ALBERT EYNŞTEYN MƏNTİQİ VƏ YA RƏCƏB TAYYİB ƏRDOĞANIN SİYASİ KƏŞFİ

09:26 / 01.04.2014

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR


Siyasətin fizikadan çətin olduğunu söyləyən dahi Albert Eynşteynin məşhur bir fikrinə görə, “bir şeyin qeyri-mümkün olduğunu hər kəs bilir, lakin bunu bilməyən  şəxs kəşfi edir”. Eynşteyn məntiqini Türkiyədə keçirilən 30 mart bələdiyyə seçkiləri və onun nəticələrinə tətbiq  etsək, Baş nazir Rəcəb Tayyib Ərdoğanın möhtəşəm siyasi kəşfə imza atdığı qənaətinə gəlmək olar. 17 dekabr rüşvət-korrupsiya qalmaqalı, “kaset” ifşası və digər “kataklizmlər”in hədəfinə çevrilmiş və elə bu səbədən də qalib gəlməsi ilk baxışdan mümkünsüz görünən 30 mart bələdiyyə seçkilərini AKP bir “istiqlal mücadiləsi” kimi dəyərləndirərək 43.18 faizlik səsə sahib oldu. Bununla da “qələbə çələngi”ni boynuna keçirdi. Onu daban-dabana izləyən ana müxalifət partiyası CHP-yə səslərin 26.66, MHP-yə 17.63, BDP-yə 4.09 faizini toplamaq nəsib oldu. Müstəqil namizədlərə isə seçicilərin 0.21 faizi səs vermişdir. Bütün bu statstik göstəricilər nəticəni inikas etdirir. Bəs Baş nazir Rəcəb Tayyib Ərdoğan başda olamaqla AKP-nin möhtəşəm qələbəsinin səbəbləri nədir? Bu qələbənin kökündə dayanan amillər hansılardır? Məlum qələbədə xarizmatik lider fenomeninin rolunu necə qiymətləndirmək olar? Bu və digər suallara cavab verməyə çalışaq.

1.AKP-nin bələdiyyə seçkilərində qalib gəlməsinin ilkin səbəbini onun yeritdiyi uğurlu iqtisadi siyasətdə axtarmaq lazımdır.

Məlum olduğu kimi, Türkiyə 1994-2001-ci illərdə, yəni 7 ildə 5 iqtisadi böhran yaşamışdı. 2001-ci ildə isə Türkiyə çağdaş tarixinin ən üzücü iqtisadi böhranının məngənəsində çabalayırdı. Bir gündə Türkiyə lirəsi təxminən 100% uzuzlaşmışdı. Bir neçə gün ərzində ölkədən 7 milyard dollar kapital axını olmuşdu. İnflyasiya fəlakətli həddə-67%-ə çatmışdı. Büdcə kəsiri ÜDM-nin 15%-ni ötmüşdü. Dövlət borcu ÜDM-nin 90%-ni keçmişdi. Ağır iqtisadi sarsıntılar məngənəsində sıxılan əhalinin sabahına olan inamı itmişdi. Xalq depressiya vəziyyətində heç bir siyasi qüvvəyə güvənə bilmirdi. Bax bu reallıqlar fonunda AKP Türkiyə siyasi həyatına ildırım sürəti ilə daxil oldu. 2002-ci ildə siyasi olimpin zirvəsinə yüksəldi. Xalqın etimadını doğrultdu. AKP son 10 il ərzində ÜDM-nin düz 5 dəfə yüksəltməyə nail oldu. Onu 150 milyard dollardan 790 milyard dollara çatdırdı. Inflyasiya 67%-dən  6,5 %-ə düşdü. Ölkənin ixrac qabiliyyəti 10 il əvvəl 25 milyard dollar təşkil edirdisə, hal-hazırda 152 milyard dollara yüksəlmişdir.  Xarici valyuta ehtiyatları müvafiq dövrdə 20 milyard dollardan 125 milyard dollara qədər artmışdır. Ölkədə işsizliyin səviyyəsi 2013-cü ilin yanvar ayının göstəricisinə görə, 8,4 % təşkil etmişdir. Dünyadakı müasir iqtisadi konyukturanı nəzərə aldıqda, bu göstəricini də məqbul hesab etmək olar. AKP 2023-cü ilə, yəni Türkyə Cümhuriyyətinin 100 illiyinə 2 trilyon dollar ÜDM və  500 milyard dollar ixracatla daxil olmaq niyyətindədir. Bu nəticə ilə Türkiyə inkişaf etmiş dövlətlərin 10-luğunda yer almağı hədəfləmişdir. Hal-hazırda AKP iqtisadi inkişaf etmiş 20 dövlətlətin sırasında 17-ci mövqedədir.

AKP iqtidarına 30 mart seçkilərində xalqın yenidən etimad göstərməsində başqa bir faktın da rolu az olmamışdır. Belə ki, 2013-cü il 20 may tarixində Türkiyə Beynəlxalq Valyuta Fonduna (BVF) olan borclarını tam ödəmişdir. Sonuncu ödəniş 422 milyon dollar təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, 2001-ci ildə, yəni AKP iqtidara gəlməmişdən 1 il öncə Türkiyənin  BVF-yə borcu 23,5 milyard dollar təşkil edirdi. Deməli, AKP bu nailiyyəti ilə Türkiyəni “BVF-yə borcu olmayanlar klubu”na daxil etdi. Xalqın gözü tərəzidir. Yuxarıda qeyd etdiyimiz faktlar və arqumentlərin natamam təqdimatı belə göstərir ki, AKP hakimiyyəti Türkiyəni dünya iqtisadiyyatında iqtisadi “autsayder”dən, onun “favoriti”nə çevirə bilmişdir. 2008-ci ildən başlayan və hələ də tam yekunlaşmamış dünya maliyyə-iqtisadi böhranı Türkiyə iqtisadiyyatının möhkəmliyinin və rəqabətəqabilliyinin  sınağı oldu. Türkiyə bu sınağdan üzüağ çıxıdı. Avropa vətəndaşlarının öz maliyyə vəsaitlərini labüd bankrotdan  hifz etmək üçün Türkiyə bankalarına çoxsaylı müraciətləri də yuxarıda səslənən fikirlərin məntiqi təsdiqi kimi dəyərləndirilə bilər.

2. Türkiyənin iqtisadi inkişafının daxili amilləri.

Bu amilləri şərti olaraq 5 qrupa bölmək olar:

  1. 1980-ci illərdə Türqut Özalanın islahatları;
  2. Orta sinfin və mühafizəkar burjuaziyanın yaranması (İslamçı kalvinistlər);
  3. Əvvəlki böhranlardan dərs alınması;
  4. “Təhsilli uşaqlar” faktoru;
  5. Səmərəli siyasi rəhbərlik

Sonuncu amilin üzərində xüsusi olaraq dayanmağa dəyər. Türkiyənin son 100 ildə 3 nəhəng siyasi lider yetişdirdiyini mübaliğəsiz söyləmək mümkündür. Bunlar Mustafa Kamal Atatürk, Turqut Özal və Rəcəb Tayyib Ərdoğandır. Xüsusilə müasir dövrümüzün xarizmatik liderləri sırasında Rəcəb Tayyib Ərdoğanın özünəməxsus yeri vardır. Dünyada qlobal lider kasadlığının mövcud olduğu çağdaş reallıqda bu amilin rolu daha da artmışdır. Məhz Rəcəb Tayyib Ərdoğanın və komandasının yeritdiyi çevik və nəticəyə hesablanmış siyasət Türkiyəni regional fövqəldövlət statusuna yüksəldə bilmişdir. Bu reallığı həzm edə bilməyən daxili və xarici əleyhdarlar hər vəchlə bu inkişafa mane olmaq istəyirlər. Türkiyəyə müxtəlif yarliqlar asır, onu “Yeni Osmançılıq”da  ittiham edirlər. Hətta iş o yerə gəlib çatmışdır ki, Baş nazirin komandasının mühüm simalarından biri olan və ABŞ-da Türkiyənin “Kissenceri” adlandırılan xarici işlər naziri Əhməd Davudoğluna Dövlət katibi Hillari Xlinton belə bir ritorik  sualla müraciət etmişdir: “Türkiyə nədən bu qədər fəaldır?”. Əhməd Davudoğlunun məntiqli cavabı özünü çox gözlətməmişdir: “ Türkiyənin ətrafında diametri 1000 km olan bir çevrə cızdıqda, 20 dövlətin əhatəsinə düşürük. Diametri 3000 km-ə çatdırdıqda isə dövlətlərin sayı 70-i ötür. Eyni qaydanı ABŞ-a tətbiq edikdə isə hər dəfə Kanada, Meksika və okeanları görürük. Hər iki dövlət isə ABŞ-ın dostu, müttəfiqidir. Bizim fəallğımız  bax bu reallıqlardan qaynaqlnır”. Xanım  Klinton bir daha bu məsələyə qayıtmamışdır. Zənnimizcə, burada əlavə şərhə ehtiyac yoxdur. Buna baxmayaraq, müttəfiq olsa da belə, ABŞ Türkiyəyə qarşı təsir və təzyiq rıçaqlarını əldə  saxlamaqda hər zaman maraqlıdır. Həmin rıçaqlar sırasında ənənəvi “qondarma erməni soyqırımı”, “kürd məsələsi”ilə yanaşı, “mənzil-qərargahı” Pensilvaniyada olan siyasi-ideoloji cərəyan vasitəsilə yeni təsir mexanizmləri də yer alır.

Bu reallıqlar fonunda 30 mart bələdiyyə seçkilərini Rəcəb Tayyib Ərdoğanın özü üçün də bir ümumxalq referendumu hesab etmək olar. Təkcə partiyası deyil, o özü də şəxsən bu referendumdan qalib kimi çıxdı. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev martın 31-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində inamlı qələbəsi ilə bağlı onu  təbrik edib, qardaş Türkiyə xalqına firavanlıq və tərəqqi arzularını çatdırıbdır. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan göstərdiyi diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildiribdir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnun olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Beləliklə, sonda onu da qeyd edək ki, Türkiyə reallıqlarında dəfələrlə təsdiqlənmiş nəticəyə görə, bələdiyyə seçkilərində qalib gələn siyasi qüvvə prezident və parlament seçkilərində də anoloji göstəriciyə imza atır. Bu ilin avqust ayında Türkiyədə prezident seçkiləridir. Biz artıq proqnozumuzu verdik...


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM