İnsan alveri cinayətinə ümumi baxış və Azərbaycanda bu sahənin hüquqi aspektləri

10:04 / 11.07.2016

İnqilab Şirinbəyli

Siyasi şərhçi, EL tv-nin əməkdaşı

 

  Hazırda bütün bəşəriyyəti təhdid edən ən ciddi problemlərdən və transmilli cinayətlərdən biri də insan alveridir. Artıq xeyli müddətdir ki,bu cinayətin başında dayanan böyük qruplar Azərbaycanda da əl-qol açıb.Nəzərə alsaq ki,hazırda dünyada silah və narkotik maddələrin alverindən sonra üçüncü ən gəlirli sahə insan alveri hesab olunur. Onda bu transmilli cinayətin mafioz qruplar və cinayətkar şəbəkələr üçün nə qədər diqqətçəkən sahə olduğunu şərh eləməyə ehtiyac qalmır.Araşdırmalar göstərir ki, insan ticarətinin əsas qurbanları adətən bir qayda olaraq zəif və zərif məxluqlar olan qadın və uşaqlardır.Təbii ki burda sosial çətinliklər girdabında çabalayan,o cümlədən maarifsiz kişiləri də unutmaq olmaz. Çünki onlar da insan alverinin qurbanına çevrilir və bu sahə ilə məşul olan cinayətkarlar, əsasən 18 yaşından 55 yaşınadək kişiləri qanunsuz əməyə cəlb edirlər.Bir çox hallarda ölkə vətəndaşları olan kişilər bəzən mövsümü xaraklerli işlərdə çalışmaq üçün ölkəni qısamüddətli tərk edirlər. Başqasının əməyinin istismarı bahasına gəlir əldə etmək istəyən cinayətkarlar, belə insanların etibarından sui-islifədə edərək onları toplayaraq xarici ölkələrə aparır və qul vəziyyətinə salırlar. Belə insanlar uzun müddət kölə vəziyyətində işlədikdən sonra, xəstə yarımcan halda ölkəyə, öz ailələrinin yanına qayıdır. Bəzi hallarda isə belə kişilər özlərini günahkar saydıqları üçün ailələrinin yanına qayıtmaq istəmirlər.Araşdırmalardan o da məlum olur ki,hətta əməyi istismar olunan istər kişi,istərsə də qadınlar çox asanlıqla “orqan mafiyası”nın “yağlı şikar”ına çevrilirlər.İnsan alverininə ən münbit şəraitin yarandığı yerlərdən biri də Fahişəxanlardı.Məhz bu məkanları potensial qurbanların toplandığı yer adlandırsaq yəqin ki yanılmarıq. Dünyanın bir neçə ölkəsində fahişəxanalar leqal fəaliyyət göstərsə də Azərbaycanda bu biznes gizli şəkildə həyata keçirilir. Bir müddət öncə Azərbaycanda insan alverinin və fahişəxanaların leqal fəaliyyət göstərməsi məsələsi gündəmə gətirilmişdi. Lakin bu məsələyə birmənalı münasibət olmadığı üçün təklif qərara çevrilmədi. Ekspertlər hesab edir ki, pritonların leqallaşdırılması nəticəyə müsbət təsir göstərməyəcək, əksinə, əlavə qazanc mənbəyinə çeviriləcək. Deməli,təhlükə olduqca ciddidir və qurbanların sayının hər ötən gün artması qaçılmazdır.Bunun qarşısının alınması üçün qanunvericiliyin bütün gücündən maksimum istifadə olunmalı və hüquq-mühafizə orqanları ilə yanaşı ictimaiyyət də bu mübarizəyə aktiv şəkildə qoşulmalıdır.Ona görə ki,biz bir reallığı qəbul etmək zorundayıq. Azərbaycan icbari əmək və seks məqsədilə insan alverinə məruz qalmış kişi, qadın və uşaqlar üçün mənbə, tranzit və təyinat ölkəsidir. Azərbaycanlı kişi və oğlanlar Rusiyada qul əməyinə məcbur edilir, qadın və uşaqlar cinsi istismar məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə,Türkiyəyə, Rusiyaya və İrana aparılırlar. Vurğulamaq yerinə düşər ki,sövetlərdən qopub yeni müstəqillik əldə edən respublikalarda müşahidə olunan sosial problemlər insan ticarətinin geniş vüsət almasında əsas amillərdən biridir.Məhz müstəqillik dönəmindən sonra transmilli mütəşəkkil cinayətkarlığın növlərindən olan və mahiyyət etibarı ilə hər bir ölkənin təhlükəsizliyinə ciddi təhdidlər yaradan insan alveri Azərbaycanda da geniş vüsət almağa başlayıb.90-cı illərin əvvəllərindən bu təhlükə Azərbaycanı da təhdid etdiyindən, 6 may 2004-cü ildə insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib, 2005-ci ildə isə Daxili İşlər Nazirliyinin nəzdində İnsan Alverinə qarşı Mübarizə İdarəsi yaradılıb.Həmçinin,İnsan alveri Cinayət Məcəlləsinin 144-1 maddəsində ümumiləşdirilib: bu anlayış altında “şəxsin alqı-satqısı və yaxud ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə AR-nın dövlət sərhədindən keçirilməsi və ya eyni məqsədlə digər şəxsə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması və qəbul edilməsi” başa düşülür.

Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi,hüquqi bazanın gücləndilməsi və insan alverinə qarşı mübarizə tədbirlərinin effektivliyinin artırılması məqsədi ilə əlavə qərarlar qəbul edilib.Bunun nəticəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 1 fevral tarixli,21 nömrəli qərarı ilə “İnsan alveri cinayəti qurbanlarının insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təhvil verilməsi Qaydaları”ı təsdiq edilib.Ən önəmli addımlardan biri isə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planıdır. Qeyd edək ki,Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqlarının, respublikanın vətəndaşları üçün layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədidir.Məhz bundan irəli gələrək şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorunması üçün 13 maddədən ibarət Milli Fəaliyyət Planı İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik tədbirlərini, İnsan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsini, İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyasını, İnsan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsini,o cümlədən İnsan alveri qurbanlarının müdafiəsini özündə etiva edir.Həmçinin, İnsan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmənin aparılması əsas fəaliyyətlərdən biridir. Milli Fəaliyyət Planının 3-cü maddəsnin 3.4. hissəsində “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın, “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın, “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nın, “İnsan alveri qurbanlarına kömək fondu haqqında Əsasnamə”nin, “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın və digər aidiyyəti normativ hüquqi aktların təkmilləşdirilməsi nəzərdə tutulur.Bütün

 

Bunlardan irəli gələrək Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) da insan alverinə qarşı mübarizəyə öz töfhəsini verməkdədir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM