QEYRİ-ƏNƏNƏVİ NEFT VƏ QAZ

13:49 / 08.04.2014

  Son vaxtlar dünya gündəmini zəbt edən Ukrayna problemi Avropanın enerji təchizatında çoxşaxəli həll yolları axtarışını ön plana çıxardı  və dünya bu problemin həll yolunun tapılmasının vacibliyini dərk etməkdədir. Tərəqqinin əsası enerji təminatındadır və bir istiqamətdən təmin olunmanın çətinliyi və bəzən qeyri-mümkünlüyü alternativ yollar axtarışını zəruri edir. Qərb-Rusiya qarşıdurmasının məntiqi sonluqlu nəticə ilə qurtarması  üçün  ölkələrin davamlı və asılı olmadan təminatı məqsədi ilə enerji təminatı ən mühüm məsələ kimi ortaya çıxır.

Bu mənadan alternativ və qeyri- ənənəvi enerji mənbələrinin tapılması, onlardan istifadə üsullarının araşdırılması vacibdir. Artıq külək, günəş enerjilərindən çox uğurla  istifadə olunur, bir sıra ölkələrdə atom stansiyaları tikilmişdir və s. Belə mənbələrdən biri də şist  nefti və ya qazıdır.  

Şist nefti və ya şist qazı termini  bu tip yanacağın ilk dəfə yanar şistlərdən alınması ilə əlaqədardır. Sonralar “neftli qumlar” və ya “ ağır, bitumlu neft” termini də işlədilir və bu termin daha əhatəli hesab olunur. Kerogen – üzvi birləşmələr yığıntısı -  ilkin mənbə sayılır. 

Dünyada şist nefti ehtiyatı ənənəvi neftdən 4 dəfə çoxdur. Hazırda ABŞ və Kanada birlikdə sutkada 22,5 mln barrel neft hasil etmək gücündədir. 2011-ci ildə Texasda şist neftinin 1 barrelinin 6-9 dollara başa gələcəyi planlaşdırılırdı. Səudiyyə Ərəbistanında ənənəvi neftin 1 barreli  7 dollara, Sibirdə 18-22 dollara başa gəlir. ABŞ-da 2005-ci ildən şist neftinin hasilatına başlanıb. Dünyada şist neftinin proqnoz resursu 3 trilyon barrel civarındadır, halbuki ənənəvi neft ehtiyatı hal hazırda 1,3 trilyon barrel təşkil edir. Şist nefti yataqlarının kəşfiyyatı asandır və ilk vaxtlar daha çox neft verir.

Amerikada şist nefti ilə məşğul olan şirkətlər: Apache Corp, Occidental Petroleum və s kimi nəhəng şirkətlərdir..

Şist neftinin hidroparçalama üsulu ilə çıxarılması ilə məşğul olan şirkətlər: Halliburton, Schlumberger, BJ Services kimi şirkətlərdir..

Şist nefti az sıxlıqlı və az məsaməli süxur laylarında toplanan neftdir, bu neft xüsusi texnologiyaların tətbiqi -  horizontal qazma və hidroparçalama yolu ilə alınır. Əsas mənbəyi kerogendir. Kerogen yüksək qətran çıxımına malik orqanik maddələrin toplantısıdır.

Dünya miqyasında aparılmış tədqiqat işləri nəticəsində şist nefti və ya qazı axtarışında aşağıdakı amillər toplusu əsas götürülür:

Genetik – Məlum olduğu kimi neft və ya qazın əmələ gəlməsində iki əsas istiqamət diqqət mərkəzindədir: bioloji və mineral (mantiya mənşəli). Şist nefti ən müxtəlif süxur komplekslərində rast gəldiyindən son vaxtlar onun mantiya  mənşəli olduğunu hesab edənlər daha çoxdur.

Stratiqrafik – şist nefti və ya qazı konkret stratiqrafik səviyyəyə aid deyildir. Ən qədim yaşlı süxurlardan başlayaraq neogen yaşlı süxurlara qədər geniş diapazonda rast gəlinir.  

Litoloji – qeyri- ənənəvi neft bir qayda olaraq daha az nüfuzetməyə malik olan süxurlarda yerləşir

Qumlu – gilli süxurlarda, olistostromlarda, silisli karbonatlarda, bitumlu şistlərdə, duzlu süxurlarda, gillərdə, metamorfik və maqmatik süxurlarda, hətta kimberlit borularında, filiz yataqları yerləşən süxur komplekslərində+, bir sözlə üzvi birləşmə toplantıları  rast gələn hər yerdə təsadüf etmək mümkündür. Burada əsas göstərici üzvi birləşmələrin miqdarının 15-20% və  daha yüksək olmasıdır.

Tektonik – iri qırılmalara söykənən, bir-biri ilə genetik və birbaşa əlaqəsi olan çat sistemləri, kiçik həcmli çoxsaylı tələlər – boşluqlar neftin miqrasiyası, toplanması   üçün əlverişli məkan sayılır

Struktur – qeyri - ənənəvi neft axtarışında ənənəvi axtarış üsulu, yəni müvafiq antiklinal qırışıqlıq formaları axtarmaq bir o qədər də effektli olmur. Qeyri - ənənəvi neft axtarışı monoklinallarda, çat – damar sistemlərində, çərtik tələlərdə, lay – basma hissə  strukturlarında aparılır.

 Qafqazda şist nefti üçün ən potensial  stratiqrafik vahid maykop çöküntüləridir. Şimali Qafqazda (Rusiya) 25 yatağa aid olan 50 neft zonası aşkar edilmişdir. Adətən maykop çöküntülərində neft qeyri-ənənəvi “tələ”lərdə yerləşir. Ənənəvi antiklinal tələlərlə (dünyada neft belə strukturlardan çıxarılır) bərabər burada neft klinomorf, olistolit, çat-damar, çərtik kimi strukturlarda yerləşir. Məhz bu genetik tiplərlə əlaqədar olan spesifik geoloji quruluşa malik neft yığımları qeyri-ənənəvi hesab olunurlar. Yəni şist nefti ənənəvi neftlə eyni kimyəvi tərkibə malik olaraq toplanma şəraitinə və hasilat xüsusiyyətinə görə fərqlənir. Lakin elə  Rusiyada da  mezozoy çöküntülərində ənənəvi neft axtarıldığından  daha cavan maykop yaşlı süxurlara yetərincə diqqət ayrılmırdı, neftlə zəngin süxurlar sınaqlaşdırılmır, nümunələr alınmır, hətta neft olduqda belə bu təsadüf sayılırdı. Əsas diqqət qalın qumdaşı kollektorlarına ayrılırdı.

Maykop çöküntülərinin Azərbaycanda yayılma coğrafiyası genişdir. Qusar-Dəvəçi, Şamaxı-Qobustan, Kür düzənliyi, Lənkəran ərazisində bu süxur komplekslərinə rast gəlinir. Qeyd olunmalıdır ki, litoloji cəhətdən olistolit, kobud qırıntılı süxurlar, konqlomerqatlar təxminən eyni mənanı daşıyaraq müxtəlif  ölçülü və tərkibli, rəngarəng süxur yığılmaları deməkdir. Quzey və Güney Qafqazın geoloji quruluşunun oxşarlığı əvvəllərdən də məlumdur. Lakin eyni süxur kompleksinin Rusiyada və Azərbaycanda müxtəlif adlandırılması o zamanlar bu kompleksin xammal baxımından diqqəti cəlb etməməsi ilə bağlı ola bilər.

Beləliklə, bu süxur qurşağı Kiçik Qafqazda onun quzey yamacında Tərtərçaydan qərbə doğru Gəncəçaya qədər, Böyük Qafqazda onun şimal-şərq və cənub ətəklərində  Samurçaydan Girdımançaya qədər (buraya Abşeron yarımadası da daxildir) və Lənkəranda (burada çıxışlar zəifdir) izlənilmişdir.  Ayrı-ayrı vaxtlarda bu sahələrdə litoloji vahidlər əsas götürülərək neft axtarışına cəhd edilmişdir və kiçik uğurlar qazanılmışdır. Lakin zənnimcə, klassik neft axtarışı metodları tətbiq olunduğundan (xüsusilə struktur amili) bu cəhdlər uğursuz olmuşdur.

Rusiyada bu sahənin perspektivlərini təkzib edən məqalələrin yazılması Avropada Rusiyanın neft-qaz hegemonluğunun başa çatacağı qorxusu ilə əlaqədar olar.

Yanar şistlər Ukraynada, Pribaltikada, Rusiyada, Qərbi Avropa ölkələrində, Azərbaycanın şərqində geniş yayılmışdır və kifayət qədər öyrənilməmişdir, bu bərk yanar faydalı qazıntının şist nefti və qazı alınması üçün mühüm xammal mənbəyi rolu oynadığını nəzərə alaraq onun resurslarının dəqiqləşdirilməsinə ehtiyac vardır. Azərbaycanda yanar şistlərin hələlik yalnız 30-a  yaxın yataq, təzahür, sahə və toplantısı aşkar edilmişdir ki, onlardan da yalnız bir neçəsi (Cəngi, Diyallı, Quba) qismən öyrənilmişdir. Bu istiqamətdə tədqiqatlara ehtiyac  Qeyri-ənənəvi neft mənbələri kimi Azərbaycanda yayılmış və yetərincə öyrənilməmiş asfaltitlərin, bitumların, bitumdaşıyan süxurların, qonur kömürün da tədqiq edilməsi məqsədəuyğundur.

Bununla birlikdə qeyd etmək lazımdır ki, hələlik yer təkindən şist nefti və qazının mükəmməl , ekoloji təmiz üsulla hasilat texnologiyası işlənilməmişdir və hasilat müəyyən ekoloji problemlər yarada bilər. Hazırda ən vacid məsələ ekoloji tarazlığı pozmadan isyehsalatın təşkilidir. Daha səmərəli və effektli hasilat yolu tapılmaqla gələcəkdə yüksək potensialı olan bu sahənin güclü inkişafına bğyük təkan veriləcək.

 

                                            Ədəbiyyat

  1.  Геология Азербайджана. Баку  1952
  2. Вертиевец Ю. А.  Геологическое обоснование освоения трудноизвлекаемых запасов нефти кероген – глинисто – сипицитовых пород баженовской свиты районе Красноленинского свода.  Москва 2011.
  3. Шарафутдинов И. Ф. Геологическое строение и закономерности развития майкопских отложений Суверо – Восточного Кавказа в связи нефтегазоностью Москва 2003.
  4. Минерально – сырьевые ресурсы Азербайджана   Баку  2005
  5. Бурштер М. С., Маршков И. В.  Условия формирования и закономерности размешения нефти и газа.  Москва 1963
  6. Геология СССР т ХLVII. Полезные ископаемые.  Москва, Недра. 1976
  7. A.Aлиев  Геология и нефтегазоносность Кура-Араксинской области  Баку-1960
  8. А. Кравцев, Н. Погревнев              Месторождение горючих полезных ископаемых  Москва 1981

 

 

 


Etiket:

Strategiya.az

Müəllifin digər yazıları

Daha çox
Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM