Ehtiyac ölümdən qorxuludur...

16:13 / 09.04.2014

Xalqın keçmişini, adət-ənənəsini yazıya köçürmək, itmişləri, batmışları axtarıb tapmaq çətin bir işdir. Lakin elə insanlar var, onlar həyatlarını bu işlərə sərf etməklə böyük bir yolun yolçusuna çevrilir və beləcə özlərini unudurlar. Bəli, yazılan qalır. Bəs yazanlar necə?

Tacir Səmimini uşaqlıqdan tanısam da onunla üzbəüz görüşüb, söhbətləşməyə imkan tapmamışdım. Bir gün onu “İçərişəhər” metrosunda gördüm. Yaxınlaşıb salam verdim. Mənim də bir tərəfim Ağbabadandır,- deyəndə üzündə qəribə bir təbəssüm oyandı.

İşə geciksəm də onunla folklor instituna gəldim. Bir az hal-əhval tutduqdan sonra dədə-baba yerlərimizə, obalarımıza marağımı görüb mənə kitablarını bağışladı.

Və beləcə Tacir Səmiminin kitab ömrünün sehrinə düşdüm. Kitabları oxuduqca ürəyimdən keçdi ki, nə olaydı Tacir müəllim biznesmen olaydı. Bu qədər dərdi, əzabı çəkməklə, gözünün nurunu, ürəyinin yağını əritməklə bu kitablardan başqa nəyin yiyəsi oldu ki???

 “Adamın adamı” olan dünyada kirpiyiylə od götürmək, 50 yaşı haqlayıb evsiz-eşiksiz qalmaq, kirayələrdə yaşamaq bundan sonra gələn illərin hansı sürprizlərinə dözməyi vəd edir ki???

 “Tükənməz sözün, Ağbaba”, “Duman dağı bürüdü”, “Dağ-larda qala görüm”, Ağbaba ziyarətgahları”, “Dingəm Dinar” və onlarca bu qədim yurd yerimizə həsr olunan kitablarda bir yurdun, bir mahalın tarixi araşdırılır, folklor dünyasına elmi, bədii nəzər yetirilir.

Çörəyi sözdən çıxanlar, ürəyini sözə verənlər xoşbəxt ol¬duq-ları qədər də bədbəxtdirlər. Yaşamaq üçün indi sözün üzü bir parça  çörəyin yanında qaradır. Bugünkü dünyanın və yaşantının tələbləri maddi ehtiyacların mənəvi dəyərləri üstələməsini açıqca sərgiləyir. Bu özünü həyatın bütün sahələrində biruzə verir və söz də beləcə maddiləşib insanın ruhunu oxşamaq əvəzinə ona qarnını doyurmaq üçün bir vasitəyə çevrilir.

Tacir müəllim də sözdən yox, sözünü demək istədiklərindən küsür, inciyir. Haqqı da var. Yaşı qədər kitabı, araşdırması olan bir alimin, bir ziyalının bu gün üz tutacağı, könül açacağı kimsənənin olmaması onun ürəyini sözdən soyutmasa da insanlardan soyudur. Biganəlik, gözügötürməzlik, yazanlara və yazılanlara qiymət verməmək bəlkə bizim çoxdanki peşəmizdir sualı bu yerdə beynimi qanadır və Tacir müəllimin hələ də Ağbaba ləhcəsində: “Qadan alım, hər şey yaxşı olacaq” sözü məni yandırır. Kimliyimizi, kökümüzü, tariximizi araşdıranlar ehtiyac, səfalət içərisində, bir qarnı ac, bir qarnı tox kirayələrdə, onun-bunun qoltuğunda yaşamamalıdır. 

Onun kimsədən başqa umacağı yoxdur. Bircə istəyi var, o da ürəyinin odunu-közünü qoyduğu, közünün yağını yedirtdiyi araş-dırmalarına sponsor tapıb, onları çap etdirməkdir. Axı bu araşdırmalar bu gün əllərində girinc olduğumuz haylara ən böyük elmi cavablardır. Əslində biz maraqlı olmalıyıq ki, bu tarixi araşdırmaları, folklor nümunələrini müxtəlif dillərdə çap etdirib diaspormuz vasitəsilə dünyaya yayaq.

Tacir müəllim yurdçudur, türkçüdür. “Qədim oğuz yurdunun Düzkənd kəndi” adlı kitabdan maraqlı bir fakt var:

“Ağbaba bölgəsində 1988-ci ilə qədər 27 kənd vardı. Bu kəndlərdən iyirmi birində türklər, 6-da isə qeyri-türklər yaşayırdılar”. Yer-yurd, dağ, çöl, tarixi abidələrin adları bir daha sübut edir ki, burada hay adına heç bir şey yoxdur. Bu torpağın əzəli sahiblərini sıxışdırmaqla bütün yer üzünə pələsəng edən haylara bu gün tarixi dəlillərlə, etnoqrafik yanaşmalarla, müxtəlif illərdə çəkilmiş xəritələr vasitəsilə belə sübut etməyə əlimizdə hər cür elmi, bədii faktlar var. Dərdimizi, faciələrimizi hələ də dünyaya tanıtmaqda sanki ərinirik. Ölümlərə, zülümlərə məruz qalan da biz, susan da. Susmaqla o torpaqlara, o yerlərə qayıtmaq arzumuz ildən-ilə ürəyimizdə daş bağlayır. Xaricdə diaspor dayaqlarımızın gücləndilirilməsi üçün ölkə prezidenti cənab İlham Əliyev bütün gücümüzü səfərbər etməyi qarşımıza məqsəd kimi qoyduğu halda, bəs biz kimi gözləyirik???

Həqiqəti demək acı olsa da kimliyimizdən asılı olmayaraq hər birimiz müqəddəs sözün, haqlı sözün qarşısında sus¬muşuq. Bu gün sinlərinə döyüb: “mən də o yerlərdənəm” deyən ellilərimizdən heç biri Tacir müəllimin səsinə səs vermirlər. Adlarını çəkmək istəmirəm, əslən Ağbabadan olan, böyük bir şirkətə başçılıq eyləyən bir “ellimizlə” danışıb Tacir müəllimin heç olmasa bir-iki kitabının  çap olunmasına ondan kömək istədim və əlbəttə ki, bütün danışıqlar “yox” a dirəndi. Əgər Ağbabanın imkanlı şəxsləri doğulduğu torpaqları tamamilə yaddan çıxarıb, ögeyləşiblərsə, bəs gələcək nəsillərinə, öz nəvələrinə o yerlər haqqında danışanda nəyə, hansı mənbəyə üz tutacaqlar?!!! Yox, ay Tacir müəllim, onlar sənin, mənim kimi torpağa, itirdiyi yurda yox, “şirinliyinə”, “əzəmətinə” qul olduqları pula, vara, dövlətə üz tutacaqlar.

Bir jurnalist marağı ilə ondan soruşanda  ki, niyə hələ də müdafiə etməmisiniz, başını buladı və acı-acı: “Deyəsən hələ növ¬bəm çatmayıb”,- dedi.

Anladım, Tacir müəllim, anladım. Müdafiə etmək, elmi ad almaq üçün gərək birinci növbədə kimlərsə tərəfindən “müdafiə olunasan”. ( Bu yaxınlarda zəng edib dedi ki, axır ki, ona da -“Müdafiə etməyə” növbə çatdı).

Özünün dediyi kimi onun bir qazancı var: “İtirdiklərim qazandıqlarımdan çox olub. Ata-anamı, yaxınlarımı itirmişəm. Qa-zancım kirayə yaşamaq, azca maaşla dolanmağa öyrəşmək olub. Uşaqlığımdan maddiyyata marağım olmayıb. Görünür, tanrı mənə bəxt yazanda bunu nəzərə alıb...Mənim həyatda bir qazanım var: bu da kitablarımdır. Mən bu kitablarda el-obadan topladığım söz incilərini elin özünə ad eləmişəm”.

Bir oxucusu, yurddaşı kimi acımamaq olmur bu ziyalımızın çəkdiyi əziyyətlərə. Vətənini, millətini, tarixini, dilini sevən insanları biz niyə sevmirik görəsən??? Axı onlar bizim əvəzolunmaz sərvətimizdir. Ölkə Prezidenti cənab İlham Əliyevin elmimizə, tariximizə, mədəniyyətimizə göstərdiyi diqqətin üstündən qara əllər nəyə görə qara xətt çəkir???.

Buna necə ad vermək olar: paxıllıq, yoxsa Azərbaycanı sev-məmək. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM