20 övladlı dahi bəstəkar

18:32 / 09.04.2014

Strategiya.az Kulis.Az-a istinadən dahi alman bəstəkarı İohan Sebastyan Bax haqqında məqaləni təqdim edir.

 Bəstəkarın uşaqlığı

 Bu ailənin demək olar ki, bütün fərdləri musiqiçi olaraq yetişib. Buna baxmayaraq Bax soyadı deyərkən ağla ilk gələn İohan Sebastyandır. Çünki böyük ailənin nümayəndəsi olan Sebastyan ailənin digər üzvləri ilə qarşılaşdırılmayacaq qədər böyük sənətkar idi. Dahi alman bəstəkarı, orqan musiqiçisi, barokko dövrünün görkəmli nümayəndəsi İohan Sebastyan Bax 1685-ci il martın 21-də Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində dünyaya gəlib. Yeddi nəsil musiqiçi kimi davam edən ailənin yeni doğulan körpəsinə İohan Sebastyan adı verilir.

 Bax və ailəsi XVI-XVII əsrlərdə həmişə musiqiçilər yetişdirib. Sanki babadan nəvələrə qədər bütün ailə fərdləri bir-birinə musiqi ilə bağlanmışdı. Bu nəsil o qədər musiqiçi yetişdirirdi ki, "Bax" demək sanki musiqiçi demək anlamına gəlirdi. Ailə tez-tez bir yerə yığışar və musiqi yığıncaqları keçirərdi. Bu yığıncaqlara Bax ailəsinin 120-yə yaxın fərdi qatılırdı.

 Bütün dövrlərin ən böyük bəstəkarlarından biri İohan Sebastyan Bax Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın və Mariya Elizabeta Lammerhirt Baxın sonbeşik övladı idi. O, doqquz yaşında anasını, on yaşında atasını itirib. Hələ 9 yaşında olarkən artıq bir çox alətlərdə ifa edə bildiyi deyilir. Əmiləri də musiqiçi olan Sebastyan ilk skripka dərslərini atasından alır. Yeddi yaşında məktəbə başlayan və əvvəlcə oxuma-yazmağı, Latın dilini öyrənən Sebastyan 10 yaşında yetim qalır.

 Bu zaman özündən 14 yaş böyük olan qardaşı İohan Kristof onu ailəsinin yanına gətirir və orqan çalmağı öyrədir. Qardaşının göstərdiyi musiqi pyeslərini Bax qısa müddətə öyrənirdi. Amma böyük qardaşı ona nəinki dövrün məşhur bəstəkarlarının əsərlərini öyrənməyə, notlara əl vurmağa belə icazə vermirdi. Həmin kitablar dəmir barmaqlıq çəkilmiş şkafda saxlanırdı. Gecə yarısı hamı yatandan sonra o, əlini barmaqlıqlar arasından salıb kitabı rahatca çıxara bilirdi. Çırağı olmadığı üçün bu notları ay işığında köçürməli olurdu. 6 aydan sonra qardaşı onun bu işindən xəbərdar olur, həm kopyanı, həm də orijinalı əlindən alır. Belə cəzadan bərk qəzəbələnən Bax göz yaşları içində qardaşına çığırır: "Əgər belədirsə, onda mən özüm musiqi yazaram, bu musiqidən min dəfə yaxşı yazaram!"

 Yaxşı səsə və qulağa sahib olan Sebastyan on beş yaşında Lüneberq musiqi məktəbində oxumağa başlayır. Üç illik təhsildən sonra Veimardakı orkestrdə skripka və orqan çalmağa başlayır. Bax deyirdi: "Hər hansı musiqi alətində çalmaq asandır. Etməli olduğunuz tək şey doğru düyməyə doğru zamanda toxunmaqdır. Bu zaman alət öz-özünə çalacaq". Musiqiyə böyük həvəs göstərən bəstəkar gəncliyi və məktəb həyatı boyunca alman musiqiçilərini araşdırıb.

 Yaradıcılığı

 Atası balaca İohana uşaq yaşlarından skripka və klavesində ifa etməyi öyrədir. Onun əmilərinin hamısı peşəkar musiqiçi idi və kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyirdi. Əmilərindən xüsusilə məşhur olan İohann Kristof Bax qardaşı oğluna orqan ifaçılığının incəliklərini öyrədib. Bəstəkar ailəsinin musiqi nailiyyətləri ilə fəxr edir və 1735-ci ildə "Musiqiçi Bax ailəsinin mənşəyi" adlı əsərini yazıb.

 Barokko musiqisi deyildiyi zaman heç şübhəsiz ağla ilk gələn adlardan biri İohan Sebastyan Baxdır. O, ömrünü Eyzenax və Leipziq şəhərində keçirib. Qabiliyyəti və intizamlı çalışmağı sayəsində diqqəti üzərinə çəkən gənc musiqiçi Bax ailəsində məktəbi bitirən ilk adam oldu. Məktəbini bitirəndən sonra pul qazanmaq üçün Armstadda orqan çalmağa başladı. Müstəqil ruhu, bəzən dikbaşlı davranışları səbəbindən kilsə rəhbərliyilə problem yaşayan Bax tez-tez Lübek şəhərinə icazəsiz gedir və o dövrün ən məşhur orqan ustalarından Dieterik Buxtehudeni izləyir. Bir konserti izləmək üçün bəstəkarın 675 km yol getdiyi deyilir. Musiqiyə olan ehtirasının ən bariz nümunələrindən biri də budur.

 Daha ciddi, daha çox qazana biləcəyi və daha professional iş arzulayan Bax arzuladığını Münlhausendə tapdı. Blaise Kilsəsində yeni vəzifəyə təyin olunan bəstəkar burada da kompleks musiqi aranjemanları və yenilikçi tərzi səbəbindən kifayət qədər sadə və öyrəşilən musiqi hazırlamadığı üçün kilsə rəhbərliyi tərəfindən tez-tez tənqid olunur. Dahi bəstəkarın ən məşhur əsrlərindən olan "Toccato and Fugue in D minor" bu dövrdə hazırlanıb. Hazırda məşhur olan əsərlərinin çoxunu həmin vaxt yazan sənətkarın orada bəstələdiyi bir çox əsərlər itib.

 Blaise Kilsəsi camaatının din və musiqi qavramındakı mühafizəkarlığı səbəbindən Bax oradan ayrılır. Veimarda iyirmi iki musiqiçinin vəzifə aldığı orkestrdə skripka və orqan çalan Bax 1714-cü ildə orkestrin başına keçir. O, artıq Almaniyanın ən qabaqda gələn orqan şərhçisi kimi qəbul edilirdi. Veimarda Dük Vilhelm ilə qardaşının arasındakı ailə problemləri orkestr üzvlərinin həyatını çətinləşdirməyə başlayanda Bax 1717-ci ildə gənc şahzadə Leopoldun orkestr şefi təklifini qəbul edir. Amma əvvəlki rəhbəri Dük Eillhelm Ernst onu harasa göndərmək fikrində deyildi. Bir neçə həftə məcburən Veimarda qalan Bax sonda sərbəst buraxılır və yeni vəzifəsinə başlayır. Musiqiyə böyük maraq duyan himayədarı sayəsində o fərqli alətlər üçün sonatalar bəstələyir.

 O açıqlamalarında deyirdi: "Çox çalışdım. Mənim çalışdığım qədər çalışan hər kəs eyni nəticəyə çata bilər". İctimai mühitdə təvazökarlığı ilə tanınan Bax şahzadə Leopold ilə uzun səyahətlərə çıxır. Bu səfərlərin birində evindən üç ay ayrı qaldıqdan sonra geri dönəndə bəstəkar pis sürprizlə qarşılaşır. Gedəndə sağlam olan həyat yoldaşı Mariya Barbara birdən ölüb və dörd uşağı yetim qalıb. Aradan bir il keçdikdən sonra, otuz altı yaşlı bəstəkar yeni tanış olduğu gənc müğənni Anna Maqdelena ilə evlənir. Eyni günlərdə şahzadə Leopold da evlənir. Amma onun həyat yoldaşı musiqiyə şahzadə Leopold qədər maraq duymur. Nəticədə Baxın və orkestrinin gələcəyi şübhə altına düşür.

 Bax dörd oğlunu yaxşı təhsillə təmin edə bilmək və gənc arvadından yeni doğulacaq uşaqlarının xərclərini qarşılaya bilmək üçün yenidən iş axtarmağa başlayır. Bu zaman Leipziqdəki Tomas Kilsəsində təlimçi olaraq işə qəbul edilir. Bax bundan sonra geri qalan həyatını Leipziqdə davam etdirir. Bu dövrdə yenidən gənclərə təhsil vermək vəziyyətində qalmaq Bax üçün çətin idi. Çünki yeni bəstələr hazırlamağa zaman qalmırdı və "musiqi qabiliyyətindən məhrum" bir çox şagirdlə çalışırdı.

 Tomas kilsəsində çalışmaq Baxın çox da ürəyincə deyildi. Dostlarında Corc Erdmana yazdığı bir məktubda daha yüksək vəzifədən bu işə gəlməyin xoş bir şey olmadıönı yazır. Bütün zamanını burada çalışmağa həsr edən bəstəkar qarşılığında çox az pul alırdı. O, Corc Edmana yazdığı məktubda deyirdi:

 "İndi aldığım pul 700 talerdir (taler o zamanlar Almaniyada istifadə olunan pul idi). Bu da cənazələrin sayına bağlıdı. Cənazə sayı az olduqca aldığım gəlir də azalır. İkinci evliliyimdən bir oğlum və iki qızım sağ qalıb. Böyük oğlum hüquqda oxuyur. Ən böyük qızım hələ ailə həyatı qurmayıb. İkinci evliliyimdən olan uşaqlar hələ çox balacadır. Amma hamısının musiqiyə həvəsi var. Ailəmlə birgə çalğı qrupu yaradacağıma inanıram. İndiki həyat yoldaşımın yaxşı səsi var, böyük qızım da gözəl mahnı oxuyur".

 Baxın əsərlərində fransız və italyan musiqisinin sintezini görmək mümkündür. O əsərlərində İtaliya təsirini Vivaldinin Almaniyada nəşr olunan əsərlərini araşdıraraq, fransız tərəfini isə Almaniyada yaşayan musiqiçi Frobereqdən götürüb. Həyatı boyunca opera xaricində hər növ əsər yazıb. Çalışdığı bütün növ əsərdə ən üst səviyyəyə çatıb. Bax həyatı boyunca mindən çox əsər bəstələyib. Ancaq günümüzə qədər gəlib çatan sadəcə oğlu Karl Filipp Emanuelin arxivində saxladığı əsərləridir.

 1600-1750-ci illər arasında yazılan əsərləri Barokko dövrünə aid edilir. Bax bu dövrün ən əhəmiyyətli adları sırasındadır. Onunla birlikdə Handel və Vivaldi də bu dövrdə önə çıxan sənətkarlardandır. Baxın bütün əsərlərinin başında "BWV" ifadəsi var. Bu, alman "Bach Werke-Verzeichnis" cümləsinin qısaldılmış halıdır və "Bax əsərlərinin kataloqu" mənasını verər. O, 1653-1706-cı illərdə yaşayan və musiqisevərlər üçün "Kanon" bəstəsi ilə məşhurluq qazanan İohan Paçelbelin heyranı idi.

 Baxın bəstələdiyi “Goldberg Variations” (BWV 988) əsərinin bəziləri üçün sanki lay-lay funksiyası var idi. Çünki bu musiqini dinləyən hər kəsin yuxusu gəlir. Əslində bəstəkarın bu əsəri yazarkən məqsədi də elə bu imiş. “Goldberg Variations” yuxu problemindən əziyyət çəkən biri üçün yazılıb. Baxın yuxusuzluqdan əziyyət çəkənlər üçün digər bəstəsi “Wachet Auf” (BWV 140) əsəridir.

 Bəstəkarın ən sevdiyi iki mövzu - nömrələr və qəhvə idi. Onun əsərlərinin çoxunda nömrələrlə oynadığı bilinir. Bəstəkarın BWV 211 nömrəli “Schweight stille, plaudert nicht” ("Hərəkət etməyin və danışmayın) adlı əsəri eyni zaman Qəhvə kantatası kimi tanınır. Təxminən 1732-1735-ci illərdə bəstələnən əsər kantata adlandırılsa da əslində kiçik opera sayılır. Bu operadakı əsas mövzu qəhvəyə olan bağlılıqdır.

 Bax çoxsəsli (polifonik) musiqinin "atası" sayılır. İntellektual zənginliyi, texniki mükəmməlik və bədii gözəlliyi ilə seçilən Bax musiqisindən Brandenburq konsertləri, Goldberq variasiyaları, İngilis süitaları, Fransız süitaları, Klavira üçün partituralar, B minorda Mass, Müqəddəs Matfeyanın ehtirasları, Fuga sənəti, Skripkada solo konsert üçün sonata və partituralar, vialençeldə ifa üçün süitalar, 200-dən artıq kontata və eyni sayda orqan musiqi əsərlərini misal göstərmək olar.

 Baxın əsərlərinin çoxundan film musiqisi kimi istifadə olunub: "The English Patient" (Goldberg Variations'dan Aria), "Die Hard" (Brandeburg Konsert No.3), "Lara Croft Tomb Raider" (Keyboard Concerto No.5 in F minor ), "The Silence Of The Lambs" (Goldberg variations), "The Talented Mr. Ripley" ( İtalyan Konsert ), "20,000 Leagues Under The Sea" ( Toccata və Fugue in D Minor ). Bax nəslinin klassik musiqiyə olan qatqısı əsla gözardı edilməməlidir.

 İki evliliyindən 20 övladı olub

 Musiqi tarixinə ən çox əsər bəxş edən bəstəkarlardan biri Baxdır. Amma bu məhsuldarlıq onun təkcə sənət həyatında deyil ailə həyatında da özünü göstərib. Bəstəkarın iki həyat yoldaşından 20 uşağı olub. 1707-ci ildə kiçik mirasa sahib olan iyirmi iki yaşlı bəstəkar bəstəkar əmisi qızı Mariya Barbara Baxla ailə həyatı qurur. Bu evlilikdən 7 uşağı olsa da, onların 3-ü kiçik yaşlarında həyatını itirdi. Bax evliliyinin 13-cü ilində dul qaldı. Təxminən bir il sonra, 11 dekabr 1721-ci ildə Anna Maqdalena Vilke ilə evləndi. Annanın gözəl sopranosu və vokalçı təhsili var idi. Evləndikləri zaman Vilke hələ 17 yaşındaydı. Bu evlilikdən 13 uşaqları oldu. Bütün uşaqlarının musiqi ilə maraqlanması Baxı xoşbəxt edirdi. Qadınların evdən çıxa bilmədiyi bir zamanda o, qızlarının musiqidən çörək qazanmasından qürur duyurdu.

 Bəstəkarın 20 uşağı olsa da onlardan təkcə 10-u yetkinlik yaşına çata bilib. Digərləri təəssüf ki, ya doğum zamanı, ya da körpə yaşlarında həyata göz yumub. Bax hər zaman həm yaxşı ər, həm də qayğıkeş ata olmağa çalışırdı. Birinci arvadını itirəndən sonra Bax 20 uşaqdan 11-nin ölümünü görüb. Bax musiqi sədaları altında yuxuya getməyi sevərdi. Axşam yatağa girəndə oğlanları növbəylə onun üçün musiqi çalmalıydı. Uşaqlar bu məcburiyyətdən bezsə də, bir neçə dəqiqədən sonra otağı bürüyən xorultu səsinə çox sevinərdilər.

 Görmə qabiliyyətini itirən bəstəkar

 Baxın gözləri anadangəlmə zəif idi. Cavanlığında çox oxumaqla onları bir az da korlayır. Bu xəstəlikdən əməliyyat yolu ilə qurtulmaq istəsə də, hər iki əməliyyat uğursuz keçir. Baxı iki dəfə cərrahiyyə əməliyyatı eləyən Con Teylor adlı həkimi müasir tədqiqatçıların əksəriyyəti şarlatan sayır. Onun müalicəsi nəticəsində bəstəkarın nəinki görmə qabiliyyəti, hətta sağlam canı da dərmanların təsiri ilə sıradan çıxır.

 Ölümünə 10 gün qalmış gözləri sanki görməyə başlayır. Sonrakı iflic zərbəsindən Bax artıq ayıla da bilməyərək 66 yaşında dünyasını sakitcə dəyişir. Qoyduğu varidatı 1000 taler həcmində hesablanmışdı. Bura 5 klavisin, 2 lötnya, 3 skripka, 3 alt, 2 violonçel, spinet və 52 müqəddəs kitab aid idi. 1749-cu ildə gözlərində aparılan uğursuz əməliyyat nəticəsində tamamilə kor olan bəstkar bundan sonra  Tanrıya daha çox bağlanıb və ən gözəl dini elementlər olan əsərlərini bu dövrdə yazıb. Bax ayrı-ayrı növlərdə yüzlərlə əsər yazsa da, bunların bir qismini özü yandırıb, bir qismi isə itib.

 Buna baxmayaraq, günümüzə qədər saysız əsərləri çatıb. Onun əsərlərində inanılmaz zəka hiss olunur. Köhnə dini musiqilərdən, zamanın məşhur harmonik musiqisinə qədər, çox vaxt bunların sinteziyle Bax musiqisi tamam ayrı dünyadır. Barokko dövrünü izləyən klassik dövrün ortaya çıxmasında heç şübhəsiz ən əhəmiyyətli ad İohan Sebastyan Baxdır. O "Musiqidə tək məqsəd Tanrını razı etmək olmalıdır. Dininə həqiqətən bağlı olan hər kəs çox çalışsa ən az mənim qədər müvəffəqiyyətli ola bilər" deyib.

 Baxın kor olmağı onun cəsarətini, səbrini və dini inancını heç sarsmır. O, yenə də çalışmağa davam edirdi. Bax Tanrıya həqiqətən bağlı olan insanların daha çox çalışmalı olduğuna inanırdı: "İnsan yer üzündə çox çalışmasa, o biri dünyada Tanrının qarşısına çıxa bilməz deyirdi". Bəstəkara görə həyat uzun və amansız mübarizədən ibarət idi. Çox işləmək, ağır yükü yerdən qaldırıb çiyinlərə yerləşdirmək və Tanrının Müqəddəs evinə bununla birlikdə getmək demək idi. Həyat, yalnız uzun və çətin bir mübarizə idi.

 Bəstəkarın ölümü

 Ölümündən 10 gün əvvəl bəstəkarın gözləri yenidən görməyə başlasa da şamın son işartısına bənzəyən bu yaxşılaşma heç bir təsir göstərmədi. Sonda artan hərarət nəticəsində o,  28 iyun 1750-ci ildə axşam saat 21 radələrində 66 yaşında gözlərini həmişəlik yumdu. O, ölümünün yaxınlaşdığını hiss etdiyi zaman “Tanrım sənin yanına gəlirəm” cümləsini deyib.

 Baxın "əbədi istirahət"i asan olmuyub, çünki bəstəkar öləndən sonra məzarı bir neçə dəfə dəyişdirilib. Məlumata görə, onun qəbri müqəddəs İohann kilsəsinin cənub divarı boyunca yerləşir. Qəbrin üstündə başdaşı qoyulmayıb. Kilsənin təmirində qazıntı işləri zamanı qəbiristanlığı sökəndə palıd tabutun içində çox yaxşı qalmış kişi skileti tapılır. Portretləriylə müqayisə edərək elmi-ekspertiza müyyən edir ki, bu, dahi bəstəkarın sümükləridir. Onu əhəngli sarkofaqa qoyub kilsənin mehrabında yerləşdirirlər. Yalnız ölümündən 100 il sonra dəfn olunduğu yerdə memorial lövhə vurulur.

 1943-cü ildə Müqəddəs İohann kilsəsi bombardman zamanı tamamilə dağılır. Geller və Baxın sarkofaqı isə xoşbəxtlikdən salamat qalır. Onun sümüklərini bu dəfə Müqəddəs Foma məktəbində dəfn edirlər. Bax vəsiyyətnamə qoymadığına görə, əmlakının üçdə biri arvadına, qalanı isə 9 uşağına çatmışdı. Anna Maqdalena ərindən sonra 10 il xeyriyyə cəmiyyətlərinin hesabına yaşayaraq yoxsullar xəstəxanasında vəfat edir. Kiçik qızı Regina da dilənçi kimi yaşayıb. Ömrünün sonunda dahi bəstəkar Bethoven ona maddi cəhətdən dəstək olmuşdu.

 Baxın oğlanları Vilhelm Frideman, İohann Kristian və Karl Emanuel musiqidə o qədər məşhurlaşır ki, atalarının adı kölgədə qalır. Onlar məşhur bəstəkar olub hətta öz dövrlərində atalarından daha adlı-sanlı sayılıblar. Yaşadıqları əsrin övladları olduğundan atalarının qiymətini anlaya bilməmişdilər. Onu yalnız qoca inadkar kimi xatırlayırdılar.

 Baxın şagirdlərindən biri ustanın məzarı başında bir yoldaşına belə deyib: "Bilirsənmi, bizim qoca o qədər sadə ürəkli idi ki, dahiliyinin qiymətindən xəbəri yox idi. Dünyanın onu tanıyıb dəyərini anlaması üçün aradan bəlkə də əsrlərin keçməsi lazım olacaq". Bu, həqiqətən də elə oldu.. Müasirlərinin unutduğu Baxı XIX əsrdə bəstəkar Mendelson onun əsərlərindən ibarət konsertlə yada salıb və bundan sonra Baxı bütün dünya yenidən sevməyə başlayıb

 Bax haqqında məşhurların dedikləri

 Rus bəstəkar Nikolay Rimsky-Korsakov: "Mədəni dünyanın musiqi tarixinin təkamülü haqqında heç bir fikrim yox idi və müasir musiqinin hər şeyi Baxa borclu olduğunun hələ fərqinə varmamışdım".

 Dahi bəstəkar Volfqanq Amadeus Motsart: "O, insanın bir şeylər öyrənə biləcəyi bəstəkardır".

 Avstraliyalı bəstəkar Qustav Maler: “Baxda musiqinin həyati hüceyrələri eynilə dünyanın Tanrıda birləşdiyi kimi birləşib”.

 Məşhur alman bəstəkarı Riçard Vagner: "Bax bütün musiqi tarixindəki ən böyük bəstəkardır".

 Alman bəstəkar Yohann Brahms: "Bax musiqisində hər şeyi taparsınız".

 

Günay Cəfərova

 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM