7 aprel 1906-cı il. Azərbaycan xalqının böyük oğlu, işıqlı şəxsiyyət Cəlil Məmmədquluzadənin başçılığı ilə Tiflisdə «Molla Nəsrəddin» jurnalının ilk sayı işıq üzü görür. Gözlənilən nəticə alınır: 2000 tirajla çap olunan jurnalın birinci sayı iki saatın içərisində satılıb qurtarır. Bunun üçün naşir və baş redaktor Cəlil Məmmədquluzadə min bir zəhmətlə aldığı «Qeyrət» mətbəəsində silahdaşı Ömər Faiq Nemanzadə ilə səhərə kimi fəhlə kimi çap maşınını da işlətmişdi. Birinci nömrənin üz qabığında yatmış türk milləti təsvir olunmuşdu, onları ayıltmaq istəyən Molla Nəsrəddinin dilindən karikaturanın altından bu sözlər yazılmışdı: «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!» Camaatın çoxunun biliksiz olmasına baxmayaraq, jurnal böyük maraqla qarşılanmış, elə ilk sayından oxucu rəğbəti qazanmışdı.
***
Mirzə Cəlil «Molla Nəsrəddin»i başlayanda nəinki 10-15, hətta 100 il sonranı aydınca görürdü. Böyük ustadın yazdıqları bəlkə 500 il sonra da dünyaya gələcək millətimizin övladları üçün aktual olacaq. Buna inanmağa məcburuq, çünki onun vuruşduğu nöqsanların içərisində xalq bu gün də boğulur.
Bəs biz necə, heç olmasa, 108 il öncəyə qayıdıb, Mirzə Cəlilin böyük yola başladığı anı, zamanı görə və təhlil edə bilirikmi? Bu, o zaman idi ki, Azərbaycan türkü taleyin ümidinə buraxılmış, başına gələn faciələrin təsirindən sarsılmış, özünə yadlaşmışdı. Xalqı bu dəhşətdən kim qurtarmalıydı? Böyük Mirzə Cəlil bunun üçün doğulmuşdu. Çarəsiz milləti üçün yanıb-yaxılmaq, ona düzgün yol göstərmək, nöqsanlarına güzəşt etməmək və ən başlıcası, böyüklüyünə inandığı xalqını büyütmək onun aqibətinə düşmüşdü. O, əlində olan pulu ilə neftli torpaq sahəsi alsaydı, başqaları kimi milyonçu, kapitalist də ola bilərdi, lakin ola bilmədi, çünki içindəki həmin aqibət buna imkan vermədi. O, öz pulunu, varını biçarə xalqının biliklənməsi, irəli getməsi üçün qoydu, bu yolda fədakar və təmənnasız xidmət göstərdi. Yüz il öncə milyonlar qazanan sərvət sahiblərindən indi toz da qalmayıb, ancaq Mirzə Cəlil yenə də bizimlədir.
***
Mirzə Cəlili və «Molla Nəsrəddin»i bu gün yaşadan nədir? Dediklərinin, yazdıqlarının bir əsr sonra da aktual olması! Ustad elə bir köklü məsələdən yapışıb ki, xalqın nadanlıqdan insanlığa, yalandan həqiqətə, qorxudan cəsarətə, naqislikdən kamilliyə, ədalətsizlikdən ədalətə, həqarətdən ləyaqətə, pislikdən yaxşılığa gedib çatacağı günə qədər dediklərinin ona gərək olacağını düşünüb. Bu, xalqın ruhən içəridən dəyişməsi məsələsidir. Onun böyüklüyünün də başlıca cəhəti bundan ibarətdir. Deməli, Mirzə Cəlilin, M.Ə.Sabirin, ümumiyyətlə, mollanəsrəddinçilərin vaxtilə yazdıqları ona görə aktualdır ki, millətimizin içində köklü dəyişmə baş verməyib: yüz il qabaq necə idisə, indi də elədir. Yüz il öncə olduğu kimi, indi də ağıllı söz eşitməyib it boğuşdurmağa, xoruz döyüşdürməyə, fal açdırmağa, min cür mənasız və axmaq iş dalınca gedənlərin sayı aqillərin, millət üçün gərəkli adamların sayından çoxdur.
Bu günü görən Mirzə Cəlil deyirdi: «Ey mənim yüz il sonra dünyada yaşayacaq millətim! Əgər bir gün haradansa «Molla Nəsrəddin»in saralmış və cırılmış vərəqləri əlinə keçsə, onda mənim milləti nahaqdan tənqid etdiyimi fikirləşmə».
***
«Molla Nəsrəddin»in mətbuat tariximizə nə qədər aidliyi varsa, ədəbiyyatımıza və təsviri sənətimizə də bir o qədər dəxli var. Yalnız onun nəşrindən sonra jurnalın yörəsində satirik realist - mollanəsrəddinçi ədəbi çevrə yaranmağa başladı: C.Cabbarlı, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.Ə.Sabir, Ə.Qəmküsar, M.S.Ordubadi kimi Azərbaycan ədəbiyyatının simaları bir əqidə üçün M.Cəlilin yörəsində birləşdilər. Onların biçarə milləti uğrunda xidmətləri ancaq təmənnasızlığa əsaslanırdı.
«Molla Nəsrəddin»in 25 illik (1906 - 1931) fəaliyyəti dövründə yalnız M.Ə.Sabirə ayda 10 manat qonorar verilib. O da Sabirin jurnalın ikinci sayından başlayan əməkdaşlığından ölümünə qədər davam edib. Nəinki Azərbaycanda, eləcə də dünyada satira ilə məşğul olanlar başqa janrlarda yazıb-yaradanlardan həmişə az olublar və bu gün də belədir.
***
«Molla Nəsrəddin» tariximizə satirik mətbuatın ilki, mollanəsrəddinçi satirik realist ədəbi mühitin yaradıcısı kimi düşməklə yanaşı, Azərbaycan rəssamlığının, özəlliklə karikatura janrının yaranmasını qaçılmaz etdi. O.Şmerlinq, İ.Rotter kimi qeyri-türk kökənli rəssamların əsərləri ilə nəşrə başlayan «Molla Nəsrəddin»də sonralar Ə.Əzimzadənin etkisiylə milli rəssamlar nəsli yetişdi. Adı çəkilən jurnalda 21 karikaturaçı rəssamın çıxış etdiyi təsdiqlənir. Bu gün biz həm də fəxrlə karikatura sənətimizin 108 yaşını qeyd edirik.
***
XX yüzilin başlanğıcında «Molla Nəsrəddin»in nəşri mətbuat sahəsində də elə silinməz iz buraxdı ki, onun təsiri ilə Sovet hakimiyyətinin gəlişinə qədər Azərbaycanda 15-dən çox satirik jurnal nəşr olunmağa başladı. «Bəhlul», «Arı», «Kəlniyyət», «Zənbur», «Məzəli», «Mirat», «Babayi-Əmir», «Tartan-partan», «Lək-Lək», «Leylək» bu tipli satirik jurnallardan idi, lakin onların ömrü çox az çəkdi. Onların içərisində elə ən çox fəaliyyət göstərəni də «Molla Nəsrəddin» oldu, qısa fasilələrlə düz 25 il çap olundu, əqidəsinə sadiq qaldı.
«Molla Nəsrəddin» əsl millətçi, xalqsevər jurnal idi. O təmiz və doğma ana dilində yazır və bunu başqalarına öyrədirdi. Bir çoxları jurnalın dilini lağa qoyur, onu az qala unudulmağa məhkum edilən Azərbaycan türkcəsində yazmaqda qınayırdılar. Həmin vaxtlarda «Füyuzat» jurnalını çıxaran böyük türkçü Əli bəy Hüseynzadə də bu düşüncədə idi. O, jurnalında ərəb-fars, Osmanlı türkcəsində olan sözlərdən çox istifadə edir, bu üzdən də jurnal oxucular tərəfindən sevilmirdi.
Bir dəfə Ə.Hüseynzadə Türkiyəyə yollanarkən yolüstü Tiflisdə düşür, «Molla Nəsrəddin» jurnalının redaksiyasına gedir. Mirzə Cəlillə görüşdən sonra ayrılmaq məqamında böyük türkçü həmkarının misilsiz işləri haqqında deyir: «Doğrudan da, ana dilində yazmağı bacarmaq lazımdır». Deməli, Mirzə Cəlil nöqsanları ilə barışmadığı xalqına daha dərindən bağlanmaqda, onun dilini, varlığını sevməkdə yanılmırdı. Çünki bilirdi ki, xalq da onu sevəcək.
«Molla Nəsrəddin» 25 il müddətində Tiflis, Təbriz (8 sayı çıxıb) və Bakıda fəaliyyət göstərib. Bakıdan başqa Tiflis və Təbriz də o dönəmdə jurnal üçün çox doğma mühit idi. Jurnal hər üç ünvanda öz sözünü deyə, öz izini qoya bilib.
***
Mirzə Cəlil haqqında düşünərkən nədənsə insanın gözləri qarşısına ilk olaraq «Molla Nəsrəddin» jurnalı gəlir. Çünki o, bütün varlığını min bir əziyyətlə ərsəyə gətirdiyi jurnalına həsr etmişdi. Mirzə Cəlil xalqının siması idi. Onun buraxdığı jurnala baxanda xalqının əzablarını, faciələrini, böyüklüyünü və cəsarətini aydınca görmək olur.
Mübaliğəsiz olaraq Mirzə Cəlili Azərbaycan mətbuat tarixində ən cəsarətli jurnalist saymaq olar. Təsəvvür edin ki, çar senzurasının qılıncının dalı və qabağının kəsdiyi vaxtdır. Senzor jurnalın bütöv bir səhifəsinin çapına icazə verməyib. Mirzə Cəlil boş qalmış səhifənin altından «Burada filan mövzuda, məzmunda yazı getməli idi, ancaq senzura icazə vermədi» sözlərini yazır və böyük cəsarətini göstərir.
***
Görəsən, yüz il öncəylə bizi nə ayırır? Təkcə məişətimizdə, üst-başımızda, elmi-texniki tərəqqimizdəki dəyişikliklərmi? Diqqətlə baxanda mahiyyətcə 108 il qabaqla indi bizi çox az şeyin ayırdığını görürük. Xalqımız özünün köklü nöqsanları ilə elə həminkidir. Deməli, daxildən böyümə çox az gedib, yaxud heç getməyib. Nə qədər ki, xalq bu durumdadır, yerində sayacaq, öncəki nöqsanları ilə qalacaq…
Bəlkə yenidən «Molla Nəsrəddin»i vərəqləyək?
Atamız var olsun!

Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM