Keçən il Kann kinofestivalında iki qadının sevgi əhvalatını danışan, əsas mükafatı qazanan, qızğın müzakirələr doğuran “Adelin həyatı” filmini izləyəndə Jan Lyuk Qodarı xatırladım.
İsveçrədə öz hücrəsinə çəkilib yaşayan, bu maksimalist, inqilabçı qocanın film haqda dəqiq nə düşündüyünü bilmirəm.
Hərçənd, nə deyə biləcəyini təxmin edirəm: “Oğlum, Abdelatif, kino duyumun pis deyil. Amma vaxtımızı alıb “Adelin həyatı”nı bizə 3 saat yox, 1 saat danışsaydın, daha yaxşı film alınardı.”
Ərəb əsilli fransız rejissoru Abdelatif Keşiş “Adelin həyatı”nı melodram janrının kinematoqrafiyada dəfələrlə işlənmiş standartları üzərində qurub: iki gənc qadın Emma və Adel rastlaşır, bir-birinə aşıq olur, sevişir, birlikdə yaşayırlar. Günlərin birində Emmanın iş həyatında kriz yaşanır, o, məqsədinə çatmaq üçün çalışır, əlləşir, Adelə diqqətsiz yanaşır. Özünü tənha hiss edən Adel ona xəyanət edərək bir kişiylə sevişir. Xəyanətdən xəbər tutan Emma onu bağışlamır…
Rejissor bizə romanlarda oxuduğumuz, filmlərdə gördüyümüz, həyatda rastlaşdığımız adi, sıradan, emosional sevgi əhvalatı danışır.
O, yetkin tamaşaçının sevgi təcrübəsinə yeni baxış, emosiya qatmır.
Bəs nədən “Adelin həyatı” Kannda baş mükafatı aldı?
İndiyədək iki geyin sevgisi və ya latent homoseksualın həyatı, iztirabları haqda ekranlaşdırılan bir neçə film nüfuzlu festivallarda yer alıb, mükafatlar qazanıb. “Adelin həyatı” isə iki lesbiyanın eşq hekayətini anladan, sevişmə səhnələrini detallara qədər təsvir edən ilk ciddi filmdir.
Daha önəmlisi rejissor lesbiyan münasibətini normallıq kimi təqdim edib.
Yəni, belə münasibətin cəmiyyətdə yaşamaq haqqının olduğuna aksent eləmir. Heç əhvalatda onlara qarşı çıxan, xüsusi aqressiya göstərən adamlar da yoxdur. Adelin münasibəti valideynlərindən gizləməsini nəzərə almasaq. Hərçənd, bu da filmdə fraqmental olaraq keçir. Çünki Keşiş əsasən iki qadının sevincini, yaşantısını, arzularını, qayğılarını, sarsıntısını, kişi-qadın münasibətindən fərqli olmadığını, məhz bizdən biri olduğunu göstərir.
Eynicinslilərin sevgisini məhz norma kimi təqdim edən film həssas dönəmə - Fansada cinsi azlıqların nikahının leqallaşdırılması ilə bağlı etiraz aksiyaları ilə üst-üstə düşür.
Daha bir detal. Əsas rollardan birinin - Emmanın ifaçısı Lea Seydunun babası Fransa kinosənayesində əhəmiyyətli yeri olan, əsası hələ 1896-cı ildə qoyulan “Pathe” kinoşirkətinin rəhbəridir.
Bütün sadalanan amilləri bir yerə toplasaq, “Adelin həyatı”nın, hələ üstəlik, baş rol ifaçılarının da qaydalara zidd olaraq əsas mükafat alması konyunktura şübhələrinə əsas verir.
Filmə qayıdaq. Yuxarıda dediyim kimi eynicinslilərin münasibətini norma kimi təqdim etməkdən və Adel rolunun ifaçısı Adel Ekzarkopulosun əla oyunundan savayı filmin başqa özəlliyi yoxdur.
Elə ilk epizodlardan rejissor öz tipik şərqli xüsusiyyətini büruzə verir.
Nədənsə heç bir ehtiyac olmadan, kamera Adel yemək yeyərkən yaxın planda onun dodaqlarını, yataqda tək uzanarkən arxasını xüsusi vurğulayır. Təhkiyədə heç bir önəm daşımayan, qadın bədənini kişi acgözlüyü (oxu: rejissor) ilə “tədqiq edən” şəhvani kadrlar bir neçə dəfə təkrarlanır.
Əhvalatın ortasında kameranın dəxlsiz-filansız yeniyetmə qızların vücudlarının daha çox arxa hissəsinə tuşlanmasının dramaturgiyadakı funksionallığı aydın deyil.
Polemikalara yol açan son dərəcə təfərrüatlı intim səhnələrə gəlincə...
Yazılarımdan birində qeyd eləmişdim ki, porno və erotik filmlərdən fərqli olaraq, ciddi ekran əsərlərində intim səhnələrin məqsədi tamaşaçıda seksual istək yaratmaq yox, vücud dilindən istifadə edərək onun yerləşdirildiyi konteksti qabartmaqdır. Yəni cinsi akt sənət filmlərində müəllif üçün onun niyyətinə gedən yolda vasitə, ifadə formasına çevrilir.
Keşiş isə porno filmlərdə olduğu kimi fizioloji hissləri ön plana çəkir, sırf cinsi aktın təsvirinə fokuslanır.
Əgər yataq səhnələri iki qadının çılğın sevgisini göstərmək, əhvalatın emosional qatını daha gücləndirmək məqsədini daşıyıbsa, onda yorucu, uzun, təfərrüatlı, təkrarlanan sevişmə səhnələri ilə rejissor istəyinə nail olmayıb. Əksinə, film “art house”nin sərhədlərini itirir və sanki iki insanın şəxsi həyatına kobud müdaxilə edərək, tamaşaçını vuayerist (insanların intim həyatını gizli müşahidə) olmağa məcbur edir.
Maraqlıdır ki, feministlər Keşişin qadınlar arasındakı seks təsvirinə kişi mövqeyindən yanaşdığını iddia edirlər, onun bu cür vəziyyətlərdə qadın hissinin, ehtirasının necə yarandığını bilmədiyini və kişi standartları ilə çəkdiyini deyirlər.
Yeri gəlmişkən, amerikalı rejissor Yeni Sleydi belə bir eksperimentə əl atıb: filmi lesbiyanlara göstərib. Onlardan birinin fikrincə, intim səhnələr reklam çarxlarında bütün imkanları, nəyə qadir olduğu göstərilən mətbəx cihazlarının reklamına bənzəyir.
Bir qisim “Adelin həyatı” filmində şəxsi münasibətlər fonunda sosial bərabərsizlik problemlərini, dəyişən dəyərləri, tolerantlıq məsələsini və s. göstərdiyini deyir.
Güclü ənənələrə malik Fransa kinosu həmişə radikal, cəsarətli olub, estetik planda inqilab edib, kəskin sosial, siyasi, ideoloji, fəlsəfi baxışı ilə fərqlənib.
Təkcə Fransanın yox, ümumilikdə Avropanın problemləri “yeni fransız kino”sunun təmsilçiləri Jak Odiyarın, Fransua Ozonun, Patris Lekontun və başqalarının filmlərində əksini tapır.
“Adelin həyatı”nı “Romeo və Cülyetta”dan sonra ən yaxşı məhəbbət filmi adlandırılması da sadəcə mübaliğədir. Dünya kinematoqrafiyasında daha maraqlı, dərin, mütəəssiredici melodramlar çəkilib.
Yeri gəlmişkən, filmdə ötəri Sartrın, Pikassonun, Kubrikin, Skorsezenin adının keçməsi sanki fransız cəmiyyətində identifikasiya problemi yaşayan Keşişin ərəb olmağın komplekslərini ifadə edir və alt mesaj ötürür: “Mən də sizdən biriyəm, intellektual bilgilərim də var”.
“Kuskus və balıq” filmində olduğu kimi rejissor burda da bolluca iri planlardan, hərəkətli, titrəyən kameradan istifadə edərək əhvalata dokumentallıq verməyə çalışıb. /kulis.az/
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM