovet dövrünün çox qısa fəlsəfə tarixinə baxdıqda orada əsl fəlsəfədən əsər-əlamət olmadığının, demək olar ki, bütün sovet filosoflarının marksizm-leninizm klassiklərinin yaradıcılığında fəlsəfə tapıb onu isbat etməyə çalışdıqlarının və dövrün sonuna qədər də buna nail ola bilmədiklərinin şahidi oluruq. Sovet dövründə təhsil almış hər birimiz o dövrün filosoflarının istənilən mövzunu izah etmək üçün ancaq marksizm-leninizm klassiklərinə istinad etməli olduqlarını görmüşük. Qoyulmuş çərçivə hüdudlarında ağlabatan bir şey izah edə bilməyərək özlərinin də sona qədər anlamadığı “şey” və “özündə şey” terminləri arasında ilişib qalan böyük bir filosoflar pleyadası sovet insanına fəlsəfə adına heç bir bilgi verə bilmədi. Hələ bu gün də orta yaş dövründə olan insanların “fəlsəfə” sözünü eşidərkən keçirdikləri təlaş və həyəcan bütün cəhdlərinə baxmayaraq onların bu elmə aid hər hansı bir bilgiyə yiyələnə bilməməsindən irəli gəlir. Fərman İsmayılov əsərlərindən birində deyir ki, zamanın xoşbəxtliyi də, bədbəxtliyi də fəlsəfədən gəlir. Həmin dövrün bütün iztirabları da məhz fəlsəfədən, yəni sovet dövrünün fəlsəfəsizliyindən irəli gəlirdi.
Bu boşluğu anlayan və onu doldurmağı özünün missiyası kimi müəyyənləşdirən nadir insanlar öz həyatını fəlsəfəsizliyə həsr etmədən, əsl fəlsəfənin ardınca getdilər. Onlar sovet rejiminin qoyduğu məhdudiyyətləri aşaraq nəzərlərini Qərb fəlsəfəsinə, onun çox çeşidli cərəyanlarına yönəltdilər və sovet fəlsəfəsinə deyil, ümumbəşəri fəlsəfəyə - Həyat fəlsəfəsinə üz tutdular. Sovet dövrünün və
ərazisinin bu nadir insanlarından biri və Azərbaycanda birincisi də məhz Fərman İsmayılov oldu.
O, öz axtarışlarını, elmi tədqiqatlarını Qərb fəlsəfəsinin öyrənilməsi, təhlili və elmi tənqidi üzərində quran ilk Azərbaycan filosofu olaraq həqiqi elmi anlayan və onu qiymətləndirən insanlar təərfindən diqqəti cəlb etdi. Buna görə də 1995-ci ildə ildə yazdığı “Klassik psixoanalizin əsasları” əsəri elə böyük marağa səbəb oldu ki, ona dərhal , doktorluq dissertasiyası müdafiə etmədən “Fəlsəfə elmləri doktoru” elmi adı verildi. Bu, sovet dövründə və Azərbaycan miqyasında çox nadir bir hal idi. Fərman İsmayılov Azərbaycanda Qərb fəlsəfəsini öyrənən, onu dərin təhlillərə və analitik tədqiqatlara cəlb edən, Azərbaycan sovet fəlsəfəsinə yeni istiqamət verən birinci filosof oldu. Qərb fəlsəfəsini, qərb praqmatizmini dərindən öyrənmiş, təhlil etmiş professor Fərma İsmayılov demək olar ki, bütün əsərlərində müasir dövrün böhranlarından danışır və narahatlığını ifadə edir. Elmdə, mədəniyyətdə, ictimai şüurda və nəhayət bütövlükdə sivilizasiyada total böhran nəzəriyyəsindən danışır. Bəşəriyyətin belə bir tarixi məqamında o bütün diqqətini İnsanın, cəmiyyətin və bütövlükdə bəşəriyyətin bu böhrandan xilas yollarını axtarmağa səfərbər edib. Fərman İsmayılov hər bir fərdin və eləcə də cəmiyyətin həyatında baş verən böhranın səbəbini fəlsəfədən uzaqlaşmaqda görür və deyir: “Fəlsəfəsiz həqiqi insan olmaq, İnsan adına layiq həyat sürmək mümkün deyil”.
Fərman İsmayılov insanları öz dünyagörüşlərini cilalamağa, həyata yeni baxış sərgiləməyə və yeni düşüncə tərzinə yiyələnməyə dəvət edir. Həyatın mənası, onu necə yaşamağın yolları barədə oxuculara istiqamət verir. Təfəkkürümüzü dərinləşdirməyə, özümüzü dərk etməyə və müdrikləşməyə səsləyir. O, Azərbaycan fəlsəfəsinə yeniliklər gətirən və məhz onun özünə məxsus olan fəlsəfi ideyaları elmə çevirən və onları bütün oxucuları ilə bölüşən bir filosofdur.
Fərman İsmayılovun fəlsəfəsi xalqa ünvanlanıb və sadə xalq dilində yazılıb. Onun hər hansı bir əsərini oxumağa başlayan hər bir şəxs onun bütün digər kitablarını da oxumaq arzusundan vaz keçə bilməz. Məsələn, keçən il çapdan çıxmış ən yeni kitablarından biri “Müqəddəs od və ya Fəlsəfənin fəlsəfəsi” adlanır. Əsərdə dünya fəlsəfə tarixi üçün əbədi olan bir sual ətrafında mülahizələr incələnir. İnsan nədir, onun mahiyyəti və mövcudluğu nədən ibarətdir. Bu kitab fəlsəfə tarixi üçün orijinal olan bir konsepsiyanı – “ağlasığanlıq və ağlasığmazlıq” anlayışlarını ilk dəfə elmi dövriyəyə gətirir. Kitabda müasir insanın düşüncə tərzi və nitq fəaliyyəti üçün metodoloji xətt müəyyənləşdirilir. Bu maraqlı tədqiqatında Fərman İsmayılov XX əsrin görkəmli filosoflarından biri olan Lyüdviq Vitqenşteynin “düşünülə bilən
və düşünülə bilməyən”lər haqqında nəzəriyyəsinə istinadlar etsə də, “ağlasığanlıq və ağlasığmazlıq” paradiqmasının izahında Fərman İsmayılov Vitqenşteynin özünü də keçərək bu nəzəriyyənin praktik həyati əhəmiyyətini daha asanlıqla oxucuya çatdıra bilir. O, öyrədir ki, müasir insan düşünərkən, danışarkən, hər hansı bir sahədə fəaliyyət göstərərkən ağlasığan mövqedə dayanmalı, öz həyatını ağıl və gözəllik qanunları əsasında qurmalıdır. Müasir insan həyatı gözəl və mənalı yaşamaq üçün öz varlığını, həyat və düşüncə tərzini yenidən nəzərdən keçirməli, keçdiyi yolun onu haradan haraya aparmasına diqqət yetirməlidir. Müəllifin məqsədi insanın inkişaf tendensiyasına istiqamət vermək, ona öz həyatını necə qurmaq və nəticədə necə xoşçəxt olmaq yollarını göstərməkdir. Adından da göründüyü kimi, Fərman İsmayılov fəlsəfənin özünün fəlsəfəsini insanlara anlatmağa çalışır ki, bu tendensiyanın özü Qərbdə də hələ təzədir. Əsrlər boyu insanlığı xoşbəxtliyə qovuşdurmağın yollarını arayan və gəldikləri nəticələri insanlara öyrətməyə çalışan filosoflar belə bir qənaətə gəlirlər ki, bəşəriyyətin xoşbəxtliyi sadəcə ətraf mühiti dərk etməkdən deyil, həm də onu anlamaqdan keçir. Fərman İsmayılov da öz əsərlərində xüsusi olaraq anlamaq fəaliyyəti üzərində dayanır, “dərketmə” ilə “anlama” arasında fərqi müəyyənləşdirir və insanlara anlamağın zəruri olduğunu izah edir. Bu məsələnin izahında o, İnsanı Təbiətə yaxınlaşdırır, onun “anlamaq” konsepsiyasında İnsan Təbiətlə çulğaşır və Fəlsəfəni bilavasitə insanın həyatında müşahidə etmək mümkün olur.
Fərman İsmayılovun ideyaları, onun öyrətdiyi biliklər möhtəşəmdir və ümumbəşəridir. Onun göstərdiyi yol hər bir insanın və bütövlükdə cəmiyyətin xoşbəxtliyinə və səadətinə aparan yoldur. Buna əmin olmaq üçün sadəcə onun əsərlərini oxumaq lazımdır. Bu əsərləri oxuyan hər bir şəxs daim axtarışında olduğu həyat yolunun trayektoriyasını asanlıqla müəyyən edə bilər. Bu barədə böyük filosof özü belə deyir: “Fəlsəfə təbii peyk kimi həmişə İnsanın başı üzərində olmalıdır. Əks təqdirdə o yanılmalara və dolaşıqlara düçar ola bilər”.
İnsan taleyi, onu səadətə qovuşdurmaq arzusu Fərman İsmayılovun bütün əsərlərində əsas leytmotivdir. Həyatını və bütün yaradıcılığını belə müqəddəs bir missiyaya həsr etmiş insanlar özləri də müqəddəsdir. Böyük filosof, nəcib insan, bütün insanların həyat müəllimi Fərman İsmayılovun 80 yaşı tamam olur. İdeyaları və nəzəriyyələri bu günümüzə və gələcəyə işıq salan bu böyük insanın böyük yaradacılığı bir insanın öz xalqına, millətinə və dövlətinə verə biləcəyi ən böyük töhfədir. Onun yaradıcılığının həm həcmi, həm də mahiyyəti heyrətamizdir. 20 monoqrafiyadan və 100-dən artıq elmi məqalədən ibarət yaradıcılığını göz önünə gətirəndə heyrətlənirsən. Bu kitabları oxuyanda isə müdrikləşməmək mümkün
deyil. Şöhrətpərəstlikdən uzaq, təmənnasızlıqda örnək olan böyük fikir sahibinin ən böyük mükafatı isə tələbələrinin, oxucularının və həmkarlarının ürəklərində ona bəslədiyi sonsuz məhəbbət və rəğbət hissləridir. Bu məhəbbət onun Bəşəriyyət haqqında arzuları və fikirləri kimi səmimi və sonsuzdur.
Həyat müəllimimə möhkəm can sağlığı, böyük yaradıcılıq uğurları və sonsuz minnətdarlıq hisslər ilə,
Strategiya.az
Qərbin Avrasiya siyasəti, onun dəyişən və dəyişməyən aspektləri
İslam Həmrəyliyi Siyasəti: Azərbaycanın qlobal humanizmə töhfəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM