Qatı ermənipərəst Frank Engel kimdir ?!

11:30 / 17.03.2017

Cavanşir Feyziyev

Fəlsəfə doktoru, millət vəkili

 

Populist çıxışları və dünyanın müxtəlif bölgələrində baş verən siyasi hadisələr barəsində qeyri-adekvat şərhləri ilə adı tez-tez Avropa mətbuatının gündəminə çıxan Lüxemburq deputatı Frank Engel Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə də seçicilərini və öz həmkarlarını təəccübləndirməkdən yorulmur. Qatı ermənipərəst mövqeyini həyasızcasına yalan və dezinformasiyalar hesabına əsaslandırmağa çalışan Frank Engel az öncə Dağlıq Qarabağda keçirilən qondarma “referendum”da daha iki həmkarı ilə birlikdə iştirak etmiş və birgə imzaladıqları bəyanatda özünü “müşahidəçi” kimi qələmə verməyə çalışmışdı. Respublika Baş Prokurorluğu tərəfindən saxta “müşahidəçilər” barəsində beynəlxalq axtarış elan olunması onların özlərini təşvişə salmaqla yanaşı, həm də Luksemburq mətbuatını hərəkətə gətirdi. Milli Məclis tərəfindən Avropa Parlamentinə ünvanlanmış kəskin bəyanatlar isə bu nüfuzlu qurumun rəhbər vəzifə sahiblərini öz həmkarlarının qeyri-etik hərəkətlərini pisləyən bəyanatlarla çıxış etməyə vadar etdi. Sanki ermənidən daha pis erməni olmağa çalışan Frank Engelin bu dəfə jurnalistlərə verdiyi cavablar isə onun əvvəlki tək inamlı olmadığını və hər vəchlə özünün qeyri-qanuni səfərinə rəsmi don geyindirməyə çalışmaqla özünə bəraət qazandırmaq cəhdlərini büruzə verir. Belə görünür ki, Engel bu gün malik olduğu deputat toxunulmazlığının əbədi olmadığını anlayır və bir gün özünün də Lapşin kimi Azərbaycana təhvil verilmək ehtimalını heç də diqqətdən qaçırmır. Frank Engelin bu əndişəsi mətbuatın da diqqətindən yayınmayıb və onun Lüksemburqdan bu qədər uzaq bir regionda nə axtardığını, Lüksemburqda heç kimi maraqlandırmayan bu münaqişədə onun ermənilər üçün sonsuz fədakarlığının motivlərini araşdırmağa başlayıblar. Frank Engelin ermənilərə bu qədər canfəşanlığının səbəbini anlamağa çalışan jurnalistlərin araşdırmaları onun bu “cəfakeş xalq”a vəkillik etməyinin heç də özünün dediyi kimi “dünyada demokratik qaydaların bərqərar olması naminə” təmənnasız olmadığını göstərir və onu bu fəaliyyətə sövq edən gizli maliyyə mənbələrini üzə çıxarır.

Lüksemburqun ən məşhur satirik jurnalı “Feyerkrop”-da yer almış “Frank Bengel kimlər üçün çalışır?” adlı məqalə bu müəmmalı suallara işıq salır. Hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, sözügedən siyasətçinin əsl soyadı Engel olsa da, məqalə müəllifi başıbəlalı siyasətçini ələ salmaq üçün onun soyadını Bengel kimi göstərir.

Frank Bengel kimlər üçün çalışır?

Uzaq ərazilərdə aparılan siyasətlərə xüsusi aludəçiliyi ilə seçilən və adı vaxtaşırı qalmaqallarda hallanan Avropa deputatı Frank Bengel (oxu: Engel – CF) yenə ölkənin gündəmindədir. Bu yaxınlarda uzun müddətdir ki, Qafqazda mübahisə predmeti olan bir ərazidə mübahisəli bir referendumda “müşahidəçilik” missiyasını improvizə etdikdən sonra, yəni odun üstünə yağ tökdükdən sonra Bengel digər iki yoldaşı ilə birlikdə İnterpol tərəfindən axtarılır. Münaqişə tərəflərindən biri və bu münaqişə nəticəsində Dağlıq Qarabağ regionunu itirmiş Azərbaycan özünün hesab etdiyi əraziyə qeyri-qanuni girməklə qanunu pozduqlarına görə beynəlxalq axtarış mandatını onların alnına yapışdırıb.

Qısaca tarixə qayıdaq.

Sovet İttifaqının çökməsindən sonra Azərbaycana məxsus olan, lakin əhalisinin çoxunu ermənilərin təşkil etdiyi Dağlıq Qarabağ qanlı döyüşlərdən sonra öz müstəqilliyini elan edib. 1994-cü ildən qüvvədə olan atəşkəs rejimi vaxtaşırı bu və ya digər tərəfdən pozulur. Bu ilin 20 fevralında dünyanın heç bir ölkəsi tərəfindən, hətta daim onlara hərbi və siyasi dəstək verən Ermənistanın özü tərəfindən belə tanınmayan Dağlıq Qarabağın faktiki idarəçiləri bu qurumun adının dəyişdirilməsini və onun yarım-prezident idarəçilik üsulundan tam prezidentlik üsul-idarəsinə keçməsini nəzərdə tutan referendum təşkil ediblər. ( Türkiyədə olduğu kimi)

Uzun illərdən bəri sülh danışıqlarını aparan ATƏT kimi rəsmi bir təşkilat bu referendumun qeyri-qanuni olduğunu elan edib.

Ermənistanın Fəxri konsulu titulunu daşıyan və heç də neytral mövqe tutmayan, öz iştirakı ilə qondarma “Artsax Respublikası”na hər hansı bir legitimlik görüntüsü yaratmağa çalışan Frank Bengel isə 23 fevral tarixində özünün “Facebook” səhifəsində yazır.

“... Bu insanların (Dağlıq Qarabağda yaşayanlar nəzərdə tutulur – CF) bizim təmsil etdiyimiz azad demokratik dünyanın dəstəyinə ehtiyacı var. Mən bu mübarizəni dəstəkləmək üçün öz fəaliyyətimi aparıram...”

Çılğın Bengel üçün görünür baş verənləri inkar etmək daha asandır. Bütün baş verənlərdən heç nə baş çıxarmayan Lüksemburqlu yarım-jurnalistlər qarşısında çıxış edən Bengel bu “kleptokrat (oğurluq hakimiyyət) banan respublikasına” görə ( “Artsax” nəzərdə tutulur - CF) Lüksemburq hökümətini “terrorçu Bakı rejimi” ilə diplomatik əlaqələri kəsməyə çağırıb.

Görəsən, “Karqoluks” şirkətinin də fəal çalışdığı bir ölkədə iqtisadi maraqları qurban verməyə və çox vacib karbohidrat istehsalçısı olan bir ölkəyə girişdən məhrum olmağa dəyərmi .....

Bəs bu Bengel kimdir?! Bengel - cəsarətli tənha mübarizdirmi? Heç kimin eşitmək belə istəmədiyi ədalət naminə təmənnasız bir şəhiddirmi? .... Əlbəttə yox.

 

Americanın bir beyin mərkəzi tərəfindən maliyyələşmə

Əslində, Lüksemburqlu siyasətçi aralarında bir sıra nüfuzlu şəxslərin də yer aldığı təxminən 150 deputatın, xüsusilə də Elmar Brok ( xristian-demokrat), Rebeka Harms ( ekoloqçu) və Co Linen ( sosial-demokrat) kimi tevtonik Avropa deputatlarının da daxil olduğu “Münaqişələrin qarşısının alınması naminə parlamentarilər şəbəkəsi” adlanan beynəlxalq bir şəbəkənin üzvüdür.

Bu təşəbbüs keçmiş prezidentliyə namizəd milyarder Ross Perotun oğlu Texaslı milyarder kiçik Ross Perotun nəzarətində olan və siyasi, hərbi və iqtisadi maraqları özündə birləşdirən, “Şərq-Qərb İnstitutu” adlanan güclü bir amerikan beyin mərkəzi tərəfindən maliyyələşdirilir. Oğul Perot digər fəaliyyətləri ilə yanaşı həm də daşınmaz əmlak, maliyyə və xüsusilə də neft-qaz sahəsində çox fəal çalışan Hilvud şirkətinin prezidentidir. Məsələn, Hilvudun filialı olan “HKN Enerji” şirkəti Amerikanın 2003-cü ildə İraqda apardığı müharibədən az sonra İraq Kürdüstanında özünün aşkar etdiyi neft yataqlarının istismarını həyata keçirir. “Şərq-Qərb İnstitutu”nun prezidenti-Baş Direktoru 2010-2012-ci illərdə Pakistanda, İraqda və Serbiyada ABŞ-nin səfiri olmuş Kameron Munterdir. Bu beyin mərkəzinin vitse-prezidenti isə 1996-19997-ci illərdə Ermənistanın baş naziri olmuş, sonralar isə Böyük Britaniyada, Lüksemburqda, Vatikanda Ermənistanın

səfiri işləmiş, hal-hazırda Enerji Təhlükəsizliyi üzrə Qlobal Şuranın üzvü, “Bank Of Amerika” və “Merrill Lynch” kimi nəhəng şirkətlərin müşaviri olan Armen Sarkisyandır.

“Şərq-Qərb İnstitutu”na maliyyə dəstəyi göstərən transmilli şirkətlərin siyahısında “Mikrosoft” və Amerikanın bir sıra digər maliyyə şirkətlərinin də adları yer alır. Bütün bu bomondun başqa regionlarla yanaşı Mərkəzi Asiyanın taleyinə də fəal surətdə təsir etmək maraqlarını anlamaq heç də çətin deyil: Xəzər hövzəsinin neft və qaz ehtiyatlarına nəzarəti ələ keçirmək, bu bazarlarda Rusiyanın qarşısını almaq, region ölkələri arasında öz bazarlarını təmin etmək, özləri üçün müxtəlif yeni bazarlar açmaq və s.

Çılğın təbiətli Frank Bengelin bütün bunlardan xəbərsiz olmasına və bu oyunlarda onun heç bir marağının olmamasına inanmaq isə çətindir. “Qərb demokratiyası” naminə yalqız apardığı mübarizədə olduğu kimi...

 

Çomski


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM