Universiteti bitirdikdən sonra yenə də müəllimlərimlə görüşür, onlarla hal-əhval tuturdum. Həm də iş axtarırdım. Cavan bir oğlan üçün işsiz qalmaq, sözün əsl mənasında faciə idi və evin böyük övladı olmaq işləri bir az da çətinləşdirirdi.
Dekan müavini ilə söhbət etdiyimiz zaman qapı döyüldü. Polis formasında bir nəfər içəri girdi. Məhərrəm müəllim onu mənə təqdim etdi: “Hafiz, Vasif müəllim tələbə yoldaşımdır, DİN-in Polis Akademiyasında çalışır, polis polkovnik-leytenantıdır”. “Müəllim, mən çıxım”,-deyəndə Məhərrəm müəllim etiraz etdi və zarafatla: “Vasiflə elə gizlin işimiz, sirrimiz yoxdur”,-dedi...
İlləri və nəsilləri, tələbə yoldaşlarını, onlara dərs deyən müəllimləri xatırlayan dostlar elə maraqlı, elə şirin xatirələri bölüşürdülər ki...
Söhbət Əfqanıstan müharibəsinin üstünə gələndə qonaq dərin bir ah çəkdi. Kim bilir, nələri, kimləri xatırladı...
Ümumiyyətlə, müharibə elə bir şeydir ki, ondan danışanda şirin sözlər, xoş xatirələr danışmaq olmur. Bilirsinizmi niyə? Çünki beş-on, uzağı bir saat öncə gülüb-danışan, xəyallar quran dostunu, döyüşçü yoldaşını itirdikdən, ya da onu yaralı vəziyyətdə, qan içində görəndən sonra həyat insanın gözündən düşür, yaşamaq mənasını itirir. Yəni hər an sonun gələ bilər, bir güllə bir ömrün qənimidir fikri insanı nələrisə düşünməyə qoymur. Müharibədə özün-özünün hədəfində olursan, düşməni yox. Həqiqətən də qorunmaq qorumaqdan çox çətindir, sözün hər mənasında.
“Həyatın enişli-yoxuşlu olduğunu, insanın hər bir çətinliyə sinə gərdiyini, Əfqanıstanda döyüşərkən bildim. Düşdüyümüz yerin iqlimi, relyefi tələb edirdi ki, burada sərt olaq, dağdan-daşdan, hətta öz kölgəmizdən belə özümüzü qoruya bilək. Yaşamaq üçün öldürməlisən fəlsəfəsini də bizə Əfqanıstanda öyrətdilər”,-deyən Vasif müəllim gəlişinin səbəbini, məqsədini bildirəndə mənim sevincimi gözlərimdən oxuyan dekan müavini əlini çiynimə qoyub: “Vasif, bu oğlan bizim tələbədir, tərbiyəli oğlandır, lap elə axtardığınızdır”, -dedi...
Polis formasında, özü də leytenant rütbəsində universitetə gəlib Məhərrəm müəllimlə görüşəndə hiss etdim ki, kövrəldi. Elə yanımdaca Vasif müəllimə zəng vurub təşəkkür etdi...
Polis polkovnik-leytenantı Vasif Nəcəfovla tanışlığımdan düz 6 il ötür. Daxili işlər orqanlarında xidmət etdiyimə görə sizə minnətdaram deyəndə Vasif müəllim deyir: “Yox, Hafiz, sən mənə deyil, bu gün hər bir gəncin himayədarı olan dövlətimizə minnətdar olmalısan”...
Dostcanlı və təmənnasız bir insan: Onu belə tanımışam və tanıyıram...
Haqqınızda bir dost yazısı hazırlamaq istəyirəm fikrimi biləndən sonra: “Gecikmisən, artıq yazıblar”, - dedi. Əlbəttə ki, zarafatıydı...
O, özünü gözə soxmur, ürəyinin bir küncünə çəkilib gərdişi-dövranı müşahidə edir. Üşüyəndə belə kiminsə ocağına pənah aparmır. Bir şair dostum demiş:
Görsən üşüyürsən, yandır özünü...
Bəzən olub ki, savadına, səmimiyyətinə görə sinəsindən itələyiblər, köntöy baxışlarla elə döyüblər ki, ürəyinin çətiri göz yaşlarına davam gətirməyib. Susub dözüb, dözüb susub. Giley-güzar etməyi sevmir. “Çoxun çox dərdi var” fəlsəfəsini dərindən bildiyi üçün “az”la, halalla kifayətlənəcək qədər qəlbi genişdir. Səbirlidir, qaya kimi mamır tutana qədər dözməyi bacarır. Sadəliyini sadəlöhvlük kimi anlayanlar bu böyük ürək sahibini başa düşməkdə acizdirlər...
Eynəyi olan eynəyini gözünə qoyub, ürəyi olan ürəyini yazımın ahənginə kökləyə bilsə, onu-Vasif Nəcəfovu daha yaxından tanıyacaqlar. Bu gün torpaqlarımız uğurunda döyüşən Vətən sevdalı oğulları tanımaq, tanıtmaq və sevdirmək üçün biz hamımız səfərbər olmalıyıq.
Dünyada ən çətin iş sevgiyə səfərbər olmaqdır ki, onu da həyata keçirmək üçün böyük bir şey tələb olunmur, sadəcə, əlinin sinənin üstünə qoyub qəlbinin döyüntüsünə qulaq asmaq yetər...
Sevin, sevməyənlər, sevilin siz də,
Onda anlayarsız sevən nə çəkir.
Onda görəcəksiz yan-yörənizdə,
Sizin dərdinizi sevənlər çəkir...
DİN-in Polis Akademiyasının Tədris-metoduki şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Vasif Nəcəfov 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini bitirib. 1981-1982, 1983-1985-ci illərdə Əfqanıstanda hərbi tərcüməçi qismində döyüşüb. Onun bütün həyatı, hətta tələbəliyi də döyüşdən başlayır. Universiteti bitirdikdən sonra təyinatını yenidən Əfqanıstana vermələri ondan xəbər verirdi ki, sözün səl mənasında peşəkarlara sovetin ehtiyacı vardı.
Bakıda böyüyüb, boya-başa çatmış, “şəhərli oğlan”ın, dövlət məmurunun, vəzifəli bir şəxsin oğlunun Əfqanıstan kimi çətin relyefi olan bir ölkədə xidmət aparması bir az qəribə görünsə də lentin yaddaşına köçmüş və həyatın özü kimi ağ-qara şəkillər, arxiv sənədləri, fəxri fərmanlar, təltiflər, orden və medallar V.Nəcəfovun zəhmətinin bəhrəsi kimi insanı düşünməyə vadar edir. SSRİ və Əfqanıstan dövlətləri tərəfindən 6 dövlət təltifi, “Qırmızı ulduz” ordeni, “Döyüş xidmətlərinə görə” və “Hərbi xidmətdə fərqləndiyinə görə” I dərəcəli medalları bir azərbaycanlı balasının ömür və döyüş yolunu gözlərimiz önündə bir daha sərgiləyir...
Yeri gəlmişkən, Əfqanıstan müharibəsində 4500-dən çox azərbaycanlı iştirak etmişdir. Onlardan 208 nəfəri şəhid olmuş, 6 nəfəri itkin düşmüş, 45 nəfər isə əlil olmuşdur.
Onlar haqqında ulu öndər Heydər Əliyev əbəs yerə demirdi: “Əfqanıstanda gedən müharibədə iştirak etmiş minlərlə Azərbaycan vətəndaşı indi respublikamızda yaşayır. Əgər Azərbaycan oğulları, Azərbaycan yetirmələri başqa bir ölkədə sovet ordusunun tərkibində vuruşa bilirdilərsə, qəhrəmanlıq nümunələri göstərə bilirdilərsə, deməli, onlar öz torpaqlarını daha cəsarətlə, daha ürəklə qoruya və torpaqlarımız uğurunda döyüşə bilərlər”...
Döyüşmək bu oğulların alın yazısıdır. Qarabağ uğurunda savaş başlayanda onlar yenə də silaha sarılıb, “Qanım torpağın olmasa, Vətən məni bağışlama”,- deyib düşmən üstünə getdilər. İgidlik və şücaət göstərdiklərinə görə olardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü, 37 nəfər “Azərbaycan bayrağı” ordeni ilə təltif olundu...
O, 1990-cı ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və hüquq institunun Fəlsəfə şöbəsinə əyani təhsil üzrə aspiranturaya daxil olsa da 1992-ildə dissertasiya işinin müdafiəsini yarımçıq qoyub ehtiyatda olan hərbiçi, kapitan rütbəsində Qarabağ döyüşlərində iştirak edib. Ordumuzun olmadığı dönəmdə onun peşəkar bir döyüşçü, torpaqlarımızın bütövlüyü və bölünməzliyi uğrunda gözlərini belə qırpmadan döyüş meydanlarına atılan yüzlərlə polis əməkdaşı kimi könüllülərdən ibarət dəstələrdə döyüşən vətən oğullarına, hərbi taktikanı, kəşfiyyatı, silahlardan istifadə etməyi öyrətməsi onların arasında ruh yüksəkliyinə səbəb olub. Təcrübəsi, ayıq-sayıqlığı neçə igidi ölümün cəngindən qurtarıb. Çətin günlərdə ona əməliyyat-kəşfiyyat xidməti rəisi vəzifəsi əbəs yerə tapşırılmamışdı. Vasif işinin peşəkarı idi...
Bu gün onu təkcə Əfqanıstan, Qarabağ müharibəsi veteranları deyil, həm də elm ictimaiyyəti, ziyallar və ən maraqlısı, idmançılar da yaxşı tanıyırlar. Karate-do idman, döyüş növü üzrə birinci dan, qara kəmər sahibidir...
Beynəlxalq tədbirlərdə iştirak edir, məruzələri maraqla dinlənilir, 15-dən çox elmi məqalənin müəllifidir, bir çox müəlliflərin terrorçuluqla mübarizəyə həsr olunmuş elmi məqalələrinin, monoqrafiyalarının məsləhətçisidir.
Elmi işi artıq hazırdır, demək olar ki, müdafiə ərəfəsindədir. Aktual bir mövzuya müraciət edib həmkarımız: “Antiterror əməliyyatlarının keçirilməsinin hüquqi, taktiki və psixoloji əsasları”.
Bu gün bütün dünyanın bir nömrəli probleminə çevrilən terrorrorçuluğun, onu yaradan amillərin və onunla mübarizənin əsaslarını elmi şəkildə təhlil etməyə çalışan, fərqli bir münasibət sərgiləyən Vasif Nəcəfov Qarabağda aparılacaq antiterror əməliyyatlarının başlanacağı günü gözləyir. Hər zaman olduğu kimi, döyüşə, gözünün ağı-qarası olan bir qız balasını və neçə-neçə gül üzlü körpələri qorumağa, Azərbaycan bayrağını əzəli dədə-baba yurdumuz olan Xankəndinə sancmağa hazırdır.
Gəncliyini, ömrünün ən əziz illərini Vətənimizin müdafiəsinə həsr edib döyüşən oğulların ürəyi çox kövrəkdir, bir acı sözlə, yersiz bir hərəkətlə qəlblərini qırıb, onları incidə bilərik. Gəlin elə edək ki, onlar kölgədə qalmasın, sıxılmasın, hər zaman onlara ehtiyacımızın olduğunu bilsinlər, üzü qələbəyə doğru birgə addımlamağımızın sevincini yaşasınlar…
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM