Milli mətbuatımız yeni inkişaf mərhələsində

14:41 / 21.07.2016

Cavanşir Feyziyev

Fəlsəfə doktoru, millət vəkili

Milli mətbuat günü intelektual cəmiyyət üçün əlamətdar bir gündür. Bu gün söz yaradıcılığının, fikir və düşüncə sənətkarlığının bayramıdır. Sözümüzün tarixi isə özümüz və özülümüz qədər dərindir. Hələ milli mətbuatımızın yaranmasından əvvəl Azərbaycanın ictimai fikir tarixi min ildən çox dövrü əhatə edən böyük bir təkamül yolu keçmiş və söz yaradıcılığının misilsiz ənənələrini yaratmışdır. Dədə Qorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Fizuli kimi söz dühalarının cilasından keçən və Mirzə Fətəli yaradıcılığında artıq milli ideyanın ifadəçisi səviyyəsinə yüksələn Azərbaycan sözü Həsən bəy Zərdabinin “Əkinçi”si timsalında “materiallaşdı” və milli mətbuatımızın ilk nümunəsini ərsəyə gətirdi. Əşyaların adlandırılmasından başlayıb, milli ideyanı yetişdirməyə qədər yüksələn milli söz XIX əsr maarifçilərimizin fikir və düşüncələrində yetkinləşən milli ideologiyamzı ərsəyə gətirdi və onu ictimai şüurun aparıcı qüvvəsinə çevirə bildi. Sözdən düşüncələrə hoparaq, oradan də əməllərə keçən milli ictimai şüur isə ilk milli dövlətin yaranmasına gətirib çıxarması ilə dahi Fizulinin vəsf etdiyi “Əlahəzrət Söz” ün qüdrətini və təntənəsini nümayiş etdirdi. 141 yaşlı Milli mətbuatımız, sözün və söz sənətkarlığımızın öz funksiyasında ən yüksək əməli nəticələrə gətirib çıxardığı bu uzun yolun yeni dövr mərhələsidir.

Milli mətbuatımızın yarandığı dövr tarix üçün də yeni bir dövr idi. Bu, Sözün sentimental və ruhani hissiyatların təsvirindən real həyat düşüncələrinin ifadəçisinə çevrildiyi, mifik qəhrəmanlığı göylərə yüksəldən mücərrəd saray poetikasından insanların düşüncəsinə nüfuz etməklə ictimai şüuru təkmilləşdirən, milli dünyagörüşünü formalaşmağa istiqamətləndirən və bununla da söz yaradıcılığına ictimai-siyasi çalarlar gətirən realist yaradıcılıq mərhələsinə keçdiyi bir dövr idi. Həmin dövrdən bu günümüzə uzanıb gələn yol Söz və fikir tariximizin mübarizə, təkamül və qələbələr yoludur. Ilk mətbu orqanımız “Əkinci”nin işıq üzü görməsindən dərhal sonra bir-birinin ardınca açılan qəzetlərimiz ağır təzyiqlərlə üzləşərək qısa müddətdən

sonra bağlanmalı olurdular. Buna baxmayaraq,“Əkinçi”,“Ziya”, “Kəşkül”, “Kaspi” kimi mətbu orqanlarımız ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli təkan verdilər, insanların yeni həyat idealları uğrunda mübarizəsinə yol aça bildilər.Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadələr, Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərli, Məmməd Kəngərli kimi milli ideya daşıyıcılarımız milli mətbuatımızın məktəb və ənənəsini yaratmağa nail ola bildilər. Heç təsadüfi deyil ki, o zamankı naşirlər və qəzetçilər peşə baxımından jurnalist deyildilər, lakin mətbuat onlar üçün xalqın, millətin şüuruna çatdırmaq istədikləri mütərəqqi ideyaların yayılmasına və keyfiyyətcə yeni bir cəmiyyətin yaranmasına nail olmaq üçün istifadə edə biləcəkləri ən müasir və ən kəsərli bir vasitə idi. Ona görə də XIX əsr ziyalılarımızın demək olar ki, hamısının həyatı mətbuatla sıx bağlı idi. XX əsrin əvvəllərində isə Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və digər ziyalılarımız bu ənənəni davam etdirərək “Şərqi-Rus”, “Həyat”, “Açıq söz”,“Molla Nəsrəddin” və digər məşhur mətbu orqanlarımızı yaratmaqla artıq möhkəmlənməkdə olan milli şüuru dövlətçilik şüuruna yüksəldə bildilər. Məhz bu insanların fədakarlığı və əzmkarlığı sayəsində Azərbaycan milli şüuru elə yeni dövrün başlanğıcında özünün intibah mərhələsinə yüksəldi və tarixdə ilk türk cümhuriyyətini – azad insan və demokratik cəmiyyət nümunəsini yarada bildi. Mövcud olduğu qısa zaman kəsiyində “İnsanlara hürriyyət, Millətlərə istiqlal” bəyan etmiş ilk milli Cümhuriyyətimizdə milli mətbuatımız azadlıq coşqusu ilə yüksəldi, böyüdü və gənc dövlətdə sürətli quruculuq və yaradıcılıq marafonuna əvəzsiz töhfələr verdi.1920-ci ildə müstəqilliyimizə son qoyan imperiya milli mətbuatımızın da müstəqilliyinə son qoydu. Imperiya nəzarəti altında yaranan yeni sovet mətbuatı isə yalnız bolşevik ideologiyasının imkan verdiyi özünəməxsus formatda mövcud ola bilərdi. Buna baxmayaraq, milli mətbuatımız mübarizə yolundan dönmədi. İctimai-siyasi hadisələrə obyektiv münasibət bildirməyin mümkün olmadığı ən çətin zamanlarda belə milli mətbuatımız öz səylərini əhalinin savadlanması, milli mədəni dəyərlərimizin qorunması və ən başlıcası isə doğma ana dilimizin ədəbi dil kimi təkmilləşməsi işinə yönəltdi. Milli-mədəni sərvətlərimizin,

milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına misilsiz xidmətlər göstərdi.

Mətbuat nümayəndəsi olaraq cəmiyyətin nəzərlərini, diqqətini özünə cəzb edə bilmək nə qədər şərəfli bir yaradıcıq işi olsa da, bir o qədər də məsuliyyətli və bütünlüklə cəmiyyətin və dövlətin inkişafı üçün zəruri və məsuliyyətli bir missiyadır. Bu missiyanın öhdəsindən layiqincə gələnlər bütün dövrlərdə söz və fikir səltənətinin inciləri kimi parlayıb və millətin tarixinə parlaq səhifələr yazıblar. Elə parlaq səhifələr ki, onların şüası bütöv bir xalqın inkişaf və tərəqqi yoluna gur isıq saçıb, onun indisini və gələcəyini böyük bəlalardan xilas edib, xalqların taleyində həlledici rol oynayıblar. Məhz buna görə də milli mətbuatımızdan danışanda tarixi söz ustadlarımızın nurlu simaları gözlərimiz önündə canlanır, onların tarix yaradan söz və fikir yaradıcılığı parlaq bir örnək kimi nəsillərdən nəsillərə ötürülür. Bu əbədi və ədəbi missiyanın daşıyıcıları fədakar insanlardır. Onlar sözün qüdrətini anlayan, o qüdrəti öz fəaliyyəti ilə nümayiş etdirən və özünün mətbuat sahəsindəki xidməti ilə mənsub olduğu xalqı da yetişdirən, şərəfləndirən və qüdrətləndirən dahilərdir. 141 yaşlı milli mətbuatımızın tarixi belə dühalarla zəngindir.

 

1991-ci ildə dövlət müstəqilliyimizin bərpası Həsən bəy Zərdabidən gələn keşməkeşli milli mətbuat yolunu yenidən işıqlandırdı və artıq onlarla deyil, yüzlərlə mətbu orqanı millətin azadlıq coşqusundan doğan əzmkarlıqla yeni cəmiyyət quruculuğuna qoşuldular. 1998-ci ilin avqustunda ümummilli liderimiz Heydər Əliyevin mətbuat üzərində senzuranın ləğv olunması haqqında tarixi Fərmanı isə milli mətbuatımızı əbədi azadlığa qovuşdurdu, onun inkişaf yolunda intəhasız üfüqlər açdı. Prezident Heydər Əliyevin mətbuata özəl münasibəti, mətbuat nümayəndələrinə qarşı sonsuz səmimiyyəti və qayğıkeşliyi elan olunmuş müstəqilliyin hələ kifayət qədər möhkəmlənmədiyi bir dövrdə milli mətbuatımızı dövlət quruculuğu işlərinə töhfələr verməyə sövq edirdi. Lakin bir tərəfdən, ölkədə hökm sürən müharibə şəraiti və digər tərəfdən,yaranmaqda olan yeni iqtisadi münasibətlər çərçivəsində maddi

vəsait çatışmazlığı milli mətbuatımızın sərbəst inkişafını mümkünsüz edirdi. Cari istehsal fəaliyyəti üçün mətbu orqanlarının dövlət qurumlarına yaranmış külli miqdarda borcları çoxsaylı qəzet və jurnalları bağlanmaq təhlükəsi qarşısında qoymuşdu. Ən çətin zamanlarda milli mətbuatımıza xüsusi təəssübkeşliklə yanaşan Heydər Əliyev o zaman da milli mətbuata dövlət qayğısının unikal nümunəsini yaratdı. Dövlət başçısının bu borcların silinməsi haqqında sərəncamı mətbu orqanlarına öz fəaliyyətini davam etdirmək üçün yeni və daha geniş fürsətlər yaratdı. Yeni ictimai-siyasi şəraidə meydana çıxan fikir plüralizminin, çoxsaylı partiya və qrup mənafelərinin, mətbuata xarici və daxili təsir cəhdlərinin bir-birinə qarışdığı mürəkkəb, lakin kifayət qədər geniş bir rəqabət meydanında milli mətbuatımız “çəkişməklə bərkişmək” mərhələsini də yaşadı.

Bu günkü dövrümüzdə isə Prezident İlham Əliyevin mətbuata münasibətdə sərgilədiyi səmimi dostluq münasibətləri milli mətbuatı və mətbuat nümayəndələrini dövlətçilik mənafeyi naminə ümummilli maraqlar ətrafında birləşməyə, xalqın mənafeyinə xidmət etməyə səfərbər etməkdədir. Bu gün Azərbaycan söz və fikir azadlığının tam bərqərar olduğu, hər bir vətəndaşın istənilən mətbuat orqanına maneəsiz çıxışının təmin olunduğu bir məkandır. Əhalinin 75%-nin internet istifadəçisi olduğu bir cəmiyyətdə yeni texnologiyalara əsaslanan elektron kütləvi informasiya vasitələrinin inkişafı mətbuatın daha çevik, daha operativ fəaliyyət göstərməsi üçün ideal şəraiti təmin edir. Lakin mübarizə davam edir. Çağdaş dövrümüzdə yaranmış sərbəstlikdən sui-istifadə etməyə çalışaraq, dövlətçiliyimiz əleyhinə gizli-aşkar fəaliyyət göstərən bir sıra xarici təşkilatların və 5-ci kolon nümayəndələrinin bəzi mətbuat orqanlarını öz təsiri dairəsinə salmaq cəhdləri də bu günümüzün danılmaz reallığıdır. Beynəlxalq arenada öz milli maraqlarını qorumaqla müstəqil siyasət yeritməyə cəhd edən yeni nəsil dövlətləri üçün xarakterik olan bu hal ölkəmizdə də müşahidə olunur.Bunun səbəbləri də bəllidir. Əslində, dünya siyasətinin cilovunu öz əllərində saxlamağa çalışan güc sahibləri yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkələr haqqında beynəlxalq mətbuatda dezinformasiyalar yaymaqla həmin dövlətləri müstəqil siyasət yürütməkdən çəkindirməyə və

beləliklə də, özlərinin siyasi təsir dairəsində saxlamağa çalışırlar.Yerli-yersiz ölkəmizdə mətbuat azadlığının mövcudluğuna kölgə salmaq istəyən bəzi beynəlxallq təşkilatların vaxtaşırı hücumları da məhz bu məqsədə xidmət edir. Lakin belə cəhdlərin əvvəl-axır uğursuzluğa məhkum olacağı heç kimdə şübhə doğurmur. Çünki ötən illər ərzində Azərbaycanda dövlət-mətbuat-cəmiyyət üçbucağının elə bir konstruktiv konfiqurasiyası formalaşmışdır ki, bu qarşılıqlı münasibətlər sistemində Azərbaycanın müstəqilliyinin qorunması, Azərbaycan xalqının mənafeyinin və milli maraqlarının müdafiə edilməsi bütün tıərəflər üçün prioritet hesab olunur. Mövcud münasibətlər sistemi hər bir vətəndaşın fərdi maraqlarından, hüquq və vəzifələrindən başlayaraq dövlətin milli maraqlarına və vətəndaş qarşısında öhdəliklərinə qədər ictimai-siyasi həyatın bütün səviyyələrində qarşılıqlı etimadı özündə ehtiva edir. Məhz belə bir münasibətlər sistemi dövlət-cəmiyyət vəhdətinin təməlini təşkil edir. Dövlətlə xalq arasında hökm sürən vəhdət isə öz növbəsində Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz edən başlıca amildir. Azad cəmiyyət və güclü dövlət tandeminin döğurduğu bu vəhdətin daha da möhkəmlənməsində milli mətbuatımızın rolu həlledicidir.

Son 10 ildə KİV təmsilçiləinin həyat və yaradıcılıq imkanları ilə yanaşı peşəkarlıq səviyyəsinin də artdığını görməmək və qeyd etməmək olmaz. Bu günkü müasir jurnalist cəmiyyətin ən fəal, ən mübariz və ən vətənpərvər nümayəndəsidir. Bu gün milli yazarlarımızın yaradıcılığı, onların ölkə və dünya hadislərinə baxışı, çevik və obyektiv münasibəti yalnız milli mətbuatımızda deyil, beynəlxalq mətbuatda da özünə yer almaqdadır. Xarici ölkələrdə, xarici dillərdə dərc olunan dərgilərdə jurnalistlərimizin imzası millətimizin imzasıdır. Bu imzaların sayı nə qədər artırsa, millətimiz də bir o qədər böyüyür. 1990-2000-ci illər arasında jurnalist fəaliyyətinin nə yolla olur-olsun öz maddi ehriyaclarını ödəmək və ya özünün subyektiv siyasi iddialarını qabartmaq vasitəsindən son 10 ildə dövlət və cəmiyyət üçün faydalı olmaq uğrunda intelektual rəqabət meydanına daxil olmasına doğru sürətli keçidi bu nəcib və məsuliyyətli peşəyə olan marağı və bu peşə sahiblərinin nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldə bilib. Bu gün

Azərbaycan jurnalistikasını təmsil edən gənclər daha savadlı, daha məntiqli, daha faydalı yaradıcılığı ilə mətbuatı cəmiyyətin güzgüsü və mənəvi qidası statusuna yüksəldə bilir. Bu günkü jurnalistikamız siyasi, iqtisadi, sosial və mənəvi həyatımızın hər üzünü olduğu kimi təqdim etməyə, oxucuları hərtərəfli düşünməyə və düşündürməyə yönəldən söz və fikir plüralizmini ortaya qoymağa, sadə dillə desək, ağa ağ, qaraya qara deməyə qadir olan, dövrümüzün sürətlə yeniləşən tendensiyalarını ictimai-siyasi şüura aşılamaq gücünə sahib olan fəaliyyət növüdür. Yeni dövr milli mətbuatımız və onun təmsilçiləri qarşısında yeni tələblər qoyur. Dünya qloballaşır, bu həm də o deməkdir ki, dünya kiçilir. Dünyanın istənilən guşəsində baş verən, bu və ya digər dərəcədə əhəmiyyət kəsb edən hadisələr bir an içində dünyanın hər tərəfinə yayılır. Yayılanların nə dərəcədə obyektiv və faydalı olmasından bəzən dövlətlərin və xalqların taleyi asılı olur. Beləliklə, mətbuatın işi dünyanın işi olur desək yanılmarıq. Milli mətbuatımız da dünya mətbuatının bir parçası kimi bu sürətli hərəkətlər trayektoriyasında öz izini açır. Bu gün belə bir məsuliyyətli fəaliyyətlə məşğul olmaq üçün sadəcə dəftər və qələm kifayət deyil. Sadəcə deməyə sözü olmaq da kifayət deyil. Sözünü vicdanla demək, millətin mənafeyinə və tərəqqisinə xidmət edən söz demək, demək istədiyini xalqa məhəbbətlə, dövlətə sədaqətlə, hər bir insana sevgi ilə demək hər bir qələm sahibinin mənəvi borcuna çevrilir. Bu milli mətbuatımızın yeni dövrə uyğyn, xalqımızın və dövlətimizin tərəqqisi istiqamətində açılan geniş perspektivlərə hədəflənmiş yeni inkişaf mərhələsidir. Bu borcun öhdəsindən layiqincə gəlmək jurnalist peşəsini özünə həyat kredosu seçmiş insanlar üçün şərəf işidir.

Bu şərəfli işdə - vətəndaş, xalq, dövlət və dünya qarşısında öz borcunu layiqincə yerinə yetirmək kimi məsuliyyətli missiyasında 141 yaşlı qocaman milli mətbuatımızın çağdaş nümayəndələrinə möhtəşəm uğurlar arzusu ilə,


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM