Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar

08:53 / 20.07.2016

 

Paytaxtımız böyük bir meqapolisə çevrilir. Bakı demək olar ki, hər gün, hər an simasını dəyişir. Nəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq, mənzil başına tez və vaxtında çatmaq istəyənlərin tarıma çəkilən əsəblərini yumşaltmaq üçün yeni yolların salınması, küçələrin genişlənməsi xüsusilə diqqət mərkəzindədir.

Görülən işlərin hər biri insanların rahatlığı üçün nəzərdə tutulub. Və yerin üstündə itirdiyimiz vaxtı yerin altında dəyərləndirmək üçün hər gün metrodan istifadə etməyimiz elə bu nəqliyyat vasitəsinin də son illər nəzərəçarpacaq qədər inkişafının göstəricisidir. Bakıda oxuyan, işləyən, tələbə, alim, həkim, fəhlə, paytaxtımızın sakinlərinin və qonaqlarının mənzil başına rahat və təhlükəsiz şəkildə çatmaq üçün istifadə etdiyi metro həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Ancaq bu nəqliyyat vasitəsi heç də həmişə təhlükəsiz olmur. Bu gün dünyanın düzəninin pozulması, müharibənin, terrorun insanları öz evindən, isti ocağından qaçqın, köçkün vəziyyətinə salması ondan xəbər verir ki, öldürməyə, baş kəsməyə, qan tökməyə hazır olanların niyyəti dünyanı viran qoymaqdır.

Metrolar, ictimaiyyətin intensiv olaraq istifadə etdiyi nəqliyyat vasitələri həmişə terrorçuların diqqət mərkəzində olub. Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, Bakı metrosunda da ötən illər ərzində terror hadisələri törədilmiş və dinc sakinlər həlak olmuşlar.

Bu gün isə metroda tam başqa bir ab-hava var. Onun təhlükəsizliyini təmin etmək, təhlükəsizlik tədbirlərini gücləndirmək üçün həmkarlarımız gecəli-gündüzlü xidmət aparır, inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilir, qarşıya çıxacaq hər hansı problemin həllinə təkan verə biləcək yeniliklər tətbiq olunur. Bakı metropolitenində bütün stansiyaların girişində, minik meydançalarında, həmçinin MDB ölkələri arasında, ilk dəfə olaraq, vaqonlarda kameralar quraşdırılmışdır.

Bakı metrosunun əhatə dairəsinin genişlənməsi həm metropoliten, həm də polis əməkdaşlarından daha ayıq-sayıq olmağı tələb edir.

Müharibə şəraitində yaşayan bir ölkə kimi bu gün bizim daha çox təhlükəsizlik tədbirləri görməyimiz lazımdır. Daxili, həm də xarici təhlükədən qorunmağın ən sadə üsullarından biri də təkcə metropoliten işçiləri, polis əməkdaşları deyil, vətəndaşlar arasında da maarifləndirmə işini yüksək səviyyədə qurulmasıdır. Elə metroda asayişi təmin edən, təhlükəsizliyi qoruyan

həmkarlarımızın fəaliyyəti, ötən yarım illiyin yekunları ilə bağlı Polis şöbəsinin rəhbərliyi ilə ilk müzakirə etdiyimiz mövzu təhlükəsizlik oldu.

Şöbənin rəis müavini, polis polkovnik-leytenantı Aleksandr İsmayılov bildirdi ki, təhlükəsizlik metropoliten üçün bir nömrəli məsələdir. Hazırda metropolitendə videomüşahidə kameraları fəaliyyət göstərir və onlar əvvəlki illərdən fərqli olaraq təsvirin daha səlisliyi ilə yanaşı, girişdən çıxışa qədər videomüşahidəni təmin edir. Ona unikal yenilik edilərək, sərnişinsayma və üzdəntanıma kimi sistemlər də əlavə olunub. Təhlükəsizlik tədbirləri sırasında SOS qurğularının özünəməxsus yeri var. Hər bir stansiyada quraşdırılan bu avadanlıqlar xüsusi hallarda sərnişinlə dispetçer arasında birbaşa əlaqə yaratmağa imkan verir və bir çox funksional üstünlükləri ilə seçilir.

üç dildə fəaliyyət göstərən sərnişin informasiya sorğu köşklərində, xüsusən, şəhərə nabələd olanlardan ötrü məlumat bazası yerləşdirilib.

Əlbəttə, tək sərnişindaşıma deyil, eyni zaimanda, elektrik təchizatı, elektromexanika sistemləri, xüsusən də ventilyasiya və sanitar xidmətin təşkili baxımından tətbiq edilən bir çox yeniliklər, tunel qurğularının mühafizəsi ilə bağlı istər səmərələşdirici, istərsə də texnoloji qərarlar bu gün həm sərnişinə xidmət səviyyəsinin yaxşılaşdırılması, həm də metropoliten obyektlərinin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi baxımından əhəmiyyətli rol oynayır.

Rəis müavini deyir ki, kadrların hazırlanması, şəxsi heyətin peşəkarlığının artırılması, xidmətə qəbul olunan gənc əməkdaşların xidmətdə özünü doğrultmaları üçün lazımı şəraitin yaradılması, onlara metropolitenin iş və istifadə qaydasının, texninki təhlükəsizliyin, metronun özünün təhlükəsizlik qaydalarının, həmçinin metropolitendə Post-patrul xidmətinin aparılmasının xüsusiyyətlərinin Şöbənin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Cavid Cəfərov, şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Vaqif Mehdiyev və şöbənin rəis müavini tərəfindən izah olunması əldə olunan uğurların qarantıdır. Şöbənin əməkdaşlarına müxtəlif ölkələrin mütəxəssisləri tərəfindən treninqlər keçirilir, beynəlxalq təcrübənin öyrədilməsi üçün DİN və Baş İdarə rəhbərliyi tərəfindən mühüm addımlar atılır. Ötən dövr ərzində metropoliten ərazisində və qatarlarda baş vermiş bir çox cinayət faktlarının “isti izlərlə” açılmasında müasir texnologiyalardan istifadə edilməsi şəxsi heyətin işində dönüş yaradıb. Müşahidələrimizdən də belə qənaətə gəldik ki, metropolitendə sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üzrə fasiləsiz surətdə iş aparılır, terror təhlükəsinin qarşısını almaq üçün müəyyən olunmuş qaydada müvafiq tədbirlər həyata keçirilir.

Şöbənin rəisi, polis polkovniki Samir Hüseynovla söhbət zamanı o, bir arzusunu, istəyini də qeyd etdi. Dedi ki, sərnişinlər metroya daxil olarkən, yaxşı olardı ki, özləri əşyalarını polisə təqdim etsinlər. Bu həm ümumi işin xeyrinədir, həm də hər birimizin təhlükəsizliyi üçün vətəndaşlar tərəfindən atılan addımdır.

Diqqətimizə o da çatdırıldı ki, sərnişinlərin də metroda olarkən müəyyən vəzifələri var ki, bu vəzifələrdən çoxu onların təhlükəsizliyinə yönəlib. Məsələn:

Əgər vətəndaş qatarda olarkən hər hansı bir xoşagəlməz halla rastlaşarsa, metropoliten ərazisində şübhəli şəxs, əşya görərsə, mütləq metro nəzarətçilərinə və ya xidmət aparan polis əməkdaşına bu barədə məlumat verməlidir.

Paytaxt metrosunda asayişin keşiyində duran, təhlükəsizliyi təmin edən həmkarlarımız bu gün polis-vətəndaş münasibətlərinin formalaşması üçün etik-davranış kodeksinin müddəlarına riayət etməklə yanaşı, öz töhfələrini də verirlər.

Bu onların devizidir: yəni metrodan istifadə edən hər bir vətəndaş, ölkəmizə gələn turuslər xoş üzlə qarşılanacaq və tam təhlükəsiz şəraitdə mənzil başına yetişəcəkdir.

Məlumat üçün bildirək ki, Şöbənin əməkdaşları idman sahəsində böyük uğurlara imza atıblar. Onların içində müxtəlif idman növləri üzrə dünya, Aavropa və DİN çempionları var. Bu il futzal üzrə keçirilən DİN birinciliyində də şöbənin komandası birinci yerin sahibi olub.

Əldə olunan uğurlar onu deməyə əsas verir ki, yeraltı şəhərdə asayişi təmin edən, nümunəvi xidmət mədəniyyətinin yaradıcıları kimi cəmiyyət içində böyük nüfuza malik olan Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları cinayətkarlıqla mübarizədə də əllərindən gələni edəcək və sərnişinlərin rəğbətini qazanacaqlar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM