Fəlsəfə doktoru, millət vəkili
Bütün gözləntilərin əksinə olaraq Böyük Britaniyada keçirilən referendum “Brexit”i dəstəklədi. Seçicilərin 52 faizi Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına səs verdi. Səsvermənin sabahı günü səhər saatlarından etibarən Londonun müxtəlif məhəllələrində toplaşan siyasi partiya liderləri – “Brexit”-in tərəfdarları və əleyhdarları özlərinin sevinc və məyusluq hisslərini açıq –aşkar nümayiş etdirirdilər. İfrat sağçıları və millətçiləri təmsil edən, son 17 il ərzində dayanmadan ölkəsinin Avropa Birliyindən çıxmasını təbliğ edən UKİP lideri Naycel Farac toplaşanlara 23 iyun tarixini Böyük Britaniyanın müstəqillik günü kimi yadda saxlamağı tövsiyyə edirdi. Az sonra partiya tərəfdaşları ilə keçirdiyi görüşdə isə göz yaşlarını kameralar qarşısında xüsusi həvəslə nümayiş etdirən Naycel Farac yəqin ki, britaniyalıların taleyindən daha çox gələcək seçkilər üçün elektoratını genişləndirə bildiyini düşünürdü. N.Faracın davranışı və onun axıtdığı sevinc göz yaşları belə bir təsəvvür yaradırdı ki, dəstəklədiyi siyasi avantürizmin belə asanlıqla uğur qazanacağına heç özü də inanmırmış.
Günortaya yaxın bütün vətəndaşların səbirsizliklə gözlədiyi Baş Nazir Devid Kemeron da məşhur Daun street,10 ünvanında kameralar qarşısında göründü. 2010-cu ildə hakimiyyətə gəlməzdən əvvəl Böyük Britaniya ilə Avropa İttifaqı arasındakı əlaqələrə yenidən baxılmasının vacibliyini önə çəkən Devid Kemeron müzakirələrin getdiyi son 4 ayda yaxınlaşan təhlükəni hiss edərək artıq İttifaqda qalmağın vacibliyini təbliğ edirdi. Lakin bütün cəhdlər uğursuz oldu, “daldan atılan daş...” məntiqi özünü bir daha doğrultdu. Hakimiyyətdə olduğu 6 il ərzində davamlı olaraq AB təsisatları ilə siyasi alver etməyə vərdiş etmiş Baş nazir Kemeron öz ölkəsini Avropa İttifaqının ən imtiyazlı üzvünə çevirməyə nail olsa da, sonda “su çanağı suda sınar” məntiqi qalib gəldi. Avropa İttifaqı ilə apardığı bütün təzyiq və şantaj siyasəti onun özünə baha başa gəldi və siyasi olimpdə qalmağın Britaniya centlemeninin davranış kodeksinə uyğun gəlməyəcəyini anlayan Kemeron istefa verməli oldu.
Inamsızlıq və qeyri-müəyyənlik içində şaşırmış insanlar arasında “Brexit’in uğurunu Apokalipsis və zəlzələ adlandıranlar da var. Lakin referendum hələ İttifaqdan çıxmaq üçün əsas deyil, onun nəticələri ölkə parlamentində təsdiq olunmalıdır. Son ümidini parlamentin qərarına bağlayan britaniyalılar küçələrə axışaraq Britaniyanı Aİ-da qalmağa çağıran Petisiyaya imza toplamağa başladılar. Cəmi bir sutka ərzində Petisiyaya imza atanların sayı 2 milyonu keçdi.
Avropa liderlərinin Böyük Britaniyadan dərhal müvafiq prosedurlara başlamağı tələb etməsi Britaniya cəmiyyətində referendumun doğurduğu həyəcanı daha da artırır. Bu arada həm Şotlandiyada və həm də Şimali İrlandiyada yerli hökümətlərin başçıları Birləşmiş Krallığın tərkibindən çıxmaq və müstəqil şəkildə Avropa İttifaqına üzv olmaq haqqında öz referendumlarını keçirmək təşəbbüsü ilə çıxış edirlər. Vətəndaşlarının çox hissəsinin Böyük Britaniyanın İttifaqda qalmasını dəstəkləmiş Şotlandiya və Şimali İrlandiya referendumun nəticələrinə görə haqlı olaraq mərkəzi hakimiyyəti günahlandıırır və Londona təzyiqlərini artırırlar. Yüzilliklər ərzində Birləşmiş Krallığın tərkibində mövcud olmuş, zaman-zaman müstəqillik tələbi ilə çıxış etmələrinə baxmayaraq heç zaman buna nail ola bilməmiş şotlandlar və irlandlar bu gün öz məqsədlərinə həmişə olduğundan daha yaxın görünürlər. Maraqlı olan isə Londonda “Brexit”i dəstəkləməyə çağıran siyasi liderlərin hadisələrin bu istiqamətdə inkişafını - yəni ölkənin parçalanmaq təhlükəsini öncədən ehtimal etməməsidir. Axı cəmi bir il öncə Şotlandiyanın sabiq hökümət başçısı Aleks Salmondun təşəbbüsü ilə keçirilən referendumda əhalinin 50 faizə yaxını Birləşmiş Krallığın tərkibindən çıxmaqla Şotlandiyanın müstəlliyinə səs vermişdi. O zaman səsvermə ərəfəsində Londonun yüksək çinli məmurları – Kemeron hökümətinin ağır çəkili nazirləri həftələrlə Şotlandiyadan
çıxmadan Birləşmiş Krallığın bütövlüyünü qoruyub saxlamaq üçün təbliğat aparırdılar. Nəticədə London bütün mümkün olan və olmayan güzəştlərə getməklə cüzi səs fərqi ilə Şotlandiyanı Böyük Britaniyanın tərkibində saxlaya bilmişdi. İndi isə Şotlandiyanı öz tərkibində saxlamaq üçün Londonun əlində əlavə imtiyaz resursları tükənib. Müstəqillik refrebndumunun yenidən keçiriləcəyi halda Şotlandiyanın doğrudan da Birləşmiş Krallıqdan ayrılmaq ehtimalı çox yüksəkdir.
Şimali İrlandiyada da vəziyyət xoşagələn deyil. Şimali İrlandiyada müstəqillik uğrunda mübarizə aparan milliyətçi qüvvələr yenidən siyasi gündəmi öz nəzarətinə almağa çalışır və Sinn Fein hərəkatının rəhbərləri Şimali İrlandiyanın İrlandiya Respublikasına birləşməsini hədəfləyən referendumun keçirilməsini tələb edirlər. Əslində bu da gözlənilən idi. Birləşmiş Krallıqdan ayrılmaq və Şimali İrlandiya ilə birləşməyi qarşısına məqsəd qoymuş siyasətçilər və bu hərəkatın hərbi qanadını təşkil edən İrlandiya Respublika Ordusu onilliklər ərzində müstəqillik savaşını sürdürürdülər. Hələ 1905-ci yaradılmış Sinn Fein hərəkatı hal-hazırda Şimali İrlandiyada ikinci böyük siyasi partiyadır və Böyük Britaniyada irlandların və şotlandların, İspaniyada isə Kataloniyanın separatizm hərəkatını dəstəkləyir. Bu günkü vəziyyət onlara da öz müstəqilliyini əldə etmək üçün ən əlverişli imkan kimi görünür və irlandların bu imkandan yararlanmaması təəccüblü olardı. Daha çox təəccüb doğuran isə Kemeron hökümətində “Brexit”i dəstəkləməyə çağıran siyasətçilərin bütün bunları öncədən görə bilməməsi və ya görərək biganə qalmasıdır.
Bütün bunlar ölkə daxilində fəallaşmış dezinteqrasiya proseslərinin ilk görüntüləridir və Londonun bu təzyiqlər qarşısında davam gətirə bilməsi və ölkənin bütövlüyünü qoruyub saxlamaya bilməsi çox müşkül görünür. Lakin problemlər bununla bitmir. Avropa İttifaqının liderləri də Londona təzyiqlərini artırır və Böyük Britaniyanın bu günədək İttifaqla münasibətlərində mövcud olan imtiyazlardan məhrum olacağını qaçılmaz hesab edirlər. Doğrudan da, Britaniya vaxtaşırı olaraq birlikdən çıxmaqla Aİ təsisatlarını təhdid etmış və nəticədə birlik üzvləri arasında ən çox imtiyazlara yiyələnmiş ərköyün dövlətdir. Belə bir üzv-dövlətin Birliyi tərk etməsi digər üzvlərin də tərəddüd etməsinə səbəb olar, İttifaqın uğurlu gələcəyinə inamı zəiflədə bilər və daha təhlükəlisi isə xoşagəlməz presedent yardada bilər. Bunun əlamətləri isə artıq görünməkdədir. Fransa millətçilərini təmsil edən Xalq Cəbhəsinin lideri Marion Lö Pen “Brexit” uğurundan ruhlanaraq artıq “Frexit” terminini siyasi gündəmə gətirmək təşəbbüsündə bulunur. Bu kimi təşəbbüslər dünya siyasi sisteminin ən mütərəqqi hadisəsi sayılan Avropa Birliyi kimi unikal bir təsisatın siyasi dayaqlarını sarsıda bilər. Bütün bunları yaxşı anlayan avropasentristlər İttifaqı tərk edən Böyük Britaniyanın İttifaq üzvləri ilə iqtisadi münasibətlərində korrektivlərin dərhal edilməsini zəruri hesab edirlər. Avropa İttifaqının Nizamnaməsi bütün Birlik ərazisində vətəndaşların sərbəst hərəkətini, əmtəənin və kapitalın sərbəst dövriyyəsini nəzərdə tutur. Belə bir qarşılıqlı münasibətlər sistemi İttifaqa üzv olmayan dövlətlərin istehsal etdiyi mal və məhsulların Birlik ərazisinə rəqabətədavamlı qiymətlərlə idxal olunmasını əngəlləyir ki, bu da öz növbəsində İttifaq üzvlərinin istehsal etdiyi məhsullar üçün daha əlverişli bazar imkanları yaradır. Bu imkanlardan məhrum olması Böyük Britaniya şirkətlərinin Avropa bazarına yolunu bağlamaqla onların ixrac imkanlarını nəzərəçarpacaq dərəcədə azaldacaq. Nəticədə böyük Avropa bazarına hesablanmış irimiqyaslı istehsal müəssisələrinin zəifləməsi və hətta iflasa uğraması, çox saylı iş yerlərinin itirilməsi, milli valyutanın zəifləməsi kimi fəsadlar ölkəni siyasi və iqtisadi böhran vəziyyətinə gətirib çıxara bilər. Bu kimi hadisələrin reallaşması Böyük Britaniyanın Birlikdən çıxma prosedurlarının həyata keçirilməsi ilə paralel olaraq baş verəcək. Bütün bunların baş verməsi isə Birləşmiş Krallığa yaxşı heç nə vəd etmir. “Brexit”-in uğuru birdən-birə uğursuzluqların başlanğıcı kimi görünməyə başlayır.
Bu gün britaniyalıları düşündürən suallar çoxdur. Tərkibində İngiltərəni, Şotlandiyanı, Uelsi və Şimali İrlandiyanı birləşdirən Böyük Britaniya “Brexit”-dən sonra öz böyüklüyünü qoruyub saxlaya biləcəkmi? “Brexit” Böyük Britaniya üçün siyasi zəlzələ effekti yaratdı. Bəzən zəlzələnin ardınca gələn
avtoşoklar daha dağıdıcı və daha sarsıdıcı ola bilir. Zəlzələ stressindən ayılmağa hələ macal tapmamış Böyük Britaniya gözlənilən siyasi “avtoşoklara” davam gətirə biləcəkmi? “Ziyanın yarısından qayıtmaq da xeiyrdir” düşüncəsi ilə hərəkət edərək Avropa ailəsinə qayıtmaq London üçün nicat yolu ola bilərmi?
“Brexit”-in uğuru Avropa Birliyi qarşısında da az suallar yaratmır. Bu suallar ilk növbədə “demokratiya”, “insan haqları” və “ədalət” kimi məsələlərdə Birliyin tez-tez nümayiş etdirdiyi qeyri-səmimiyyətlə, dünyanın müxtəlif ölkələrinə və xalqlarına qarşı münasibətlərdə ikili standartlarda çıxış etməsi ilə və eləcə də Avropa təsisatlarında bürokratikləşmənin get-gedə dərinləşməsi ilə bağlıdır.
Bu kimi suallara birmənalı doğru cavab vermək hal-hazırda çox çətin görünür. Nə Britaniyalılar, nə hələlik Devd Kemeronun rəhbərlik etdiyi hökümət, nə də Avropa Birliyinin özü bu suallara cavab vermək iqtidarındadır. Belə görünür ki, bu çətin sualların cavabını Əlahəzrət Zaman verəcək.
Strategiya.az
Qərbin Avrasiya siyasəti, onun dəyişən və dəyişməyən aspektləri
İslam Həmrəyliyi Siyasəti: Azərbaycanın qlobal humanizmə töhfəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM