AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR
Zəmanəmizin dühası, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan keçən dövr ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması və xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir
Bu tədbirlər təsadüfi və xaotik məzmunlu olmayıb, demokratik dövlət quruculuğu prosesinin daxili məntiqi və dialektikasından qaynaqlanır, eyni zamanda oxşar tendensiyaları yeni reallıqlar fonunda perspektivdə də təkrarlanması gerçəkliyini inikas etdirir.
Məhz həmin reallıqların nəticəsi olaraq bir sıra mühüm hüquqi normalara konstitusion status vermək üçün hələ 2002-ci il avqustun 24-də ümumxalq səsverməsi – referendum keçirilmiş, konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilmişdir. Xalqın siyasi iradəsinin təcəssümü olan həmin referendum nəticəsində proporsional seçki sistemi ləğv olunmuş, müstəsna hallarda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin Milli Məclisin sədrinə deyil, Baş nazirə keçməsi proseduru təsdiqlənmiş, prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu ilə hesablanması qaydası müəyyənləşmiş, habelə, hökümətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsi, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiya məhkəməsinə
verilməsi, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması və s. kimi prinsipial məsələlər hüquqi həllini tapmışdır.
7 il sonra tam konstitusion qaydalara uyğun olaraq, Milli Məclis 26 dekabr 2008-ci il tarixində keçirilmiş iclasında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üçün 2009-cu il martın 18-də referendumun keçirilməsi ilə bağlı tarixi qərar qəbul etmişdir. Ümumxalq səsverməsinə çıxarılan Referendum Aktının layihəsində 29 maddə üzrə 41 dəyişiklik və əlavənin edilməsi təklif olunmuşdur. Bu dəyişikliklərdən 17-si maddələrə yeni hissələrin və ya bəndlərin əlavə edilməsi, 7-si maddələrdə sözlərin əvəz edilməsi, 7-si maddələrə yeni sözün və ya sözlərin əlavə olunması, 6-sı maddələrə yeni cümlələrin əlavə oluması, 2-si maddələrin yeni redaksiyada verilməsi, 1-i isə maddədən sözün çıxarılması ilə bağlıdır.
Cəmiyyətdə heç nə statik deyil, dəyişən zaman kontekstində mövcud meyar və dəyərlərə də müvafiq fərqli yanaşma labüddür. 2009-ci ildə həyata keçirilmiş konstitusiya islahatından sonra ölkənin ictimai-siyasi həyatında baş vermiş köklü dəyişikliklər – hüquq sisteminin təkmilləşməsi, demokratikləşmə prosesinin dərinləşməsi, təhlükəsizlik məsələlərinin yeni məzmun kəsb etməsi, dövlət strukturlarının yenilənməsi, ictimai təsisatların inkişafı, yerli özünüidarəetmə orqanlarının məsuliyyətinin artırılması və digər mühüm proseslər Konstitusiyaya bir daha nəzər salmaq, əsas qanuna bəzi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirmişdir.
Konstitusiyanın 152-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əsas Qanununun mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Konstitusiyaya əlavələrin təklif edilməsi təşəbbüsünü nəzərdə tutan 157-ci maddəyə əsasən, müvafiq təkliflə Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti çıxış edərsə, bu halda nəzərdə tutulan dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinin rəyi alınır. Elə bu məntiqlə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 18 iyul tarixində “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya
Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalamışdır. Referendum Aktına görə, Konstitusiyanın 23 maddəsinə (9, 24, 25, 29, 32, 36, 47, 49, 53, 56, 57, 58, 59, 60, 68, 71, 85, 89, 100, 101, 105, 121, 126) əlavə və düzəlişlərin edilməsi, habelə yeni 6 maddənin (98, 103, 106, 108, 110, 146) əlavə edilməsi nəzərdə tutulmuşdur.
Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrinə: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur.
Bu sahələr içərisində təhlükəsizlik və müdafiə məsələlinin təsbit olunduğu Konstitusiyanın 9-cu maddəsinin I hissəsinin aşağıdakı redaksiyada verilməsi xüsusi aktuallıq kəsb edir: “Azərbaycan Respublikası öz təhlükəsizliyi və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.” Heç şübhəsiz, bu dəyişikliyin konstitusion norma səviyyəsinə qaldırılması qeyri-qanuni hərbi birləşmələrin yaradılmasının qarşısını almaq üçün vacib hüquqi bazanı formalaşdırmış olur. Regional və beynəlxalq səviyyələrdə bu qəbildən təhlükələrin mövcudluğu və onların artma tendensiyasının müşayiət olunması sözügedən məsələlərin konstitusion norma olaraq Əsas Qanunda təsbit olunmasını zərurətə çevirmişdir.
Bu bir həqiqətdir ki, demokratik inkişaf yolunu seçmiş dövlətlərdə plüralizm və tolerant münasibətlərin daha da inkişafı cəmiyyətin hər bir üzvünün öz hüquq və azadlıqlarından maksimum istifadə üçün unikal imkanlar yaradır. Vətəndaş cəmiyyətinin mahiyyətindən doğan və onun təcəssümü olan bu reallıq nə qədər paradoksal səslənsə də, konkret şəraitdə bu hüquqlardan sui-istifadə olunması gerçəkliyini də istisna etmir. Başqa sözlə, qanunvericilikdə boşluqların olduğu
təqdirdə demokratik cəmiyyətin yaratdığı münbit şəraitdən antidemokratik davranışın realizə olunması üçün faydalanmaq təhlükəsi real məzmun kəsb edə bilir. Bu nöqteyi-nəzərdən Konstitusiyanın 24-cü maddəsinə “İnsan ləyaqəti qorunur və ona hörmət edilir” məzmunlu I hissənin, habelə III hissəyə “Hüquqlardan sui-istifadəyə yol verilmir” məzmunlu cümlənin əlavə edilməsinin təklif olunması olduqca vacib addım sayılmalıdır.
Bu, bir həqiqətdir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq kimi xarakteristikaya malik məlumat azadlığı hüququ başqalarının hüquq və qanuni mənafelərinin pozulması hesabına həyata keçirilməməli, həmin şəxslərin müvafiq qanuni vasitələrlə özünü müdafiə hüququnu istisna etməməlidir. Bu, Konstitusiaynın 50-ci maddəsinin tələbidir. Buna baxmayaraq, müvafiq sahədə hələ də müyyən hüquqi vakuum mövcud idi. Belə ki, qanunla müəyyə edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədilə elektron formada və kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmağın qanunla qadağan edilməsi həllini tapmayan hüquqi məsələlər sırasında idi. Referendum Aktı layihəsinin 32-ci maddəsinə edilən VI, VII və VIII hissələr bu sahədə mövcud hüquqi boşluğun doldurulması baxımından mütərəqqidir, fərdi məlumatların dairəsi, onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtlərini müəyyən edir, insanların informasiya təhlükəsizliyi ilə bağlı hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən neqativ halların aradan qaldırılması mənafeyinə xidmət göstərir.
Məlum olduğu kimi, olkəmizdə siyasi və iqtisadi islahatlar paralel olaraq aparlmaqdadır. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirən mühüm amildir. İqtisadi müstəqilliyimizin təminatı və möhkəmləndirilməsində Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi şaxələndirmə siyasəti həlledici rola malikdir. Bu siyasət ilk növbədə enerji resurslarından asılılığın minimuma endirilməsini, qeyri-neft sektorunun inkişafını özündə ehtiva edir. Ölkəmiz üçün qeyri-neft sektoruna daxil olan prioritet sahə kənd təsərrufatıdır. Təsadüfi deyildir ki, 2015-ci il Prezident İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı” ili elan edilmiş, habelə hər sonrakı ilin bir kənd təsərrüfatı ili kimi qeyd edilməsinın vacibliyi
vurğulanmışdır. Bundan savayı, iyul ayının 10-da Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatının inkişafı perspektivlərindən bəhs edərkən bildirdi ki, “torpaqlardan səmərəli istifadə olunmalıdır. Bəzi hallarda torpaqlar zəbt edilib. Orada heç bir fəaliyyət göstərilmir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki, digər şəxslərdən alınmalıdır və onlar insanlara verilməlidir ki, onlar əkilib-becərilsin. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır.”
Məhz dövlət başçısının yuxarıda səslənən mövqeyindən qaynaqlanaraq təşəbbüsçüsü olduğu Referendum Aktı layihəsinə çıxarılan məsələlər sırasında Konstitusiyanın 29-cu maddəsinə aşağıdakı məzmunda V və VII hissələrin əlavə edilməsi nəzərdə tutulmuşdur: “Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.”, “Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər”.
Heç şübhəsiz, bu əlavələrin Konstitusiyada əks olunması təklifinin irəli sürülməsi Azərbaycan üçün strateji xarakterli aqrar sahənin (taxılçılıq, üzümçülük, pambiqçılıq, tütünçülük, baramaçılıq, heyvandarlıq və s), daha da inkişafı və möhkəmləndirilməsi mənafeyinə xidmət göstərir.
Referendum Aktı layihəsinin 36-ci maddəsinə təklif olunan dəyişiklik əmək hüququ əsasında işləyənlərinin hüquqlarının müdafiəsini özündə ehtiva edir və elə bu səbəbdən də kifayət qədər böyük ictimai maraq doğurur. Bu məqsədlə müvafiq maddəyə edilən dəyişikliyə lokaut anlayışı əlavə edilmişdir. Məlum olduğu kimi, Əmək Məcəlləsində işçilərin tətil, işəgötürənin isə lokaut hüququ təsbit olunmuşdur. Dəyişikliyə əsasən isə əmək müqaviləsi əsasında işləyənlərin tətil etmık hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular və mülki şəxslər isə tətil etmək hüququna malik deyillər. Dəyişikliklərə əsasən, qanunla müəyyə edilmiş hallar istisna olmaqla, konstitusion səviyyədə lokautun tətbiqi qadağan edilmişdir.
Referendum Aktı Layihəsində böyük ictimai maraq və rezonansa səbəb olan dəyişikliklər sırasında 85-ci maddənin I hissəsi (“yaşı 25-dən aşağı olmayan” sözləri “ seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin) və 100 maddəsi ilə bağlı dəyişiklik (“yaşı 35-dən aşağı olmayan” sözləri çıxarılsın) üzərində xüsusi olaraq dayanaraq qeyd edək ki, hər iki halda söhbət müvafiq olaraq parlament ve prezident seçkilərində tətbiq olunan yaş məhdudiyyətinin optimal tənzimlənməsindən gedir. Məlum olduğu kimi, mövcud qanunvericiliyin tələbinə əsasən, Azərbaycan vətəndaşı 35 yaşına qədər prezident, 25 yaşına qədər Milli Məclisin deputatı, 30 yaşına qədər baş nazir yaxud hakim, 21 yaşına qədər isə bələdiyyə üzvü seçilə bilməz. Təqdim olunan dəyişikliklərə əsasən, 18 yaşlı gəncin Milli Məclisin üzvü seçilməsinə hüquqi əsas yaranmış olacaqdır. Bundan savayı, prezident seçkilərində tətbiq olunan yaş senzi (35 yaş) ilə bağlı məhdudiiyətin aradan qaldırılması nəzərdə tutulur. Müqayisə üçün qeyd edək ki, Fransada da prezident seçilmək üçün heç bir yaş senzi mövcud deyildir Bu dəyişikliklər ölkəmizdə gənclərin özünütəsdiqi və inkişafı baxımından gənclər siyasətinin təntənəsi hesab oluna bilər. Konstitusiyanın 101-ci maddəsinin I hissəsində edilən dəyişiklik nəticəsində isə Azərbaycanda prezidentlik müddətinin 5 ildən 7 ilə yüksəldilməsi nəzərdə tutulmuşdur. Obyektivlik naminə qeyd edək ki, anoloji praktika bir çox ölkələrdə (İtaliya, İrlandiya, İsrail, Qazaxıstan, Tacikistan, Özbəkistan və s.) uğurla tətbiq olunmaqdadır və ictimai-siyasi sabitliyin, təhlükəsziliyin və davamlı inkişafın qorunub saxlanılması mənafeyinə xidmət göstərir.
Yuxarıda qeyd olunduğu kimi, Konstitusiya Aktı layihəsinə əlavə edilmiş 4 yeni maddə (103, 106,108,110) ilk növbədə dövlət strukturalrının optimal təkmilləşməsi, onların səlahiyyətlərinin dəqiqləşdirilməsi və son nəticədə yaxşı idarətmə mexanizmlərinin tələblərinə cavab verməsi mahiyyəti kəsb edir. Həmin dəyişikliklərə əsasən, ölkəmizin siyasi idarəçilik sistemində ilk dəfə olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi nəzərdə tutulmuşdur. Hər iki yüksək dövlət postuna
təyinatın Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilməsi konstitusion norma olaraq müəyyən edilmişdir.
Beləliklə, Möhtərəm Prezident İlham Əliyevin təşəbbüskarı olduğu “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliyin hər biri mütərəqqi xarakter daşıyır və ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyıəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM