“Beynəlxalq hüquq yalnız beynəlxalq qanunlar külliyatında mövcuddur”

09:58 / 04.04.2014

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

ATƏT-in Minsk qrupunda amerikalı həmsədr Ceyms Yorlikin öz tvitter səhifəsində yazdığı qeydlər formaca qısa olsa da, doğurduğu ictimai-siyasi rezonans baxımından geniş “məzmunlu” hesab oluna bilər. Xüsusilə də onun həllində vasitəçilik etdiyi problemi “Dağlıq Qarabağ-Azərbaycan münaqişəsi” kimi qiymətləndirməsinin iki izahı ola bilər. Ya həmsədr qeyri-peşəkardır, ya da ermənipərəst mövqedədir. Birinci hal təəccüb, ikinci hal isə təəssüf doğurur. Hər iki halda münaqişənin tənzimlənməsi prosesində etimadsızlıq mühitinin formalaşması labüdləşir. Nəticədə dalana dirənmiş  danışıqlar prosesi növbəti zərbəni alır. Bu reallıqlar kontekstində münaqişənin tənzimlənməsi prosesinin məzmunu yalnız kəmiyyət kateqoriyası ilə qiymətləndirilə bilər. Əslində elə bu da baş verməkdədir. Martın 25-də Haaqada Ermənistan və Azərbaycan prezidentlərinin qısamüddətli görüşünü təşkil edən həmsədrlər faktın özündən məmnundurlar. Onları məzmun yox, forma maraqlandırır. Sevinirlər ki, 47-ci dəfə prezidentlər səviyyəsində görüşün keçirilməsinə nail ola biliblər. Təkcə sevinmirlər, həm də öyünürlər ki, Minsk qrupunun varlığı müharibənin yoxluğu deməkdir. Və ya əksinə. Müharibənin başlanması Minsk qrupunun sonu deməkdir. Deməli, Minsk qrupu ilk növbədə təbii özünühifz instinktindən çıxış edərək müharibəyə “Yox” deyir. Bu məntiqlə onun missiyasının münaqişənin həlli yox, onun müharibəyə çevrilməsinə imkan verməmək olduğu qənaətinə gəlmək mümkündür. Elə bu missiyadan çıxış edərək həmsədrlər aprelin 4-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada görüş keçirəcəklər. Bu görüşdə münaqişənin həlli yolunda hər hansı irəliləyişə nail olacağına inanmaq üçün ciddi əsas yoxdur. Niyə belə düşünürük?

Birincisi, Rusiya və ABŞ arasında Rusiya-Ukrayna böhranı ilə bağlı son dərəcə kəskin etimadsızlıq mühiti formalaşmışdır. Tərəflər sanki “soyuq müharibə” dövrünü nastalji hisslərlə xatırlayırlar. Hər iki dövlətin ATƏT-in Minsk qrupunun həmsədrləri olduğunu nəzərə alsaq, bu reallığın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir göstərəcəyini proqnozlaşdırmaq mümkündür.

İkincisi, Ermənistan dövləti hər vəchlə qondarma “Dağlıq Qarabağ Respublikası”nın münaqişənin həlli ilə bağlı danışıqlar prosesində bərabər hüquqlu tərəf kimi iştirakında israrlıdır. Bədnam “respublika”nın qondarma “parlamenti”nin “spiker”i Aşot Qulyanın rəhbərliyi altında separatçılardan ibarət nümüyəndə heyəti Berlində aprel ayının 1-dən başlanan səfərləri çərçivəsində Avropa Akademiyasında təşkil etdikləri “Cənubi Qafqazın  inkişafında Dağlıq Qarabağın rolu və əhəmiyyəti” adlı tədbirdə növbəti dəfə bu məqsədlərini səsləndirmişlər. Aşot Qulyan bəyan etmişdir ki, regionda uzunmüddətli sülhün əldə edilməsinin ən qısa yolu Azərbaycanla qonşu Qarabağ Respublikasının yaranmasından keçir. Bax bu reallıqlar fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.

Üçüncüsü, Ermənsistan dövləti,  dünyadakı erməni lobbisi və diasporu qondarma “Dağlıq Qarabağ Respublikası”nın beynəlxalq birlik tərəfindən tanınmasına nail olmaq istəyirlər. Bunu Sakit okeanın cırtdan Nauru, Tuvalu, Pitkern, Niue, Kuka, Tokelau və s. cirtdan dövlətləri hesabına həyata keçirməyə daha çox ümid bəslədiklərini gizlətmirlər. Burada xalqımızın “taylı tayın tapar” misalı yada düşür.

Bədxah qonşularımız ikinci və üçüncü bəndlərdə göstərdiyimiz “nəticə”lərlə 2015-ci ildə təmtəraqla keçirməyə hazırlaşdıqları qondarma “erməni soyqırımı”nın  “100 illiyi”nə qatılmağı planlaşdırırlar. Bu plana uyğun olaraq onlar heç bir konstruktiv mövqe nümayiş etdirməməyi qarşılarına məqsəd qoyublar. Paralel olaraq isə dünya birliyinin “gözünə kül üfürmək” taktikasına sadiqlik nümayş etdirilir. Yəni danışıqlardan imtina edilmir, ancaq öncədən də bilirlər ki, münaqişənin həlli ilə bağlı hər hansı razılaşma qəbuledilməzdir. Bu siyasətin nəticəsi  status-kvonun saxlanılması mənafeyinə xidmət göstərir. Bu mənafe isə Azərbaycanın dövlətçilik maraqlarına daban-dabana ziddir. Bu, təkzibolunmaz reallıqdır. Digər reallıq isə ondan ibarətdir ki, beynəlxalq hüquq bu halda aciz görünür. Hüququn gücü yox, gücün hüququ işləyir. Dahi Albert Eynşteyn təxminən 70 il öncə bu fikirləri söyləyərkən necə də haqlı imiş:” Beynəlxalq hüquq yalnız beynəlxalq qanunlar külliyatında mövcuddur.” Sitatın sonu.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM