Dünya yaranandan üzü bəri bütün yaradılmışlar itirmək qorxusu ilə yaşayır. İnsan şüurlu şəkildə itirməkdən qorxur. Odur ki, həyatda nə varsa, canlı-cansız dediyimiz hər bir şey can qorxusu ilə biri-birinə zəncirvari şəkildə bağlıdır. Birinin canı digərinin əlindədir. Birinin həyatda qalması, yaşaması üçün digərinin canı mütləq mənada qurban olmalıdır. Bu təbiətin nizamıdır. Əslində təbiətdə heç nə itmir, nə vaxtsa bir başqa formada yenidən yaranır...
İnsan oğlu olaraq biz hər gün, hər an, hər saat itiririk. Axı, görəsən itirməyə məhkumuqmu? Niyə təbiətin bir parçası olduğumuzu unudub göyləri başımızın, yerləri ayağımızın altından qaçırırıq. Taleyimizlə çilingağac oynaya-oynaya itirdiklərimizin fərqində belə deyilik. İtirdikcə unutqanmı oluruq axı, özü də belə qəddarcasına…
Təzada bax ki, hələ itirdiklərimizi bilə-bilə xatırlamaq üçün təqvimdə ayrıca bir gün də ayırmışıq: “Beynəlxalq itkinlər günü”. İtirməyin bir adı var: Qorxu. İtirilən şeyi heç kim sevinclə axtarmır. Gözün qorxu iiçində böyüyür, ürəyin qorxu ilə döyünür. Bilirsiniz, bu niyə belədir? Ona görə ki, sonda nəyisə, kimisə tapa bilməyəndə ümidini itirməkdən qorxursan və “Ümid axırıncı ölür” misalı ondan sonra adləşir, cılızlaşır və get-gedə yox olub itir. Yenə də itirmək…
İtirdiklərinin baiskarı və günahkarı insan özüdür. Müharibə, qan tökmək, ölüm. Bütün bunlar təkcə insan, torpaq itkisi ilə kifayətlənmir. Biz içimizi, hissimizi, duyğumuzu, ilkinliyimizi itiririk. Bizi Yaradanın bizə olan inamını, bizə olan sevgisini də itiririk…
Və bir xalq kimi biz itirməyin nə olduğunu yaxşı bilirik. Çünki tarixən böyük Azərbaycanımızı hissə-hissə, parça-parça itirmişik. İtirmək deyəndə gözlərimizn önünə öncə Təbriz, sonra İrəvan, Borçalı, Dərbənd gəlir.
Torpaq itkisi dərdlərin ən böyüyüdür və insan dünyadan köçəndən sonra belə bu dərd onu addımba-addım izləyir, göynədir, sızıldadır.
Hər kəsin içində itirmək qorxusu var və bu münasibətlə də avqustun 30-u, BMT-nin qərarı ilə təqvimə İtkinlər Günü kimi düşüb. İtirənlər itirdiklərinin dəyərini bilib bu günü qeyd edirlər.
İtkinlər…
Qarabağ müharibəsindən sonra bu ağırlığa çiyinlərimiz tab etmədi. İtən bir nəfər olsa da axtaranların itik dərdi min oldu. Gözləri yol çəkən analar, atalar “nə vaxtsa gələr deyib”, uçan quşdan, qopan daşdan belə soraq gözlədilər. Elə bu gün də gözləyirlər…
Biz gözləyirik, dərdimizi göyərdə-göyərdə…
Hə, bir də, yeri gəlmişkən, avqustun 31-i Qubadlını da itirmişik...
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM