“İŞIĞA GEDƏN YOL”UN İŞIĞA GEDƏN YOLU…

18:25 / 16.08.2016

Sona Vəliyevanın milli mətbuatımızın qurucusu Həsən bəy Zərdabiyə həsr etdiyi kitab işıq üzü görüb…

Tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın bugünlərdə yeni kitabı işıq üzü görüb – adında da, mahiyyətində də işıq olan yeni kitab “İşığa gedən yol” adlanır… Bundan öncəki əsərlərinin ( – elmi-publisistik baxımından, “Azərbaycançılıq mili ideologiya və ədəbi-estetik təlim kimi” (2012), “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası” (2003) və poetika baxımından “Çəhrayı rəngli dünyam” (2007), “Arazbarı” (2011; bu kitab İstanbul, Təbriz və Kazanda da nəşr edilib) kitablarının) dil-üslub özəlliklərini, poetik ovqatını, milli-vətənpərvərlik yönünü bu yeni kitabında özünəməxsus şəkildə daha da universallaşdıran Sona xanım, bu dəfə məhz roman janrını seçib.
Roman 141 yaşlı Azərbaycan milli mətbuatının yaradıcısı (“Əkinçi”si!) Həsən bəy Zərdabinin yaşam və yaradıcılıq yoluna bədii güzgü tutur. Bu güzgüdə nələri görə bilirik? – Həsən bəy Zərdabinin keçdiyi ağırdan ağır yaşam, yaradıcılıq və maarifçilik yolunu – eniş-yoxuşu, daş-kəsəyi, kədəri-sevinci, umudu ilə… Adı ərəbcədən çevirmədə GÖZƏL anlamını verən, işi gözəl, özü gözəl, yolu gözəl bir bəyəfəndi klassikimizi sevgi, sayğı ilə anlatmaq, XXI yüzildən XIX yüzilə güzgü tutmaq, çağdaşımız olan bir xanıməfəndinin gözəldən gözəl işi kimi dəyərlərndirilə bilər.
Sona xanım bizi Zərdabinin yaşamında (1848-ci ildən 1906-cı ilə kimi) baş verən ən önəmli olaylara yaxından tanıqlığa çağırır. Bu çağırış o qədər səmimi, o qədər xəlqidir, biganə qalmaq mümkün deyil..! Roman bir aydının timsalında xalqın ədəbiyyat (ümumən mədəniyyət) keçmişinə işıq salır. Əlbəttə, söhbət irəliçi, maarifçi ədəbiyyatdan, mədəniyyətdən gedirsə, o keçmiş deyil, elə həm də, bugündür, gələcəkdir… Azərbaycan tarixinin olduqca təzadlı dönəminin, çar Rusiyası tərkibindəki illərin, araşdımaçı-yazarın özünəməxsus yazı üslubu ilə (bədii lövhələrlə) təsvir edilməsi, xalqımızın bugünü və gələcəyi haqqında düşüncələr hasil edir: oxucunu dövlət müstəqilliyinin qədir-qiyməti barədə idraka cəlb edir.
Nəfis kitab irihəcmli (768 səhifə) olsa da, bir nəfəsə oxumaq istəyirsən. – Birincisi, Sona xanımın (janrdan, məzmundan asılı olmayaraq) bütün kitablarından keçən vətənkeşlik xətti, necə deyərlər, şüurlu, peşəkar vətəndaşlıq təliminin bu yeni kitabı üçün də xarakterik olduğuna görə; ikincisi, Həsən bəy Zərdabi irsinə, yoluna sayğıya görə; üçüncüsü, şair-publisist kimi tanınan bir xanıməfəndinin qələmindən ədəbiyyatımızda yeni bir roman yarandığına (və bu romanın yaradıcı klassikimiz haqqında yaradıldığına!) görə…

ƏDƏBİYYAT – YAŞAMIN BƏDİİ İDRAKI

Əlbəttə, ədəbiyyat – insanşünaslıqdır; ədəbiyyat hər şeydən öncə istedada dayanmalıdır. – Hər insandan yazılan və hər yazılan ədəbiyyat faktına çevrilə bilməz..! Yazılan da, yazan da – kimin kimdən yazması, necə yazması həmişə önəmlidir. Bu anlamda, əgər ədəbiyyat insanşünaslığın keşiyində durmalı, insanlaq hal(lar)ını ümumiləşdirməlidirsə, Sona xanım Həsən bəy Zərdabinin timsalında və mövcud mətn-mündəricə ilə gərəkən işi görüb, janrın və mövzunun haqqını yerinə gətirib..!
İnsan, insanın dərdi, yaşamı məhz (yaxud daha çox) ədəbiyyatın predimetidir. – Sona xanım məhz bunun fərqinə varıb, qələmini məhz bu məqama kökləyib – mən onun yeni əsərindəki uğurunu bu amillə bağlayardım. – Həsən bəy Zərdabinin hiss-həyacanını, yaşam kredosunu bədii lövhələrlə yaxud başqa janrlarda, fərqli üslublarda əks etdirmək cəhdləri daha öncələr də olmamış deyil, yəqin gələcəkdə də belə cəhdlər olacaq. – Sona xanım özündən öncəki Zərdabi yazarlarının sanki bütün gözəlliklərini bir qələmin ucuna toplamağı bacarıb, ancaq öz əsərini yazıb, öz içini yazıb – demək olar, bir Zərdabini görüb, bir də özünü… və özündən sonrakılara da, “resept” verib…
Sona xanım “İşığa gedən yol”u məhz işığa gedən yoldur! – Bu roman bütün incəlikləri ilə yanaşı, Sona xanımın Zərdabiyə mənəvi övlad duyğularının tərcümanıdır; yazar ustalığının, sözə, mövzuya nəcib, həssas yanaşmasının ifadəsidir. Sona xanım Zərdabiyi tanıyıb tanıdır, onu kəşf edib, təqdim edir, onun öz çağdaşlarından fərqini görüb, göstərir…

ROMANA SÖZ-SÖZ, CÜMLƏ-CÜMLƏ GƏLƏN YOL…

Artıq roman haqqında KİVlərdə informasiyalar, rəylər əks olunmaqdadır və belə bir ümumi¬ləşmiş fikrə ortaq olmamaq mümükün deyil ki, “… “İşığa gedən yol”un işığında yola çıxarkən özünü Zərdabinin bir addımlığında hiss edirsən. Sanki onun sevincini də, məyusluğunu da bölüşürsən. Bu da xanım yazarın təsvir qabiliyyətinin gücündən xəbər verir.
Tarixi faktlar, müstəsna olaylar, ağrılı məqamlar yazarın qələminə xas ustalıqla verilir. Romanda işıqlandırılan olaylar ilk dəfə Azərbaycan oxucusuna belə sadə, bədii dillə və bütün əhatəliliyi ilə təqdim olunur.
Romanı Sona Vəliyeva yaradıcılığını sevənlərlə yanaşı, tarixə, mətbuata ilgisi olan hər kəsin oxumasında yarar var”.

***
Sona xanım bu romana söz-söz, misra-misra, şeir-şeir, vərəq-vərəq, mövzu-mövzu, kitab-kitab gəlib… Azərbaycan poeziyasında, ədəbiyyatında, publistikasında və elmində… ən önəmli məsələlərə öz zərif münasibətini sərgiləyən bir xanıməfəndi “İşığa gedən yol”u yazmalıydı… Onun öncəki yazılarını, kitablarını bir də göszdən keçirin – görəcəksiz ki, bu roman doğulmalıydı…
Vətən, xalq, həqiqət yolunda ömür qoyub gedən aydınların yaşamı, yolu naxış-naxış ilmələndikcə, yeni nəfəs qazandıqca, haqq dünyasında olan ÖMÜR YİYƏLƏRİnin ruhu şad olur, yeni nəsil oxucusu da, öyrənir, örnək alır…
“İşığa gedən yol” romanı qələm sahibinin daha geniş üfüqlərə, deyərdim, üfüqötəsinə boylandığının və bu zaman məhz keçmişi öyrənib-öyrədərək gələcəyə yol aldığının təsbitidir. Doğrudan da, “İnsan xırda işlərlə məşğul olduqca, xırdalanır, böyük işlərlə məşğul olduqca, (bəlkə) özü də hiss etmədən böyüyür”…
Sona xanımın ədəbiyyatın “ağır janr”ı sayılan romana müraciət etməsi – məhz yaradıcılıq və həyatının indiki çağında müraciət etməsi bir yandan, onun yüksək müşahidə və təhlil qabiliyyətini, yaradıcılıq təxəyyülünün zənginliyini göstərir, digər yandan məsuliyyət hissini şəkilləndirir.
Mirzə Fətəli, Hüseyn Cavid, Mirzə Cəlil, Sabir şəxsiyyət və yaradıcılığına ad etdiyi yazıları, eləcə də, klassiklərin yadigarı olan “Kaspi” qəzetini bərpa edib, ardıcıl çıxarması, xanım Vəliyevanın milli ruha, milli düşüncəyə nə dərəcədə könül və ömür verməsinin təsdiqidir. Bir xanım yazarın bu miqyasda işlərə zaman (könül və ömür!) ayırması, onun iç dünyasının, qəlb vuruşunun, könül çırpıntılarının, ömür yolunun göstərgəsidir, şəklidir…
Xanım yazar “İşığa gedən yol”da da öz ulu qəhrəmanının hiss-həyəcanını, sarsıntılarını, uğurlarını obrazlı şəkildə ifadə etməyi bacarıb və oxucuda dolğun təsəvvür yarada bilib.

***
Yaradıcılığının qayəsini vətənkeşlik, şüurlu və peşəkar vətəndaşlıq (Bütov Azərbaycan, Böyük Turan sevgisi (həsərti!)) təşkil edən Sona xanımı “İŞIĞA GEDƏN YOL”u münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirik!
TƏBRİKLƏR, XANIMƏFƏNDİ!

Ə.QOŞALI


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM